İlkin Sabiroğlu
təqribən 20% olarsa, finansman hesablama metoduna dayana‐
raq deyə bilərik ki, bu sürətlə gedildiyi təqdirdə, 1990‐cı il sə‐
viyyəsinə çatmaq üçün Azərbaycana bu sahədə də yenə ən azı
7 il vaxt lazım gələcək.
a
1998
x (1 + i)
n
= b
1990
=> 30% x (1 + 0.20)
n
= 100% => n= 7 il
Hesablamalar iqtisadi göstəricilərin 1998‐ci ilə qədər göstər‐
diyi hərəkət trendinə əsasən 1998‐ci ilin sonrası üçün aparıl‐
mışdır. Əgər artım səviyyələrində ciddi irəliləyiş olmazsa
(qeyd edək ki, 1999 və 2000‐ci illərdə də bu sürət davam etmiş‐
dir), yuxarıdakı hesablamalara dayanaraq deyə bilərik ki,
Azərbaycan əsas iqtisadi göstəricilər baxımından təqribən
2005‐ci ildə 1990‐1991‐ci il səviyyələrinə yaxınlaşacaq. Bu ba‐
xımdan 1990‐1991‐ci illəri keçid dövrünün start illəri kimi qə‐
bul etsək, yuxarıdakı hesablamalar daxilində keçid dövrünün
kritik mərhələsinin indiki templə davam edərsə ən yaxşı halda
15 il olacağını söyləmək mümkündür: 1990‐2005.
Bu hesablamalar bizə bir çox məsələlərdə aydınlıq gətirir.
Məsələn, yuxarıdakı hesablamalara əsasən deyə bilərik ki, iq‐
tisadiyyatın tələb etdiyi ciddi reform tədbirlərinin həyata keçi‐
rilməsindəki gecikmələr Milli Bankı iqtisadi cəhətdən səmərə‐
siz metodlarla valyuta münasibətlərini və valyuta bazarını tən‐
zimləməsi siyasətini ən azı keçid dövrünün kritik mərhələsini
də əhatə edəcək şəkildə davam etdirmək məcburiyyətində qo‐
yur.”
Artıq 2006‐cı ildəyik və yuxarıdakı hesablamalarımızın
özünü doğrultduğunu söyləyə bilərik. Azərbaycan keçid döv‐
rünün 15 il davam edən ən ağır ‐ kritik mərhələsini tamam‐
lamaqdadır. Keçən il ÜDM‐nin həcmi 1989‐cu ildəki səviyyə‐
nin 97.8 faizini aşdı.
‐ 46 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Real ÜDM/XMM
60
(1990‐2005)
(Göstəricilər, 1989=100%)
1990
‐11.7
88.3
1991
‐0.7
87.7
1992
‐22.6
67.9
1993
‐23.1
52.2
1994
‐19.7
41.9
1995
‐11.8
37.0
1996
1.3
37.4
1997
5.8
39.6
1998
10.0
43.6
1999
7.4
46.8
2000
11.1
52.0
2001
9.9
57.1
2002
10.6
63.2
2003
11.2
70.2
2004
10.2
77.4
2005
61
26.4
97.8
Mənbə: Economic Survey of Europe (2002 No.2 və 2005 No.1).
Təəssüf ki, hamımız bu dövrün çox qısa olmasını arzulasaq
da bir sıra obyektiv və subyektiv, iqtisadi və qeyri‐iqtisadi
amillər buna imkan vermədi. Bir sıra nöqsanları ilə birlikdə ar‐
tıq struktur islahatları geridə qaldı, özəlləşdirmə nəticəsində
dövlət sektorunun iqtisadiyyatdakı payı 30 faizin altına düşdü.
Hətta keçid dövrünün start ili kimi 1989‐cu ili götürsək belə,
60
XMM – Xalis Maddi Məhsul (NMP ‐ Net Material Product). Bu indiki
hesablarla təxminən Ümumi Daxili Məhsula bərabərdir. Sovet İttifaqında,
verilən müddət ərzindəki (adətən bir il ərzindəki) mal və xidmət istehsalının
rəsmi ölçüsü.
61
“ÜDM‐nin həcmi 2005‐ci ildə 26,4% artıb”, APA,
http://apa.az/news.php?id=1527, (01.03.2006).
‐ 47 ‐
İlkin Sabiroğlu
ölkə artıq 2006‐cı ilin sonuna adambaşına düşən Ümumi Daxili
Məhsul miqdarı baxımından start ilindəki göstəricini aşmış
olacaq. Real əmək haqqı səviyyələri baxımından da eyni şeyi
söyləmək mümkündür. Ölkəyə neft gəlirlərinin axını başlayır.
Dolayısilə 2006‐cı ildən etibarən bu kimi makro‐iqtisadi gös‐
təricilərlə Azərbaycan “Sovet Azərbaycanı”nı xatırladacaq.
Sıravi vətəndaş manatın denominasiyasından sonra sovet döv‐
rünün “75 manat” və ya “100 manat” əməkhaqqı nostalgi‐
yasını yaşamaqdadır. Artıq Dövlət Sosial Müdafiə Fondu da
pensiyaları 70 yeni Azərbaycan manatına çatdırmaq niyyətin‐
dədir. BMT‐nin müəyyən etdiyi parametrə görə, insanın iş gü‐
nünə düşən qazancı 2 dollardan artıqdırsa, artıq o kasıb sayıl‐
mır. Bu prinsip əsas götürülərək nəzərdə tutulur ki, 2007‐ci ilə
qədər minimum pensiya 70 dollara çatdırılsın və beləliklə, öl‐
kədə yoxsulluğun səviyyəsinin azalmasına nail olunsun.
62
Biz
azad bir cəmiyyət qurmaq istəyirik. Elə isə John F. Kennedynin
qeyd etdiyi kimi unutmamalıyıq ki, azad bir cəmiyyət çox say‐
lı yoxsullarına yardım edə bilməzsə, az saylı zənginlərini qoru‐
ya bilməz.
63
Həyata keçirilən sosial‐iqtisadi islahatlar, reallaşdırılan
dövlət proqramları son nəticədə 2005‐ci ilin nəticələrinə müs‐
bət təsir göstərmişdir. Belə ki, 1996‐cı illə müqayisədə bütün
maliyyə mənbələri hesabına iqtisadiyyata investisiya qoyuluşu
7,4 dəfə, orta aylıq əməkhaqqı 10,4 dəfə, dövlət büdcəsinin gə‐
lirləri 8,5 dəfə artmış, adambaşına düşən büdcə xərcləri 473
ABŞ dollarına yüksəlmişdir. Dövlət Neft Fondunun və Milli
Bankın valyuta ehtiyatlarının həcmi 2,2 milyard ABŞ dollarını
ötmüşdür ki, bu da xarici dövlət borcundan 700 milyon ABŞ
dolları çoxdur. Minimum əmək haqqı oktyabr ayının 1‐dən
62
“Pensiyalar 70 manata çatdırılacaq”, “Xeber.Net”, 28 yanvar 2006,
http://www.xeber.net/view.php?d=52741, (01.03.2006).
63
Mahfi Eğilmez və Ercan Kumcu, Ekonomi Politikası, Om Yayınevi, İstanbul,
2002, səh.63.
‐ 48 ‐
Dostları ilə paylaş: |