Kapitalizm Kapitalizmə Bənzəməz
Bankların
süqutu
90‐ci illərin birinci yarısı Azərbaycanda qurulan ilk özəl və
bir sıra dövlət banklarının süqutu və milyonlarla vətəndaşımı‐
zın vəsaitlərinin banklarda itib‐batma mərhələsi kimi yadda
qalıb. Məsələnin iqtisadi mahiyyəti ondan ibarət idi ki, ölkədə
“Naxçıvan‐Türk”, “Vahidbank”, “Ərgünəş MMS” kimi bank‐
lar vasitəsilə cəmiyyətin ilkin kapital yığımının dağıdılması
prosesi gedirdi. Və bu proses, ilkin kapital yığımının dağıdıl‐
masının ikinci mərhələsini təşkil edirdi. Birinci mərhələ isə,
Sovetlərin dağıldığı vaxt “Əmanətbank” vasitəsilə həyata keçi‐
rilmişdi. Cəmiyyətin ilkin kapital yığımının dağıdılması nəticə
olaraq ölkədə milli burjuaziyanın formalaşması prosesini də
əngəlləmişdir.
82
“Əmanətbank” vasitəsilə toplanan əmanətlərin indeksasi‐
yadan sonra 750‐800 milyon dollar təşkil edəcəyinə dair fikir‐
lər səslənib. İkinci mərhələdə dağıdılan vəsaitin həcmi ilə bağlı
isə indiyədək heç bir rəsmi açıqlama verilməyib. Buna baxma‐
yaraq həmin vəsaitin çox böyük bir məbləğ təşkil etdiyi şübhə
doğurmur.
Bənzər hadisələr bizdən sonra Ermənistanda olduğu kimi
Albaniyada da yaşandı və Albaniyada hadisələr inkişaf edərək
vətəndaş müharibəsinə qədər gedib çıxdı. Belə ki, Albaniyada
hər üç şəxsdən birinin bankda pulu batmışdı. Banklar xalqdan
1.5‐2 milyard dollar məbləğində vəsait yığmışdı ki, bu da ölkə‐
nin üç milyard dollar olan milli gəlirinin 50‐70 faizinə bərabər
idi. Bank böhranının nə üçün vaxtında önlənmədiyini soruşan‐
lara isə hökumət başqanı Sali Berisha aşağıdakı ironik cavabı
vermişdi:
82
İlkin Sabiroğlu, “Bankların Süqutu”, “Yeni Müsavat” qəzeti, 14 sentyabr 2003.
‐ 77 ‐
İlkin Sabiroğlu
“Faizlə pul yığılmasını önləyəcək bir qanunumuz yox idi.
İstəyən hər kəs istədiyinə yüksək faizlə pul verə bilərdi. Sər‐
bəst iradələri ilə qərar verdilər. Müdaxilə edə bilməzdik. Nə
zaman geri ödəməni axsatdılar, müdaxilə etdik.”
83
Bizdə də hökumət bankların fəaliyyətinə vaxtında müda‐
xilə etmədi. Baxmayaraq ki, o dönəmdə real sektorun inkişaf
səviyyəsi ümumiyyətlə bank işinin qurulmasına imkan ver‐
mirdi. Bir də ki, o cür yüksək faizlərlə bankların uzun müddət
fəaliyyət göstərəcəyi də ağlasığmaz idi. Albaniyadan fərqli ola‐
raq, bizdə mövcud olan qanunlara da riayət edilmədi: Məsə‐
lən, Azərbaycan Respublikası Bankların Fəaliyyəti Haqqında
Qanunun 12‐ci maddəsinin 2‐ci bəndində göstərilirdi ki, bank
öz fəaliyyətini dayandırmaq üçün media orqanlarında ən az
iki dəfə elan verməli, əmanətçilərin pullarını geri qaytarmalı,
sahibsiz əmanətləri isə Milli Banka köçürməlidirlər.
Bəs həmin banklar niyə iflas etdi?
Əsas səbəb bankların piramida sistemli fəaliyyət formasını
mənimsəmələri olmuşdur. Sistem piramidanın zirvəsinə çat‐
dığı zaman öz‐özünə çökür. Daha zirvəyə çatmadan hökumət
tərəfindən sistemə müdaxilə edilsəydi böhranın səviyyəsini
azaltmaq, zamanında ediləcək müdaxilə ilə isə böhranın qar‐
şısını almaq mümkün idi.
Digər tərəfdən, böhrandan bir qədər əvvəl hökumət tərəfin‐
dən əmanətçilərin gəlirlərinin vergiyə cəlb edilməsini nəzərdə
tutan qanun qəbul edildi. Beləliklə, o dönəmdə nominal faiz
səviyyəsinin inflyasiya səviyyəsindən aşağı olduğunu da nəzə‐
rə alsaq, bu “real gəlir” əvəzinə “real zərərin” ortaya çıxması‐
na və piramida sisteminə vəsait axımının dayanmasına səbəb
oldu.
83
Burcu Ergezer, “Arnavutlukʹtа Banker Krizi”, USAG‐Uluslararası Stratejik
Araştırmalar Grubu Dergisi, Sayı:5, Ankara, 1997.
‐ 78 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Hökumətin Beynəlxalq Valyuta Fonduna (BVF) kredit üçün
müraciət etməsinin əvəzində BVF də valyuta kurslarının sabit
tutulmasını tələb etdi. Bu da valyuta kurslarındakı artımın no‐
minal faiz səviyyəsindən yüksək olmasından istifadə edərək
gəlir götürən bankları çətin vəziyyətə saldı.
Eyni zamanda hökumət, inflyasiyanı cilovlamaq üçün
bankların kredit verməsini qadağan etdi. Bir də ki, banklar
verdikləri kreditləri geri alma mexanizminə sahib deyildi. Bu‐
nun əvəzində banklar kommersiya fəaliyyətinə (pul ticarəti ye‐
rinə əmtəə ticarətinə) üstünlük verməyə başladılar. Halbuki 10
fevral 1993 tarixli qərarda bankların valyuta və kredit sığortası
istisna olmaqla, sığorta və ticarət sahəsində heç bir fəaliyyətlə
məşğul ola bilməyəcəkləri göstərilməkdə idi. Bu qanuna da
əməl olunmadı.
84
Nəticə olaraq, “vaxtından tez” ortaya çıxan bankların fəa‐
liyyətinə hökumət tərəfindən “vaxtından gec” müdaxilə edil‐
məsi bank böhranına səbəb oldu. Cəmiyyətin ilkin kapital yığı‐
mının dağıdılmasının ikinci mərhələsi də belə yekunlaşdı...
Bütün bu hadisələr yenicə formalaşmaqda olan bank siste‐
minə inamı da aradan qaldırdı. İndi fiziki şəxslərin əmanətləri‐
nin sığortası fondunu yaratmaqla bu inamın geri qaytarıla bi‐
ləcəyi düşünülür. Lakin bunun üçün birinci növbədə o vaxt
baş verənlərə düzgün münasibət ortaya qoyulmalıdır.
84
Azer Ağayev, “Azerbaycan’da Bankaçılık”, Soydaş Politik‐Ekonomik‐Sosyal
Dergi, Cilt:I, No.1, Ankara, 1997, səh.60.
‐ 79 ‐
Dostları ilə paylaş: |