KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Yeni yanaşma 
zərurəti 
 
Marksist  terminologiyada  burjuaziya  proletar  sinfini  istis‐
mar edən, böyük həcmli sərvət və mülk sahibi olan şəxsləri ifa‐
də edir. Ona görə də sosializmdə bizə təlqin edilirdi ki, burjua‐
ziya  istismarçıdır.  Elə  bir  cəmiyyət  formalaşdırılırdı  ki,  orada 
kimsə  kimsəni  istismar  etməyəcək.  Tarix  isə  Amerikanın  keç‐
miş  prezidenti  John  Kennedynin  məsləhətçisi,  iqtisadçı  John 
K.Galbraithı haqlı çıxardı: “Kapitalizmdə insan insanı istismar 
edir.  Kommunizmdə  isə  bunun  tam  əksi  olur.”
112
  Yəni,  kom‐
munizmdə  də  insan  insanı  istismar  edir.
113
  Sadəcə  burada  ka‐
pitalizmdən  fərqli  olaraq  istismarçı  təbəqə  kommunist  bürok‐
ratiyası idi... 
Lakin bürokratiyanın burjuaziyanın yerini alması, yəni bur‐
jualaşması halı sadəcə sosialist sistemlərdə baş vermir. Demo‐
kratiyanın  və  sərbəst  bazar  iqtisadiyyatının  yerləşmədiyi  bü‐
tün ölkələrdə həqiqi burjuaziya (buna milli burjuaziya da deyə 
bilərsiniz)  formalaşmır,  onun  yerini  imtiyazları  ilə  böyük  sər‐
vət əldə edən bürokratik burjuaziya (məmur burjuaziyası) dol‐
durur.  Bəs  “məmur  burjuaziyası”  ilə milli  burjuaziyanın  fərqi 
nədir? 
Araşdırmalar göstərir ki, sərvətin qazanılma forması, onun 
xərclənmə  formasını  da  müəyyənləşdirir.  Eynilə  istehsal  for‐
mamızın istehlak formamızı müəyyənləşdirdiyi kimi. Əgər bir 
sərvət  sahibi  sərvətini  gəlir‐zərər  riskinə  qatlanaraq,  istehsal 
prosesinə qoşularaq əldə edirsə, paralel olaraq, özündə iş ada‐
mı xüsusiyyətlərini də formalaşdırır. Yox, əgər məmur burjua‐
ziyası  nümunəsində  olduğu  kimi,  heç  bir  iqtisadi  fəaliyyətə 
                                                 
112
 Eğilmez və Kumcu, op. cit., səh.133. 
113
 Frederic Bastiat, Hukuk, Tərcümə: Yıldıray Arsan, LiberteYayınları, Ankara, 
2003, səh.21. 
 
‐ 103 ‐


İlkin Sabiroğlu 
qatılmadan, zənginliyini korrupsiya  və  rüşvətlə  əldə  edirsə,  o 
zaman belələrində nə iş adamı xüsusiyyətləri, nə də iqtisadi tə‐
şəbbüskarlıq ruhu inkişaf edər. 
Bir  anlığa  təsəvvür  edin  ki,  heç  bir  zaman  iş  adamı  kimi 
fəaliyyət göstərməyən sadə bir vətəndaşın təsadüfən aldığı lo‐
tereya biletində bəxti gətirir və çox zəngin bir şəxsə çevrilir. Bu 
şəxs  istehsaldan,  biznesdən  anlamadığından,  sərvətini  böyük 
ehtimalla kefə, əyləncəyə və lüks malların istehlakına sərf edə‐
cək. Böyük bizneslə məşğul olmağa çalışsa, təcrübəsizliyindən 
müvəffəqiyyət qazanma şansı çox azdır və adətən, belə bir is‐
tək də olmur. Əgər bir az rasional düşünmə tərzi varsa, pulu‐
nu ya banka qoyub faizini, ya da daşınmaz əmlaka yatırıb ki‐
rayə haqqını alacaq. 
Məmur  burjuaziyasının  hakim  olduğu  bütün  cəmiyyətlər‐
də,  bir‐iki  istisna  xaricində,  zəngin  bürokratların  hamısı  belə 
davranır. Neftlə zəngin ərəb ölkələrindəki burjua rolunda çıxış 
edən kral və məmurların da sərvətləri başda ABŞ olmaqla, in‐
kişaf etmiş qərb ölkələrinin banklarındadır. 
Qısası,  məmur  kapitalizminin  hökm  sürdüyü  dövlətlərdə 
sərvət iqtisadi kateqoriyadan daha ziyadə siyasi kateqoriyadır. 
Yəni rifah səviyyəsi əmək və istehsal ölçüsü ilə deyil, bürokra‐
tik  iyerarxiyanın  daha  yüksək  pilləsində  təmsil  olunmaqla  və 
ya bu pillədəkilərlə imtiyazlı ünsiyyət imkanları ilə ölçülür. 
Məharət  həmin  “məmur  burjuaziyası”nın  kapitalını  ölkə 
iqtisadiyyatına yönəltməyi bacarmaqdadır. Doğrudur, belə ka‐
pitala  cəmiyyətin  münasibəti  bir  mənalı  deyil.  Bəziləri  ümu‐
miyyətlə  həmin  kapitalın  müəyyənləşdirilərək  müsadirə  edil‐
məsinin tərəfdarıdır. Digərləri isə bu kapitalın Azərbaycan iq‐
tisadiyyatına yönəldilməsinin zəruri olduğunu deyir və bunun 
ölkədə istehsalın və məşğulluq səviyyəsinin yüksəldilməsində 
müsbət rol oynayacağını düşünür. 
Belə bir məsəl var ki, “imanla paranın kimdə olduğu bilin‐
məz”.  Ona  görə  də,  bu  kapitalın  müəyyənləşdirilməsi  və  mü‐
 
‐ 104 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
sadirəsi  çox  qəliz  məsələdir.  Bunda  uğur  əldə  etmiş  ölkə  nü‐
munəsi bizə məlum deyil. 
Buna  baxmayaraq  müxalifət  uzun  müddət  bəhs  edilən  ka‐
pitala qarşı aqressiv münasibət ortaya qoymuş və nəticədə bu 
yanlış münasibət bumeranq effekti vermişdir: “Radikal müxa‐
lifətin  mahiyyətini  araşdırarkən  onun  qisasçılıq  mahiyyətini 
unutmamalıyıq. Bu müxalifətin liderləri hesab edirlər ki, əsas‐
sız radikallıqla və qisasçı çağırışlarla insanların narazı hissəsini 
öz  tərəflərinə  çəkəcəklər.  Müxalifətdən  olan  namizədlər  haki‐
miyyətə gəldikləri təqdirdə, cəmiyyət həyatının bütün sahələ‐
rini təftiş edəcəklər, varlı adamlara qarşı mübarizə aparıb, on‐
ların varidatını əlindən alıb xalqa paylayacaqlar. Görünür, bol‐
şeviklərin təcrübəsi radikal müxalifət üçün çox xoşdur...”
114
Halbuki  ən  doğru  addım  bu  vəsaiti  ölkə  iqtisadiyyatına 
cəlb  edə  bilməkdir.  Axı  kapitalsız  kapitalizm  qurmaq  müm‐
kün  deyil.  Dövlətin  birbaşa  istehsal  prosesinə  daxil  olaraq, 
dövlət  kapitalizmi  yaratmaq  təşəbbüsü  isə  dünyanın  inkişaf 
dinamikasına zidd olardı. Həm də bunun üçün kapital ehtiyat‐
larımız  yetərli  deyil.  Sadəcə  Neft  Fondunun  hesabına  qeyri‐
neft  sektorunu  inkişaf  etdirməyin  mümkünlüyünə  inanmaq 
isə sadəlövhlük olar. 
Çıxış yolu xarici kapitalı məmur burjuaziyasının kapitalı ilə 
birləşdirərək,  ölkə  iqtisadiyyatına  cəlb  etməkdir.  Bu  ölkənin 
iqtisadi  inkişaf  xəttini  düzgün  müəyyənləşdirməklə  yanaşı, 
keçmiş bürokratiyanın əlində cəmlənmiş kapitaldan faydalan‐
mağın ən düzgün yoludur. Beynəlxalq informasiyanın toplan‐
masında  və  təcrübənin  transferində  xarici  kapital  önəmli  yer 
tutmaqdadır.  Eyni  zamanda  xarici  kapital  neft  sektorundan 
fərqli olaraq yerli ortaq olmadan qeyri‐neft sektoruna daxil ol‐
maqda  hər zaman  tərəddüd  edəcək. Bütün  ölkələrdə  yerli  or‐
taq  xarici  kapitala  bələdçilik  edir,  əvəzində  isə  yerli  ortaq  öz 
                                                 
114
 Mehdiyev, op. cit., 2 fevral 2006. 
 
‐ 105 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə