KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 42 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Keçid dövrü 
bitdimi? 
 
Yuxarıda  istənilən  iqtisadi  sistemin  əsasını  istehsal  və  böl‐
gü münasibətlərinin təşkil etdiyini vurğuladıq. Yəni istehsal və 
bölgünün hansı formada həyata keçiriləcəyi eyni zamanda, sis‐
temlər arasındakı fərqi də ortaya qoyur. Keçən əsrin son rübü‐
nə qədər dünyanı şəkilləndirən iqtisadi sistemlər bir ucda sər‐
bəst bazar iqtisadiyyatına dayanan kapitalist sistem, digər uc‐
da  mərkəzi  planlamaya  dayanan  sosialist  sistem  və  xüsusilə 
Birinci Dünya Müharibəsinin ardından bu iki sistemin bir çox 
xüsusiyyətlərini  özündə  cəmləşdirən  qarışıq  sistemlər  olmuş‐
dur. 
Lakin, 1970‐ci illərdə ortaya çıxan staqflyasiya, 1980‐ci illə‐
rin  sonlarında  sosializmin  çözülməsi  və  bu  ölkələrin  sərbəst 
bazar iqtisadiyyatına yönəlməsi prosesi, iqtisadiyyata müdaxi‐
lə  edilməsi  və  sərbəst  bazar  iqtisadiyyatını  dəyişdirmə  istiqa‐
mətindəki  fikirləri  azaltmış,  hətta  marjinal  hala  gətirmişdir.
53
 
Azərbaycan da müstəqillik sonrası iqtisadi kursunu sərbəst ba‐
zar  iqtisadiyyatını  mənimsəmə  istiqamətində  müəyyənləşdir‐
miş və bununla da ölkədə “keçid dövrü” başlamışdır. 
Keçid iqtisadiyyatı bir sistemdən digər sistemə keçiddə ara 
sistem  olaraq  qəbul  edilir.  Yəni,  keçid  iqtisadiyyatına  keçmək 
hər  hansı  bir  cəmiyyətin  məqsədi  ola  bilməz.  Necə  ki,  Pribal‐
tika  respublikaları  artıq  kapitalist  münasibətlər  sistemini  mə‐
nimsədilər. 
Lakin keçid iqtisadiyyatı iqtisadi münasibətlərin bütün pa‐
rametrləri baxımından eyni zamanda, qarışıq sistemdir. Hansı 
cəmiyyətlər ki, bu mərhələdə ləngiyirlər əslində qarışıq sistemi 
                                                 
53
 Ercan Eren, “İktisatta Liberalizm Üzerine Notlar”, Yeni Türkiye, Yanvar‐
Fevral 1999, səh.373‐379., http://www.ikt.yildiz.edu.tr/eren/liberal.pdf. 
(01.03.2006). 
 
‐ 43 ‐


İlkin Sabiroğlu 
mənimsəmiş sayılırlar. Bu zaman keçid iqtisadiyyatını ara sis‐
tem kimi deyil, qarışıq sistem kimi dəyərləndirmək daha doğ‐
ru yanaşmadır.
54
Azərbaycan  da  Sovetlər  Birliyinin  süqutu  ilə  birlikdə  sər‐
bəst  bazar  iqtisadiyyatına  keçməyi  qarşısına  məqsəd  olaraq 
qoymuş olsa da, sözün həqiqi mənasında bu ölkədə kapitalist 
münasibətlərinin  formalaşmasının  hələ  çox  zaman  alacağını 
proqnozlaşdırmaq elə də çətin deyil. Elə isə Azərbaycanda qa‐
rışıq sistemin formalaşmaqda olduğunu söyləmək daha doğru 
olar. 
Hər bir ölkənin məşğulluq səviyyəsinin yüksəldilməsi, qiy‐
mət  stabilliyinin  təşkili  və  qorunması,  stabil  iqtisadi  inkişafa 
nail  olmaq,  tədiyyə  balansının  təşkili  kimi  standart  iqtisadi 
məqsədləri  vardır.
55
  Eyni  zamanda  bir  ölkənin  iqtisadi  vəziy‐
yətini  təhlil  edərkən  də  ümumi  daxili  məhsulun,  o  cümlədən 
adambaşına  düşən  ümumi  daxili  məhsulun  həcmi  və  artım 
tempi, real əmək haqqı səviyyələri və sair göstəricilər gözdən 
keçirilir.  Bu  göstəricilərə  və  bu  göstəricilərin  inkişaf  tempinə 
baxaraq, lazımi finansman hesablamalarından istifadə etməklə 
Azərbaycanda  keçid  dövrünün  müddəti  haqqında  müəyyən 
qənaətə  gəlmək  mümkündür.  Keçid  dövrünün  kritik  mərhə‐
ləsinin nə qədər davam edəcəyi ilə bağlı iqtisadi göstəricilərin 
1998‐ci ilə qədər göstərdiyi hərəkət trendinə əsasən 1998‐ci ilin 
sonrası  üçün  hesablamalar  aparmışdıq.  Aşağıda  olduğu  kimi 
verilən  hesablamaların  nəticələri  Azərbaycan  Milli  Demokra‐
tiya Fondunun aylıq bülletenində
56
 dərc edilmişdi: 
                                                 
54
 İlkin Sabiroğlu, “Keçid Dövrü bitdimi?”, “Gündəlik Azərbaycan” qəzeti, 2 
avqust 2005. 
55
 Derek Lobley, Ekonomi, M.E.B, Özgün Matbaacılık, Ankara, 1995, səh.204. 
56
 Ilkin Sabiroglu, “How long will the critical stage of transition period 
continue in Azerbaijan?”, Azerbaijan Bulletin No:09 (263), 1 mart 2001, ANDF, 
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200103/0000.html, 
(01.03.2006). 
 
‐ 44 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
“Belə ki, Azərbaycanda 1996‐cı ildən həyata keçirilən iqtisa‐
di  sabitlik  proqramı  nəticə  vermiş  və  iqtisadiyyatda  sabitlik 
təşkil  olunmuşdur.  1990‐1995‐ci  illərdə  ardıcıl  olaraq  11,7%, 
0.7%, 22.6%, 23.1%, 19.7% və 11.8% daralmaqda olan iqtisadiy‐
yat 1996‐cı ildə 1.3%, 1997‐ci ildə 5.8% və 1998‐ci ildə 10% bö‐
yümüşdür. Ancaq, Ümumi Daxili Məhsul (ÜDM) həcmindəki 
artıma baxmayaraq bu rəqəm 1998‐ci ildə real olaraq 1991‐ci il‐
dəki ÜDM‐un ancaq 50 faizi səviyyəsinə çata bilmişdir.
57
 1999‐
cu  ildə  ÜDM‐dakı  artım  7.4%,  2000‐ci  ildə  11.4%,  2001‐də  isə 
9.9% olmuşdur.
58
 Əgər artım hər il ortalama olaraq 1998‐ci ildə 
reallaşdığı  kimi  10%  olarsa,  “gələcək  dəyər  amili”  adlanan  fi‐
nansman  hesablama  metodu  vasitəsilə  deyə  bilərik  ki,  bu  sü‐
rətlə  gedildiyi  təqdirdə,  1991‐ci  il  səviyyəsinə  çatmaq  üçün 
Azərbaycana ən azı 7 il vaxt lazım gələcək: 
a
1998
 
x (1 + i)
n
 
= b
1991
  
=>
  
50% x (1 + 0.10)
n
 
= 100%  =>  n= 7 il 
Digər tərəfdən, orta aylıq əmək haqqı ilə bağlı inkişaf tem‐
pinə nəzər saldığımız zaman görürük ki, 1990‐cı ildə orta aylıq 
əmək haqqı 32.5 ABŞ dollarına bərabər olmuşdursa, müəyyən 
düşüş və yüksəlişlərdən sonra bu rəqəm 1997‐ci ildə 35.5 ABŞ 
dollarına,  1998‐ci  ildə  isə 43.5  ABŞ  dollarına  çatmışdır.  Lakin, 
real  əmək  haqqı  hesablanarkən  1  ABŞ  dollarının  real  satın  al‐
ma gücünün ələ alındığını nəzərə alsaq və müqayisəni bu for‐
mada  aparsaq  tamam  başqa  mənzərə  ilə  qarşılaşarıq.  Belə  ki, 
1998‐ci ildə 19.9 faizlik real artım əldə olunsa da, bununla keç‐
miş  illərdəki  itkilərin  təsirini  aradan  qaldırmaq  mümkün  ol‐
mamışdır. Beləliklə, 1990‐cı ili 100 olaraq qəbul etdikdə 1998‐ci 
ildə  real  əmək  haqqı  indeksi  30  səviyyəsinə  çatmışdır,  yəni 
1990‐cı  ilin  sadəcə  30  faizi  səviyyəsinə  yüksələ  bilmişdir.
59
 
Əgər artım hər il ortalama olaraq 1998‐ci ildə reallaşdığı kimi 
                                                 
57
 Avropa Ekspertiza Xidməti (TACIC), Azərbaycanın İqtisadi İcmalı 2000, Bakı. 
58
 Azərbaycan Milli Bankı (AMB), İllik Hesabat 2001, Bakı, 2002, səh.110. 
59
 TACIC, loc. cit. 
 
‐ 45 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə