KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 80 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Özəlləşdirmə sonrası 
kapitalizm 
 
Tarixdə kupon (vauçer) paylanmaqla həyata keçirilən ən iri 
özəlləşdirmə proqramı Rusiyada baş verdi. İki il içərisində 150 
milyon  Rusiya  vətəndaşı  vauçer  sahibi  oldu.  Rəsmi  rəqəmlər 
isə Rusiyada özəlləşdirmənin hələ ikinci ilinin axırında 40 mil‐
yon  insanın  səhm  sahibi  olduğunu  göstərirdi  ki,  bu  da  təqri‐
bən əhalinin 27 faizi deməkdir. Eyni zamanda, 1 milyondan ar‐
tıq  insanın  da  birbaşa  sahibkarlıq  fəaliyyətinə  başladığı  qeyd 
edilirdi.  Rusiya  vətəndaşları  vauçerlərindən  istifadə  etməklə 
dövlət müəssisələrinin 70 faizini, təqribən 14 min müəssisədə‐
ki səhmlərin əksəriyyətini satın aldılar.
85
Azərbaycanda da kupon (çek) paylanması ilə həyata keçiri‐
lən özəlləşdirmə variantı seçildi. Bu proses Azərbaycanda Ru‐
siyadan sonra baş verdiyi üçün oradakı səhvlərin təkrarlanma‐
yacağı  və  daha  müvəffəqiyyətlə  həyata  keçiriləcəyi  ehtimal 
edilirdi.  Halbuki  Azərbaycanda  özəlləşdirmə  başlanandan 
2001‐ci  ilin  birinci  yarısına  qədər  təqribən  60000  nəfərdən  bir 
qədər artıq insan özəlləşdirilən müəssisələrdə səhm sahibi ola 
bildi. Bu isə heç 1 faiz belə eləmir.
86
 Müqayisə üçün qeyd edək 
ki,  Çexiyada  1992‐ci  ildə  başladılan  özəlləşdirmə  nəticəsində, 
10.5 milyonluq çex vətəndaşının 70 faizinin səhm sahibi olaca‐
ğı  proqnozlaşdırılsa  da  55  faizi,  Polşada  isə  50  faizə  qədəri 
səhm sahibi olmuşdur.
87
                                                 
85
 Ervin Apathy, Istvan Csillag və digərləri, Doğu Avrupa’da Özelleştirme
Tərcümə: Tarık Demirkan, Yapı Kredi Yayınları, İstanbul, 1995, səh.9. 
86
 Ilkin Sabiroglu, “What form of capitalism will be formed in Azerbaijan as a 
result of privatization?”, Azerbaijan Bulletin No:15 (269), 12 aprel 2001, ANDF, 
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200104/0030.html, 
(01.03.2006). 
87
 Apathy, op. cit., s. 10. 
 
‐ 81 ‐


İlkin Sabiroğlu 
Eyni  zamanda,  özəlləşdirmə  kuponlarının  Rusiyada  56, 
Qırğızıstanda  94.5,  Çexiyada  56  faizindən  istifadə  olundu. 
Azərbaycanda  isə  göstərilən  vaxta  qədər  paylanılan  çeklərin 
yalnız  15.2  faizi  istifadə  olundu,  yəni  dövriyyədən  çıxarıldı. 
Qırğızıstanda hətta birinci mərhələnin axırında kuponların ar‐
tıq 35 faizindən istifadə olunmuşdu.
88
Azərbaycanda  daha  sonra  iri  müəssisələrin  özəlləşdirilmə‐
sindən  bəhs  olunmağa  başlandı.  Zəruri  izahat  işi  aparılmadı‐
ğından  xalqın  (birinci  növbədə  bu  müəssisələrin  işçilərinin  ‐ 
əmək kollektivinin) bu mərhələdə də aktivliyi şübhə doğurur. 
Digər  ölkələrin  praktikası  göstərir  ki,  xalqın  aktivliyi  kiçik 
özəlləşdirmədə böyük özəlləşdirmə ilə müqayisədə daha yük‐
sək olur. Lakin Azərbaycanda kiçik özəlləşdirmənin nəticələri 
böyük  özəlləşdirmənin  nəticələri  üçün  bəri  başdan  optimist 
düşünməyə  əsas  vermir.  Burada  müqayisə  üçün  qeyd  etmək 
yerinə düşər ki, İngiltərədə həyata keçirilən böyük özəlləşdir‐
mədə  işçilərin  90  faizi  səhm  sahibi  olmuş  və  müəssisələrin 
səhmlərinin 10 faizi də işçilərin əlinə keçmişdi. 
Azərbaycandakı özəlləşdirməni Qərbi Avropa, Latın Ame‐
rikası kimi ölkələrdə həyata keçirilən özəlləşdirmədən fərqlən‐
dirən başlıca xarakterik cəhət də var: Azərbaycan vətəndaşları‐
na 70 il ərzində özəl mülkiyyətə sahib olmaq hüququ verilmə‐
miş və ona görə də bütün səylərini dövlət mülkiyyətinin yara‐
dılmasına  sərf  etmişlərdir.  Yəni,  bir  Azərbaycan  vətəndaşının 
özəlləşdirilən  mülkiyyət  üzərindəki  haqqı,  bir  ingilis  və  ya 
Braziliya  vətəndaşının  ölkəsindəki  özəlləşdirilən  mülkiyyət 
üzərindəki  haqqından  nisbətən  daha  artıq  idi.  Lakin  bu  haqq 
nə dərəcədə təmin olundu? 
Nəticədə, 70 il ərzində yaradılan maddi əmlakın 1995‐ci il‐
dən özəlləşdirilməsinə başlanması ilə 2001‐ci ilin birinci yarısı‐
                                                 
88
 Sabiroglu, “What form of capitalism will be formed in Azerbaijan as a result 
of privatization?”, op. cit. 
 
‐ 82 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
na qədər büdcəyə cəmisi 466 milyard 211 milyon manat, xarici 
valyuta ilə ifadə etsək, təqribən 100 milyon dollardan bir qədər 
artıq  vəsait  (buraya daxildir ‐  özəlləşdirmə  obyektlərinin  satı‐
şından əldə edilən bütün pul gəlirləri, özəlləşdirmə çekləri, op‐
sionları,  özəlləşdirmə  prosesində  qeydiyyat  rüsumları,  girov‐
lar və digər daxilolmalar) daxil oldu. Həmin dövrə qədər pay‐
lanılan  çeklərin  də  15.2  faizindən  istifadə  olunduğunu  nəzərə 
alsaq,  uzun  illər  ərzində  yaradılan  əmlakın  bu  səviyyədə  də‐
yərsiz olması nə qədər realdır?
89
Azərbaycandakı  özəlləşdirməyə  nəzər  yetirdiyimiz  zaman 
qeyd etməliyik ki, sovet dövründən miras kimi qalan müəssi‐
sələrin  dövlət  tərəfindən  işlədilməsi  üçün  nə  vəsait,  nə  də  elə 
bir real şərait vardı. 
Azərbaycanda, bu sahədə atılacaq birinci addım, mütəmadi 
olaraq  zərər  edən  və  dövlətin  dəstəyinə  möhtac  olan  dövlət 
müəssisələrinin, şərtlər nəzərə alınmaqla, tamamilə və ya qis‐
mən bağlanmalarının zəruriliyi idi. Bu həm də dövlət vəsaitlə‐
rinin səmərəli istifadəsi və qənaəti baxımından əhəmiyyət da‐
şıyırdı.  Qeyd  edək  ki,  Meksikadakı  özəlləşdirməni  bu  sahədə 
çox  yaxşı  bir  nümunə  kimi  göstərmək  olar.  Azərbaycanda  bu 
addımın  vaxtında  atılmaması  səbəbindən  dövlət  müəssisələ‐
rinin bir‐birinə olan qarşılıqlı borcları dəfələrlə artdı. Hətta bir 
sıra müəssisələrin faktiki olaraq heç bir fəaliyyəti olmadığı hal‐
da sadəcə borcları artırdı. 
İkinci addım isə, rentabelli işləmək qabiliyyətinə sahib mü‐
əssisələrin işlədilməsinə çalışmaq istiqamətində olmalı idi. Bu‐
nunla  belə  bir  çox  müəssisələrin  dövlətin  balansında  qalması 
doğru sayılsa da, dövlətin idarəetməsində qalması real şərtlər 
baxımından düzgün sayılmazdı. Ona görə də, belə müəssisələ‐
rin  icarəyə  verilməsi  doğru  qərar  olmaqla  yanaşı  bu  sahədə 
ciddi  ləngimələr  uzun  müddət  davam  etdi.  2001‐ci  il  fevral 
                                                 
89
 Ibid. 
 
‐ 83 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə