KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
durğun; sabitlik də öz növbəsində iqtisadi terminlərlə ifadə et‐
sək  staqnasiya,  durğunluq  mənasına  gəlir.  Stabillik  isə  müva‐
zinət,  tarazlıq  deməkdir.  Stabillik  üçün  sabitlikdən  fərqli  ola‐
raq  dinamizm  lazımdır.  Çünki  bütün  sahələrdə  ideal  müva‐
zinəti təmin etmək mümkün olmadığından cəmiyyət öz dina‐
mizmi  ilə  ideal  müvazinəti  axtarış  içərisində  olur.  Nəticədə 
mütləq mənada deyil, nisbi mənada tarazlıq yaranır ki, biz də 
buna stabillik deyirik.
70
Sovetlər  Birliyinin  dağılması  ilə  birlikdə  bütün  ittifaq  res‐
publikaları  kimi  Azərbaycan  da  hər  sahədə  ciddi  böhranlarla 
üz‐üzə qalmışdı. “Təsdiq edilmiş büdcənin olmaması, inflyasi‐
yanın məhvedici təsiri 1994‐cü ildə Azərbaycanda ÜDM‐in iki 
dəfə,  sənaye  istehsalının  1,6  dəfə,  kənd  təsərrüfatının  44  faiz 
azalmasına, əhalinin rifah halının 3,7 dəfə aşağı düşməsinə, or‐
ta aylıq əmək haqqının 1990‐cı ildəki real əməkhaqqının 17 fai‐
zini  təşkil  etməsinə  gətirib  çıxarmışdı.”
71
  Dünya  ölkələrinin 
təcrübəsi göstərir ki, bu kimi böhranların, tənəzzüllərin qarşı‐
sını  almaq  üçün  müddəti  6  ay  ilə  18  ay  arasında  dəyişən  sa‐
bitləşdirici  proqramlara  ehtiyac  duyulur.  Azərbaycanda  da 
1995‐ci  ildən  belə  bir  proqramın  həyata  keçirilməsi  ilə  artıq 
1996‐cı  ildə  makroiqtisadi  sabitlik  əldə  edildi.  Belə  ki,  1995‐
2000‐ci illərdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması, 
struktur islahatlarının həyata keçirilməsi, iqtisadiyyatın bərpa‐
sı,  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması üçün  3  geniş‐
miqyaslı proqram reallaşdırılmağa başlanmışdı. 
1995‐ci  ildən Azərbaycan iqtisadiyyatında qısa  bir  müddət 
içərisində  sabitliyə  nail  olmaq,  tənəzzülün  qarşısını  almaq 
üçün  şok  terapiyasından  və  buna  paralel  olaraq  nominal  pul 
                                                 
70
 Ilkin Sabiroglu, “The problem of constancy at the Azerbaijani economy”, 
Azerbaijan Bulletin No:28 (282), 12 iyul 2001, ANDF, 
http://www.eurasianet.org/resource/ azerbaijan/hypermail/200107/0017.html, 
(01.03.2006). 
71
 Mehdiyev, op. cit. 
 
‐ 59 ‐


İlkin Sabiroğlu 
təklifini və kreditləri nəzarət altına almaq üçün ortodoks siya‐
sətdən istifadə olundu. Nəticədə 1993 və 1994‐cü illərdə ardıcıl 
olaraq 1080 faiz və 1773 faiz olan inflyasiya səviyyələri 1995‐ci 
ildə 84,65 faizə, 1996‐cı ildə 19,9 faizə, 1997‐ci ildə, 3,7 faizə qə‐
dər aşağı salındı.
72
Lakin iqtisadiyyatda stabilliyin əldə olunması üçün şok te‐
rapiyası kifayət eləmir. Stabilliyə heterodoks siyasətin davamı 
olan  mərhələli  reform  tədbirlərinin  həyata  keçirilməsiylə  nail 
olmaq  mümkündür.  Heterodoks  iqtisadi  siyasət  qiymətlərin, 
əmək haqlarının nəzarətinə və dondurulmasına dayanan gəlir‐
lər  siyasətinə  əsaslanır.  1995‐ci  ildən  etibarən  Azərbaycanda 
müəyyən mənada qısa müddətli məqsədlər üçün ortodoks şok 
terapiyasını nəzərdə tutan, daha sonra isə heterodoks ‐ mərhə‐
ləli  müalicə  siyasətini  də  əhatə  edən  qarışıq  tədbirlərin  tətbi‐
qinə  çalışıldığını  demək  mümkündür.  Lakin  bu  siyasətlərin 
davamı  olan  reformların  həyata  keçirilməsindəki  gecikmələr 
istehsalın, gəlirlərin və əmək haqlarının artması, məşğulluq sə‐
viyyəsinin  yüksəlməsi  ilə  bağlı  ciddi  problemlər  yaradırdı. 
İqtisadi stabilliyi istehsal amillərinin səmərəli istifadəsini təşkil 
edərək əhatəli struktur reformları ilə əldə etmək mümkün idi. 
Bu sahədə isə ləngimələr müşahidə edilirdi. 
Müstəqillik  sonrası  Azərbaycan  iqtisadiyyatının  inkişaf  di‐
namikasını təhlil edərkən şərti olaraq 4 mərhələdən bəhs etmə‐
miz mümkündür: 1991‐1994‐cü illəri əhatə edən birinci mərhə‐
lə, 1995‐2000‐ci illəri əhatə edən ikinci mərhələ və 2001‐2005‐ci 
illəri əhatə edən üçüncü mərhələ.
73
 Azərbaycanın “Sovet Azər‐
baycanı”nı  iqtisadi  standartlar  baxımından  geridə  qoyacağı 
2006‐cı il və sonrası isə dördüncü mərhələni təşkil edəcək. 
                                                 
72
 İlkin Sabiroğlu, ʹʹAzerbaycan’da Uygulanan Ekonomik İstikrar Programının 
Özellikleriʹʹ, Soydaş Politik‐Ekonomik‐Sosyal Dergi, Cilt:I, No.1, Ankara, 1997, 
səh.49. 
73
 Osman Nuri Aras, Azerbaycan Ekonomisi ve Yatırım İmkanları, TUSİAB, Bakı, 
2005, səh.12‐28. 
 
‐ 60 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Ölkədə  müstəqillik  sonrası  tənəzzül  dövrü  təqribən  1991‐
1994‐cü  illəri  əhatə  edir.  Bundan  sonra  əldə  edilən  sabitlik 
uzun  müddət  davam  etmiş  və  indi‐indi  iqtisadi‐siyasi  stabil‐
liyə çevrilir. “1994‐cü illə müqayisədə 2000‐ci ildə ÜDM‐in ar‐
tımı 25 faiz, əhalinin real pul gəlirləri 2,7 dəfə, orta aylıq əmək‐
haqqı  3,5  dəfə  artmış,  inflyasiya  2‐3  faiz  səviyyəsinə  endiril‐
mişdir.”
74
  Lakin  bütün  bunlar  əvvəlki  itkiləri  aradan  qaldır‐
mağa yetməmişdir. 
“2001‐2005‐ci  illər  isə  ölkə  iqtisadiyyatının  yüksək  tempdə 
inkişafı  illəridir.  Son  illər  həyata  keçirilməyə  başlanan  proq‐
ramların əsas məqsədi yeni iş yerlərinin açılmasına paralel ola‐
raq  yoxsulluğun  azaldılması,  regionların  kompleks  inkişaf  et‐
dirilməsi,  sahibkarlığa  dövlət  yardımının  həyata  keçirilməsi, 
özəlləşdirmənin başa çatdırılması, təhsil, səhiyyə, turizm, eko‐
logiya,  nəqliyyat,  rabitə  və  telekommunikasiya  sahələrinin 
inkişafına nail olmaqdır. 2001‐2005‐ci illərdə ÜDM 1,7 dəfə art‐
mış  və  ötən  il  Azərbaycan  1990‐cı  il  səviyyəsinə  çatmışdır. 
ÜDM‐in adambaşına düşən həcmi 2000‐ci ildəki 665 dollardan 
fərqli olaraq 2005‐ci ildə 1500 dollar təşkil etmişdir. Özəl sekto‐
run  ÜDM‐də  çəkisi  70  faizdən  77  faizədək  yüksəlmişdir.  Son 
beş  ildə  büdcə  gəlirləri  4 dəfə  artmış, 2005‐ci  ildə  bu,  2,3  mil‐
yard  dollar  təşkil  etmişdir.  2001‐2005‐ci  illərdə  qeyri‐neft  sek‐
torunun  bütün  sahələrində  12‐13  faizlik  sabit  artım  müşahidə 
olunmuşdur.  Son  5  il  ərzində  əhalinin  pul  gəlirləri  1,8  dəfə, 
işçilərin orta əməkhaqqı isə 2,6 dəfə artmış və 2005‐ci ildə 133 
dollar  səviyyəsinə  çatmışdır.  2001‐2005‐ci  illərdə  Azərbaycan 
iqtisadiyyatına  20  milyard  dollardan  artıq  investisiya  yatırıl‐
mışdır  ki,  bunun  da  15,4  milyardı  xarici  sərmayədir.  Hazırda 
Azərbaycan dünyanın 130 ölkəsi ilə ticarət əlaqələri qurub, xa‐
                                                 
74
 Mehdiyev, op. cit. 
 
‐ 61 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə