İlkin Sabiroğlu
Lakin problem dünya bazarlarında taxıl qıtlığı ilə əlaqəli
deyildi. Eynilə dünya bazarlarında neftin qiyməti yüksəldiyi
zaman Azərbaycan öz neftini baha qiymətə satdığı kimi, bu öl‐
kələr də dünya bazarlarında buğda qiymətlərinin artması ilə
birlikdə təbii olaraq ixrac etdikləri məhsulun qiymətini yüksəl‐
dirlər. Daxili bazardakılar isə çıxış yolunu xalqın dili ilə desək
qiymətə əl vurmayıb, kündədən kəsməkdə görürlər. Yəni gizli
qiymət artımına gedirlər...
Bir xəstəliyi müalicə etmək üçün ilk öncə diaqnozu düzgün
qoymaq lazımdır. Yuxarıda da qeyd etdiyimiz kimi, buğda
qiymətlərindəki yüksəlmənin başlıca səbəbi amerikan dolla‐
rının dəyərindəki düşmədir. Lakin Azərbaycanda Milli Bank
bir çox ölkələrdən fərqli olaraq, daxili bazarda dolların manat
ilə məzənnəsini sabit saxlamaqda israr etdiyindən idxal olu‐
nan buğda və unun manatla da maya dəyəri yüksəlirdi və
Azərbaycan buğda nümunəsində olduğu kimi inflyasiyanı id‐
xal eləməyə başladı. Manatın dollarla məzənnəsi stabil qalsa
da, manat dollarla birlikdə digər xarici valyutalar qarşısında
dəyər itirirdi.
Halbuki ən optimal variant, beynəlxalq valyuta bazarların‐
dakı dəyərinə müvafiq olaraq dolların manat ilə də məzənnəsi‐
nin düşməsinə şərait yaratmaq idi. Gələcəkdə amerikan dolları
gücləndiyi təqdirdə bu dəfə də buğda qiymətləri dollar cinsin‐
dən düşəcəyindən, proses avtomatik olaraq öz‐özünü tənzim‐
ləyəcəkdi.
Bunun bir başqa faydası da olacaqdı. 2003‐cü ildə ölkədə 35
trilyon 53 milyard manat dəyərində ümumi daxili məhsul
(ÜDM) istehsal olunmuş (7,08 milyard dollar) və bunun adam‐
başına düşən həcmi isə 4,320 milyon manat (879,7 dollar) təşkil
etmişdir. 2004‐cü ilin ilk iki ayında ölkədə ÜDM‐nin həcmi
2003‐cü ilin yanvar‐fevral ayları ilə müqayisədə 10,2 faiz ar‐
‐ 164 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
taraq 5 trilyon 296 milyard manat (1,07 milyard dollar) təşkil
etmişdir.
181
ÜDM‐nin 2004‐ün ilk iki ayındakı artımına, son illərdəki ar‐
tım tempinə, gözlənilən investisiya həcminə dayanaraq 2004‐
də də təqribən 10 faizlik bir artım proqnozlaşdırılırdı. Bu isə
ÜDM‐nin milli valyuta ilə ifadədə 35 trilyon 53 milyard ma‐
natdan 38 trilyon 558 milyard manata yüksəlməsi deməkdi.
ABŞ dolları ilə ifadədə isə (1 $=4950 AZM) 7,79 milyard dollara
ekvivalentdir.
182
İndi isə məsələyə başqa aspektdən baxaq. Bütün dünyada
ABŞ dollarının dəyər itirməsinə baxmayaraq Azərbaycanda
Milli Bank dolların məzənnəsini sabit saxlamaqda israr edir,
yəni dolların düşməsinin qarşısını alırdı. Nəticədə, manat da
dollara paralel olaraq dünya valyutaları qarşısında dəyər itirir‐
di.
Eyni zamanda dünya əmtəələrinin qiymətləri dollarla ifa‐
dədə yüksəldiyindən Azərbaycan manatının alıcılıq qabiliyyəti
də düşürdü. Halbuki Milli Bank beynəlxalq valyuta bazarla‐
rındakı tendensiyaya uyğun olaraq dolların məzənnəsinin aşa‐
ğı düşməsinə imkan yaratmalı idi. Belə olduğu halda, Azər‐
baycanda sadəcə əmtəələrin qiyməti düşməklə qalmayacaq,
həmçinin əhalinin alıcılıq qabiliyyəti də artmış olacaqdı.
Və ən maraqlısı isə odur ki, həm ÜDM miqdarı, həm də
adambaşına düşən ÜDM miqdarı dollarla ifadədə bir xeyli art‐
mış olacaqdı. Lakin Milli Bank bu addımı çox gec, 2005‐ci ilin
əvvəllərində inflyasiya təzyiqlərini cilovlamaq üçün atdı və
həmin il ÜDM artımı 26,4 faiz təşkil etdi.
Nazirlər Kabinetinin (NK) ölkəyə gətirilən taxılın 18 faizlik
əlavə dəyər vergisindən bir illiyə azad edilməsi ilə bağlı 17
sentyabr 2003‐cü il tarixli 118 saylı qərarının ardından yenə
181
İlkin Sabiroğlu, “Valyuta məzənnəsi və ÜDM artımı”, IqtisadNet, 19 aprel
2004, http://www.iqtisad.net/is012.htm, (01.03.2006).
182
Ibid.
‐ 165 ‐
İlkin Sabiroğlu
NK‐nin Azərbaycanla azad ticarət haqqında sazişi olmayan öl‐
kələrdən taxıl gətirilməsindən 5 faizlik gömrük rüsumunun
aradan qaldırılması ilə əlaqədar 1 aprel tarixli qərarı çıxdı.
Məqsəd bütün ölkələrdən taxıl idxalı zamanı bərabər şəraitin
yaradılması idi. Əsas məqsəd isə, taxılın qiymətini aşağı sal‐
maq mümkün olmadığı təqdirdə heç olmasa yüksəlməsini bir
qədər əngəlləməkdi.
Bir rəsm tablosunda təsvir edilənlərin tamamını görmək və
rəsmi anlaya bilməmiz üçün bir neçə addım uzaqlaşaraq görüş
dairəmizi genişləndirməliyik. Əks təqdirdə, nəzərimizi rəsmin
bir nöqtəsinə cəmləşdirməklə təsvirin tamamını anlamaq çox
çətindir. Bu eynilə, Qazaxıstanda taxılın qiyməti qalxdığı üçün
Azərbaycanda da qalxdı və ya Türkiyədə soğanın qiyməti art‐
dığı üçün Azərbaycanda da artdı deməyə bənzəyir. Belə olan
təqdirdə “Bəs Qazaxıstanda taxılın və ya Türkiyədə soğanın
qiyməti niyə artdı?” deyə soruşmaq lazımdır.
Bu əmtəələrin qiymətləri xüsusilə, amerikan dolları ilə ifa‐
dədə yüksəldiyindən, Milli Bank bir çox ölkələrdə olduğu kimi
beynəlxalq valyuta bazarlarındakı dəyərinə müvafiq olaraq
dolların manat ilə də məzənnəsinin düşməsinə şərait yarada‐
cağı təqdirdə, Azərbaycanda da əmtəələrin, o cümlədən taxı‐
lın, soğanın və sairənin qiymətini aşağı salmaq mümkün ola‐
caqdı. Dolayısı ilə Nazirlər Kabinetinin xüsusi qərarlarına ehti‐
yac qalmayacaqdı.
İqtisadi ədəbiyyatda, valyuta məzənnələrindəki dəyişiklik‐
ləri açıqlamaq və bu məzənnələrin necə müəyyənləşəcəyi ilə
əlaqədar başlıca dörd elmi yanaşma mövcuddur:
183
‐
tədiyyə balansı baxımından yanaşma,
‐
alıcılıq qabiliyyəti pariteti baxımından yanaşma,
‐
monetarist yanaşma,
‐
portfel balansı baxımından yanaşma.
183
Halil Seyidoğlu, op. cit., səh.366‐374.
‐ 166 ‐
Dostları ilə paylaş: |