KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

İlkin Sabiroğlu 
rici  ticarət  dövriyyəsi  son  5  ildə  28,8  milyard  dollar  olmuş‐
dur.”
75
Azərbaycanın  qeyri‐neft  sektoruna  xarici  investisiyaların 
cəlbində problemlər yaşamasının əsl səbəbi isə xarici investor‐
ların bizdən sabitlik yox stabillik tələb etmələridir. Hərçənd ki, 
bunu bəzən onlar özləri də düzgün ifadə edə bilmirlər. Onlara 
hələ də aydın deyil ki, ümumiyyətlə MDB məkanında sabitlik 
və stabillik ifadələrinin fərqi tam başa düşülmüş deyil. Fikrimi 
bu  məkanda  çap  edilən  iqtisadi  ədəbiyyatlar  da  (terminoloji 
lüğətlər  də  daxil  olmaqla)  təsdiq  edir.  Qeyd  edək  ki,  sadəcə 
neft sektoruna yönələn investisiyalar burada istisna təşkil edir. 
Çünki təcrübələr göstərir ki, bir ölkə yalnız inqilablar olduqda 
və bu inqilablar nəticəsində (İrandakı İslam İnqilabı, Rusiyada‐
kı Sosializm İnqilabı kimi) dövlətin mövcud rejimi dəyişib qa‐
palı  bir  sistemə  dönüşürsə,  o  halda  neft  şirkətləri  üçün  ciddi 
təhlükələr yaranır... 
Ümumiləşdirərək deyə bilərik ki, bir ölkədə o zaman siyasi, 
iqtisadi stabillik hökm sürür ki, o ölkənin vətəndaşları gələcək‐
lərinin təminat altında olduğuna inanırlar. Bu baxımdan Azər‐
baycan üçün də bir sıra zəruri siyasi və iqtisadi amillər var ki, 
onlar olmadan ölkədə stabilliyin əldə olunması müşkül məsə‐
lədir. Bu amillər içərisində demokratik seçki ənənələrinin tam 
formalaşmamış  olmasını,  Dağlıq  Qarabağ  probleminin  həll 
edilməmiş olmasını, yüksək işsizlik səviyyəsi və iş təminatının 
olmamasını, sığorta və sosial təminat sahəsindəki problemləri 
və s. qeyd etmək olar... 
Yuxarıda  stabillik  üçün  ictimai  dinamizmin  zəruriliyini 
qeyd etdik. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, cə‐
miyyətə  bu  dinamizmi  verəcək  qüvvə  yalnız  milli  burjuaziya 
ola bilər. Məmur burjuaziyasında dinamizm olmaz. Onların işi 
dinamizm  olan  yerdə  sabitlik  yaratmaqdır.  Çünki  dinamizm 
                                                 
75
 Ibid. 
 
‐ 62 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
yenilik deməkdir, məmurlar da yeniliyi xoşlamaz. Yeniliyə uy‐
ğunlaşmaq  əziyyətinə  qatlanmaq  istəməz.  Eugene  McCarthy, 
“Bizi  bürokratiyadan  qurtaran  tək  şey  onun  effektli  çalışma‐
masıdır”
76
 deyərkən bunu nəzərdə tuturdu. Bürokratik burjua‐
ziyanın effektli çalışmadığı yerdə, xalq burjuaziyası effektli ça‐
lışır. Bütün sadaladıqlarımız milli demokratik dövlətlə, sadəcə 
müstəqil olub, lakin milli demokratik olmayan respublika ara‐
sındakı fərqlərin bir qismidir. 
Hələ  qarşıda  görüləcək  çox  işlər  var...  Bəlkə  bu  işlərə  elə 
ötən  ilin  oktyabrında  ölkə  prezidenti  tərəfindən  təsdiq  edilən 
“Elektron  Hökumət”  proqramının  icrasından  başlayaq?!  Yeri 
gəlmişkən 2005‐ci ilin oktyabr ayında hökumətin yüksək vəzi‐
fə  tutan  dövlət  məmurlarına  qarşı  geniş  kompaniyaya  başla‐
ması və eyni ayda “Elektron Hökumət” proqramının ölkə pre‐
zidenti  tərəfindən  təsdiq  edilməsi  sizcə  də  rəmzi  məna  daşı‐
mırmı? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
76
 Eğilmez və Kumcu, op. cit., səh.271. 
 
‐ 63 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 64 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Biz harada 
ləngidik? 
 
Burjuaziya  üst‐orta  gəlir  səviyyəsindəki  ictimai  təbəqədir. 
Bu  söz  (bourgeoisie)  Avropada  feodalizm  çağında  əsilzadələr 
ilə  işçi  və  kəndlilər  arasında  qalan  tacir,  sənətkar  və  s.  əhatə 
edən orta təbəqəni ifadə edirdi. 19‐cu əsrin sonlarından etiba‐
rən burjuaziya kəlməsi böyük kapitalistlər üçün istifadə olun‐
mağa başladı. Burjua bir təbəqə olaraq isə, orta əsrlərin sonuna 
yaxın  meydana  çıxıb  və  Sənaye  İnqilabı  ilə  birlikdə  inkişaf 
edib.  Daha sonradan  modern  toplumlarda da  burjuaziya  əhə‐
miyyətli yer tutmağa davam edib.
77
Elə  Azərbaycan  da  müstəqilliyini  qazandığı  zaman  həyata 
keçiriləcək iqtisadi reformların iki başlıca istiqaməti müəyyən‐
ləşdirilmişdi.  Birincisi,  milli  burjuaziyamızı  formalaşdıraraq 
müstəqil  milli  iqtisadiyyat  sistemimizi  və  milli  demokratik 
dövlətimizi qurmaq, ikincisi, sərbəst bazar iqtisadiyyatına keç‐
mək. Aradan on ildən artıq zaman keçdikdən sonra dönüb ge‐
riyə  baxdığımızda  görürük  ki,  biz  müstəqil  dövlətimizi  qura 
bildik,  amma  nə  milli  burjuaziyamızı  və  nə  də  nəticə  olaraq 
milli demokratik dövlətimizi formalaşdıra bilmədik. Çünki ta‐
rix  boyu  milli  dövlət  eyni  zamanda  burjuaziya  dövləti  olub. 
Burjuaziya  dövləti  isə  burjuaziyanın  aparıcı  olduğu  toplum‐
larda  qurulan  dövlətdir.  Güclü  burjuaziyası  olmayan  dövlət 
güclü milli dövlət ola bilməz.
78
Bir  vaxtlar  böyük  dövlətlər  dünyanı  “parçala,  hökm  sür” 
məntiqi  ilə  idarə  edirdilərsə,  bu  gün  “birləşdir,  hökm  sür” 
məntiqini, yəni qloballaşmanı önə çəkirlər. Amerika Birləşmiş 
                                                 
77
 İlkin Sabiroğlu, “Bizdə Milli Burjuaziya varmı?”, “Hürriyyət” qəzeti, 31 iyul 
2003. 
78
 İlkin Sabiroğlu, “Milli Burjuaziya niyə formalaşa bilmədi?”, IqtisadNet, 26 
may 2004, http://www.iqtisad.net/is015.htm, (01.03.2006). 
 
‐ 65 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə