KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

İlkin Sabiroğlu 
qorunması və inkişaf etdirilməsi əsasında davam etdirilə bilən 
inkişafın bir Avropası üçün çalışır”. 
Artıq  Kvant  Elmi  Paradiqması  1+1>2  yanaşmasını  ortaya 
qoyur. Bu Ren Kapitalizminə (Sosial Kapitalizmə) önəmli dəs‐
təkdir.  Amma  buradakı  toplumçuluq  sosialist  toplumçuluq‐
dan fərqlidir. Bir növ Anqlo‐Sakson fərdiyyətçiliklə Sosial Ka‐
pitalizmin  toplumçuluğunun  sintezidir.  Heç  bir  kənar  təzyiq 
olmadan tamamən müstəqil fərdlərin könüllü əməkdaşlığı mə‐
nasına gələn bir toplumçuluqdur. 
Eyni zamanda Kvant Elmi Paradiqması, Heisenberg Qeyri‐
Müəyyənlik Prinsipi, Bilgi Çağı ilə birlikdə Post‐Fordist İsteh‐
sal Paradiqması Anqlo‐Sakson Kapitalizmin keyfiyyətlərini or‐
taya qoymaqdadır. Bu qədər iqtisadi problemlərə baxmayaraq 
ABŞ‐da işsizlik səviyyəsinin AB‐dən, İngiltərədə işsizlik səviy‐
yəsinin isə Almaniya və Fransadan aşağı olması da Anqlo‐Sak‐
son  Kapitalizmin  elastik  iş  hüququnda  (əmək  məcəlləsində), 
sosial müdafiə sisteminə yanaşmada axtarılmalıdır. Yenə ABŞ‐
ın AB‐dən daha yüksək iqtisadi artım trendini sürdürə bilməsi 
bir başqa faktdır.
45
Son beş ildə təqribən 30 min işçisini işdən çıxaran General 
Motors  (GM),  ABŞ‐dakı  fabriklərindən  növbəti  üç  il  ərzində 
daha  25  min  işçini  də  çıxaracağını  bəyan  etdi.  Ancaq  2004‐cü 
ilin oktyabr ayında GM şirkətinin Avropadakı yan şirkətlərin‐
dən 12 min işçini işdən çıxarma planını protest etmək məqsə‐
dilə İsveçdə, Portuqaliyada, İspaniyada, Polşada və s. çox ciddi 
etiraz  aksiyaları  düzənlənmişdi.  Ən  böyük  etiraz  aksiyası  isə, 
GM  şirkətinin  yan şirkəti olan  Opelin məskunlaşdığı  Almani‐
yada  yaşandı.  Yenə,  2004‐cü  ilin  avqust  ayında  Daimler‐
Chrysler şirkəti ilə işçiləri arasındakı ziddiyyətlər sırasında bir 
işçinin  söylədikləri  diqqətimi  çəkmişdi:  “Onlara  qalsa  sosial 
                                                 
45
 İlkin Sabiroğlu, “Kapitalizm kapitalizmə bənzəməz”, “Sənət” qəzeti, 17 iyun 
2005. 
 
‐ 36 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
hüquqları olan insanları deyil, sadəcə robotları işlə təmin edə‐
cəklər.  Gələcək  beş ildə iş  təminatımızın  olacağı  mövzusunda 
bədbinəm; dünya iqtisadiyyatı getdikcə daha pis hala gəlir və 
hər yerdə işdən çıxarma müşahidə edilir.”
46
Dünya iqtisadiyyatı yeni bir transformasiya prosesini yaşa‐
yır: sənaye çağı ömrünü başa vurduğu kimi sənaye işçiləri də 
ciddi sıxıntılar yaşayır. Artıq işçi sinfinin də keyfiyyət dəyişik‐
liyi göstərməsi zəruri hal alıb. Bu keyfiyyət dəyişikliyini yaşa‐
ya  bilməyən  ölkələrdə  sosial  müdafiə  sistemi  də  çarəsiz  hala 
gəlir. “Ömür boyu təhsil”in əsas məqsədi də bu çarəsizliyə bir 
çarə axtarmaqdır. 
Fransa da eyni aqibəti yaşayır. Amma Anqlo‐Sakson Kapi‐
talizmin  hakim  olduğu  ölkələrdə  daha  aşağı işsizlik  səviyyəsi 
müşahidə  edilməkdədir.  Çünki  Anqlo‐Sakson  Kapitalizmi 
“hire and fire” məntiqinə dayanır.
47
 Bu prinsipə görə işçi bir is‐
tehsal amili kimi kiralanır və daha sonra da sərbəst bazar iqti‐
sadiyyatının  məntiqinə  uyğun  olaraq  işdən  çıxarılır.  Belə  bir 
elastik sistem ilk baxışdan qəribə görünsə də əslində işsizliyin 
azalmasında əhəmiyyətli rol oynayır. 
Anqlo‐Sakson  Kapitalizmdə  işçilərin  daha  yüksək  maaşlı 
bir iş tapdıqlarında əvvəlki işdən ayrılmaları və ya sahibkar tə‐
rəfindən  işdən  çıxarılmaları  normal  qarşılanır.  Ona  görə  də 
Ren  Kapitalizmində  olduğu  kimi  Anqlo‐Sakson  Kapitalizmdə 
işçilərin  şirkət  daxili  təhsilinə  ciddi  əhəmiyyət  verilmir,  çünki 
daha yaxşı bir fürsət qarşısına çıxan kimi işçinin işdən ayrıla‐
cağı  nəzərə  alınır.  Bundansa  daha  yüksək  keyfiyyətlərə  sahib 
işçini  daha  yüksək  maaşla  işə  almaq  məqsədəuyğun  sayılır. 
Təbii  olaraq  hər  bir  şəxs  də  özünün  bəşəri  sərmayəsini  artır‐
mağa  çalışır  ki,  potensialını  daha  yüksək  qiymətdən  sata  bil‐
                                                 
46
 Ludwig Niethammer, “Germany: workers respond angrily to deal at 
DaimlerChrysler”, WSWS, 12 avqust 2004, http://www.wsws.org/articles/2004/ 
aug2004/ germ‐a12.shtml, (01.03.2006). 
47
 Ibid., səh.38. 
 
‐ 37 ‐


İlkin Sabiroğlu 
sin. Hər bir şəxs rəqabət mühitində işsiz qalmamaq üçün özü‐
nü mütəmadi yeniləmək məcburiyyətindədir. 
Obyektivizmin  qurucusu  Ayn  Rand  özünün  “Kapitalizm: 
Bilinməyən  İdeal”  əsərində  (Capitalism:  The  Unknown  Ideal) 
mülkiyyət hüququnun mülk qazanma hüququ olduğunu, kim‐
sənin  haqqı  çatmadığı  halda  başqalarının  qazanclarından  alı‐
nan vergilər hesabına dövlətdən əvəzi ödənilmədən ev ala bi‐
ləcəyi  anlamında  qəbul  edilməməsi  gərəkliliyini  qeyd  etmiş‐
dir.
48
 Lakin hər kəsin mənzil hüququ olduğunda israr edən So‐
vetlər  Birliyi  vətəndaşlarının  mənzil  problemini  həll  edə  bil‐
məməklə yanaşı, insanları quş damlarına bənzər qutularda ya‐
şamağa  məhkum  etməkdəydi.  Digər  tərəfdən,  işi  bazarın  öz 
qanunauyğunluqlarına buraxan ABŞ‐da amerikalıların 56 faizi 
(sadəcə, Fannie Mae şirkəti kanalı ilə 1968‐ci ildən bu yana 63 
milyon  nəfər)  Mortgage  sistemi  (ipotekalı  mənzil  maliyyələş‐
dirmə sistemi) ilə ev sahibi olmuşdur. Qısası, sərbəst bazar iq‐
tisadiyyatının gücünə etimad edilə bilər. 
Fransadakı konstitusiya referendumunda Paris sakinlərinin 
66 faizi referenduma “hə” dedikləri halda, əyalətdəkilərin bö‐
yük qismi “sosial” olmadığı üçün “yox” dedi. Kənd təsərrüfa‐
tından sənayeyə keçiddə liderlik edən Fransa, sənayedən Bilgi 
Çağına  keçiddə  artıq  axsamağa  başlayıb.  Keçmişdəki  liderli‐
yini göstərə bilməyəcəyini anladığından transformasiyaya qar‐
şı  dirənir.  Fabriklər  dünyasında  parlayan  ulduz  kompüterlər 
dünyasında sönük görünməkdədir.
49
 
 
 
 
                                                 
48
 Ayn Rand, Kapitalizm: Bilinmeyen İdeal, Türkcəyə tərcümə: Nejdet Kandemir, 
Plato Film Yayınları, İstanbul, 2004. 
49
 “Fransa kendini azletti...”, Mehmet Altan, “Sabah” qəzeti, 4 iyun 2005. 
 
‐ 38 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə