İlkin Sabiroğlu
yetirə bilmir. Bu problem də öz növbəsində Neft Fondunun
vəsaitlərindən məqsədyönlü və səmərəli istifadə mövzusunu
aktuallaşdırır.
Aşağıdakı fikirlər də ölkə prezidentinin yuxarıda bəhs edi‐
lən çıxışından seçilib:
127
“Son illərdə həyata keçirilən neft stra‐
tegiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Am‐
ma bu heç də o demək deyil ki, biz gələcəyimizi də yalnız neft‐
lə bağlamaq istəyirik. Neft faktoru bizim üçün vasitədir. Müs‐
təqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın güclən‐
dirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən is‐
tifadə edirik.
Bundan başqa:
‐ Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infra‐
strukturu xeyli dərəcədə təzələnəcək və neft sənayemizin yeni,
güclü infrastrukturu yaranacaqdır;
‐ Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını tə‐
min ediləcəkdir;
‐ Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir;
‐ Azərbaycanın böyük miqdarda yeni müəssisələri yaradı‐
lacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcəklər;
‐ Bank və sığorta biznesinin inkişafına böyük təkan verilə‐
cəkdir;
‐ Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək
sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır;
‐ Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil
xeyli artacaqdır;
‐ Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş ye‐
ri açılacaqdır;
‐ Azərbaycan neft satışından milyardlarla dollar götürəcək‐
dir ki, bu da geniş sosial proqramları həyata keçirməyə, əmək
haqqını və pensiyaları artırmağa, imkansız ailələrə, müharibə
127
“Azərbaycanın Yeni Neft Strategiyası”, op. cit.
‐ 116 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
əlillərinə və qaçqınlara daha da çox kömək etməyə imkan ve‐
rəcəkdir.
Nəticədə güclü iqtisadi potensial yaradılacaq və bu da ölkə‐
nin müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə
imkan verəcəkdir... Hesab edirəm ki, respublikamız bundan
əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyya‐
tımızın bütün sektorları inkişaf edəcəkdir”.
Xatırlatmaq yerinə düşər ki, hələ əsrin əvvəllərində “Azər‐
baycan özünün milli müstəqilliyini elan edərkən onun qarşı‐
sında duran ən mühüm və vacib vəzifələrdən biri yeni yarana‐
caq siyasi hakimiyyətin dövlətçilik formasının seçilməsi məsə‐
ləsinin həllindən ibarət idi. O vaxtlar Azərbaycanı əhatə edən
qonşu dövlətlərdə imperatorluq, şahlıq, sultanlıq, krallıq üsul
idarə formaları mövcud idi. Azərbaycanın yeni yaranmış ali
hakimiyyət orqanı olan Milli Şura, fikirləşmədən, götür qoy et‐
mədən qonşu ölkələrin rejimlərini tamamilə və ya qismən öz
ölkəsində tətbiq edə bilərdi. Bu çox asan yol idi. Lakin Milli
Şuraya daxil olan rus və Avropa təhsilli, yüksək təfəkkürlü,
demokratik ziyalı vətənpərvərlər tamamilə yeni, mütərəqqi və
sivil yol seçdilər, Şərqdə ilk demokratik respublika üsul‐idarə
sisteminin yaradılmasına üstünlük verdilər. M.Ə. Rəsulzadə
qeyd edirdi ki, “Bizə Ərəbistanı göstərsələr də” , Milli Şura tə‐
rəddüd etmədən azadlığı, insan hüquqlarını, qanunun aliliyini
təmin edən demokratik respublika quruluşunun yaradılma‐
sına üstünlük verdi.”
128
Müsbət haldır ki, Azərbaycan elə indi də neft ölkəsi olsa da,
neftlə zəngin ərəb ölkələrinin getdiyi yolu izləmir. Bizim gələ‐
cək nəsillərə bilgi çağının şərtləri ilə ayaqlaşa bilən, demokra‐
tik bir Azərbaycan verə bilməmiz isə onlar üçün neft dollarla‐
rından daha əhəmiyyətli olacaq.
128
Gülnarə Sultanova, Azərbaycan Demokratik Respublikasının Dövlətçilik
Fəaliyyəti, http://www.uludil.gen.az/adr/3.php, (01.03.2006).
‐ 117 ‐
İlkin Sabiroğlu
‐ 118 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
“Hamı yerli mal alsın!
Xeyir Vətənə qalsın!”
İqtisadi İnkişaf Nazirliyi (İİN) 4 avqust 2005‐ci il tarixdə
Hyatt Regency mehmanxanasında “Milli istehsalın dəstəklən‐
məsi” mövzusunda Konfrans keçirmişdi. Konfransın əsas de‐
vizi isə belə idi: “Hamı yerli mal alsın! Xeyir Vətənə qalsın!”.
İstər‐istəməz belə bir sual yaranırdı: “Görəsən İqtisadi İnkişaf
Naziri bir addım daha irəliyə gedərək öz işçilərinə yerli isteh‐
salın dəstəklənməsi məqsədilə xidməti və minik avtomobilləri‐
ni Gəncə Avtomobil Zavodunun məhsulları ilə dəyişdirmə
göstərişini verəcəkmi?”. Əks təqdirdə yuxarıdakı deviz effekt
qazana bilməzdi. Eynilə, “Yerli malı, yurdun malı, hər Türk
onu kullanmalı!” devizi altında Türkiyədə başladılan kompa‐
niyaların heç bir müsbət effekt vermədiyi kimi.
129
“Amerikan Malı Satın Al” Fondunun sədri William J.Lynott
deyirdi ki, bir ölkənin dünyadakı iqtisadi mövqeyini müəy‐
yənləşdirən əsas amil, həmin ölkənin istehsal gücüdür. XVIII
əsrdə İngiltərə, bu sayədə İspaniyanın; XIX əsrdə də Amerika,
İngiltərənin yerinə keçmiş, digər ölkələri də kontrol edə bilən,
dünyanın ən böyük iqtisadi gücü halına gəlmişdir. Lakin bu‐
nunla belə amerikalılar istehsalda “Fordist İnqilab”ın banisi
Henry Fordun avtomobillərindənsə daha çevik olan yapon av‐
tomobillərinə üstünlük verirlər.
130
İİN‐nin devizi də iqtisadi cəhətdən populist olduğu qədər,
real əsasları olmayanl bir devizdir. Devizdəki məntiq çox sadə‐
dir: Mən keyfiyyətsiz, zəmanətsiz yerli məhsul almalıyam ki,
bu məhsulu istehsal edən yerli şirkət istehsalını genişləndirsin
və nəticədə bir başqa vətəndaşımız iş tapa bilsin. İqtisad el‐
129
İlkin Sabiroğlu, “Hamı yerli mal alsın! Xeyir Vətənə qalsın!”, “Gündəlik
Azərbaycan” qəzeti, 16 avqust 2005.
130
Ibid.
‐ 119 ‐
Dostları ilə paylaş: |