KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
məsələlərlə yaxından maraqlanması nəzəriyyəyə görə davamlı 
xarakter ala bilməz. 
Sosial problemlər tədricən aradan qaldırıldıqca, yüksək iq‐
tisadi  inkişaf  tempi  qorunduqca  ölkədə  sosial  dinamizm  də 
artmış olacaq. Çünki ölkə inkişaf etdikcə ikinci və ən dinamik 
qrupa daxil olacaq. Yəni ilkin tələbatları ödənən insanların icti‐
mai‐siyasi dinamizmi də artacaq. Bu gün saysız‐hesabsız prob‐
lemlərinə “etinasız” kimi görünən insanlar sabah bu problem‐
lərin onda biri ilə belə barışmaz hala gələcəklərdir. Bu isə o de‐
məkdir  ki,  yaranacaq  yeni  situasiya  həm  mahiyyətcə  və  həm 
də formaca yeni idarəetmə anlayışını zəruri edəcək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 109 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 110 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Neft gəlirləri gələcək 
nəsillərə qalsın? 
 
Ölkə prezidentinin (İlham Əliyev) bir çıxışından: “Neftin o 
vaxt qiyməti olur ki, neft hasil edilir, nəql edilir, satılır və bun‐
dan gəlir əldə olunur. Yerin, suyun altında istifadəsiz olan nef‐
tin  heç  bir  qiyməti  yoxdur.  Bəziləri  deyirlər  ki,  o  bizim  milli 
sərvətimizdir,  ona  dəyməyək,  onu  gələcək  nəsillərə  saxlayaq. 
Bu çox yanlış, populist fikirdir.”
121
 Cəmiyyətdə belə bir fikir də 
hakimdir ki, bu qədər xarici investisiya gəlir, neft sektoru inki‐
şaf edir, amma bunun bizə bir xeyri yoxdur. 
Neft  sektoru  ölkədə  işsizlik  probleminin  həllində,  əmək 
haqlarının yüksəlməsində bilavasitə effektli rol oynaya bilməz. 
Buna neft sektorunun potensialı çatmaz. Ona görə də ölkə nef‐
tin  ümidinə  qalmamalıdır.  Bu  ilin  yanvarından  minimum 
əmək  haqqının  200  min  manata  çatdırılacağı  bəyan  edilib.  Bu 
yetərlidirmi? Minimum əməkhaqqının səviyyəsi təbii ki yetərli 
deyil. Amma reallıqdan çıxış edib demək istəyirəm ki, əgər bir 
ölkədə nominal orta aylıq əməkhaqqı təqribən 572 min manat, 
adambaşına düşən aylıq ÜDM miqdarı 541 min manatdırsa bu 
ölkədə minimum əməkhaqqının 200 min manat olması özü də 
yüksək rəqəmdir. Doğrudur, minimum əməkhaqqı yüksəldik‐
cə bu orta aylıq əməkhaqqının da nisbətən yüksəlməsinə səbəb 
olur. Lakin əgər biz ölkədə sərbəst bazar iqtisadiyyatının inki‐
şafından  danışırıqsa  orta  aylıq  əməkhaqqının  dövlət  sektoru‐
nun  deyil,  daha  çox  özəl  sektorun  hesabına  yüksəlməsində 
maraqlı  olmalıyıq.  Digər  tərəfdən,  bu  ilin  dövlət  büdcəsinin 
gəlirləri yeni Azərbaycan manatı ilə 3.4, xərcləri isə 3.6 milyard 
manat  olacaq.  Büdcənin  artımı  əsasən  neftdən  gələn  gəlirlər 
                                                 
121
 “Azərbaycanın Yeni Neft Strategiyası”, Azərbaycan Respublikası Dövlət Neft 
Şirkəti, http://www.socar.gov.az/oilmen.php?define=oil_strategy&id=1, 
(10.02.2006). 
 
‐ 111 ‐


İlkin Sabiroğlu 
hesabına formalaşacaq. Yəni, kimsəni qane etməyən minimum 
əməkhaqqında, təqaüdlərdə neft dollarlarının ciddi payının ol‐
duğu nəzərdən qaçırılmamalıdır. Hökumət iqtisadi populizmə 
gedərək əmək haqlarını sürətli bir şəkildə artırsa, artan gəlirlər 
inflyasiyanın yeminə çevrilər.
122
Belə çıxır ki, neft sektoru inkişaf etsə də biz inflyasiya qor‐
xusundan neft gəlirlərindən lazımi qədər istifadə edə bilmərik. 
Neft gəlirlərindən kütləvi istifadə qısa dövrdə inflyasiya effek‐
ti,  orta  və  uzun  dövrdə  isə  “Holland  sindromu”  effekti  yara‐
dar.  Əcnəbilərin  Azərbaycanla  bağlı  istifadə  etdikləri  belə  bir 
fikir var ki, “siz xoşbəxt xalqsınız, çünki neftiniz var”. Neft bi‐
zim üçün göydəndüşmə, ucuz ehtiyatdır. Amma bizim də bir 
məsəlimiz var – “ucuz ətin şorbası olmaz”. İndi biz qeyri‐neft 
sektorunu  yetəri  qədər  inkişaf  etdirə  bilmədiyimizdən  ucuz 
“neftin şorbası”nı görə bilmirik. Ucuz ətdən bol‐bol qidalanma 
zəhərlənməyə  yol  aça  biləcəyi  kimi,  neft  dollarlarından  gen‐
bol istifadə də “Holland xəstəliyi”nə yoluxmamıza yol açar. 
Yəni ən yaxşı variant kimi neft gəlirlərindən gen‐bol istifa‐
də  etməyib  gələcək  nəsillərəmi  saxlamalıyıq?  Onda  da  haqlı 
olaraq,  “neft  gəlirləri  gələcək  nəsillərə  qalsın,  bəs  indiki  nəsil 
nə  olsun?”  sualı  yaranır.  Ümumiyyətlə,  Azərbaycan  neftinin 
35‐40  illik  ömrünün  qaldığı  qeyd  edilir.  Dünya  bazarlarında 
neftin qiyməti yüksəldiyindən bu vaxta qədər rentabelli sayıl‐
mayan  quyularımızdan  da  istifadə  etməyə  başlamışıq.  Demo‐
qrafiya elminə görə hər 22‐25 ildən bir yeni bir nəsil ortaya çı‐
xır.  Yəni  Azərbaycan  nefti  konkret  olaraq  indiki  nəsillə,  bir 
sonrakı  nəslin  aktual  mövzusudur.  Bir  sonrakı  nəslin  nüma‐
yəndələri də azyaşlılar olaraq aramızda yaşayır, yəni nəsillər‐
arası  dialoqu  başlada  bilərik.  Biz  onlara  desək  ki,  neft  gəlirlə‐
rini  sizə  saxlayırıq,  onlar  da  rasional  məntiqdən  çıxış  edərək 
                                                 
122
 İlkin Sabiroğlu: “Neft gəlirləri gələcək nəsillərə qalsın, bəs indiki nəsil nə 
olsun?”, Müsahibə, “Gündəlik Azərbaycan” qəzeti, 8 oktyabr 2005. 
 
‐ 112 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə