KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Qərb niyə təkamül 
istəyir? 
 
Azərbaycanda  bir  çox  sosial‐iqtisadi  problemlərin  olduğu 
kimsəyə sirr deyil. Amma tarixən və günümüzdə bir çox ölkə‐
lərdə sosial‐iqtisadi problemlər olduğu halda, heç də hər ölkə‐
də  inqilab  olmur.  “Aşağılar  yuxarıdakıların  idarə  etdiyi  kimi 
yaşamaq istəmir, yuxarılar isə başqa cür idarə edə bilmir.” şək‐
lindəki  məşhur  düşüncə  belə  sadəcə  inqilabi  şəraiti  açıqlayır, 
mütləq inqilab olacağını demir. 
İnkişaf  etmiş  Avropa  ölkələrinin  tarixi  ilə  tanışlıq  göstərir 
ki,  zəngin  təbəqənin  (yerinə  görə  feodalların,  burjuaziyanın, 
aristokratların, bəzən din xadimlərinin və s.) dəstəyi olmadan 
aşağıların  inqilab  cəhdi  bir  qayda  olaraq  uğursuzluğa  düçar 
olur. Maraqlı cəhət ondan ibarətdir ki, aşağılar adətən “sosial‐
iqtisadi bərabərlik”, “ədalət” şüarları ilə ortaya çıxırlar, yalnız 
zəngin  təbəqənin  dəstəyindən  sonra  bu  mübarizə  haqq  və 
azadlıqlar uğrunda mübarizəyə dönüşür. Məsələn, 1789 Fran‐
sa Burjua İnqilabında “sərbəstlik, bərabərlik və qardaşlıq” şüa‐
rı  ilə  yola  çıxan  burjuaziya,  torpaq  ağasına  qarşı  kəndlilərə 
“sərbəstlik”,  şəhər  aristokratiyasına  qarşı  “bərabərlik”  və  Kil‐
sənin  Xristian  dininə  dayanan  Tanrının  qardaşlığına  qarşı  da, 
yurddaşlığa  (torpağa)  dayanan  “qardaşlıq”  təklif  edirdi. Belə‐
liklə, həm aşağıların dəstəyini qazanmış oldu, həm də “sosial‐
iqtisadi bərabərlik” şüarını incə üslubla arxa plana keçirdi.
95
Azərbaycan tarixi də maraqlı faktlarla zəngindir: 
III  əsrdə  Sasanilər  vaxtında,  əsasını  Maninin  qoyduğu  və 
481‐529‐cu illəri əhatə edən Məzdəkin başçılığı altındakı Məz‐
dəkilər  hərəkatı  ədalətli  cəmiyyət  qurmağı,  insanlar  arasında 
əmlak  bərabərliyi  yaratmağı  irəli  sürürdü:  “Allah  insanlara 
                                                 
95
 Natiq Sabiroğlu, “Burjuaziya və Demokratiya”, IqtisadNet, 21 may 2004, 
http://www.iqtisad.net/ns007.htm, (01.03.2006). 
 
‐ 87 ‐


İlkin Sabiroğlu 
ona görə əmlak vermişdir ki, onlar bunu öz aralarında bərabər 
bölüşdürsünlər”.  Təbii  ki,  təbiətin  rəqabətçi  ruhuna  belə  zidd 
olan bir şüarı zəngin feodalların dəstəkləməsi mümkün deyil‐
di.  Lakin  Sasani  hökmdarı  I  Qubadın  hakimiyyətinə  tabe  ol‐
maq istəməyən iri feodalları ram etmək üçün özünə sosial da‐
yaq  axtarışı  və  bu  səbəbdən  məzdəkiləri  himayə  etməsi  hərə‐
katın  geniş  vüsət  alması  ilə  nəticələndi.  Daha  sonralar  Şah  öz 
hakimiyyətini  artıq  möhkəmləndirmiş  olduğundan  Məzdəki‐
lərə  ehtiyacı  qalmamışdı.  529‐cu  ildə  Məzdək  edam  edildi, 
məzdəkilərdən 80 mindən artıq adam öldürüldü. 
VIII  əsrin  sonlarında  isə  sosial  bərabərlik  uğrunda  müba‐
rizə  aparan  Xürrəmilər  hərəkatı  ortaya  çıxdı.  Məqsədi  maddi 
nemətləri  insanlar  arasında  bərabər  bölüşdürmək,  torpağı  və 
istehsal  vasitələrini  hakim  təbəqənin  asılılığından  xilas  etmək 
olan  Xürrəmilər  hərəkatına  da  zəngin  feodalların  dəstək  ver‐
məyəcəkləri aydın idi. Amma Babəkin başçılığından sonra hə‐
rəkatın ərəb əsarətinə qarşı mübarizəyə fokuslanması, sərbəst‐
lik  istəyən  iri  və  orta  feodalların  da  hərəkata  qoşulmasına  sə‐
bəb  oldu.  Nəticədə  Xürrəmilər  hərəkatı  xalq azadlıq  hərəkatı‐
na  dönüşdü.  Daha  sonralar  isə,  Babəkin  sabiq  tərəfdarları  və 
müttəfiqləri  olan  yerli  iri  feodallar  müəyyən  səbəblərdən  təd‐
ricən ondan uzaqlaşdılar və hərəkatının süqutu qaçılmaz oldu. 
Azərbaycanda  sosial‐iqtisadi  bərabərlik,  maddi  nemətlərin 
insanlar arasında bərabər bölüşdürülməsi, torpağın və istehsal 
vasitələrinin  mülkədar  və  sahibkarların  əlindən  alınması  uğ‐
runda  bir  mübarizə  dalğası  da  XX  əsrin  əvvəllərində  ortaya 
çıxdı. Bu dəfə, xüsusilə neft sənayesi şəhəri olan Bakının etnik 
tərkibi zəngin fəhlə təbəqəsi arasında inqilab abu havası hakim 
idi.  Rusiya  bolşevizminin  birbaşa  dəstəyi  və  müdaxiləsi  sayə‐
sində həmin “proletar inqilabı” “qələbə” ilə nəticələndi. 
Göründüyü  kimi,  bəhs  etdiyimiz  üç  etiraz  hərəkatının 
ümumi şüarlarına baxmayaraq geniş vüsət almasında müxtəlif 
həlledici amillər rol oynamışdı: Məzdəki hərəkatında hökmda‐
 
‐ 88 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
rın dəstəyi, Xürrəmilər hərəkatında orta‐iri feodalların dəstəyi 
və  “proletar  hərəkata”  xarici  dəstək.  İlk  ikisi  daxili  amillər, 
üçüncüsü  xarici  amildir.  Tarixi  təcrübələr  sadaladığımız  üç 
amildən ən az birinin olmadığı şəraitdə inqilabın “uğur” qaza‐
na bilməyəcəyini göstərir. Ayrıca, bir inqilabın uğur qazanma‐
sı hələ məqsədinə çatması demək deyil. Məsələn, Sovet Sosia‐
list İnqilabı “uğur” qazansa da uzun illər sonra anladıq ki, in‐
qilab “məqsəd”inə çata bilməyib. 
Azərbaycanda  yuxarıda  göstərdiyimiz  iki  həlledici  daxili 
amil  mövcud  deyil.  Yəni,  nə  hakimiyyətin  inqilabi  dəyişiklik‐
lər etmək arzusu var, nə də ki hakimiyyətdən narazı və inqilab 
etmək  arzusunda  olan  zəngin‐burjua  təbəqəsi  ortada  görün‐
mür.  Belə  çıxır  ki,  nəzəri  olaraq  Azərbaycanda  xarici  dəstək 
hesabına inqilab ola bilər. Yeri gəlmişkən qeyd edək ki, təcrü‐
bəli dövlətlər bir ölkədə inqilab etmək istədikləri zaman heç də 
bütün  xalqın  ayağa  qalxmasına  ehtiyac  hiss  etmirlər.  Onlar 
“bir bardaq suda fırtına” qoparmaqda pərgardırlar. Həmçinin, 
rəngli inqilabların təcrübəsi də göstərir ki, hakim elitanın par‐
çalanması halı yalnız ciddi xarici dəstəkdən sonra baş verir. 
Bəs xarici dövlətlərin (konkret olaraq dəbdə olan rəngli in‐
qilabların  himayəçilərinin)  Azərbaycanda  inqilab  etmək  fikir‐
ləri varmı? Və ya hansısa iqtisadi göstəricilərə baxaraq əcnəbi‐
lərin  belə  bir  tələbinin  olub‐olmadığını  müəyyənləşdirmək 
mümkündürmü? 
Məlumdur ki, intensiv iqtisadi artıma nail olmaq üçün iqti‐
sadiyyata  sürətli  kapital  qoyuluşunu  təşkil  etmək  lazımdır. 
Harrod‐Domar  iqtisadi  artım  modelindən  kapital/məhsul  əm‐
salı  (capital/product  coefficient)  bizə  1  dollarlıq  məhsul  üçün 
nə  qədər  kapital  qoyuluşuna  ehtiyac  olduğunu  göstərirdi.  Bu 
əmsalın böyüklüyü o ölkədə məhsuldarlığın aşağı olduğu an‐
 
‐ 89 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə