KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

İlkin Sabiroğlu 
lamına gəlir. Məsələn, ABŞ‐da bu əmsal təqribən 1 olduğu hal‐
da, inkişaf etməkdə olan ölkələrdə 5‐ə yaxındır.
96
Kapital  qoyuluşlarının  həcmini  isə  yığımlar  müəyyənləş‐
dirir. Azərbaycan bütün tarixi boyu yetərsiz kapital yığımı sı‐
xıntısı  çəkmişdir.  Son  illərdə  ölkə  kapital  yığımı  yetərsizliyini 
birbaşa  xarici  investisiyalar  (yəni,  xarici  yığımlar)  vasitəsilə 
qarşılamağa çalışsa da, nə var ki, xarici investisiya əsasən neft 
sektoruna  yönəlməkdədir.  Neft  sektoruna  yönələn  xarici  in‐
vestisiyaların  isə  makroiqtisadi  multiplikator  effekti  və  məh‐
suldarlığı çox aşağıdır. 
Məsələn,  2004‐cü  ilin  ilk  8  ayında  Ümumi  Daxili  Məhsul 
(ÜDM) 7,8 milyard dollar, ölkə iqtisadiyyatına ümumi kapital 
qoyuluşunun həcmi isə 3,2 milyard dollar səviyyəsində olmuş‐
dur.  İnvestisiyaların  82,8  faizini  xarici  investisiyalar  təşkil  et‐
miş  və  bunun  da 90  faizindən  artığı  neft  sektoruna  yönəlmiş‐
dir. Toplam investisiyaların ÜDM‐yə nisbəti 41 faiz, xarici in‐
vestisiyaların ÜDM‐yə nisbəti 34 faiz olduğu halda iqtisadi ar‐
tım 9 faiz olmuşdur. Dolayısı ilə kapital/məhsul əmsalının təq‐
ribən 4,6 olması məhsuldarlığın nə qədər aşağı olduğunu orta‐
ya qoymaqdadır.
97
Azərbaycanda, 
‐ kapital yığımı yetərsizliyi, iqtisadi artımın əsasən xarici yı‐
ğımların (xarici investisiyaların) hesabına reallaşması, 
‐ kapital/məhsul əmsalının yüksək olması, dolayısı ilə məh‐
suldarlığın  aşağı  olması  səbəbindən  iqtisadi  artım  üçün  daha 
çox xarici investisiyaya ehtiyacın olması, 
‐  xarici  ticarət  əməliyyatlarının  həcmində  neft  sektorunun, 
bir başqa ifadə ilə xarici neft şirkətlərinin üstünlüyü, 
‐ xaricə açılma nisbətinin ((ixracat + idxalat)/ÜDM) yüksək‐
liyi, 
                                                 
96
 İlkin Sabiroğlu, “Üfüqdə “inqilab” görünmür”, “525‐ci qəzet”, 4 may 2005. 
97
 Ibid. 
 
‐ 90 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
‐ ölkədə adambaşına düşən xarici investisiyaların yüksəkli‐
yi ölkə iqtisadiyyatında xarici şirkətlərin ciddi rola sahib oldu‐
ğunu  göstərir.  İqtisadi  iqtidar  istər‐istəməz  siyasi  iqtidara  da 
təsirsiz ötüşmür.
98
Hər zaman qeyd etdiyimiz kimi, qloballaşan dünya qlobal‐
laşan  beynəlxalq  şirkətlərin  marağını  təmsil  edir.  Bu  marağı 
düzgün qiymətləndirə bilməyən ölkələrdə isə siyasi kataklizm‐
lər qaçılmaz hala gəlir. 
Azad  seçki  demokratiyanın  başlıca  şərtlərindəndir.  Amma 
azad seçkilərin keçirilməsi hələ demokratiya demək deyil. Tür‐
kiyədə  ilk  demokratik  seçki  1946‐cı  ildə  gerçəkləşdiyi  halda, 
ölkə  hələ  də çağdaş  standartlarda  demokratiya  yetərsizliyinin 
sancısını  çəkir.  Məlum  olduğu  kimi,  Türkiyə,  hər  on  ildə  bir 
“askeri darbeler”in yaşandığı bir ölkə kimi tanınıb. Türkiyənin 
tanınmış  elm  adamlarından  Mehmet  Altan  özünün  “Darbele‐
rin Ekonomisi” adlı əsərində dünya kapitalist sistemi ilə Türki‐
yədəki  iqtisadi  gəlişmələrin  toqquşduğu  məqamlarda  belə 
“darbe”lərin  ortaya  çıxdığını  maraqlı  təhlillərlə  ortaya  qoyur. 
Müəllif  faktlarla  göstərir  ki,  Türkiyədə  “darbe”lər  kapital  yı‐
ğımlarının  azaldığı,  bir  başqa  ifadə  ilə  iqtisadi  artımın  xarici 
borclarla maliyyələşdirilmə səviyyəsinin yüksəldiyi dövrlərdə 
baş verir.
99
Azərbaycan isə kapital yetərsizliyi problemini xarici kredit‐
lər yerinə, neft sektoruna birbaşa xarici investisiyalarla aradan 
qaldırmağa  çalışır.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki, 
Azərbaycanın  kredit  üzrə  xarici  dövlət  borcunun  adambaşına 
düşən məbləği 182 ABŞ dolları təşkil edir. Bu da keçmiş post‐
sovet ölkələri ilə müqayisədə azdır.
100
 Belə ki, Gürcüstanda bu 
rəqəm  429  dollar,  yəni  bizdən  2,3  dəfə  çox,  Qırğızıstanda  328 
                                                 
98
 Ibid. 
99
 Mehmet Altan, Darbelerin Ekonomisi, İyi Adam Yayınları, İstanbul, 2001. 
100
 “Azərbaycanın xarici dövlət borcu 1,515 mlrd. dollar həcmindədir”, “Üç 
Nöqtə” qəzeti, №250 (977),.24 dekabr 2004. 
 
‐ 91 ‐


İlkin Sabiroğlu 
dollar, yəni 1,8 dəfə çox, Rusiyada isə 833 dollar, yəni 4,5 dəfə 
çoxdur.  Nəhayət,  Ermənistanda  adambaşına  düşən  borcun 
məbləği 1,7 dəfə artıq olmaqla 314 dollardır. Bu göstərici baxı‐
mından  Ermənistan  və  hətta  Rusiyada  rəngli  inqilab  ehtimalı 
Azərbaycandan daha yüksəkdir. 
Xarici borcun yüksək olması bir ölkənin istehsal etdiyindən 
daha  artığını  istehlak  etməsi  anlamına  gəlir.  Bu  bir  adamın 
borc  alaraq  qazandığından  daha  artıq  xərcləməsi  deməkdir. 
Həm  borclu  həm  də  güclü  olmaq  üçünsə  beynəlxalq  iqtisadi 
münasibətlərdə ABŞ kimi “kabadayı” olmaq lazımdır. 
Bəs ABŞ‐da demokratiya deyəndə nəyi başa düşürlər? 16‐cı 
ABŞ Başqanı Abraham Lincoln 1863‐cü ildə, tam vətəndaş mü‐
haribəsinin  ortasında  Amerikan  idarəetməsini,  “xalqın,  xalq 
tərəfindən, xalq üçün” idarəetməsi şəklində tərif etmişdi. Bun‐
dan on üç il sonra, ilk dəfə Amerikadakı monopolist sərmayə‐
nin təmsilçisi olaraq Cümhuriyyətçi Partiyadan seçkilərə qatı‐
lan  və  seçkini  Bushun  “qazandığı”  kimi  qazanan  Rutherford 
B.Hayesin 1876‐cı ildə verdiyi tərif isə belədir: “Amerikan Hö‐
kuməti; artıq xalqın, xalq tərəfindən, xalq üçün idarə edilməsi 
deyildir; Amerikan Hökuməti; şirkətlərin, şirkətlər tərəfindən, 
şirkətlər  üçün  idarə  edildiyi  bir  hökumətdir.”  Bu,  bugünkü 
qloballaşmanın  da  mahiyyətinə  uyğun  tərifdir:  “Standart  Oil 
üçün  yaxşı  olan  ABŞ  üçün  də  yaxşıdır”  və  “ABŞ  üçün  yaxşı 
olan dünya üçün də yaxşı olmalıdır”. Əgər sizin ölkənizi idarə 
edəcək yerli şirkətləriniz yoxdursa, bu boşluğu beynəlxalq şir‐
kətlər böyük məmnuniyyətlə doldurmağa hazırdırlar. 
Qərb ölkələrini Azərbaycanda neft şirkətləri təmsil etdiyin‐
dən onların inqilab istəyib‐istəmədiyinə baxmaq lazımdır. Mə‐
sələ  burasındadır  ki,  AXC‐Müsavat  hakimiyyətindən  fərqli 
olaraq sonrakı hakimiyyət xarici neft şirkətlərinin maraqlarını 
“zərgər dəqiqliyi” ilə balanslaşdırmağı bacarıb. Birləşmiş Mil‐
lətlərin  Ticarət  və  İnkişaf  Konferansının  hazırladığı  “Dünya 
İnvestisiya  Raportu:  2004”ə  görə,  Azərbaycan 2001‐2003‐cü il‐
 
‐ 92 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə