KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
deyə bilərlər ki, “özünüz 40 faizdən yuxarı yoxsulluq həddin‐
də  yaşadığınız  halda,  neft  gəlirlərini  bizə  saxlamaq  haranıza 
yaraşır?  Axı  Azərbaycan  Norveç  deyil  ki,  bu  gününü  təminat 
altına  aldığından  neft  gəlirlərini  sabaha  saxlasın?!”  Biz  isə  bu 
fədakarlığımızın  əsasında  “Holland  xəstəliyi”ndən  yayınma 
zərurətinin dayandığını deyəndə, onları da neftin ümidinə bu‐
raxdığımıza görə bizi qınayacaqlar. Elə etmək lazımdır ki, neft 
gəlirlərindən  həm  indiki,  həm  də  sonrakı  nəsil  faydalana  bil‐
sin.
123
Bu  ilin 8  ayında  ölkə  iqtisadiyyatına  3,7  milyard  dollar  in‐
vestisiya qoyulub. İnvestisiyaların təqribən 71 faizini xarici, 29 
faizini  isə  daxili  sərmayələr  təşkil  edib.  Ümumi  investisiyala‐
rın 25 faizi qeyri‐neft sektoruna qoyulub. Bu tendensiyanı inki‐
şaf etdirməliyik. Daxili sərmayənin ölkə iqtisadiyyatına qoyu‐
luşunu təşviq etməklə yanaşı, qeyri‐neft sektoruna birbaşa xa‐
rici  investisiya  daxilolmalarını  cazibəli  hala  gətirməliyik.  Bu 
isə ölkənin investisiya potensialını yüksəltməkdən keçir. 
Ümumiyyətlə, bir sıra ölkələrin inkişaf təcrübəsi göstərir ki, 
ölkədə bir və ya bir neçə sektor digər sektorların da inkişafın‐
da  lokomotiv  funksiyasını  yerinə  yetirməkdədir.  Yəni,  həmin 
lokomotiv sektorun inkişafı əlavə bir çox sektorların da inkişa‐
fına  imkan  yaratmaqdadır.  Bu  gün  Türkiyədə  inşaat  sektoru‐
nun  inkişafının  nəticəsi  olaraq  ölkə,  Avropanın  ən  böyük  se‐
ment  istehsalçısına  çevrilmişdir.  Eyni  zamanda  dünyanın  ən 
böyük  dəmir  emal  edən  12‐ci  ölkəsidir.  Həmçinin,  turizm  sa‐
həsindəki müvəffəqiyyətlərinə görə də dünyanın ən populyar 
12‐ci  ölkəsi  statusunu  qazanmışdır.  Mütəxəssislərin  hesabla‐
malarına görə, Türkiyədə turizm sektorunun inkişafı özündən 
əlavə  36  sektorun  inkişafında  da  müstəsna  rola  sahibdir.  Ona 
görə də hər ölkə lokomotiv funksiyasını daşıyacaq olan sektor‐
la digər sektorlar arasındakı optimal balansı doğru müəyyən‐
                                                 
123
 Ibid. 
 
‐ 113 ‐


İlkin Sabiroğlu 
ləşdirməli  və  onun  yarada  biləcəyi  imkanlardan  maksimum 
yararlanmağa çalışmalıdır. Əks təqdirdə meydana gələn mənfi 
tendensiyalar  iki  istiqamətdə  inkişaf  edə  bilər.  Belə  ki,  balans 
doğru müəyyənləşdirilmədiyi təqdirdə lokomotiv sektorun iq‐
tisadiyyatdakı çəkisinin optimaldan həm azlığı həm də çoxlu‐
ğu problem yarada bilməkdədir.
124
Tendensiyaların  birinci  inkişaf  istiqaməti  kimi  Yaponiya‐
dan  nümunə  göstərmək  olar.  Araşdırmalara  görə,  Yaponiya‐
dakı  iqtisadi  böhranın  ortaya  çıxmasında  investisiyaların  sek‐
torlar arasındakı bölgüsü də çox ciddi rol oynamışdır. Belə ki, 
90‐cı  illərin  başlarında  Yaponiyada  texnologiya  sektoruna  qo‐
yulan investisiyalar ümumi çəkidə təqribən 16 faiz təşkil edir‐
disə,  bu  nisbət  Amerika  Birləşmiş  Ştatlarında  15  faiz,  inkişaf 
etmiş Avropa ölkələrində isə daha gerilərdə seyr etməkdə idi. 
Bugünkü vəziyyətə baxdığımız zaman isə bu nisbət Yaponiya‐
da demək olar ki, eyni səviyyədə qaldığı halda, ABŞ‐da 30 fai‐
zi  aşmış,  Qərbi  Avropa  ölkələrində  isə  17  faizə  çatmışdır.  Bu 
texnologiya  investisiyaları  içərisindəki  əsas  payı  da  internet‐
kompüter texnologiyasına qoyulan investisiyalar təşkil etmək‐
dədir. Təbii ki, bütün bunlar yüksək səviyyəli təhsil sisteminin 
təşkilinin nəticəsi kimi ortaya çıxmaqdadır. Yəni, insanın inki‐
şafına qoyulan kapital hər zaman ön plandadır. Lakin bir şeyi 
də qeyd etmək lazımdır ki, ABŞ‐da hərbi‐sənaye kompleksinin 
lokomotiv  funksiyasını  yerinə  yetirməsi  və  innovasiya  fəaliy‐
yətlərinə  verilən  əhəmiyyət  bu  nəticənin  əldə  olunmasına  gə‐
tirib  çıxarmışdır.  Hərbi‐sənaye  kompleksindəki  nailiyyətlər 
daha sonra digər texnoloji sektorlarda da öz bəhrəsini göstər‐
mişdir.
125
                                                 
124
 Ilkin Sabiroglu, “Locomotive sector”, Azerbaijan Bulletin No:24 (278), 14 
iyun 2001, ANDF, http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/ 
200106/0032.html, (01.03.2006). 
125
 Ibid. 
 
‐ 114 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Mənfi  tendensiyaların  ikinci  istiqamətdə  inkişafına  isə 
Azərbaycanı  misal  göstərmək  olar.  Beynəlxalq  hesabatlarda 
bildirilir ki, ölkənin son illər inkişafının əsas hissəsi neftlə əla‐
qəli  birbaşa  sərmayələrdən  və  neft  sektoruna  göstərilən  kö‐
məkçi  xidmətlərdən  alınır.  Ümumi  sənaye  məhsulunun  yarı‐
dan çoxunu isə məhz yanacaq sənayesi verir. 
Azərbaycanda  lokomotiv  sektor  funksiyasını  ən  azından 
müəyyən  müddət  üçün  neft‐qaz  sənayesinin  yerinə  yetirməli 
olduğu  şübhəsizdir.  Bu  gün  neft  sənayesinə  qoyulan  birbaşa 
investisiyaların toplam investisiyalar içərisindəki çəkisinə, neft 
sənayesi  məhsullarının  ixracatdakı  payına  baxaraq  bu  sekto‐
run yüksək inkişaf etdiyini düşünmək absurddur. Əvvəllər So‐
vetlər Birliyi səviyyəsində neft və qaz hasilatı üçün lazım olan 
avadanlığın  70  faizindən  çoxunu  istehsal  edən  Azərbaycanın 
hazırda  öz  tələbatını  ödəmək  üçün  bu  avadanlıqların  böyük 
bir  hissəsini  idxal  etməsi  dediklərimizə  sübutdur.  Digər  sek‐
torların  inkişaf  etməməsinin  müqabilində  bu  sektor  nisbi  ola‐
raq inkişaf etmiş kimi görünür. Eyni ilə bu gün Azərbaycanda 
büdcənin  xərclər  hissəsinin  tərkibinin  faizlə  ifadəsinə  diqqət 
yetirdikdə, ilk baxışdan respublika dünyanın ən sosial yönüm‐
lü dövləti kimi nəzərə çarpar. Lakin sosial xərclərin adambaşı‐
na düşən miqdarı heç də belə olmadığını göstərir. Sadəcə büd‐
cə  özü  çox  kiçik  olduğundan  sosial  xərcləri  daha  artıq  məh‐
dudlaşdırmaq imkanı qalmamışdır.
126
Qısacası  Yaponiyada  texnologiya  sektoruna  qoyulan  in‐
vestisiyaların  ümumi  çəkidə  optimaldan  azlıq  təşkil  etməsi 
böhranın  ortaya  çıxmasında  rol  oynamışdı.  Azərbaycanda  isə 
bunun  əksinə,  neft  sektoruna  qoyulan  investisiyalar  ümumi 
çəkidə çoxluq təşkil edir və ya başqa bir ifadə ilə digər sektor‐
lara  qoyulan  investisiyalar  ümumi  çəkidə  optimaldan  azlıq 
təşkil  edir.  Yəni,  neft  sənayesi  lokomotiv  funksiyasını  yerinə 
                                                 
126
 Ibid. 
 
‐ 115 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə