KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Bankların 
süqutu 
 
90‐ci illərin birinci yarısı Azərbaycanda qurulan ilk özəl və 
bir sıra dövlət banklarının süqutu və milyonlarla vətəndaşımı‐
zın  vəsaitlərinin  banklarda  itib‐batma  mərhələsi  kimi  yadda 
qalıb. Məsələnin iqtisadi mahiyyəti ondan ibarət idi ki, ölkədə 
“Naxçıvan‐Türk”,  “Vahidbank”,  “Ərgünəş  MMS”  kimi  bank‐
lar  vasitəsilə  cəmiyyətin  ilkin  kapital  yığımının  dağıdılması 
prosesi  gedirdi.  Və  bu  proses,  ilkin  kapital  yığımının  dağıdıl‐
masının  ikinci  mərhələsini  təşkil  edirdi.  Birinci  mərhələ  isə, 
Sovetlərin dağıldığı vaxt “Əmanətbank” vasitəsilə həyata keçi‐
rilmişdi. Cəmiyyətin ilkin kapital yığımının dağıdılması nəticə 
olaraq  ölkədə  milli  burjuaziyanın  formalaşması  prosesini  də 
əngəlləmişdir.
82
“Əmanətbank”  vasitəsilə  toplanan  əmanətlərin  indeksasi‐
yadan sonra 750‐800  milyon  dollar  təşkil  edəcəyinə  dair fikir‐
lər səslənib. İkinci mərhələdə dağıdılan vəsaitin həcmi ilə bağlı 
isə indiyədək heç bir rəsmi açıqlama verilməyib. Buna baxma‐
yaraq həmin vəsaitin çox böyük bir məbləğ təşkil etdiyi şübhə 
doğurmur. 
Bənzər  hadisələr  bizdən  sonra  Ermənistanda  olduğu  kimi 
Albaniyada da yaşandı və Albaniyada hadisələr inkişaf edərək 
vətəndaş müharibəsinə qədər gedib çıxdı. Belə ki, Albaniyada 
hər üç şəxsdən birinin bankda pulu batmışdı. Banklar xalqdan 
1.5‐2 milyard dollar məbləğində vəsait yığmışdı ki, bu da ölkə‐
nin üç milyard dollar olan milli gəlirinin 50‐70 faizinə bərabər 
idi. Bank böhranının nə üçün vaxtında önlənmədiyini soruşan‐
lara  isə  hökumət  başqanı  Sali  Berisha  aşağıdakı  ironik  cavabı 
vermişdi: 
                                                 
82
 İlkin Sabiroğlu, “Bankların Süqutu”, “Yeni Müsavat” qəzeti, 14 sentyabr 2003. 
 
‐ 77 ‐


İlkin Sabiroğlu 
“Faizlə  pul  yığılmasını  önləyəcək  bir  qanunumuz  yox  idi. 
İstəyən  hər  kəs  istədiyinə  yüksək  faizlə  pul  verə  bilərdi.  Sər‐
bəst  iradələri  ilə  qərar  verdilər.  Müdaxilə  edə  bilməzdik.  Nə 
zaman geri ödəməni axsatdılar, müdaxilə etdik.”
83
Bizdə  də  hökumət  bankların  fəaliyyətinə  vaxtında  müda‐
xilə  etmədi.  Baxmayaraq  ki,  o  dönəmdə  real  sektorun  inkişaf 
səviyyəsi  ümumiyyətlə  bank  işinin  qurulmasına  imkan  ver‐
mirdi. Bir də ki, o cür yüksək faizlərlə bankların uzun müddət 
fəaliyyət göstərəcəyi də ağlasığmaz idi. Albaniyadan fərqli ola‐
raq,  bizdə  mövcud  olan  qanunlara  da  riayət  edilmədi:  Məsə‐
lən,  Azərbaycan  Respublikası  Bankların  Fəaliyyəti  Haqqında 
Qanunun 12‐ci maddəsinin 2‐ci bəndində göstərilirdi ki, bank 
öz  fəaliyyətini  dayandırmaq  üçün  media  orqanlarında  ən  az 
iki  dəfə  elan  verməli,  əmanətçilərin  pullarını  geri  qaytarmalı, 
sahibsiz əmanətləri isə Milli Banka köçürməlidirlər. 
Bəs həmin banklar niyə iflas etdi? 
Əsas səbəb bankların piramida sistemli fəaliyyət formasını 
mənimsəmələri  olmuşdur.  Sistem  piramidanın  zirvəsinə  çat‐
dığı zaman öz‐özünə çökür. Daha zirvəyə çatmadan hökumət 
tərəfindən  sistemə  müdaxilə  edilsəydi  böhranın  səviyyəsini 
azaltmaq,  zamanında  ediləcək  müdaxilə  ilə  isə  böhranın  qar‐
şısını almaq mümkün idi. 
Digər tərəfdən, böhrandan bir qədər əvvəl hökumət tərəfin‐
dən əmanətçilərin gəlirlərinin vergiyə cəlb edilməsini nəzərdə 
tutan  qanun  qəbul  edildi.  Beləliklə,  o  dönəmdə  nominal  faiz 
səviyyəsinin inflyasiya səviyyəsindən aşağı olduğunu da nəzə‐
rə alsaq, bu “real gəlir” əvəzinə “real zərərin” ortaya çıxması‐
na  və  piramida  sisteminə  vəsait  axımının  dayanmasına  səbəb 
oldu. 
                                                 
83
 Burcu Ergezer, “Arnavutlukʹtа Banker Krizi”, USAG‐Uluslararası Stratejik 
Araştırmalar Grubu Dergisi, Sayı:5, Ankara, 1997. 
 
‐ 78 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Hökumətin Beynəlxalq Valyuta Fonduna (BVF) kredit üçün 
müraciət etməsinin əvəzində BVF də valyuta kurslarının sabit 
tutulmasını tələb etdi. Bu da valyuta kurslarındakı artımın no‐
minal  faiz  səviyyəsindən  yüksək  olmasından  istifadə  edərək 
gəlir götürən bankları çətin vəziyyətə saldı. 
Eyni  zamanda  hökumət,  inflyasiyanı  cilovlamaq  üçün 
bankların  kredit  verməsini  qadağan  etdi.  Bir  də  ki,  banklar 
verdikləri kreditləri geri alma mexanizminə sahib deyildi. Bu‐
nun əvəzində banklar kommersiya fəaliyyətinə (pul ticarəti ye‐
rinə əmtəə ticarətinə) üstünlük verməyə başladılar. Halbuki 10 
fevral 1993 tarixli qərarda bankların valyuta və kredit sığortası 
istisna olmaqla, sığorta və ticarət sahəsində heç bir fəaliyyətlə 
məşğul  ola  bilməyəcəkləri  göstərilməkdə  idi.  Bu  qanuna  da 
əməl olunmadı.
84
Nəticə  olaraq,  “vaxtından  tez”  ortaya  çıxan  bankların  fəa‐
liyyətinə  hökumət  tərəfindən  “vaxtından  gec”  müdaxilə  edil‐
məsi bank böhranına səbəb oldu. Cəmiyyətin ilkin kapital yığı‐
mının dağıdılmasının ikinci mərhələsi də belə yekunlaşdı... 
Bütün bu hadisələr yenicə formalaşmaqda olan bank siste‐
minə inamı da aradan qaldırdı. İndi fiziki şəxslərin əmanətləri‐
nin sığortası fondunu yaratmaqla bu inamın geri qaytarıla bi‐
ləcəyi  düşünülür.  Lakin  bunun  üçün  birinci  növbədə  o  vaxt 
baş verənlərə düzgün münasibət ortaya qoyulmalıdır. 
 
 
 
 
 
 
 
                                                 
84
 Azer Ağayev, “Azerbaycan’da Bankaçılık”, Soydaş Politik‐Ekonomik‐Sosyal 
Dergi, Cilt:I, No.1, Ankara, 1997, səh.60. 
 
‐ 79 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə