KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

İlkin Sabiroğlu 
yadan  daha  çox  neft  gəlirlərinin  formalaşmasında  və  xərclən‐
məsində  şəffaflıq  məsələsini  qabardırlar.  Belə  bir  vəziyyətdə 
müxalif siyasi partiyaların mütəmadi olaraq qabartdığı demo‐
kratik seçki məsələsi cəmiyyət üçün maraqsız görünür. Çünki 
vergi ödəyən cəmiyyət olmadığımız üçün demokratiya da bizi 
az maraqlandırır. Hamı gözünü dikib neft gəlirlərinə... 
Hazırda  ölkədə  18  mindən  bir  qədər  artıq  vergi  ödəyicisi 
var  və  vergi  ödəyicilərinin  təxminən  90  faizi  sadələşdirilmiş 
vergi ödəyicisidir. Qeyd edək ki, ümumi gəliri 24.700 min yeni 
manat  həddini  aşmayanlar  sadələşdirilmiş  vergi  ödəyicisi  he‐
sab edilir.
104
Hələ XIX əsrin əvvəllərində yaşamış Frederic Bastiat deyir‐
di ki, “dövlət, hər kəsin başqasının hesabına yaşamağı düşün‐
düyü xəyali bir qurumdur.”
105
 Biz də hər kəsin neftin hesabına 
yaşamağı xəyal etdiyi bir dövlət qurmuşuq... 
Bu baxımdan yüksək vəzifəli dövlət rəsmisinin fikirləri xü‐
susi maraq doğurur: “Qərb yaxşı bilir ki, demokratiya dəyərlə‐
ri qısa müddətə formalaşmır, hər xalqın və ölkənin özünəməx‐
sus  xüsusiyyəti  var.  Bu  proses  aşağıların  və  yuxarıların  birgə 
səyləri  və  iqtisadiyyatın  yüksəlişi  nəticəsində  baş  verir.  De‐
mokratiya  ayrı‐ayrı  adamların  və  təşkilatların  arzusu  ilə  ya‐
ranmır.  Bütün  cəmiyyət  bunu  qəbul  etməli,  ona  hazır  olmalı‐
dır.  Azərbaycan  üçün  belə  təkamül  yolu  ən  optimal,  əlverişli 
yoldur...”
106
 
 
 
 
                                                 
104
 “Ölkədə 18 mindən çox vergi ödəyicisi var”, “Ayna” qəzeti, 8 mart 2006. 
105
 Eğilmez və Kumcu, op. cit., səh.35. 
106
 Ramiz Mehdiyev, “2005‐ci il parlament seçkiləri: İlkin təhlil”, “Azərbaycan” 
qəzeti, 2 fevral 2006. 
 
‐ 96 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Bilgi kapitalının 
nə fərqi var? 
 
Əvvəlki bölümlərdə qeyd etdiyimiz kimi, müasir dünyada 
həm kapital və investisiyalar, həm də əmək ehtiyatları əsasən 
yoxsul  iqtisadiyyata  sahib  ölkələrdən  zəngin  iqtisadiyyata  sa‐
hib  ölkələrə  doğru  yönəlir.  Çünki,  bilgi  (informasiya)  çağını 
yaşayan zəngin iqtisadiyyata sahib ölkələrdə təhsilin və ən ye‐
ni  texnologiyaların  istehsal  prosesinə  tətbiqi  sayəsində  çox 
yüksək məhsuldarlıq həddi əldə edilməkdədir. 
Artıq dünya əhalisinin 17 faizini təşkil edən və gündən‐gü‐
nə zənginləşən qərb ölkələrini bir sual düşündürür: İstehsal et‐
dikləri yüksək texnologiya məhsullarını kimə satacaqlar? 
Yüksək  texnologiya  məhsullarını  sata  bilmək  üçün  dünya 
əhalisinin digər hissəsinin də rifah səviyyəsi yüksəldilməlidir. 
Bəs,  dünyada  “demokratiyadan,  insan  haqlarından  və  sərbəst 
bazar  iqtisadiyyatından”  nəsibini  almayan,  zəif  inkişaf  etmiş 
ölkələrin vətəndaşları bu məhsulları ala bilərmi? Belə olan və‐
ziyyətdə dünya kapitalist sistemi necə davranmalıdır? 
O, eynilə “diş pastası” satan bir şirkət kimi davranır. Necə 
ki, “diş pastası” satan bir şirkət öz maraqlarına görə, insanları 
gündə ən az üç dəfə dişlərini fırçalamağa dəvət edirsə, dünya 
kapitalist sistemi də qloballaşan dünyanın yoxsul bölgələrinin 
inkişafı üçün “demokratiyanı, insan haqlarını və sərbəst bazar 
iqtisadiyyatını” təklif edir. Əks halda özünün yüksək texnolo‐
giya məhsullarını sata bilməz.
107
Onda nəyə görə ABŞ və qərb neft şirkətləri bir çox ölkələr‐
də demokratik stabillik yerinə iqtisadi sabitlik istəyirlər? 2002‐
ci  ildə  Venesuelada  Hugo  Chavezi  devirmək  istəyən  ABŞ  və 
                                                 
107
 İlkin Sabiroğlunun “Qərb neft şirkətləri və Azərbaycanda demokratiya” 
mövzusuna həsr olunmuş mətbuat konfransındakı məruzəsindən, 19 sentyabr 
2003, http://www.iqtisad.net/is007.htm, (01.03.2006). 
 
‐ 97 ‐


İlkin Sabiroğlu 
xarici  neft  şirkətləri  media  patronunu,  bürokratların  və  hərb‐
çilərin bir hissəsini satın almışdılar.
108
 Lakin müsbət nəticə əldə 
edə bilmədilər. Bu barədə amerikan mətbuatı da geniş şəkildə 
yazdı.  Səbəb  isə  ondan  ibarət  idi  ki,  hökumət,  nefti  xarici  şir‐
kətlərin  inhisarına  buraxmaq  istəmirdi.  Ümumiyyətlə,  Qərb 
neft  şirkətləri  fəaliyyətlərinə  ciddi  ictimai  nəzarətin  olmasın‐
dan da xoşlanmazlar. 
Bəs ABŞ‐ın ikili mövqeyini necə başa düşmək olar? ABŞ də‐
fələrlə bəyan edib ki, onun iqtisadi maraqları təhlükəsizlik ma‐
raqlarından  sonra  gəlsə  də,  siyasi  maraqlarından  öndə  gəlir. 
ABŞ‐ın iqtisadi maraqları isə, konkret olaraq qloballaşan ame‐
rikan burjuaziyasının maraqlarıdır. Bu gün ABŞ dünyada qlo‐
bal amerikan burjuaziyasının təmsilçisi kimi çıxış edir. 
Lakin amerikan burjuaziyası da yekcins deyildir. J.F.Kenne‐
dy  cinayətində  olduğu  kimi  ABŞ‐da  iki  sərmayə  qrupu  qarşı‐
qarşıya dayanır: neft‐silah lobbisi və digərləri. Bu gün də silah 
və  neft  burjuaziyasının  maraqları  ilə  İnformasiya  və  Kommu‐
nikasiya Texnologiyaları (ICT) sektorunu təmsil edən burjuazi‐
yanın maraqları toqquşur. Qlobal dünya düzənində də birinci‐
si maraqlarına uyğun olaraq bəzən sabitlik, bəzən də qeyri‐sa‐
bitlik istədiyi halda, ikincisi demokratiya, insan haqları və sər‐
bəst bazar iqtisadiyyatı tələb edir. 
İki  burjuaziya  qrupu  arasındakı  ziddiyyətlər  siyasi  höku‐
mətin də mövqeyinə təsir edir. Məsələn, Bill Clinton daha çox 
İnformasiya  və  Kommunikasiya  Texnologiyaları  (ICT)  sekto‐
runun maraqlarını təmin edirdi. Onun dönəmində bütün ibti‐
dai  və  orta  təhsil  məktəblərinin  95  faizi  internetə  qoşuldu.  22 
milyon  insan  işlə  təmin  edildi.  Clintonun  “Davos  2000”  foru‐
mundakı çıxışında belə bir cümlə vardı: “Yeddi il əvvəl prezi‐
dent seçildiyim vaxt, bütün internetdəki səhifə sayı sadəcə 50 
                                                 
108
 Erol Manisalı, Dünyada ve Türkiye’de Büyük Sermaye, Derin Yayınları, 3‐cü 
nəşr, İstanbul, 2002, səh.124. 
 
‐ 98 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə