KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
faiz  həcmində  gömrük  rüsumu  tətbiq  olunmağa  başlayıb.  Di‐
gər ödəmələri də nəzərə aldıqda, bunun təqribən bir faiz təşkil 
etdiyi qeyd olunur. 
Bu qərarın da nəticəsinin əvvəlkindən çox fərqlənməyəcəyi 
aydın idi. Elə isə belə qərarlara nə ehtiyac var? Axı bu kimi qə‐
rarlarla  ölkəyə  valyuta  vəsaitlərinin  daxil  və  xaric  olmalarına 
müvəffəqiyyətlə nəzarət etmək imkanı heç bir ölkəyə nəsib ol‐
mayıb. Ancaq açıq şəkildə məlumdur ki, həmin qərarlar iki bö‐
yük mənfi effekt yaradır: 
‐  Birincisi,  bu  addımlar  valyuta  vəsaitlərinin  hərəkət  xətti‐
nin  ödəmələrdən  yayınmaq  məqsədilə  bank  sektoru  xaricinə 
çıxmasını  təşviq  edir.  Bu  da  çətin  vəziyyətdə  olan  bank  sek‐
toruna zərbədir.  
‐  İkincisi,  bu  cür  məhdudiyyətlər  ölkəyə  kapital  axınının 
qarşısında  sadəcə  iqtisadi  deyil,  ondan  da  əhəmiyyətlisi  val‐
yuta  vəsaitlərinin  sərbəst  hərəkət  edə  bilmələri  ilə  bağlı  psi‐
xoloji baryer yaradır. 
Aydındır  ki,  valyuta  münasibətlərinin  tənzimlənməsini 
müvəffəqiyyətlə  həyata  keçirə  bilmək  üçün  hər  bir  ölkə  özü‐
nün valyuta rezervlərini və ölkəyə valyuta daxilolmalarını ar‐
tırmağa çalışır. Valyuta daxilolmaları isə əsasən xarici borclan‐
ma, mal və xidmət ixracı və kapital daxilolmaları yolu ilə baş 
verir.  Kapital  daxilolmaları  içərisində  də  ən  əhəmiyyətli  yeri 
birbaşa investisiyalar tutur. Onsuz da Azərbaycanda inkişaf et‐
miş bir finans sistemi olmadığından xarici investorların portfel 
investisiyaları da yoxdur. Belə sərt valyuta nəzarəti isə, xüsu‐
silə qeyri‐neft sektoruna xarici investisiya daxilolmalarına ma‐
neədir. Yeri gəlmişkən müqayisə üçün qeyd edək ki, Müstəqil 
Dövlətlər  Birliyi  (MDB)  Dövlətlərarası  Statistika  Komitəsinin 
yaydığı  məlumata  görə,  MDB  ölkələri üzrə 2001‐ci  ilin  birinci 
rübündə  investisiyaların  həcmi  2000‐ci  ilin  müvafiq  dövrü  ilə 
müqayisədə 8 faiz artıb. Belə ki, bu artım Gürcüstanda 61 faiz, 
Qazaxıstanda  26  faiz,  Ukraynada  24  faiz,  Rusiyada  7  faiz, 
 
‐ 161 ‐


İlkin Sabiroğlu 
Ermənistanda  4  faiz  təşkil  etdiyi  halda,  Azərbaycanda  isə  0.8 
faiz olmuşdur. 
Belə  bir  vəziyyətdə,  valyuta  nəzarəti  ilə  bağlı  yuxarıda  sa‐
daladığımız qərarlar  hansı  iqtisadi  məntiqə  əsaslanır?  Axı  ka‐
pital hərəkətlərinə heç bir dövlətin tam nəzarət etmək imkanı 
mövcud deyil. Hökumətlər sadəcə kapitalın ölkəyə daxil olma‐
sı üçün zəruri və əlverişli şəraiti yarada bilərlər. Lakin burada 
qeyd edilməlidir ki, “əlverişli mühit” ifadəsi də nisbi bir ifadə‐
dir. Belə ki, biz xarici kapital üçün əlverişli şərait yarada bilə‐
rik, lakin əgər imkanlarına görə bu sahədə bizə rəqib olan öl‐
kələr  daha  yaxşı  şərait  yaradıblarsa  bizim  təqdim  etdiyimiz 
mühit əlverişli olmaqdan çıxar. 
2003‐cü ilə gəldiyimizdə isə iqtisadiyyatda müşahidə edilən 
yeni tendensiyalar həm də inflyasiya baxımından yeni dövrün 
başlanacağına işarə etməkdə idi. İlk siqnalı çörəyin qiymətinin 
bahalaşması ilə almış olduq. Bir çoxları Azərbaycanda çörəyin 
qiymətinin bahalaşmasına inhisarçılıq meyllərinin səbəb oldu‐
ğu fikrini irəli sürsə də, bizə görə bu məsələdə əsas iş nə Döv‐
lət  Gömrük  Komitəsinin,  nə  də  Vergilər  nazirliyinin  deyil, 
məhz Milli Bankın üzərinə düşürdü. Məhz bu səbəbdən Nazir‐
lər  Kabinetinin  ölkəyə  gətirilən  taxılın  18  faizlik  əlavə  dəyər 
vergisindən bir illiyə azad edilməsi ilə bağlı 17 sentyabr 2003‐
cü il tarixli 118 saylı qərarı problemin həllində yetərsiz qaldı.
179
Bəs,  Milli  Bankın  unun,  çörəyin  qiymətinə  nə  dəxli  vardı? 
Əvvəlcə, qısa bir arayış verək: 
Belə  ki,  son  bir  neçə  il  ərzində  dünya  bazarlarında  əksər 
əmtəələrin qiyməti mütəmadi olaraq yüksəlib. Gümüşün, qızı‐
lın, dəmirin, pambığın və s.‐nin qiymətləri yüksəldiyi kimi, pa‐
ralel  olaraq  buğdanın  da  qiyməti  yüksəlib.  Daha  dəqiq  ifadə 
                                                 
179
 İlkin Sabiroğlu, “Çörəyin qiymətini necə ucuzlaşdırmaq olar?”, IqtisadNet, 9 
mart 2004, http://www.iqtisad.net/is009.htm, (01.03.2006). 
 
‐ 162 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
etsək,  bu  əmtəələrin  qiymətləri  xüsusilə,  amerikan  dolları  ilə 
ifadədə yüksəlib. 
Məsələni  digər  prizmadan  ələ  alsaq  görərik  ki,  yüksəlmə‐
nin  səbəbi  əslində  beynəlxalq  valyuta  bazarlarında  amerikan 
dollarının dəyərindəki düşmə və beynəlxalq bazarlardakı risk 
gözləmələrinin yüksəlməsidir. 
Dolların dəyərindəki düşməni şərtləndirən amil isə, Ameri‐
ka  Birləşmiş  Ştatlarında  rekord  səviyyəyə  çatan  büdcə  və  tə‐
diyyə balansındakı kəsirdir. 
ABŞ ilə Avropa Birliyi arasında qısa müddətli faiz səviyyə‐
lərindəki  fərq  amerikan  dollarının  dəyərindəki  düşmənin  bir 
başqa səbəbini təşkil edirdi. 
Dünyanın buğda ticarətində xüsusi yer tutan ABŞ, mühüm 
dünya birjalarının, həmçinin buğda qiymətlərinin referans ola‐
raq  alındığı  Chicago  Birjasının  bu  ölkədə  yerləşməsi  səbəbin‐
dən,  dünya  buğda  ticarətinin  inkişaf  istiqamətinin  müəyyən‐
ləşməsində  və  qiymətlərin  formalaşmasında  önəmli  rol  oyna‐
maqdadır. 
Beynəlxalq Taxıl Şurasının (IGC) 29 yanvar 2004 tarixli he‐
sabatını və ABŞ‐ın Kənd Təsərrüfatı Nazirliyinin məlumatları‐
nı  da  təhlil  edərkən  görürük  ki,  dünyada  buğda  qiymətlərin‐
dəki kəskin yüksəlmənin əsl səbəbi buğda istehsalındakı və ya 
tələbatındakı dəyişmələr deyil. Çünki buğda istehsalında və ya 
tələbatında hər hansı bir kəskin dəyişmə özünü göstərməmək‐
dədir.
180
2003‐cü  ildə  Azərbaycana  807573,7  ton  buğda,  6743,4  ton 
un idxal olunub. Azərbaycan əsasən Rusiya və 40 dövlətə taxıl 
göndərən Qazaxıstandan buğda idxal edirdi. Eyni zamanda öl‐
kənin  Kanada  və  Ukrayna  ilə  də  hökumətlərarası  müqaviləsi 
var.  Həmin  müqavilələrə  görə,  lazım  olan  vaxt  bu  ölkələrdən 
məhsul idxal etmək olar. 
                                                 
180
 Ibid. 
 
‐ 163 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə