KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

İlkin Sabiroğlu 
atına başlanan Bakı‐Batumi 
Neft Boru Kəməri 1906‐cı ildə 
tamamlanmışdı. 840 km uzun‐
luğundakı bu kəmər 1928‐ci ildə 
yeniləndikdən sonra 1942‐ci il‐
də tamamən söküldü. 
sislər dünyadakı neft və qaz re‐
zervlərinin gələcək 30‐40 il içə‐
risində tükənəcəyini vurğula‐
yırlar. Belə çıxır ki, bu kəmər də 
30‐40 il sonra söküləcək. Ona 
görə də Azərbaycanın uzun‐
müddətli inkişafını neft kəmə‐
rinə bağlamaq doğru deyil. 
Yuxarıdakı  müqayisələri  kifayət  qədər  uzatmaq  mümkün‐
dür. Məsələn, Çar Rusiyası vaxtında da Qərb ölkələrini Azər‐
baycanda  neft  şirkətləri  təmsil  edirdi,  indi  də  neft  şirkətləri 
təmsil edir. Və böyük dövlətlər Azərbaycandakı proseslərə bu 
neft şirkətlərinin maraqları baxımından yanaşırlar. Artıq dün‐
ya  çox  dəyişib.  Amma  neft  şirkətləri  Azərbaycanda  hələ  də 
XIX  əsrin  axırları  və  XX  əsrin  əvvəllərində  oynadıqları  rolu 
təkrarlamaqdadırlar.  “Midiya  Yağı”  dəyişmədiyi  kimi,  onlar 
da dəyişmirlər. 
Labirintdən  bir  tək  çıxış  yolu  var.  Azərbaycan  hökuməti 
qeyri‐neft  sektoruna  da  xarici  investisiyaların  sürətli  axınını 
təşkil etməlidir. Çünki böyük dövlətlər sadəcə neft şirkətlərin‐
dən ibarət deyil. Ölkədə bilgi çağının təmsilçisi olan şirkətlərlə 
sənaye  çağının  təmsilçisi  olan  şirkətlərin  maraqları  balanslaş‐
dırılmalıdır.  Hətta  balansı  birincinin  lehinə  poza  bilsək  daha 
uğurlu olar. 
 
 
 
 
 
 
 
 
 
 
‐ 56 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Yanlış olanlar 
nədir? 
 
Kapitalist  toplumlardakı  dövlət  formaları  çox  müxtəlifdir: 
cümhuriyyət,  demokratiya,  aristokratiya,  monarxiya,  krallıq 
və hətta 1930‐cu illərin Hitler Almaniyasında olduğu kimi na‐
sional sosializm adları altında təqdim olunsa da başlıca xarak‐
teristik xüsusiyyətləri ondan ibarətdir ki, bu toplumlarda bur‐
juaziya  təbəqəsi  hər  zaman  əhəmiyyətli  rol  oynayıb  və  oyna‐
maqdadır.
68
Kapitalist toplumlarda burjuaziyanın mahiyyəti həmin top‐
lumun siyasi mahiyyətini də müəyyənləşdirir. Məsələn, krallıq 
sistemində burjuaziyanın təmsilçisi kral, monarxiyada bir şəxs 
və ya ailə, cümhuriyyətdə (respublikada) bürokratiya, milli de‐
mokratik dövlətdə isə xalqdır. Məhz buna görə, burjuaziyasız 
kapitalist toplum təsəvvür etmək mümkün deyil. Milli demok‐
ratik dövlətdə burjuaziyanın təmsilçisi xalq olduğundan, bura‐
dakı kapitalizmin adı da xalq kapitalizmidir. 
Azərbaycan müstəqil respublikadır. Fəqət, biz hələ də milli 
demokratik  dövlətimizi  qura  bilməmişik.  Zəruri  tarixi  şərait 
yetişdiyi təqdirdə bir xalq çox qısa zamanda öz müstəqil döv‐
lətini  qura  bilər,  lakin  demokratik  dövlət  qurmaq  çox  məşəq‐
qətli bir prosesdir. Məhz milli demokratik dövlət deyil, sadəcə 
müstəqil  respublika  olduğumuza  görə,  bizdə  dövlətin  sahibi 
bürokratiyadır. Eyni tendensiya bütün MDB ölkələrində müşa‐
hidə edilməkdədir. Biz iqtisadiyyatda dövlətin payını azaltdı‐
ğımız  kimi,  bürakratoyanın  da  təsirini  minimuma  endirməli‐
yik. “Elektron hökumət” proqramına eyni zamanda bu aspetk‐
dən də yanaşmaq lazımdır. 
                                                 
68
 İlkin Sabiroğlu, “Yanlış olanlar nədir?”, “Yeni Müsavat” qəzeti, 14 avqust 
2003. 
 
‐ 57 ‐


İlkin Sabiroğlu 
Bizdə bürokratik burjuaziya (məmur burjuaziyası) var. La‐
kin  milli  burjuaziya  (xalq  burjuaziyası)  demək  olar  ki,  yeni‐
yeni və çox çətinliklə formalaşır. Bir başqa ifadə ilə, iqtisadiy‐
yatda xalq kapitalizmi yerinə, məmur kapitalizmi hökm sürür. 
Son  iki  ildə  30‐dan  artıq  icra  hakimiyyəti  başçısının
69
,  bir  sıra 
yüksək  vəzifəli  dövlət  məmurunun  dəyişdirilməsi  isə  məsələ‐
nin həllinə nail olmada çözüm yolu deyil. Dövlət milli burjua‐
ziyanın inkişafı üçün  sahibkarların  hüququnu qorumalı  oldu‐
ğu kimi eyni zamanda sahibkarlarda da digər partnyorlarının 
hüququnu  anlamaq  və  hörmət  etmək  məsuliyyəti  yaranmalı‐
dır.  Son  hadisələr  də  göstərdi  ki,  Azərbaycanda  hansısa  mə‐
mura yaxınlıq edərək süni imtiyazlar əldə edən və beləcə digər 
sahibkarların hüquqlarını pozan sahibkarlar da mövcuddur və 
bu durumun əvvəl‐axır o sahibkarın özü üçün də problem ya‐
rada biləcəyi aydınlaşmış oldu. 
Bizdə  bazar  iqtisadiyyatı  var.  Amma  sərbəst  bazar  iqtisa‐
diyyatı yoxdur. Ona görə də sərbəst bazar iqtisadiyyatına xas 
olan  iqtisadi  qanunların  əksəriyyəti  burada  bir  işə  yaramır. 
Məsələ burasındadır ki, bütün kapitalist toplumlarda bazar iq‐
tisadiyyatı  mövcuddur.  Lakin,  çağdaş  anlamda  sərbəst  bazar 
iqtisadiyyatı  yalnız  milli  demokratik  dövlətlərdə  mövcud  ol‐
muşdur  və  bu  dövlətlərdə  inhisarçı  burjuaziyanın  ortaya  çıx‐
maması  qanunlarla  tənzimlənir.  Digər  kapitalist  toplumlarda 
isə, burjuaziyanın inhisarçılığı hökm sürür. Belə ki, cümhuriy‐
yət sistemində bürokratik burjuaziyanın, monarxiyada şəxs və 
ya ailə burjuaziyasının, krallıq sistemində isə burjua kralın in‐
hisarçılığı iqtisadiyyata hakim olur. 
Ölkədə  iqtisadi  və  siyasi  sabitlik  var,  lakin  uzun  müddət 
stabillik mövcud olmayıb və yeni‐yeni əsasları qoyulur. Elə bu 
kimi  səbəblərdən  də  ölkədə  vaxtaşırı  “inqilab”  mövzusunda 
spekulaysiyalara  rəvac  verilir.  Sabit  ifadəsi  hərəkətsiz,  statik, 
                                                 
69
 Mehdiyev, op. cit. 
 
‐ 58 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə