KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
tası  “tenge”ni  15  noyabr  1993  tarixində  dövriyyəyə  buraxdı. 
Yəni, ikinci “rubl böhranı”ndan sonra. 
Azərbaycanda isə, 14 iyun 1993 tarixli prezident fərmanı ilə 
manat 15 iyun 1993 tarixindən etibarən Azərbaycan Respubli‐
kasının yeganə pul vahidi oldu. Dolayısı ilə ikinci pul böhranı‐
nı qabaqladıq. Lakin, daha sonradan baş verən siyasi hadisələr 
nəticəsində, 1994‐cü ilin ilk on ayı ilə 1993‐cü ilin eyni dövrü‐
nü  müqayisə  edərkən  manat  rus  rubluna  görə  35  dəfə,  ABŞ 
dollarına nisbətən isə 94 dəfə dəyər itirdi. 
2006‐cı  ilin  dövlət  büdcəsinə  həsr  olunmuş  mətbuat  kon‐
fransında  maliyyə  naziri  gələn  ildən  etibarən  Azərbaycanda 
əhalinin banklarda qalmış əmanətlərinin qaytarılması prosesi‐
nə  başlanacağını  bəyan  etdi.  Bu  bəyanın  dövlət  rəsmilərinin 
əvvəlki illərdəki bəyanlarından fərqi ondadır ki, əgər əvvəllər 
vəsait  yoxluğundan  şikayət  edilirdisə,  bu  dəfə  əmanətlərin 
qaytarılması  üçün  gələn  ilin  büdcəsindən  200  milyard  manat 
vəsaitin ayrılmasının da nəzərdə tutulduğu qeyd olunur.
80
Bunun üçün ilk növbədə parlamentdə layihə şəklində göz‐
ləyən əmanətlərin qaytarılması ilə əlaqədar qanunun qəbuluna 
ehtiyac var. Əgər qanun qəbul olunarsa ayrılması nəzərdə tu‐
tulan vəsait bu işə başlamaq üçün ilkin mərhələdə kifayət edə 
bilər.  Çünki,  əvvəllər  mətbuatda  bəhs  edilən  layihələrdə  cə‐
miyyətin yaşlılar kimi müəyyən təbəqələrinə ödəmə sırasında 
bəzi öncəliklərin tanınacağı söylənilirdi. 
Əmanətlərin  qaytarılması  cəmiyyətin  banklara  olan  etima‐
dının bərpası baxımından da əhəmiyyət daşıyır. Lakin bunun‐
la yanaşı digər əhəmiyyətli bir qanunun ‐ əmanətlərin sığorta‐
lanması  haqqında  qanunun  də  qəbulu  vacibdir.  Əks  təqdirdə 
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) yaradılması pro‐
sesini  başa  çatdırmaq  mümkün  olmayacaq.  “Yoxsulluğun 
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na əsasən 
                                                 
80
 “Gələn ildən əmanətlər qaytarılacaq”, “Ekspress” qəzeti, 3 sentyabr 2005. 
 
‐ 73 ‐


İlkin Sabiroğlu 
isə ƏSF‐nin yaradılması hələ 2003‐cü ildə başa çatdırılmalı idi. 
Qeyd  edək  ki,  ilk  əvvəl  sözügedən  Fondun  hüquqi  bazasını 
“Banklar və bank fəaliyyəti haqqında” qanunun təşkil edəcəyi 
bildirilirdi. Lakin sonradan ayrıca qanun layihəsi hazırlanması 
qərara alındı və bu vəzifə Milli Banka həvalə edildi. Daha son‐
ra Milli Bank bu qanun layihəsini hazırladığını bəyan etsə də, 
bir sıra səbəblərdən qanunun Milli Məclisdə qəbulu ləngiyir. 
Paralel  olaraq  Azərbaycanda  on  il  öncəsi  ilə  müqayisədə 
bank sektorundakı seyrəlmə də davam edir. Ölkədə özəl bank‐
ların sayı əgər 1994‐cü ildə 241 idisə, bu rəqəm 1999‐cu ilin so‐
nuna təqribən üç dəfə azaldı. Və bu tendensiya bir qədər sən‐
giməsinə baxmayaraq bu gün də davam edir. Ötən ilin sonuna 
ölkədə artıq 43 bank fəaliyyət göstərirdi. Bu belə real sektorun 
bugünkü inkişaf səviyyəsi ilə müqayisədə böyük rəqəmdir. 
Bank sektorundakı seyrəlmənin əsas səbəbi Milli Bank tərə‐
findən nizamnamə kapitalının sistemli şəkildə artırılması tələ‐
bidir. 1 yanvar 1996 tarixinə bankların nizamnamə kapitalı 50 
min  ABŞ  dollarına  ekvivalent  idisə,  daha  sonralar  bu  rəqəm 
mərhələli şəkildə artırıldı və hal‐hazırda yeni qurulan banklar 
üçün  5  milyon  ABŞ  dolları  şərti  axtarıldığı  halda,  2005‐ci  il 
yanvarın  1‐dən  bütün  fəaliyyətdə  olan  bankların  nizamnamə 
kapitalının ən aşağı həddi 3,5 milyon ABŞ dollarına çatdırıldı. 
2006‐cı il yanvarın 1‐dən isə bu göstərici 5 milyon dollar təşkil 
edəcək. Amma Bakıda bir yeni binanın inşasının az qala bir ne‐
çə milyon dollara başa gəldiyini nəzərə alsaq 5 milyon dollar‐
lıq nizamnamə kapitalına sahib bankların real sektorun inkişa‐
fında necə rol oynayacağı doğrudan da mübahisəlidir. Məncə, 
Azərbaycanın bank sektoruna xarici investisiya qoyuluşu mə‐
sələsinə həm də bu aspektdən baxmaq lazımdır.
81
                                                 
81
 İlkin Sabiroğlu, “Əmanətlər qaytarılacaq?”, “Gündəlik Azərbaycan” qəzeti, 15 
sentyabr 2005. 
 
‐ 74 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
Yuxarıda bəhs edilən mətbuat konfransında maliyyə naziri 
ipoteka qanununun icrası ilə bağlı bu il 30 milyard manat, gə‐
lən  il  isə  100  milyard  manat  vəsaitin  ayrılmasının  da  nəzərdə 
tutulduğunu  qeyd  edib.  Yeri  gəlmişkən,  ipoteka  kreditləri  al‐
maq üçün şəxsin üç növ sığortası da vacib hala gələcək: Əmə‐
yin sığortası, əmlakın sığortası və həyatın sığortası. Demək ki, 
ipoteka  sisteminin  inkişafı  da  sadəcə  bank  sektorunun  deyil, 
həmçinin sığorta sisteminin inkişafı ilə də bağlı məsələdir. 
Əslində  bu  üç  sistem:  Bank  sistemi,  ipoteka  sistemi  və  sı‐
ğorta  sistemi  kompleks  şəkildə  ələ  alınmalıdır.  İnkişaf  etmiş 
ölkələrin təcrübəsi göstərir ki, bunlardan birinin inkişafı digər‐
lərinin  də  inkişafını stimullaşdırır.  Yalnız  bu  halda  yaranacaq 
müsbət sinerji (1+1+1>3) ölkədə qiymətli kağızlar bazarının in‐
kişafına da öz töhfəsini verə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 75 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 76 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə