Kapitalizm Kapitalizmə Bənzəməz
bütövlük təşkil etməsi və üç müxtəlif səviyyədə məqsəd olaraq
seçilməsidir:
168
‐ Strateji səviyyədə;
‐ İnstitusional səviyyədə;
‐ Təşəbbüs (Müəssisə) səviyyəsində.
Bu gün, həqiqətən də çox önəmli bir iqtisadi güc olan Avro‐
pa Birliyi (AB) belə təşəbbüskarlıq mövzusunda özünü Ame‐
rika Birləşmiş Ştatlarına (ABŞ) görə zəif hesab edir, birliyi
əmələ gətirən ölkələrdə təşəbbüskarlığın sistematik bir çərçi‐
vədə həyata keçiriləcək plan və tədbirlərlə inkişaf etdirilməsini
və dəstəklənməsini istəyir. Məhz bu məqsədlə də 2000‐ci ildə
təşkil edilən və AB‐ni informasiyaya əsaslanan (elm tutumlu),
dünyanın rəqabət qabiliyyətli və dinamik iqtisadiyyatına çev‐
rilməsini nəzərdə tutan Lissabon Strategiyası çərçivəsində,
2003‐cü ildə, Avropada təşəbbüskarlığın inkişaf etdirilməsi və
dəstəklənməsi plan və tədbirlərini ehtiva edən “təşəbbüskar‐
lıq” mövzusunda bir “Yaşıl Kitab”
169
hazırlanmışdır.
168
UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian
Region, op. cit.
169
“Green Paper: Entrepreneurship in Europe”, Commission of The European
Communities, Brussel, 21.01.2003. http://europa.eu.int/comm/enterprise/
entrepreneurship/green_paper/green_paper_final_en.pdf, (01.03.2006).
‐ 151 ‐
İlkin Sabiroğlu
‐ 152 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Makroiqtisadi vasitələrdən səmərəli
istifadə problemi
Makroiqtisadi məqsədlərə çatmaq üçün istifadə edilən iqti‐
sadi siyasətlər ümumi şəkildə fiskal və pul siyasəti şəklində
ikiyə ayrılır.
170
Pul siyasətini həyata keçirmə səlahiyyəti mərkə‐
zi banklara verilir. Azərbaycanda mərkəzi bank funksiyasını
“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbay‐
can Respublikasının qanununun 1‐ci maddəsinə əsasən Milli
Bank yerinə yetirir. Azərbaycan Milli Bankının məqsədləri bu
qanunun 4‐cü maddəsində göstərilib. Buna görə, Milli Bankın
fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymət‐
lərin stabilliyini, həmçinin, bank və ödəniş sistemlərinin stabil‐
liyini və inkişafını təmin etməkdir.
171
Buradan da göründüyü
kimi inflyasiyanı nəzarət altında saxlamaq Milli Bankın ən əsas
vəzifəsi sayılır.
Azərbaycanda illər üzrə orta inflyasiya göstəricilərinə nəzər
yetirdikdə şərti olaraq üç mərhələdən bəhs etməmiz mümkün‐
dür:
‐ Birinci mərhələni 1996‐cı ilə qədərki iki və ya çoxrəqəmli
inflyasiya dövrü təşkil edir. Xatırladaq ki, 1993‐cü ildə inflyasi‐
ya 1080%, 1994‐də 1773%, 1995‐də 84,65% və 1996‐da 19,9% sə‐
viyyəsində gerçəkləşmişdi.
‐ İkinci mərhələni isə makroiqtisadi stabillik siyasətinin tət‐
biq edilməsinin ardından 1997‐2003‐cü illəri əhatə edən aşağı
səviyyəli (hətta deflyasiyanın da müşahidə edildiyi) təkrəqəm‐
li inflyasiya dövrü təşkil edir: 1997‐ci ildə 3.7%, 1998‐də 0.8%,
170
Derek Lobley, Ekonomi, M.E.B, Özgün Matbaacılık, Ankara, 1995, səh.204.
171
“Azərbaycan Respublikasının Milli Bankı haqqında Azərbaycan
Respublikasının qanunu”, Azərbaycan Milli Bankı,
http://nba.az/?mod=inside&id=70&lang=az&sub1=128, (01.03.2006).
‐ 153 ‐
İlkin Sabiroğlu
1999‐da (‐8.5%), 2000‐də 1.8%, 2001‐də 1.5%, 2002‐də 2.8% və
2003‐də 2.2%.
‐ Üçüncü mərhələni təşkil edən 2004‐cü ildən sonrası isə, öl‐
kədə fiskal və monetar ekspansiya fonunda inflyasiya təzyiqlə‐
rinin yüksəldiyi və nəyin bahasına olursa‐olsun təkrəqəmli in‐
flyasiya səviyyəsini qorumağa istiqamətlənmiş pul siyasətinin
həyata keçirildiyi dövr kimi xarakterizə edilə bilər. 2004‐cü il‐
də inflyasiya tempinin 2.5% səviyyəsində saxlanılması
172
nə‐
zərdə tutulsa da, inflyasiya 6,7% səviyyəsində gerçəkləşmiş və
2005‐də isə 9,6 faizlə çətinliklə də olsa təkrəqəmli inflyasiya sə‐
viyyəsi qoruna bilmişdir.
Azərbaycanda inflyasiya
(əvvəlki ilə nisbətən faizlə)
19,9
3,7
0,8
-8,5
1,8
1,5
2,8
2,2
6,7
9,6
‐20
‐15
‐10
‐5
0
5
10
15
20
25
30
ʹ96
ʹ97
ʹ98
ʹ99
ʹ00
ʹ01
ʹ02
ʹ03
ʹ04
ʹ05
İnflyasiya
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
172
“Azərbaycan Respublikası Milli Bankının 2004‐cü il üçün pul‐kredit
siyasətinin başlıca istiqamətləri və 2005‐2006‐cı illər üçün prioritet vəzifələri
barədə bəyanatı”, Azərbaycan Milli Bankı, http://nba.az/download/Pul_siyaseti/
veziyyet/2004_beyanat.pdf, (01.03.2006).
‐ 154 ‐
Dostları ilə paylaş: |