İlkin Sabiroğlu
‐ 42 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Keçid dövrü
bitdimi?
Yuxarıda istənilən iqtisadi sistemin əsasını istehsal və böl‐
gü münasibətlərinin təşkil etdiyini vurğuladıq. Yəni istehsal və
bölgünün hansı formada həyata keçiriləcəyi eyni zamanda, sis‐
temlər arasındakı fərqi də ortaya qoyur. Keçən əsrin son rübü‐
nə qədər dünyanı şəkilləndirən iqtisadi sistemlər bir ucda sər‐
bəst bazar iqtisadiyyatına dayanan kapitalist sistem, digər uc‐
da mərkəzi planlamaya dayanan sosialist sistem və xüsusilə
Birinci Dünya Müharibəsinin ardından bu iki sistemin bir çox
xüsusiyyətlərini özündə cəmləşdirən qarışıq sistemlər olmuş‐
dur.
Lakin, 1970‐ci illərdə ortaya çıxan staqflyasiya, 1980‐ci illə‐
rin sonlarında sosializmin çözülməsi və bu ölkələrin sərbəst
bazar iqtisadiyyatına yönəlməsi prosesi, iqtisadiyyata müdaxi‐
lə edilməsi və sərbəst bazar iqtisadiyyatını dəyişdirmə istiqa‐
mətindəki fikirləri azaltmış, hətta marjinal hala gətirmişdir.
53
Azərbaycan da müstəqillik sonrası iqtisadi kursunu sərbəst ba‐
zar iqtisadiyyatını mənimsəmə istiqamətində müəyyənləşdir‐
miş və bununla da ölkədə “keçid dövrü” başlamışdır.
Keçid iqtisadiyyatı bir sistemdən digər sistemə keçiddə ara
sistem olaraq qəbul edilir. Yəni, keçid iqtisadiyyatına keçmək
hər hansı bir cəmiyyətin məqsədi ola bilməz. Necə ki, Pribal‐
tika respublikaları artıq kapitalist münasibətlər sistemini mə‐
nimsədilər.
Lakin keçid iqtisadiyyatı iqtisadi münasibətlərin bütün pa‐
rametrləri baxımından eyni zamanda, qarışıq sistemdir. Hansı
cəmiyyətlər ki, bu mərhələdə ləngiyirlər əslində qarışıq sistemi
53
Ercan Eren, “İktisatta Liberalizm Üzerine Notlar”, Yeni Türkiye, Yanvar‐
Fevral 1999, səh.373‐379., http://www.ikt.yildiz.edu.tr/eren/liberal.pdf.
(01.03.2006).
‐ 43 ‐
İlkin Sabiroğlu
mənimsəmiş sayılırlar. Bu zaman keçid iqtisadiyyatını ara sis‐
tem kimi deyil, qarışıq sistem kimi dəyərləndirmək daha doğ‐
ru yanaşmadır.
54
Azərbaycan da Sovetlər Birliyinin süqutu ilə birlikdə sər‐
bəst bazar iqtisadiyyatına keçməyi qarşısına məqsəd olaraq
qoymuş olsa da, sözün həqiqi mənasında bu ölkədə kapitalist
münasibətlərinin formalaşmasının hələ çox zaman alacağını
proqnozlaşdırmaq elə də çətin deyil. Elə isə Azərbaycanda qa‐
rışıq sistemin formalaşmaqda olduğunu söyləmək daha doğru
olar.
Hər bir ölkənin məşğulluq səviyyəsinin yüksəldilməsi, qiy‐
mət stabilliyinin təşkili və qorunması, stabil iqtisadi inkişafa
nail olmaq, tədiyyə balansının təşkili kimi standart iqtisadi
məqsədləri vardır.
55
Eyni zamanda bir ölkənin iqtisadi vəziy‐
yətini təhlil edərkən də ümumi daxili məhsulun, o cümlədən
adambaşına düşən ümumi daxili məhsulun həcmi və artım
tempi, real əmək haqqı səviyyələri və sair göstəricilər gözdən
keçirilir. Bu göstəricilərə və bu göstəricilərin inkişaf tempinə
baxaraq, lazımi finansman hesablamalarından istifadə etməklə
Azərbaycanda keçid dövrünün müddəti haqqında müəyyən
qənaətə gəlmək mümkündür. Keçid dövrünün kritik mərhə‐
ləsinin nə qədər davam edəcəyi ilə bağlı iqtisadi göstəricilərin
1998‐ci ilə qədər göstərdiyi hərəkət trendinə əsasən 1998‐ci ilin
sonrası üçün hesablamalar aparmışdıq. Aşağıda olduğu kimi
verilən hesablamaların nəticələri Azərbaycan Milli Demokra‐
tiya Fondunun aylıq bülletenində
56
dərc edilmişdi:
54
İlkin Sabiroğlu, “Keçid Dövrü bitdimi?”, “Gündəlik Azərbaycan” qəzeti, 2
avqust 2005.
55
Derek Lobley, Ekonomi, M.E.B, Özgün Matbaacılık, Ankara, 1995, səh.204.
56
Ilkin Sabiroglu, “How long will the critical stage of transition period
continue in Azerbaijan?”, Azerbaijan Bulletin No:09 (263), 1 mart 2001, ANDF,
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200103/0000.html,
(01.03.2006).
‐ 44 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
“Belə ki, Azərbaycanda 1996‐cı ildən həyata keçirilən iqtisa‐
di sabitlik proqramı nəticə vermiş və iqtisadiyyatda sabitlik
təşkil olunmuşdur. 1990‐1995‐ci illərdə ardıcıl olaraq 11,7%,
0.7%, 22.6%, 23.1%, 19.7% və 11.8% daralmaqda olan iqtisadiy‐
yat 1996‐cı ildə 1.3%, 1997‐ci ildə 5.8% və 1998‐ci ildə 10% bö‐
yümüşdür. Ancaq, Ümumi Daxili Məhsul (ÜDM) həcmindəki
artıma baxmayaraq bu rəqəm 1998‐ci ildə real olaraq 1991‐ci il‐
dəki ÜDM‐un ancaq 50 faizi səviyyəsinə çata bilmişdir.
57
1999‐
cu ildə ÜDM‐dakı artım 7.4%, 2000‐ci ildə 11.4%, 2001‐də isə
9.9% olmuşdur.
58
Əgər artım hər il ortalama olaraq 1998‐ci ildə
reallaşdığı kimi 10% olarsa, “gələcək dəyər amili” adlanan fi‐
nansman hesablama metodu vasitəsilə deyə bilərik ki, bu sü‐
rətlə gedildiyi təqdirdə, 1991‐ci il səviyyəsinə çatmaq üçün
Azərbaycana ən azı 7 il vaxt lazım gələcək:
a
1998
x (1 + i)
n
= b
1991
=>
50% x (1 + 0.10)
n
= 100% => n= 7 il
Digər tərəfdən, orta aylıq əmək haqqı ilə bağlı inkişaf tem‐
pinə nəzər saldığımız zaman görürük ki, 1990‐cı ildə orta aylıq
əmək haqqı 32.5 ABŞ dollarına bərabər olmuşdursa, müəyyən
düşüş və yüksəlişlərdən sonra bu rəqəm 1997‐ci ildə 35.5 ABŞ
dollarına, 1998‐ci ildə isə 43.5 ABŞ dollarına çatmışdır. Lakin,
real əmək haqqı hesablanarkən 1 ABŞ dollarının real satın al‐
ma gücünün ələ alındığını nəzərə alsaq və müqayisəni bu for‐
mada aparsaq tamam başqa mənzərə ilə qarşılaşarıq. Belə ki,
1998‐ci ildə 19.9 faizlik real artım əldə olunsa da, bununla keç‐
miş illərdəki itkilərin təsirini aradan qaldırmaq mümkün ol‐
mamışdır. Beləliklə, 1990‐cı ili 100 olaraq qəbul etdikdə 1998‐ci
ildə real əmək haqqı indeksi 30 səviyyəsinə çatmışdır, yəni
1990‐cı ilin sadəcə 30 faizi səviyyəsinə yüksələ bilmişdir.
59
Əgər artım hər il ortalama olaraq 1998‐ci ildə reallaşdığı kimi
57
Avropa Ekspertiza Xidməti (TACIC), Azərbaycanın İqtisadi İcmalı 2000, Bakı.
58
Azərbaycan Milli Bankı (AMB), İllik Hesabat 2001, Bakı, 2002, səh.110.
59
TACIC, loc. cit.
‐ 45 ‐
Dostları ilə paylaş: |