Kapitalizm Kapitalizmə Bənzəməz
sinə hansı həddə qədər icazə verəcəyi bəlli deyil. Amma ola
bilər ki, kimlərəsə bu bəllidir və öncədən dollar satıb manat
alırlar ki, qazanclı çıxsınlar. Qısacası, hər iki versiya araşdırıl‐
malıdır.
Yeri gəlmişkən, həmin günlərdə ABŞ dolları ilə bağlı bey‐
nəlxalq valyuta birjalarında da pozitiv qənaət hakim idi. Mə‐
lum olduğu kimi, ABŞ yüksək tədiyyə balansı kəsiri, xarici ti‐
carət kəsiri və büdcə defisiti ilə üz‐üzə qalıb. ABŞ ilə bağlı son
bir neçə ay ərzində açıqlanan makroiqtisadi göstəricilərsə elə
də pis deyildi. Hadisədən bir həftə əvvəl Xəzinə Nazirliyi ölkə‐
yə xalis xarici sərmayə daxilolmalarının iyul ayında 87,4 mil‐
yard dollara yüksəldiyini açıqlamışdı. Mütəxəssislər 60 mil‐
yard dollar olacağını gözləyirdi. Digər tərəfdən büdcə defisiti
də azalmağa doğru üz tutmuşdu, lakin son “Katrina” qasırğa‐
sının hələ bir müddət büdcə defisitinin yüksək olmasına səbəb
olacağı proqnozlaşdırılırdı. Sentyabrın 20‐də ABŞ Mərkəzi
Bankının faizləri 0,25 bənd daha yüksəldəcəyi ilə bağlı proq‐
nozlar, həmçinin Avropa Birliyi ilə bağlı qeyri‐müəyyənliklər
də ABŞ dollarının lehinə işləyirdi. Yəni, dünya bazarlarında
ümumi dalğalanmalar olsa da, ABŞ dolları üçün hələ ki, elə bir
təhlükə hiss edilmirdi.
Bu hadisədən sonra Milli Bank valyutadəyişmə məntəqələri
ilə bağlı qaydalara dəyişiklik etdi. Hal‐hazırda kommersiya
qurumları Milli Bankın rəsmi məzənnəsindən yalnız 2 faiz ar‐
tıq və ya əksik qiymət müəyyənləşdirə bilərlər. Əvvəl isə bu 3
faiz səviyyəsində müəyyənləşmişdi.
Qısacası, “2004‐cü ilin sonundan artmağa başlamış inflya‐
siya 2005‐ci ilin aprel ayında illik hesabla 15%‐i ötmüşdü. İn‐
flyasiyanın ikirəqəmli məcraya keçməsi ümumilikdə iqtisadi
inkişafa, xüsusilə qeyri‐neft sektorunun inkişafına mənfi təsir
göstərərək yeni iş yerlərinin yaranmasını təhlükə altına qoydu,
sosial proqramların keyfiyyətini azaldaraq əhalinin bütün tə‐
bəqələrinin gündəlik həyatında hiss olunmağa başladı. Məhz
‐ 173 ‐
İlkin Sabiroğlu
bunları nəzərə alaraq “Azərbaycan Respublikasında antiinflya‐
siya tədbirlərinin gücləndirilməsi haqqında” Ölkə Prezidenti
tərəfindən 31 may 2005‐ci il tarixli Fərman imzalandı. Bu fər‐
mana uyğun olaraq Milli Bank hökumətlə birlikdə anti‐inflya‐
siya tədbirlərini həyata keçirməyə başladı və inflyasiyanın qar‐
şısı alındı. 2005‐ci ilin noyabr ayında inflyasiya ötən ilin de‐
kabrına qarşı cəmi 3,1% təşkil etmişdir. Müqayisə üçün həmin
dövr ərzində neft ölkələri olan Qazaxıstanda inflyasiya 6,9%,
Rusiyada isə 10% təşkil etmişdir. Digər mərkəzi banklar üçün
olduğu kimi, Milli Bank üçün də pul siyasətinin əsas hədəfi
baza inflyasiyadır ki (inzibati qaydada tənzimlənən qiymətlə‐
rin dəyişməsindən və mövsümi amillərin təsirindən təmizlən‐
miş istehlak qiymətləri indeksi), bu da makroiqtisadi siyasətin
inflyasiyaya real təsirini ölçməyə imkan verən indikatordur.
Noyabrda orta illik inflyasiya 9,8% olduğu halda, baza inflya‐
siya 7,5% təşkil etmişdir.”
191
Lakin Tarif Şurasının 2006‐cı il 5 yanvar tarixli “Bəzi neft
məhsullarının qiymətlərinin respublika daxilində tənzimlən‐
məsi barədə” qərarına əsasən, yanvarın 6‐dan etibarən bəzi ya‐
nacaq növlərinin satış qiymətlərinin artırılması tamamilə yeni
situasiya yaratdı.
Beynəlxalq Valyuta Fondunun Azərbaycana uzun müddət‐
dir enerji qiymətlərinin yüksəldilməsini tövsiyə etməsi, dünya
bazarlarında neftin qiymətlərinin yüksək olması fonunda Ru‐
siyanın da qazın qiymətlərini artırmasından sonra hökumətin
bu məsələdə istehlakçılara etdiyi güzəştin sonuna yaxınlaşdı‐
ğını proqnozlaşdırmaq elə də çətin deyildi. Artıq “Azərenerji”
də hökumətə elektrik enerjisinin qiymətinin artırılmasını təklif
edəcəyini açıqlayıb.
191
“Azərbaycan Respublikası Milli Bankının 2006‐ci il üçün pul siyasətinin
əsas istiqamətləri barədə bəyanatı”, Azərbaycan Milli Bankı,
www.nba.az/download/Pul_siyaseti/istiqamet/2006.pdf, (01.03.2006).
‐ 174 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Ölkədə enerji problemi kompleks şəkildə o vaxt həll oluna‐
caq ki, enerjinin həm istehsalı, həm istehlakı, həm də qiymət‐
ləndirilməsində bazar prinsipləri əsas götürüləcək. Lakin ba‐
zar prinsipləri əsas götürülməzdən əvvəl bazar subyektlərinin
də buna hazır olması və ya hazırlanması çox zəruridir. Höku‐
mətin son addımında sanki bunların nəzərə alınmadığı təəssü‐
ratı yaranır. Denominasiyaya yenicə start verildiyi bir mərhə‐
lədə buna gedilməsi və həm də qiymətlərin tədricən deyil, bir‐
dən‐birə iki dəfə artırılmasını başa düşmək olmur. İnflyasiya
təzyiqlərini azaltmaq bir saylı iqtisadi problem kimi qarşımız‐
da durduğu bir vaxtda denominasiyanın da inflyasiya effekti
ilə birlikdə yanacaq qiymətlərinin yüksəldilməsinin inflyasiya
effekti ciddi çətinliklər yaradacaq. Artıq qətiyyətlə söyləyə bi‐
lərik ki, Milli Bank inflyasiya təzyiqlərini azaltmaq üçün ma‐
natın məzənnəsinin bahalaşması siyasətini davam etdirəcək.
Bu addım xüsusilə kənd təsərrüfatı məhsullarının qiyməti‐
nin yüksəlməsinə səbəb olacaq. Ümumi hazırlıq görülmədən
neft ölkəsində yanacaq qiymətlərinin dünya qiymətləri səviy‐
yəsinə yüksəldilməsi istəyi nə dərəcədə doğru yanaşmadır?
Dünya neft istehlakının 25 faizi ABŞ‐ın üzərinə düşsə də, ora‐
da neftin qiyməti Avropadan iki dəfə ucuzdur. O cümlədən
Çin böyük həcmli yanacaq idxalına baxmayaraq, neft istehla‐
kının subsidiyalaşdırılması siyasətini həyata keçirir. Avropa
Birliyi iqtisadi artım sıxıntıları çəkərkən ABŞ‐da illik iqtisadi
artımın 3 faizdən aşağı düşməməsinin və Çinin sürətli iqtisadi
artımının səbəblərindən biri də budur. Beynəlxalq Valyuta
Fondu 2006‐cı ildə iqtisadi artımın Çində 8,2 faiz, ABŞ‐da 3,3
faiz, avro zonasında isə 1,8 faiz olacağını proqnozlaşdırır.
192
Hökumət yanacaq növlərinin satış qiymətlərinin yüksəldil‐
məsini bəzi yanacaqdoldurma məntəqələrində qiymət fərqlə‐
192
İlkin Sabiroğlu: “Yanacağın bahalaşması daha ciddi çətinliklər yaradacaq”,
Müsahibə, “Gündəlik Azərbaycan” qəzeti, 10 yanvar 2006.
‐ 175 ‐
Dostları ilə paylaş: |