İlkin Sabiroğlu
haldadır. Geniş mənada pul kütləsindən tədavüldəki manatı
çıxsaq (1596.8‐1072.9), SDV (Sərbəst Dönərli Valyuta) hesabı‐
nın 523.9 milyard manata bərabər olduğunu taparıq. Eyni za‐
manda tədavüldəki manatdan nağd şəkildəki manatı çıxsaq
(1072.9‐815.6), manatla olan depozitlərin həcminin 257.3 mil‐
yard manata bərabər olduğunu müəyyənləşdirmiş oluruq.
Anlaşıldığı kimi, banklara olan etibarsızlıq, hesablaşmala‐
rın bank hesablarının xaricində həyata keçirilməsi və bankların
sərbəst bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlər tək‐
lif edə bilməməsi, onların pul yaratma imkanlarını minimum
səviyyədə saxlamışdır.
Lakin qeyd etməliyik ki, bu dövrdə emissiya ilə də daha əv‐
vəl saydığımız səbəblərə görə ciddi bir nəticə əldə etmək
mümkün deyildi. Həmin reallıqda hətta milli valyutamızın
dövriyyə sürətinin dəyişməyəcəyini qəbul etsəydik belə, bu
addım inflyasiya meyli yarada bilərdi. Bəlkə də bu deflyasi‐
yaya qarşı çarə olaraq düşünülə bilərdi. Amma nəzərə alsaq ki,
daxili tələbatın böyük bir hissəsi idxal mallarıyla ödənilidi, de‐
mək bu paralel şəkildə ticarət dövriyyəsini artıracağı üçün val‐
yuta kurslarını yüksəldəcəkdi. Hansı ki, mövcud deflyasiya şə‐
raitində belə valyuta kursları yüksəlməkdəydi. Bu isə Milli
Bankın daha artıq xarici valyuta rezervini tükətməsi anlamına
gəlirdi.
Deflyasiyanın ümumi qiymətlər səviyyəsi düşərkən milli
gəlir, istehsal və məşğulluq səviyyəsinin də düşməsi mənasına
gəldiyini hamımız bilirik. Maraqlıdır ki, Azərbaycanda 1998‐ci
ildə 0,8 faizlik bir inflyasiya olduğu halda ÜDM 10 faiz artdığı
kimi, 1999‐cu ilin iyulunda yaşanan 6,8 faizlik devalvasiyaya
baxmayaraq il sonunda ortalama olaraq 8,5 faizlik deflyasiya
özünü göstərmiş, amma ÜDM 7,4 faiz artmışdır. Digər tərəf‐
dən rəsmi məlumatlar həm istehsal və həm də məşğulluq sə‐
viyyəsində yüksəlmənin olduğunu ortaya qoyurdu. Bu kimi
paradoksal nəticələr Milli Bankın valyuta kursu siyasəti xari‐
‐ 158 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
cindəki vasitələrlə iqtisadiyyatda elə də təsirli ola bilmədiyini
ortaya qoymaqdadır.
Qısası, iqtisadi inkişafa nail olmadıqca Azərbaycanda emis‐
siya, devalvasiya və s. Azərbaycandan irəli olan ölkələrdəki ki‐
mi meyllər yaratmayacaq. Bunu qəbul etməsək, tez‐tez para‐
doksal vəziyyətlərlə qarşı‐qarşıya qalacağıq.
176
Uzun müddət siyasətin yoxsa iqtisadiyyatın öncü, aparıcı
və ya müəyyən edici rola sahib olduğu müzakirə obyekti ol‐
muşdur. Təcrübələr göstərir ki, ölkələr inkişaf etdikcə, cəmiy‐
yətdə demokratikləşmə və liberallaşma fəaliyyətləri sürətlən‐
dikcə, iqtisadiyyat da tədricən siyasətin hegemoniyasından
azad olmağa, sərbəstləşməyə doğru yönəlir. Lakin iqtisadiy‐
yatın tamamilə siyasətin hegemonluğu altında olduğu Azər‐
baycan kimi iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrdə iqti‐
sadi inkişafa nail olmağın və iqtisadi problemlərin həlli yolu
iqtisadi çarələrdən daha çox reform tərəfdarı olan siyasi iradə‐
nin ortaya qoyulmasından keçir.
Azərbaycanda Milli Bankın əlindəki ən effektli təsir vasitə‐
sinin valyuta kursu siyasəti olduğunu yuxarıda qeyd etdik.
İkinci mərhələ makroiqtisadi stabillik siyasətini izlədiyindən,
həmçinin bu mərhələdə Milli Bankın valyuta bazarında stabil‐
liyin təmini üçün daha çox xarici valyutanın satışı yönündə
valyuta bazarına müdaxilə etdiyini nəzərə alsaq, o zaman öl‐
kənin valyuta rezervlərinin möhkəmləndirilməsinin və ölkəyə
valyuta daxilolmalarının təşviq edilməsinin zərurəti də anlaşı‐
lar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel
1998‐ci il tarixli “Fiziki Şəxslərin Xaricə Valyuta Aparması
Haqqında” 95 saylı qərarı mövcuddur. Həmin qərara görə,
ölkədən min ABŞ dollarına qədər vəsaiti rüsumsuz, on min
176
Ilkin Sabiroglu, “Azerbaijan has very limited possibilities of using
macroeconomic political means”, op. cit.
‐ 159 ‐
İlkin Sabiroğlu
ABŞ dollarına qədəri (daha əvvəllər beş min ABŞ dolları idi)
rüsum ödəməklə aparmaq olar. Rüsumsuz aparılan məbləği çı‐
xandan sonra qalan doqquz min ABŞ dolları daha əvvəllər ol‐
duğu kimi iki deyil, bir faiz rüsuma cəlb edilir.
177
“Ekspert” jurnalının 13‐cü sayında yer alan statistik məlu‐
mata görə, ümumiyyətlə 2000‐ci il ərzində fiziki şəxslər tərə‐
findən ölkədən kənara 132.9 milyon ABŞ dolları məbləğində
valyuta vəsaiti çıxarılmışdı. Onlardan tutulan gömrük haqqı‐
nın məbləği də 1.131 milyon dollara bərabər olub.
Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin 12 saylı məruzəsində göstərilir ki, 2000‐ci ilin ilk
on bir ayında idxalın həcmi 1051.4 milyon dollar təşkil etmiş‐
dir. Bunun da 87.7 faizi (922 milyon dolları) qeyri‐dövlət mül‐
kiyyətli müəssisələrin və fiziki şəxslərin payına düşmüşdür.
Həmçinin, toplam xarici ticarət əməliyyatlarının cəmi 0.8 faizi‐
nin barter əlaqələri vasitəsilə həyata keçirildiyi qeyd edilmiş‐
dir. Sadələşdirmə baxımından idxalın gömrükdən yayınan his‐
səsini nəzərə almasaq və fiziki şəxslər tərəfindən ölkədən kə‐
nara aparılan valyuta vəsaitinin hamısının idxala yönəldiyini
fərz etsək belə, yuxarıda göstərdiyimiz rəsmi rəqəmlərin təhlili
2000‐ci il ərzində 100 milyonlarla dollar vəsaitin gömrük rüsu‐
mu ödəmədən, yəni qeydə alınmadan xaricə çıxarıldığını sü‐
but edir. Kölgə iqtisadiyyatının həcmini nəzərə aldıqda isə, bu
vəsaitin daha yüksək olduğunu asanlıqla proqnozlaşdırmaq
mümkündür.
178
Digər tərəfdən, əvvəllər ölkəyə valyuta gətirilən zaman
onun rəsmiləşdirilməsində 0.15 faiz dərəcəsi ilə ödəmələr hə‐
yata keçirildi. Nazirlər Kabinetinin qərarına görə isə, 16 aprel
2001‐ci il tarixindən etibarən ölkəyə gətirilən valyuta üçün 0.5
177
Ilkin Sabiroglu, “Currency control and capital flow”, Azerbaijan Bulletin
No:21 (275), 24 mart 2001, ANDF, http://www.eurasianet.org/resource/
azerbaijan/ hypermail/ 200105/0055.html, (01.03.2006).
178
Ibid.
‐ 160 ‐
Dostları ilə paylaş: |