İlkin Sabiroğlu
baycan üçün kiçik və orta sahibkarlığın inkişaf indeksi də Cə‐
nubi Qafqaz respublikaları arasında yüksək qiymətləndirilir.
166
KOS İnkişaf İndeksi
Ölkə
Azərbaycan
Gürcüstan
Ermənistan
İqtisadiyyatda özəl
sektorun payı (%)
71
60
80
ÜDM‐də KOS‐ların
payı (%)
41.3
24.4
30
KOS‐ların ümumi
məşğulluqdakı
payı (%)
2.7
12
25.8
KOS İnkişaf İndeksi
31
12
31
Mənbə: UNECE SME Databank, 2003.
Müəssisə və təşkilatların maliyyə fəaliyyətlərinin nəticələri‐
nə əsasən isə, müvafiq dövrdə iqtisadiyyatın əsas sahələrində
müəssisə və təşkilatların fəaliyyətləri nəticəsində yaradılan
toplam mənfəətin (3202.2 milyard manat) sadəcə 3.3 faizə qə‐
dəri (105.9 milyard manat) ticarət və xidmət sektorunda məş‐
ğul olan müəssisə və təşkilatların payına düşüb. Mənfəətlə iş‐
ləyən müəssisə və təşkilatların isə vur‐tut 13.1 faizi ticarət və
xidmət sektorunda fəaliyyət göstərib. Halbuki kiçik müəssisə‐
lərin 32.3 faizi ticarət sahəsində cəmləşib. Digər tərəfdən, mü‐
əssisə və təşkilatların fəaliyyətləri nəticəsində yaradılan top‐
lam mənfəətin 38.8 faizi (1241.8 milyard manat) kiçik müəssisə
və təşkilatların yalnızca 2.66 faizinin cəmləşdiyi nəqliyyat və
rabitə sektorunun payına düşüb. Eyni formada sənaye sahə‐
sində KOS‐ların sadəcə 7.86 faizi fəaliyyət göstərdiyi halda
166
UNECE, Promotion of Entrepreneurship and SME Sector in The South‐Caucasian
Region, op. cit.
‐ 148 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
toplam mənfəətin 54.44 faizi (1743.3 milyard manat) məhz bu
sektorda formalaşıb.
Azərbaycanda KOS‐ların qoyulan ümumi investisiyalar, ix‐
racat içərisindəki paylarına gəlincə isə bircə onu xatırlatmaq
kifayətdir ki, burada yalnız bu müəssisələrin deyil, ümmiyyət‐
lə qеyri‐nеft sektorunun payı çox aşağıdır. ʹʹQеyri‐nеft sektoru
inkişaf еtdirilməlidirʹʹ deyildiyi zaman Azərbaycanın əksər iq‐
tisadi problemləri ümumiləşdirilmiş olur. Buraya daxildir,
qеyri‐nеft sektoruna yönəlik investisiyaların artırılması, ixra‐
catda və istehsalda qеyri‐nеft sektorunun payının artırılması
və nəticədə yoxsulluğun və kütləvi işsizliyin aradan qaldırıl‐
ması və s. Buna isə KOS‐ları inkişaf etdirmədən nail olmaq
mümkün deyil. Ona görə də investisiyaların təşviqi haqqında
qanundan tutmuş vergi məcəlləsinə qədər əksər qanunlar ki‐
çik və orta böyüklükdəki müəssisələrin mənafeləri baxımın‐
dan yenidən ələ alınmalıdır.
Digər tərəfdən, ölkədə kiçik və orta sahibkarlığın inkişafına
lizinqin inkişafı da öz töhfəsini verə bilər. Beynəlxalq Maliyyə
Korporasiyası (BMK) İqtisadi əlaqələr üzrə İsveçrə Dövlət Ka‐
tibliyinin (SECO) maliyyə dəstəyi ilə 2003‐cü ilin may ayından
Azərbaycanda Lizinqin İnkişafı Layihəsini həyata keçirir. Layi‐
hənin məqsədi lizinq xidmətləri bazarının inkişafı və kiçik və
orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən da‐
ha geniş istifadə edilməsinin həvəsləndirilməsi, həmçinin
Azərbaycanın lizinq sektoruna xarici və daxili investisiyaların
cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasıdır. Lizinqin
İnkişafı Layihəsinin əsas vəzifəsi işgüzar mühitin təkmilləş‐
dirilməsi və ölkədə rifahın yaxşılaşdırılmasıdır. Beynəlxalq
Maliyyə Korporasiyasının bölməsi olan Özəl Sektorun İnkişafı
üzrə Partnyorluq (PEP) Azərbaycan Hökuməti, maliyyə qu‐
rumları və özəl şirkətlərlə sıx əməkdaşlıq şəraitində işləyərək
Azərbaycanda lizinqin inkişafı üçün əlverişli şərait yaratmağa
çalışır. PEP keçmiş SSRİ məkanında yaradılmış dövlətlərdə
‐ 149 ‐
İlkin Sabiroğlu
BMK tərəfindən həyata keçirilən texniki yardım proqramıdır,
BMK‐nın Mərkəzi və Şərqi Avropa Departamenti tərəfindən
idarə olunur. Partnyorluq donor hökumətlər və BMK tərəfin‐
dən birgə maliyyələşdirilir. Partnyorluq tərəf‐müqabilləri olan
donorlarla birgə şirkətlərə və hökumətlərə aşağıdakı istiqa‐
mətlərdə yardım göstərir:
167
‐ Biznes mühitini yaxşılaşdırmaq;
‐ Kiçik və Orta Sahibkarlığın inkişafını stimullaşdırmaq;
‐ Özəl sərmayəni birbaşa cəlb etmək.
Bu məqsədlərə nail olmaq üçün PEP beş müxtəlif sahədə
proqram həyata keçirir:
‐ Şirkətlər və investorlar arasında əlaqələrin qurulması
məqsədilə müxtəlif sahələrdə istehsal infrastrukturunun inki‐
şaf etdirilməsi;
‐ Maliyyə bazarları;
‐ Korporativ idarəetmə;
‐ Kiçik və Orta Sahibkarlığın inkişaf etdirilməsi siyasəti;
‐ Kənd təsərrüfatı və meşəçilik.
PEP MDB‐nin bir sıra ölkələrində layihələr həyata keçirir.
Hal‐hazırda Azərbaycanda, Gürcüstanda, Qazaxıstanda, Qır‐
ğızıstanda, Rusiyada, Tacikistanda, Ukraynada, Özbəkistan və
Monqolustanda lizinqin inkişafı layihələri həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Ko‐
missiyası keçid ölkələrində KOS sektorunun inkişafı üçün KOS
İnkişaf Piramidası strukturu adlanan Bütünləşdirilmiş Model
hazırlamışdır. Bu model bir sıra keçid iqtisadiyyatlarında mü‐
vəffəqiyyətlə həyata keçirilmişdir. Sahibkarlığın inkişafının ən
effektiv üsulu həyata keçirilən fəaliyyətlərin və yardımların
167
IFC ‐ International Finance Corporation, Lizinq Azərbaycanda,
http://www.ifc.org/ifcext/aldp.nsf/AttachmentsByTitle/LeasingAzeriBrochure/
$FILE/leasing‐azerbaijan.pdf, May 2004.
‐ 150 ‐
Dostları ilə paylaş: |