İlkin Sabiroğlu
mində belə “emosional fədakarlıq”lara yer yoxdur. Bunun belə
olduğunu əslində İİN də başa düşür. Nazirliyin rəsmi saytında
yer alan məlumatda deyilir: “Konfransın keçirilməsində məq‐
səd milli istehsalın dəstəklənməsi üzrə dövlət siyasətinin sə‐
mərəliliyinin artırılması, istehsalın keyfiyyətinin yüksəldilmə‐
si, sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, ixrac qabi‐
liyyətinin artırılması, yerli istehsalın təbliğinin gücləndirilməsi
və milli istehsalın dəstəklənməsi məsələlərin müzakirəsi idi.”
Yəni keyfiyyətli məhsul istehsal etmədikcə vətəndaşlarımıza
da niyə yerli məhsul almırsınız ‐ deyə irad tuta bilmərik.
William J.Lynott əlavə edərək deyirdi ki, öz mallarımızın,
öz ölkəmizdəki satışını artırmaq; nəhayət bunları, “keyfiyyət‐
li” dünya məhsulları halına gətirərək, xaricə satmaq; milli iqti‐
sadiyyatımızın sağlam işləyə bilməsi üçün əsas şərtdir. Bu şərti
yerinə yetirə bilməsək, ixrac gəlirlərimizdən vaz keçmək məc‐
buriyyətində qalacağıq ki, bu da milyonlarca vətəndaşımızın
işsiz qalması, hərbi‐sivil bütün investisiyaların kökünü kəs‐
mək, yəni ölkəmizin süqutunu hazırlamaq deməkdir.
131
Amma məsələ ondadır ki, hələ keyfiyyətli məhsul istehsal
etmək də problemdən çıxış yolu deyil. İstehsalla məşğul olan‐
lar gözəl bilirlər ki, ciddi bir marka yaratmaq keyfiyyətli məh‐
sul istehsal etməkdən qat‐qat çətin olan bir işdir. Marka yarat‐
madan isə nə daxili bazarda, nə də xarici bazarda güclü möv‐
qeyə sahib olmaq və bu mövqeni qorumaq mümkün deyil.
Azərbaycan kimi ölkələrdə marka yaratmaq isə xüsusilə çətin‐
dir. Ona görə də daha optimal variantlar axtarılmalıdır.
Məsələn, bir neçə il əvvəl xəbər gəldi ki, Gəncə Avtomobil
Zavodu ilə Fransanın “Reno” şirkəti maraqlanır. Daha sonra
isə, zavodun avtomobil istehsal edən xarici şirkətlərdən birinə
icarəyə verilməsi ilə bağlı “KamAZ”, “İrankhodro” kimi şir‐
kətlərin adları çəkildi. Ardınca Almaniyanın “Volkswagen”
131
Ibid.
‐ 120 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
konserninin Gəncə avtomobil zavodunun yenidən qurulması
ilə bağlı ilkin razılığını verməsi barədə məlumat yayıldı.
Paralel olaraq eyni danışıqların Rusiyanın “QAZel” şirkəti ilə
də aparıldığı söylənildi. Nəhayət, 1989‐cu ildən tikintisi yarım‐
çıq qalan zavodda, 2004‐cü ilin dekabrın 24‐də ilk “OKA”
markalı avtomobilin buraxılışı oldu. Rusiyanın daha bir avto‐
mobil şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən zavodda
“UAZ” markalı avtomobillərin 7 modelinin yığımı da təşkil
ediləcək. Gəncə Avtomobil zavodunda paralel olaraq Çinin iki
iri avtomobil şirkətləri ilə də danışıqlar aparılır...
132
2006‐cı ilin
mayından etibarən isə Rusiya Avropa ölkələrinin qəbul etdiyi
“Avro‐2” standartlarına uyğun olmayan “Oka” markalı avto‐
mobillərin istehsalını dayandırır. Nəticədə Azərbaycanda da
bu markalı avtomobillərin istehsalı dayandırılacaq.
133
Halbuki qəti şəkildə marka yaratmağın çətinliyi və yaxşı
bir markanın gətirəcəyi üstünlüklər nəzərə alınaraq “Volks‐
wagen” kimi məşhur markalardan birinə üstünlük verilməli
idi. Məsələn, Türkiyə “Gömrük Birliyi”nə üzv olduqdan sonra
yerli avtomobil markalarının istehsalından daha çox tanınmış
dünya markalarının Türkiyədə istehsalına üstünlük verməyə
başladı. Nəticədə həm daxili bazarda avtomobil satışını, həm
də xaricə avtomobil ixracını artırmış oldu.
Ayrıca, əgər bir sektorda innovasiya fəaliyyətlərinə yönələn
xərclər iqtisadi artımın altındadırsa həmin sektor “ömrünü ta‐
mamlamış sektor” (metal mədənçiliyi, kömür mədənçiliyi, neft
və qaz istehsalı, meşəçiliyə dayanan sənayelər, anorqanik kim‐
ya sənayeləri, kauçuk sənayesi, kənd təsərrüfatına dayanan sə‐
nayelər, silikatlar, trikotaj və s.) sayılır. Əgər innovasiya xərc‐
ləri iqtisadi artımla eyni səviyyədədirsə bu sektor “ömrünü ta‐
mamlamaya keçiş mərhələsində olan sektor” (neft‐kimya, elek‐
132
Ibid.
133
“Azərbaycanda da “OKA” avtomobillərinin istehsalı dayandırılır”, Trend, 9
fevral 2006.
‐ 121 ‐
İlkin Sabiroğlu
trotexnika, avtomobil sənayesi, makina sənayesi, təyyarə, gə‐
mi, kompüter, sintetik iplik və s.) kimi qəbul edilir. Əksinə, in‐
novasiya xərcləri iqtisadi artımın üstündədirsə bu sektorlar
“yenilikçi sektorlar” və ya “yenilikçi sənayelər” (mikroelektro‐
nika, biotexnologiya, fəza texnologiyaları, robotik, foto aktiv
ləvazimatlar, füzyon enerjisi, membran texnologiyası, telekom‐
munikasiya, elektronik keramikalar və s.) adlanır.
134
İnkişaf baxımından Azərbaycanla eyni qrupda olan kiçik
daxili bazara sahib ölkələr “ömrünü tamamlamış sektor”lara
aludə olmadan heç olmasa tədricən “ömrünü tamamlamaya
keçiş mərhələsində olan sektor”ları mənimsəmək üçün isteh‐
salda sadəcə keyfiyyət problemini deyil, “ticarət markası”
problemini də həll etməyi bacarmalıdırlar.
134
Mehmet Altan, “Köylüler ne zaman manşet olur?”, Zaman Kitap, İstanbul,
2001. səh.26.
‐ 122 ‐
Dostları ilə paylaş: |