KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
yaraq paylanılan çeklərin hələ də böyük bir hissəsindən istifa‐
də edilə bilməmişdir. 
‐ Dördüncü mərhələni isə, ölkədə məmur elitasının burjua‐
laşması təşkil etmişdir ki, bu da xalq kapitalizminin, milli bur‐
juaziyanın  formalaşmasını  əngəlləmişdir.  Təcrübələr  göstərir 
ki,  əgər  bir  ölkədə  burjualaşmış  məmur  elitası  varsa  bu  elita 
bazarın  paylaşılmasında  və  rəqabət  mühitinin  təşəkkülündə 
maraqlı olmur. Son vaxtlar həm respublika prezidentinin, həm 
də  bəzi  dövlət  rəsmiləri  ilə  millət  vəkillərinin  ölkədə  məmur 
özbaşınalığının və inhisarçılığının boyutlarından şikayət etmə‐
si göstərir ki, problem artıq məmur‐kiçik sahibkar rəqabəti sə‐
viyyəsində deyil. Məmur burjuaziyasındakı təmərküzləşmə ki‐
çik  sahibkarları  oyundan  kənar  vəziyyətə  salmış,  rəqabəti  öz 
müstəvisinə çəkmişdir. 
Milli  burjuaziyasını  formalaşdıra  bilməyən,  xalq  kapitaliz‐
minin  təşəkkül  tapmadığı  ölkələrin  Milli  Dövlətə  çevrilmələri 
çox çətin məsələdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 69 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 70 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Qaytarılmayan 
əmanətlər 
 
Son  on  ildə  hökumət  nümayəndələri  dəfələrlə  əhalinin  so‐
vet “Əmanətbank”ındakı vəsaitlərinin mərhələ‐mərhələ indek‐
sasiya  olunaraq  qaytarılacağına  dair  açıqlamalar  verdilər. 
Növbəti açıqlamanı da bir müddət əvvəl maliyyə naziri verdi. 
Nə  var  ki,  bütün  bu  müddət  ərzində  “əhalinin  əmanətlərinin 
qaytarılacağı”  fikrini  rəsmiləşdirmək  üçün  müvafiq  qanunun 
qəbul edilməmiş olması hökumətin sözügedən məsələyə ciddi 
yanaşmasını şübhə altına alırdı. 
Həmin vəsaitin əhəmiyyəti onda idi ki, o, cəmiyyətin ilkin 
kapital yığımıydı və bilirik ki, burjuaziya ilkin kapital yığımın‐
dan sonra ortaya çıxır. Bu gün isə bizdə ilkin kapital yığımı de‐
yiləndə korrupsiya nəticəsində əldə edilmiş sərvət nəzərdə tu‐
tulur.  Halbuki  inkişaf  etmiş  normal  cəmiyyətlərdə  ilk  burjua‐
ziyanın  formalaşması  tamamilə  fərqli  olub.  Bu  cəmiyyətlərdə 
burjuaziya feodalizmin sonlarına yaxın, feodal bəylərin yanın‐
da  ticarət  və  sənayeçilərdən  təşkil  olunan,  lombardlar  nümu‐
nəsində  olduğu  kimi  ortaya  çıxıb.  Həmin  burjuaziya  özünün 
ilkin kapital yığımını korrupsiya və rüsvətlə deyil, iqtisadi fəa‐
liyyəti nəticəsində formalaşdırıb. Məhz bu burjuaziya feodaliz‐
min axırına çıxaraq kapitalizmi bərqərar edib. 
Bizim  üçünsə  belə  bir  şans  yaranmadı  və  ya  belə  bir  şansı 
özümüz  yarada  bilmədik.  Rusiyanın  tarixi  inkişaf  yolunu  bə‐
zən  onun  yanında,  bəzən  də  onunla  birlikdə  keçmək  məcbu‐
riyyətində  qaldıq.  Kapitalizmi  doğru‐dürüst  yaşamadan,  feo‐
dalizmdən  sosializmə  keçdik.  Ona  görə  də  təsadüfən  torpa‐
ğında neft taparaq zənginləşən H.Z. Tağıyev nümunəsində ol‐
duğu kimi tək‐tük ortaya çıxan zənginlərimiz istisna olunmaq‐
la həqiqi burjuaziya nədir, necə olur, ictimai əhəmiyyəti nədir, 
bilmədik. 
 
‐ 71 ‐


İlkin Sabiroğlu 
Sovetlərin  dağıldığı  bir  anda  “Əmanətbank”da  cəmlənən 
vəsait əslində cəmiyyətin ilkin kapital yığımı idi. Milli burjua‐
ziyamız  həmin  ilkin  kapital  üzərində  cücərəcəkdi.  İndeksa‐
siyadan  sonra  əmanətlərin  3,7‐4  trilyon  manat  və  ya  750‐800 
milyon  dollar  təşkil  edəcəyinə  dair  fikirlər  səslənib.  Ayrıca  o 
dövrdə kapitalın məhsuldarlığı indikindən qat‐qat artıq idi. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  15  avqust  1992  il  tarixində 
Azərbaycan  Respublikası  Parlamentinin  qərarıyla  manat  döv‐
riyyəyə  buraxılmasaydı  maliyyə  itkimiz  daha  artıq  olacaqdı. 
Çünki  Rusiyada  1993‐cü  ilin  avqust  ayında  dövriyyəyə  yeni 
rublların daxil edilməsi növbəti pul böhranına səbəb oldu. Biz 
isə, artıq hazırlıqlı idik. Belə ki, manat bir müddət rubl ilə bir‐
likdə  və  sadəcə  ölkədaxili  ödəmələrdə  istifadə  edildi.  1993‐cü 
ilin  mart  ayından  etibarən  isə  Rusiyadan  Azərbaycana  rubl 
gəlməməsi  üzərinə  manat  aprelin  1‐dən  rəsmi  olaraq  keçərli 
oldu.
79
Lakin  keçmiş  ittifaq  respublikalarının  əksəriyyəti  vaxtında 
düzgün addımı atmaqda gecikdilər. Məsələn, Qazaxıstan MDB 
içərisində geniş əməkdaşlıq fikrini, o cümlədən iqtisadi və mo‐
netar  əməkdaşlıq  fikrini  müdafiə  edirdi.  Milli  valyutasını  çı‐
xarmaqla bağlı çalışmalarını davam etdirməkdə, tədavülə bu‐
raxılmasını isə bir müddət sonraya ertələmək istəyirdi. Amma 
Rusiyada dövriyyəyə daxil edilən yeni rublların Qazaxıstanda 
da dövriyyəyə buraxılmasına dair müzakirələrdə, rus tərəfinin 
qazax  xarici  valyuta  və  qızıl  ehtiyatlarının  önəmli  bir  hissəsi‐
nin  Rusiya  Mərkəzi  Bankında  yerləşdirilməsi,  bu  bankın  pul 
ilə əlaqədar qərarlarının Qazaxıstanda da eynilə tətbiq edilmə‐
si, köhnə və yeni rublların dəyişdirilməsində qara bazarda for‐
malaşan kursdan da yüksək bir kursun əsas alınması kimi ağır 
sərtlər və tələblər önə sürməsi üzərinə Qazaxıstan, milli valyu‐
                                                 
79
 İlkin Sabiroğlu, “Qaytarılmayan əmanətlər və formalaşmayan burjuaziya”, 
“Yeni Müsavat” qəzeti, 10 avqust 2003. 
 
‐ 72 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə