İlkin Sabiroğlu
neft daxilolmalarının artan xətt üzrə inkişaf edəcəyi gözlənilsə
də, Milli Bankın real effektiv valyuta məzənnələrinin bahalaş‐
masında maraqlı olmadığı görünməkdədir. Qısası, hazırda bizi
“Holland sindromu” təhlükəsi gözləmir. Bəs sabah necə?
Diqqət edirsinizsə, yuxarıda üç sektordan bəhs edilir: neft
sektoru, ixrac potensialı olan qeyri‐neft sektoru və ixrac poten‐
sialı olmayan mallar sektoru. Ona görə də biz ölkə olaraq
“Holland sindromu”ndan yayınmaq üçün neft dollarlarından
məhz “ixrac potensialı olan qeyri‐neft sektoru”nun inkişafında
istifadə etməliyik.
Amma bir başqa problem də ondadır ki, neft dollarlarının
məhz bu yöndə, səmərəli və şəffaf şəkildə istifadə olunacağına
nə özümüz inanırıq, nə də beynəlxalq təşkilatlar (məsələn,
BVF).
Azərbaycanda neft gəlirlərindən istifadə edərkən qeyri‐neft
sektorunun xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan
dünyada bir çox modellər mövcud olsa da, bu modellərin heç
biri Azərbaycan üçün münasib deyil. O cümlədən də Norveç
modeli...
Norveçin və Alyaskanın (ABŞ) bizdəkinə bənzər qeyri‐neft
sektoru problemi yoxdur. Norveçi narahat edən “Holland sin‐
dromu” deyil, “qocalma sindromu”dur. Norveç və ABŞ‐da in‐
sanlar məhz bu günlərini təminat altına aldıqları üçün gələcək
nəsillərinin qayğısına qalırlar.
Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələr isə neft ehtiyat‐
larının həcminin həddindən artıq çox olmasına görə, ümumiy‐
yətlə, Azərbaycanla müqayisə edilməməlidir. “Forbes” jurnalı‐
nın oktyabr sayında yer alan bir məqalədə yazar qeyd edir ki,
Səudiyyə Ərəbistanı kimi bir sıra neftlə zəngin ərəb ölkələ‐
rində dövlət, ümumiyyətlə, gəlir vergisi almırmış. Büdcə neft
gəlirləri hesabına formalaşır. Amma buna baxmayaraq qeyri‐
neft sektoru da inkişaf etmir. Səudiyyə Ərəbistanında gənc
əhalinin 40‐50 faizi işsizdir. Burada neft gəlirlərinin yüksəkliyi,
‐ 126 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
dünya bazarlarında neft qiymətlərinin artması ilə birlikdə neft
gəlirlərinin daha da yüksəlməsi qeyri‐neft sektorunun inkişafı‐
na marağı azaldırmış.
140
Azərbaycan digər neft ölkələrindən qeyri‐neft sektorunun
problemlərinin xarakterinə görə fərqlənir. Düzdür, son illər
bizdə də neft gəlirlərinə arxayın olaraq vergi səviyyələri mütə‐
madi olaraq aşağı salınır. Əlimizdə konkret araşdırma olmadı‐
ğı üçün bu tendensiyanın qeyri‐neft sektorundan vergi daxilol‐
malarına necə təsir etdiyini deyə bilməsək də, “Laffer əyrisi”‐
nin indiki mərhələdə Azərbaycanda özünü doğrultmayacağı‐
na qəti əminik. Vergi Məcəlləsi üzərində belə tez‐tez dəyişik‐
liklərə gedilməsini də zərərli tendensiya kimi qəbul edirik.
Qeyri‐neft sektoru üzrə büdcə daxilolmalarının artmasını baş‐
qa səbəblərlə əlaqələndiririk. Məsələn, bir müddət əvvəl yana‐
caq bazarına hakim olan bir şirkətin kassa aparatlarından isti‐
fadə etmədiyi bəyan edildi. Belə halda vergi dərəcələrini də‐
yişdirməyin nə anlamı var?
Azərbaycanda qeyri‐neft sektorunun vəziyyəti xüsusi ya‐
naşma tələb edir. Biz qeyri‐neft sektorunun ixrac potensialı
olan sahələrini necə inkişaf etdirə biləcəyimiz üzərində fikir‐
ləşməliyik. Məhz ona görə “Hamı yerli mal alsın, xeyir vətənə
qalsın!” devizini tənqid edirdik. Bu deviz daxili istehlakçılara
səslənir. Bizim isə xarici ticarət obyekti olmayan mallar sekto‐
runun inkişafını stimullaşdıran, bütün dünyada özünü doğ‐
rultmayan bir kampaniyaya deyil, istehsalçılarımızı xarici rə‐
qabətə, xarici bazarlara səsləyən addımlara ehtiyacımız var.
“Özümüz bişirib özümüz yeyək!” prinsipi ilə problemin için‐
dən çıxmaq mümkün deyil. Bu baxımdan yeni nazirin bizimlə
140
Ömer Taşpınar, “Petrol ve Arap ekonomileri”, “Forbes‐Türkiye” jurnalı,
Oktyabr 2005, səh.33.
‐ 127 ‐
İlkin Sabiroğlu
eyni məntiqdən çıxış edərək kampaniyanı dayandırmasını da
təqdirəlayiq sayırıq.
141
Azərbaycanı hal‐hazırda “Holland sindromu” təhlükəsinin
gözləmədiyi Beynəlxalq Valyuta Fondu əməkdaşlarının Azər‐
baycanla bağlı hazırladıqları sənəddə də öz əksini tapıb. Onla‐
ra görə də, hazırda ən əsas problemimiz “inflyasiya təzyiq‐
ləri”nin artmasının qarşısını almaqdan ibarətdir. Neft gəlirlə‐
rinin əhəmiyyətli artımı kontekstində “Holland sindromu”
xəstəliyinin təsirini məhdudlaşdırmaqsa orta və uzunmüddətli
problem kimi qarşımıza çıxa bilər.
142
Azərbaycanın bundan ya‐
yınmaq üçün kifayət qədər imkanları mövcuddur.
Tədbirli davranıb bundan yayına bilməsək, Azərbaycan
“Holland sindromu”ndan da daha ağır vəziyyətlə üz‐üzə qala
bilər. Səbəb isə çox sadədir: Yuxarıda bəhs etdiyimiz “Holland
sindromu”nun “üç sektor modeli”nə görə, intensiv inkişaf
edən təbii ehtiyatlar sektoru ilə ixracat potensialı olmayan
mallar sektorunun inkişafı ixracat potensialı olan qeyri‐neft
malları sektorunu sıxışdırır. Amma Azərbaycanda nəinki ixra‐
cat potensialı olan qeyri‐neft malları sektoru, o cümlədən ixra‐
cat potensialı olmayan mallar sektoru da inkişaf etməyib. Ona
görə də mövcud hal davam edərsə, gələcəkdə neft gəlirlərinin
azaldığı bir məqamda biz “Holland sindromu” ilə deyil, şərti
olaraq “Banqladeş sindromu” adlandırdığımız situasiya ilə
qarşılaşacağıq. Lakin, bizim bütün bunlardan yayınmaq poten‐
sialımız çox yüksəkdir və hökumətin də, konkret olaraq Milli
Bankın situasiyanın ciddiliyini dərk etdiyini müşahidə etmək‐
dəyik.
141
“Heydər Babayev: Bu gün dünyanın aparıcı sərmayəçilərinin Azərbaycanın
iqtisadiyyatına marağı son dərəcə dərəcə böyükdür”, Trend, 8 dekabr 2005.
142
“Statement by the IMF Mission for the 2005 Article IV Consultation with the
Republic of Azerbaijan”, IMF, 21 dekabr 2005,
http://www.imf.org/external/np/sec/pr/2005/pr05287.htm, (01.03.2006).
‐ 128 ‐
Dostları ilə paylaş: |