KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

İlkin Sabiroğlu 
təqribən 20% olarsa, finansman hesablama metoduna dayana‐
raq deyə bilərik ki, bu sürətlə gedildiyi təqdirdə, 1990‐cı il sə‐
viyyəsinə çatmaq üçün Azərbaycana bu sahədə də yenə ən azı 
7 il vaxt lazım gələcək. 
a
1998
 
x (1 + i)
n
 
= b
1990
  
=>  30% x (1 + 0.20)
n
 
= 100%  =>  n= 7 il 
Hesablamalar iqtisadi göstəricilərin 1998‐ci ilə qədər göstər‐
diyi  hərəkət  trendinə  əsasən  1998‐ci  ilin  sonrası  üçün  aparıl‐
mışdır.  Əgər  artım  səviyyələrində  ciddi  irəliləyiş  olmazsa 
(qeyd edək ki, 1999 və 2000‐ci illərdə də bu sürət davam etmiş‐
dir),  yuxarıdakı  hesablamalara  dayanaraq  deyə  bilərik  ki, 
Azərbaycan  əsas  iqtisadi  göstəricilər  baxımından  təqribən 
2005‐ci  ildə  1990‐1991‐ci  il  səviyyələrinə  yaxınlaşacaq.  Bu  ba‐
xımdan 1990‐1991‐ci illəri keçid dövrünün start illəri kimi qə‐
bul  etsək,  yuxarıdakı  hesablamalar  daxilində  keçid  dövrünün 
kritik mərhələsinin indiki templə davam edərsə ən yaxşı halda 
15 il olacağını söyləmək mümkündür: 1990‐2005. 
Bu  hesablamalar  bizə  bir  çox  məsələlərdə  aydınlıq  gətirir. 
Məsələn,  yuxarıdakı  hesablamalara  əsasən  deyə  bilərik  ki,  iq‐
tisadiyyatın tələb etdiyi ciddi reform tədbirlərinin həyata keçi‐
rilməsindəki gecikmələr Milli Bankı iqtisadi cəhətdən səmərə‐
siz metodlarla valyuta münasibətlərini və valyuta bazarını tən‐
zimləməsi siyasətini ən azı keçid dövrünün kritik mərhələsini 
də əhatə edəcək şəkildə davam etdirmək məcburiyyətində qo‐
yur.” 
Artıq  2006‐cı  ildəyik  və  yuxarıdakı  hesablamalarımızın 
özünü doğrultduğunu söyləyə bilərik. Azərbaycan keçid döv‐
rünün  15  il  davam  edən  ən  ağır  ‐  kritik  mərhələsini  tamam‐
lamaqdadır.  Keçən  il  ÜDM‐nin  həcmi  1989‐cu  ildəki  səviyyə‐
nin 97.8 faizini aşdı. 
 
‐ 46 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Real ÜDM/XMM
60
 (1990‐2005) 
(Göstəricilər, 1989=100%) 
1990 
‐11.7 
88.3 
1991 
‐0.7 
87.7 
1992 
‐22.6 
67.9 
1993 
‐23.1 
52.2 
1994 
‐19.7 
41.9 
1995 
‐11.8 
37.0 
1996 
1.3 
37.4 
1997 
5.8 
39.6 
1998 
10.0 
43.6 
1999 
7.4 
46.8 
2000 
11.1 
52.0 
2001 
9.9 
57.1 
2002 
10.6 
63.2 
2003 
11.2 
70.2 
2004 
10.2 
77.4 
2005
61
26.4 
97.8 
Mənbə: Economic Survey of Europe (2002 No.2 və 2005 No.1). 
Təəssüf ki, hamımız bu dövrün çox qısa olmasını arzulasaq 
da  bir  sıra  obyektiv  və  subyektiv,  iqtisadi  və  qeyri‐iqtisadi 
amillər buna imkan vermədi. Bir sıra nöqsanları ilə birlikdə ar‐
tıq  struktur  islahatları  geridə  qaldı,  özəlləşdirmə  nəticəsində 
dövlət sektorunun iqtisadiyyatdakı payı 30 faizin altına düşdü. 
Hətta  keçid  dövrünün  start  ili  kimi  1989‐cu  ili  götürsək  belə, 
                                                 
60
 XMM – Xalis Maddi Məhsul (NMP ‐ Net Material Product). Bu indiki 
hesablarla təxminən Ümumi Daxili Məhsula bərabərdir. Sovet İttifaqında, 
verilən müddət ərzindəki (adətən bir il ərzindəki) mal və xidmət istehsalının 
rəsmi ölçüsü. 
61
 “ÜDM‐nin həcmi 2005‐ci ildə 26,4% artıb”, APA
http://apa.az/news.php?id=1527, (01.03.2006). 
 
‐ 47 ‐


İlkin Sabiroğlu 
ölkə artıq 2006‐cı ilin sonuna adambaşına düşən Ümumi Daxili 
Məhsul  miqdarı  baxımından  start  ilindəki  göstəricini  aşmış 
olacaq.  Real  əmək  haqqı  səviyyələri  baxımından  da  eyni  şeyi 
söyləmək mümkündür. Ölkəyə neft gəlirlərinin axını başlayır. 
Dolayısilə  2006‐cı  ildən  etibarən  bu  kimi  makro‐iqtisadi  gös‐
təricilərlə  Azərbaycan  “Sovet  Azərbaycanı”nı  xatırladacaq. 
Sıravi vətəndaş manatın denominasiyasından sonra sovet döv‐
rünün  “75  manat”  və  ya  “100  manat”  əməkhaqqı  nostalgi‐
yasını  yaşamaqdadır.  Artıq  Dövlət  Sosial  Müdafiə  Fondu  da 
pensiyaları  70  yeni  Azərbaycan  manatına  çatdırmaq  niyyətin‐
dədir. BMT‐nin müəyyən etdiyi parametrə görə, insanın iş gü‐
nünə düşən qazancı 2 dollardan artıqdırsa, artıq o kasıb sayıl‐
mır. Bu prinsip əsas götürülərək nəzərdə tutulur ki, 2007‐ci ilə 
qədər minimum pensiya 70 dollara çatdırılsın və beləliklə, öl‐
kədə  yoxsulluğun  səviyyəsinin  azalmasına  nail  olunsun.
62
  Biz 
azad bir cəmiyyət qurmaq istəyirik. Elə isə John F. Kennedynin 
qeyd etdiyi kimi unutmamalıyıq ki, azad bir cəmiyyət çox say‐
lı yoxsullarına yardım edə bilməzsə, az saylı zənginlərini qoru‐
ya bilməz.
63
Həyata  keçirilən  sosial‐iqtisadi  islahatlar,  reallaşdırılan 
dövlət  proqramları  son  nəticədə  2005‐ci  ilin  nəticələrinə  müs‐
bət  təsir  göstərmişdir.  Belə  ki,  1996‐cı  illə  müqayisədə  bütün 
maliyyə mənbələri hesabına iqtisadiyyata investisiya qoyuluşu 
7,4 dəfə, orta aylıq əməkhaqqı 10,4 dəfə, dövlət büdcəsinin gə‐
lirləri  8,5  dəfə  artmış,  adambaşına  düşən  büdcə  xərcləri  473 
ABŞ  dollarına  yüksəlmişdir.  Dövlət  Neft  Fondunun  və  Milli 
Bankın valyuta ehtiyatlarının həcmi 2,2 milyard ABŞ dollarını 
ötmüşdür  ki,  bu  da  xarici  dövlət  borcundan  700  milyon  ABŞ 
dolları  çoxdur.  Minimum  əmək  haqqı  oktyabr  ayının  1‐dən 
                                                 
62
 “Pensiyalar 70 manata çatdırılacaq”, “Xeber.Net”, 28 yanvar 2006, 
http://www.xeber.net/view.php?d=52741, (01.03.2006). 
63
 Mahfi Eğilmez və Ercan Kumcu, Ekonomi Politikası, Om Yayınevi, İstanbul, 
2002, səh.63. 
 
‐ 48 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə