KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə41/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

İlkin Sabiroğlu 
mətdə  10‐dan  az  işçi  çalışdıran  müəssisələr  daxildir.  Orta 
müəssisələr  kateqoriyasına  isə,  sənayedə  51‐250  arası,  nəqliy‐
yatda 16‐75 arası, tikintidə 26‐150 arası, xırda ticarətdə və xid‐
mətdə 11‐50 arası işçi çalışdıran müəssisələr daxil edilir. 
Açıqcası, bu cədvəli hansı məlumatlar əsasında hazırladıq‐
ları  bizə  məlum  deyil.  Ona  görə  də  Azərbaycan  qanunveri‐
ciliyinə  əsasən  Kiçik  və  Orta  Sahibkarlığın  tərifini  verməkdə 
böyük  fayda  görürük.  Çünki  bu  Azərbaycanda  və  dünyada 
KOS‐la  bağlı  fərqli  anlayışları  spesifik  bir  şəkildə  göstərə  bi‐
lər.
161
4 iyun 1999‐cu il tarixli və 673‐IQ nömrəli Kiçik Sahibkarlı‐
ğa  Dövlət  Köməyi  Haqqında  Azərbaycan  Respublikası  Qanu‐
nunun  3‐cü  maddəsinə  görə  kiçik  sahibkarlıq  subyektləri  de‐
dikdə, aşağıdakılar nəzərdə tutulurdu: 
‐ hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxslər; 
‐  işçilərin  orta  siyahı  sayı  (mövsümi  işçilər  nəzərə  alınma‐
dan) sənaye, nəqliyyat və tikintidə — 50 nəfərədək, kənd təsər‐
rüfatında  və  elmi  texniki  sahədə  —  30 nəfərədək,  ticarət,  xid‐
mət, informasiya və digər sahələrdə — 25 nəfərədək olan hü‐
quqi şəxslər. 
Bir  neçə  fəaliyyət  növü  ilə  məşğul  olan  kiçik  sahibkarlıq 
subyektləri rüblük dövriyyədə daha yüksək xüsusi çəkiyə ma‐
lik  olan  fəaliyyət  növü  üzrə  kiçik  sahibkarlıq  subyektinə  aid 
edilirdi. 
Göründüyü kimi yaxın zamanlara qədər bizdə təsnifat əsa‐
sən çalışan işçi sayına görə aparılırdı ki, bu da KOS‐ların kapi‐
tal  və  texnoloji  infrastrukturlarının  yanında  bəzi  davranış  xü‐
susiyyətlərini (yenilik yaratma potensialı, sürətli adaptasiya və 
s. kimi) nəzərdən qaçırmaqda idi. Dolayısilə vahid və tək fak‐
                                                 
161
 Natiq Sabiroğlu, “Kiçik və Orta Sahibkarlıq Nədir?”, IqtisadNet
http://www.iqtisad.net/ns010.htm, 30 avqust 2004. 
 
‐ 138 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
tora  dayanan  ümumi  bir  tərif  yerinə  KOS‐ların  fəaliyyət  gös‐
tərdiyi sektor xüsusiyyətlərini də nəzərə alan çoxfaktorlu tərif‐
lər və bunlar arasında ciddi bir koordinasiyanın təşkili qarışıq‐
lığı  önləmədə  daha  səmərəli  ola  bilərdi.  Məsələn,  əvvəlki  qa‐
nunvericiliyə əsasən, 60 işçi ilə mədənçilik sənayesində fəaliy‐
yət  göstərən  bir  hüquqi  şəxs  KOS  statusuna  daxil  edilmədiyi 
halda,  20  işçi  ilə  informasiya  və  kommunikasiya  texnologiya‐
ları (İKT) sektorunda fəaliyyət göstərən və illik satış həcmi mə‐
dənçilik sektorundakından 10 qat artıq olan bir firma kiçik sa‐
hibkarlıq  subyekti  olaraq  ələ  alınırdı.  Ayrıca,  Azərbaycan  qa‐
nunvericiliyində  “kiçik  və  orta  sahibkarlıq”  yerinə  “kiçik  sa‐
hibkarlıq subyektləri” ifadəsinin istifadəsi də diqqət çəkicidir. 
Daha sonradan yuxarıda bəhs edilən 3‐cü maddə 4 noyabr 
2003  tarixli  və  508‐IIQD  nömrəli  “Kiçik  Sahibkarlığa  Dövlət 
Köməyi  Haqqında”  Azərbaycan  Respublikasının  Qanununa 
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanu‐
nu əsasında aşağıdakı şəkildə dəyişdirildi:
162
1.  Kiçik  sahibkarlıq  subyektləri  işçilərinin  orta  siyahı  sayı 
(mövsümi cəlb edilən işçilər nəzərə alınmadan) və illik dövriy‐
yələrinin həcmi əsas götürülməklə müəyyənləşdirilir. 
2.  İqtisadi  fəaliyyət  növləri  üzrə  bu  meyarların  hədlərinin 
müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
həyata keçirilir. 
Anlaşılan odur ki, çatışmazlıqların bir qismi qanunu hazır‐
layan mütəxəssislər tərəfindən nəzərə alınıb. Lakin bu dəyişik‐
likdən  sonra  Azərbaycanda  kiçik  sahibkarlıq  deyiləndə  nəyin 
nəzərdə tutulduğunu müəyyənləşdirmək artıq elə də asan de‐
yil. 
                                                 
162
 “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının 
Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 
Milli Məclis, http://www.meclis.gov.az/qanunlar/qanun_l1.php?id=441&idk=1, 
(01.03.2006). 
 
‐ 139 ‐


İlkin Sabiroğlu 
Fikrimizcə meyarların təyin edilməsinin sektor birlikləri ye‐
rinə müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilməsi yeni 
qanunvericilikdə ciddi bir nöqsandır. Çünki bu səlahiyyətin ic‐
ra  strukturlarına  buraxılması  sistemi  su‐istifadəyə  olduqca 
açıq  bir  hala  gətirməkdədir.  Dolayısı  ilə  əvvəlki  qanunda  ye‐
tərsiz təsnifat mövcud idisə, indikində ciddi qeyri‐müəyyənlik 
mövcuddur. Yəni fəaliyyət növləri üzrə meyarların hədlərinin 
müəyyən  edilməsinin  müvafiq  icra  hakimiyyəti  orqanlarına 
buraxılması  və  nəticədə  hər  icra  hakimiyyətinin  bu  meyarlar 
üçün fərqli hədlər müəyyənləşdirə biləcəyini nəzərə alsaq, belə 
çıxır ki, bir rayonda kiçik sahibkarlıq subyekti sayılan istənilən 
bir  müəssisə  ilə  eyni  parametrlərə  sahib  olan,  lakin  başqa  bir 
rayonda yerləşən müəssisə kiçik sahibkarlıq subyekti kimi qə‐
bul edilməyə bilər.
163
Bu hal respublika üzrə KOS‐lara yönəlik vahid statistikanın 
aparılmasını  və  daha  əhəmiyyətlisi  bunlara  yönəlik  vahid  bir 
təşviq  sisteminin  həyata  keçirilməsini müşkülə  çevirir. Ayrıca 
bəzi  bölgələrdə  KOS‐lar  təşviq  edilmək  istənilirsə,  bunu  da 
yerli icra strukturları deyil, dünyada olduğu kimi, qanun mü‐
əyyənləşdirməlidir. 
Ona  görə  də  biz,  Azərbaycanda  KOS‐lardan  bəhs  edərkən 
qanundakı dəyişikliyə qədər olan dövrü ələ almışıq. Məhz hə‐
min dövrdən sonra Dövlət Statistika Komitəsinin də hesabatla‐
rında kiçik və orta böyüklükdəki müəssisələrə yer ayırmaması 
yuxarıdakı  fikirlərimizi  təsdiq  edir.  Çünki  qanundakı  qeyri‐
müəyyənlik vahid statistikanın aparılmasını da çətinləşdirir. 
Kiçik  və  orta  sahibkarlığın  dünya  ölkələrindəki  rolundan 
yuxarıda  bəhs  etdik.  Bəs  Azərbaycanda  KOS‐ların  inkişafı  nə 
səviyyədədir? Əlimizdəki rəqəmlərin məhdud olmasına və bu 
sahədə  ciddi  elmi  araşdırmaların  aparılmamış  olmasına  bax‐
                                                 
163
 Natiq Sabiroğlu, “Dünyada KOS‐lara Yönəlik Təşviqlər”, IqtisadNet
http://www.iqtisad.net/ns011.htm, 2 oktyabr 2004. 
 
‐ 140 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə