KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
idi.  Bu  gün  tam  50  milyon  səhifə  var.”
109
  Bu  baxımdan  Bill 
Clintonla Bill Gatesin dostluğu heç də təsadüfi qarşılanmama‐
lıdır. 
Lakin  Bushun  prezident  seçilməsi  ilə  birlikdə  informasiya 
çağı ilə bağlı müzakirələr arxa plana keçdi. 11 sentyabr hadisə‐
ləri baş verdi. Harada neft varsa Bush administrasiyasının diq‐
qəti oraya yönəldi. O cümlədən Azərbaycana da diqqət artırıl‐
dı. Təbii ki, bu diqqət Qarabağ Probleminin həlli istiqamətində 
deyil,  ölkədə  sabitliyi  qoruyaraq  qərb  neft  şirkətlərinin  rahat 
fəaliyyətinə  yönəlmişdi.  Azərbaycan  hökumətinin  bu  maraq‐
lardan Qarabağ probleminin həllində istifadə etməsi isə elə də 
asan olmayacaq. ABŞ, nə qədər ki, İraqın neft ehtiyatlarına nə‐
zarəti  ələ  keçirə  bilməmişdi  orada  demokratiya,  insan  haqları 
və sərbəst bazar iqtisadiyyatı istəyirdi. İndi isə orada da daha 
çox sabitlik istəyir. 
Prezident  Bush  Amerikanın  neft  və  silah  burjuaziyasının 
təmsilçisidir. O, Texasdakı Harken neft şirkətinin rəhbəri olub. 
Prezidentin  köməkçisi  Dick  Cheney  də  öz  növbəsində  Halli‐
burton  Co.  ilə  Schlumberger  Ltd.  neft  şirkətlərində  İcraçı  Di‐
rektor  vəzifəsini  icra  edib.  Eyni  zamanda  indiki  Ağ  Ev  admi‐
nistrasiyasında silah sənayesinin nümayəndələri də təmsil olu‐
nub. 
Nobel Barış mükafatı sahibi Oscar Ariasa görə: “ABŞ‐ın de‐
mokratik olmayan ölkələrə silah ixracı ciddi artım göstərmək‐
dədir. ABŞ‐da silah sənayesi federal hökumətdən artan ölçüdə 
subvensiya almaqdadır.” “Bu gün ABŞ‐da bir kompüter almaq 
üçün  gününüzün  yarısını  ayırmalısınız.  Silah  almaq  istəsəniz 
isə yarım saat vaxt ayırmanız yetərlidir.” 
Texas Üniversitetindən Professor Robert Jensenə görə, İraq 
savaşı, “Bushun, Ramsfeld və Chenneyin savaşı” idi. O, prezi‐
                                                 
109
 “Remarks by the president at world economic forum”, 
http://canberra.usembassy.gov/hyper/2000/0131/epf101.htm, (01.03.2006). 
 
‐ 99 ‐


İlkin Sabiroğlu 
dentin köməkçisinin və müdafiə nazirinin neft şirkətləri və si‐
lah  sənayesi  şirkətlərindən  gəldiklərini  xüsusi  vurğulayaraq, 
savaşdan ən qazanclı çıxan qrupların da bu şirkətlər olduğunu 
qeyd edib. İraq, dünya neft rezervlərinin 10.7 faizinə sahibdir. 
Əbəs yerə bu iki lobbi Bushun bir neçə yüz səs fərqilə və məh‐
kəmə  qərarıyla  qazandığı  prezident  seçkilərinə  120  milyon 
dollar maliyyə dəstəyi təşkil etməmişdilər. 
Labirintdən çıxış yolu nədir? 
Qərb kapitalizmi üçün digər ölkələrdə demokratiya, yalnız 
öz  maraqları  ilə  üst‐üstə  düşdüyü  zaman  əhəmiyyətlidir. 
Ümumiyyətlə, neft sektoruna yönələn xarici kapital mahiyyət‐
cə bilgi çağının xüsusiyyətlərini özündə ehtiva edən xarici ka‐
pitaldan  fərqlənir.  Mütəxəssislər  dünyadakı  mövcud  neft  re‐
zervlərini və illik istehsal‐istehlak miqdarlarını əsas alaraq nef‐
tin  40  il  sonra  tükənəcəyini  qeyd  edirlər.  Azərbaycan  çağdaş 
dünyadan  hələ  40 il  də  təcrid  olunmaq istəməyirsə  bilgi  çağı‐
nın kapitalını cəlb eləmək üçün təhsil sistemini İrlandiyada ol‐
duğu kimi informasiya çağının tələblərinə uyğunlaşdırmalıdır. 
Kompüter,  informasiya  çağının  görünən  tərəfidir  və  o  bizim 
bilgini  əldə  etməmizi  asanlaşdırır.  İnformasiya  çağında  təhsil 
sisteminin  vəzifəsi  isə,  həmin  bilgini  təhlil  edə  biləcək,  azad 
düşünə bilən beyinləri hazırlamaqdır. 
Sovetlər Birliyinin dağılmasının başlıca səbəbi də, sistemin 
azad düşüncəyə qarşı olması idi. İranda da kompüter var, am‐
ma  azad  düşüncə  yoxdur.  Ona  görə  orada  internetdən,  peyk 
antenalardan qorxurlar. Çində isə, bir internet klubda yanğını 
bəhanə edərək bütün internet klubları bağlamaq istəyirdilər. 
Azərbaycan çağdaş dünya ilə öz arasındakı fərqi azaltmaq 
üçün  təhsil  sistemində  köklü  islahatlar  aparmalıdır.  Əks  təq‐
dirdə ölkənin qeyri‐neft sektorunu inkişaf etdirmək və buraya 
bilgi  çağının  kapitalını  cəlb  etmək  müşkülə  çevriləcək.  Təka‐
mül  isə,  “addım‐addım”  şəklində  olsa  da  müşahidə  edilmək‐
dədir. Artıq ixracda neft və neft məhsullarının payı 76 faizə qə‐
 
‐ 100 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
dər aşağı düşüb.
110
 Büdcənin həcmi artdıqca qeyri‐neft sektoru 
üzrə büdcə daxilolmaları da artır. Məktəblər kompüterləşdiri‐
lir,  yeni  məktəblər  tikilir.  “Microsoft”  Zaqafqaziyada  ilk  ofi‐
sini Azərbaycanda açacağını bəyan edib.
111
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
110
 “Ötən il ölkənin ixracının 76%‐dən çoxu neft və neft məhsullarının payına 
düşübdür”, AssA‐İradə, 2 fevral 2006. 
111
 “Microsoft şirkəti Cənubi Qafqazda ilk ofisini Azərbaycanda açacaq”, APA
6 fevral 2006. 
 
‐ 101 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 102 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə