KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

İlkin Sabiroğlu 
ayının 1‐nə olan məlumata görə dövlət əmlakının icarəyə veril‐
məsi  ilə  əlaqədar  bağlanmış  müqavilələrə  əsasən  dövlət  büd‐
cəsinə 47 milyard 278 milyon manat (təqribən 11 milyon ABŞ 
dolları) vəsait daxil olmuşdu ki, bunun da 1 milyard 58 milyon 
manatı  (təqribən  2,24  faizi)  2001‐ci  ilin  yanvar  ayının  payına 
düşürdü. Doğrudur bu elə bir ciddi rəqəm olmasa da, hər hal‐
da  dövlət  bu  mərhələdə  üzərindəki  yükün  bir  hissəsindən 
azad olmuşdur. 
Bununla  həmçinin  müəyyən  dərəcədə  müəssisələrin  sağ‐
lamlaşmasına və müəssisələrdə işləyənlərin iş yerlərini itirmə‐
mələrinə nail olmaq mümkün idi. 
Atılacaq  üçüncü  addım  isə,  qalan  digər  dövlət  müəssisə‐
lərinin  özəl  sektora  transfer  edilməsi,  dövlətsizləşdirilməsi  və 
ya  populyar  bir  ifadə  ilə  özəlləşdirilməsi  idi.  Azərbaycanda 
2001‐ci ilin birinci yarısına qədər konkret olaraq, sənaye müəs‐
sisələrinin  artıq  70  faizi  özəlləşdirilmişdi.  Lakin  buna  baxma‐
yaraq özəlləşdirilən müəssisələr demək olar ki, işləmirdi. Yün‐
gül sənayeyə aid 76 müəssisədən yalnız 6‐sı 20 faiz istehsal gü‐
cü ilə işləyirdi ki, bu müəssisələr də Müdafiə Nazirliyinin, Al‐
maniya və ABŞ‐ın kiçik sifarişlərini yerinə yetirirdi.
90
Özəlləşdirilən  müəssisələrin  səhmləri səhmdarların arasın‐
da paylandığından, müəssisələrə yeni texnologiyanın və inves‐
tisiyaların  cəlb  edilməsi  işlərində  problemlər  yaşanmaqda, 
səhmdarlar isə divident gözləməkdədirlər. Ənənəvi bazarların 
itirilməsi,  əvvəlki  ittifaq  (Sovetlər  Birliyi)  tabeli  müəssisələrlə 
əlaqələrin qırılması və s. kimi səbəblərlə yanaşı, istehsala baş‐
laya bilməyən belə müəssisələrin əsas problemlərindən biri də 
idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində müvəffəqiy‐
yət əldə edə bilməmələridir. 
                                                 
90
 Əkbər Eldaroğlu, “Hökumət yüngül sənayenin dirçəldilməsi yollarını 
axtarırmı?”, AMDF, “Azərbaycan” Bülleteni, №20 (140), 17 May 2001. 
 
‐ 84 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Müəssisələrin  məhsuldar  işləmələri  üçün  onların  özəl  sek‐
tora  transfer  edilməsi  yetərli  bir  addım  deyil.  Eyni  zamanda 
idarəetmə  sistemi  də  yenidən  qurulmalıdır.  Bu  baxımdan 
Fransadakı  özəlləşdirmədən  maraqlı  bir  misal  çəkmək  olar. 
Fransada  bu  problemi  həll  etmək  məqsədilə  «özək  səhmdar 
qrupu» təşkil edilmişdi. Həmin qrupun tərkibinə idarəetmədə 
təcrübəli  və  iş  həyatında  təşəbbüskar  xarakterə  sahib  olanlar, 
eyni zamanda səhm sahibi olan xarici müəssisələr daxil ola bi‐
lər.  Xüsusilə  bu  metoddan  dövlət  müəssisələrinin  bazasında 
yaradılmış  səhmdar  cəmiyyətlərin  (artıq  2001‐ci  ilin  yanvar 
ayının  birinə  olan  məlumatda  bu  formada  1164  səhmdar  cə‐
miyyətin  yaradıldığı  qeyd  edilirdi)  idarə  edilməsində  istifadə 
etmək mümkün idi. 
Lakin  orta  və  böyük  özəlləşdirmədəki  bu  qədər  yubanma‐
dan sonra, 2004‐cü ilin əvvəlinə qədər, Azərbaycanda əhalinin 
təqribən  100  min  nəfəri  səhmdara  çevrilib  ki,  bu  göstəriciyə 
görə  də  Azərbaycan  MDB‐də  sonuncu  yerlərdən  birini  tutur. 
Həmin  tarixədək  özəlləşdirmə  prosesində  paylanılan  çeklərin 
cəmisi 35 faizindən istifadə olunmuşdu. Halbuki artıq əksər ki‐
çik  müəssisələr  (30  min),  eyni  zamanda  1500  səhmdar  cəmiy‐
yəti özəlləşdirilmiş və 30 investisiya müsabiqəsi keçirilmişdi. 
Xatırlatmaq  istəyirik,  İkinci  Dünya  müharibəsindən  sonra, 
1946‐cı  ildə  Yaponiyada  da  özəl  təşəbbüskarlığın  inkişaf  etdi‐
rilməsi,  inhisarların  (monopolların)  aradan  qaldırılması,  sər‐
vətlərini  likvidləşdirmək  və  başlıcası  «Xalq  Kapitalizmi»nin 
yaradılması  məqsədilə  «Zəngin  Ailə  Quruluşları»nın  (Money 
Clique)  və  Holdinqlərin  dağıdılmasına  və  səhmlərinin  xalqa 
satılmasına qərar verilmişdi. Lakin xalqın əlində yetərli vəsait 
olmadığından,  səhmləri  banklar  almış  və  «Xalq  Kapitalizmi» 
yerinə «Bankların Kapitalizmi» yaradılmışdı.
91
                                                 
91
 Tayyar Sadıklar, Kalkınma Yolunda Japonya Örneği ve Türkiye, Ayyıldız 
Matbaası, Ankara, 1971. 
 
‐ 85 ‐


İlkin Sabiroğlu 
Azərbaycanda da xalqın əlində yetərli vəsait olmadığından 
nəinki «Xalq Kapitalizmi», bank sektoru inkişaf etmədiyindən 
heç «Bankların Kapitalizmi» də yarana bilməzdi. Bəs onda gö‐
rəsən kapitalizmin hansı forması yarandı? 
Əvvəl  də  qeyd  etdiyimiz  kimi,  David  Lane  Rusiya  nümu‐
nəsində  Qərbdən  gələn  məsləhətçilərin  ölkədə  sürətli  özəlləş‐
dirmə və liberallaşdırmanın həyata keçirilməsi ilə birlikdə An‐
qlo‐Sakson modelin mənimsənilməsinin əhəmiyyətini önə çək‐
diklərini vurğulayır.
92
Bu, əmtəə və əmək bazarı ilə tanışlığı, hökumətin iqtisadiy‐
yata məhdud səviyyədə müdaxiləsini, iqtisadiyyatın xarici rə‐
qabətə açılmasını və rubl üçün sərbəst məzənnəni zəruri edir‐
di.  İqtisadi  aktivlərin  özəlləşdirilməsi  isə  özü‐özünü  motivə 
edən işgüzar təbəqənin formalaşması məqsədini daşıyırdı.
93
Bu  siyasət  müvəffəqiyyətli  olduğu  təqdirdə  iddia  edildiyi 
kimi dövlət sosializminin institusional xüsusiyyətlərini təkrar‐
layacaq olan idari təbəqənin yenidən əmələ gəlməsinin qarşısı‐
nı alacaqdı. Anqlo‐Amerikan neo‐liberalizmin mənimsənilmə‐
si liderlik üçün rasional bir strategiya idi: bu köhnə idari təbə‐
qənin  siyasi  və  iqtisadi  əsaslarının  yıxılmasını  rəsmiləşdirdi; 
daha  sonradan  isə  qlobal  rəqabət  iqtisadi  effektivliyi  yüksəl‐
dəcək  və  sənayenin  müqayisəli  üstünlüklər  əsasında  yenidən 
inşasını yayğınlaşdıracaqdı.
94
Əslində  Azərbaycana  da  müstəqilliyinin  ilk  illərindən  eti‐
barən tövsiyə edilən model bu idi. Lakin heç də hər şey düşü‐
nüldüyü kimi sadə deyildi. Bizdə köhnə idari təbəqənin siyasi‐
iqtisadi əsaslarının yıxılması çox sürətlə baş versə də, neo‐libe‐
ralizmin  mənimsənilməsinin  elə  də  asan  bir  məsələ  olmadığı 
anlaşıldı. 
 
                                                 
92
 Lane, op. cit., s.485. 
93
 Ibid. 
94
 Ibid., səh.486. 
 
‐ 86 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə