KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Azərbaycan uzunömürlülər 
diyarıdırmı?  
  
Dünyanın ən yaşlı insanı olduğu iddia edilən ABŞ‐ın New 
Sharon  şəhərinin  sakini  Fred  Hale  113  yaşında  vəfat  etdi. 
Syracuse Post‐Standard qəzeti, Halenin dünyadakı ən yaşlı in‐
san  və  avtomobil  sürücüsü  olaraq  2  dəfə  Guinness  Rekordlar 
Kitabına düşdüyünü yazdı.
199
Qəzetlər,  bir  il  əvvəl  də  planetimizin  ən  yaşlı  sakini  ‐  116 
yaşlı  yapon  qadın  Kamato  Hongonun  da  vəfat  etdiyini  yaz‐
mışdı.
200
 Yaponlar artıq uzun müddətdir ki, uzunömürlülər ki‐
mi  dünyada  liderlik  edirlər.  Lakin  bu  liderlik  Kamato  Hongo 
kimi  nadir  insanların  hesabına  deyil,  orta  ömür  uzunluğuna 
(Doğulanda  gözlənilən  ömür  uzunluğu  –  Life  expectancy  at 
birth) görə hesablanır. Belə ki, Yapon qadınları üçün orta ömür 
uzunluğu 85 il, kişilər üçün isə 78 il hesab olunur.
201
Bir vaxtlar dəb idi. Ara‐sıra Lerikdən yaşlı bir dədəni və ya 
Qusardan yaşlı bir nənəni televiziyaya çıxararaq Azərbaycanın 
uzunömürlülər diyarı olduğu düşüncəsi cəmiyyətə təlqin edi‐
lirdi. Sovet dövrünün nostalgiyasına sahib olanların şüur altın‐
da hələ də Azərbaycanın və o cümlədən Qafqazın uzun ömür‐
lülər  diyarı  olduğu  qənaəti  hakimdir.  Bəziləri  belə  xəbərləri 
eşitdikdə  “şəhərdəki  təhsilimi,  işimi  və  s.  buraxıb  dağlaramı 
çəkilsək?”  deyə  köks  ötürürdü.  Lakin  belə  bir  sualı  nədənsə 
kimsə  vermirdi:  “Azərbaycan  doğrudan  da  nə  vaxtsa  uzun‐
                                                 
199
 “Oldest man in world dies”, The Post‐Standard, 20 noyabr 2004, 
www.syracuse.com/news/poststandard/ city/index.ssf?/base/news‐
18/1100949620216382.xml, (01/03/2006). 
200
 “Worldʹs oldest person dies”, NCTimes, 31 oktyabr 2003, 
http://www.nctimes.com/articles/2003/11/01/backpage/10_31_0320_12_48.txt, 
(01/03/2006). 
201
 “Life expectancy at birth”, The World Health Organization
http://www.who.int/countries/jpn/en/, (01.03.2006). 
 
‐ 183 ‐


İlkin Sabiroğlu 
ömürlülər  diyarı  olubmu?”  Axı  bir  ölkənin  uzunömürlülüyü 
bir  neçə  nəfərin  yüz  ildən  artıq  yaşaması  ilə  deyil,  orta  ömür 
uzunluğu əsas alınaraq müəyyənləşdirilir. Dünya Səhiyyə Təş‐
kilatının  göstəricilərinə  görə  isə,  Azərbaycan  kişilərdə  62,  qa‐
dınlarda isə 68 il olan orta ömür müddəti ilə elə də fəxr ediləsi 
mövqeyə sahib deyil.
202
Belə bir fikir də var ki, uzunömürlü olmaq, çox yaşamaqla 
deyil, mənalı yaşamaqla, həyatlarından daha çox səmərə alma‐
ğı  bacara  bilməklə  ölçülür.  Bu  ölçüyə  görə,  yüz  yaşında  belə 
qısa ömürlü olmaq mümkündür. Amma kimin nə qədər məna‐
lı yaşadığını müəyyənləşdirmək çətin olduğundan, müqayisə‐
lərdə  orta  ömür  uzunluğu  kimi  ölçülə  bilən  kriteriyalara  üs‐
tünlük vermək daha doğrudur.
203
Yaponiyada  yaşı  75‐i  keçənlərin  sayı  ölkənin  tarixində  ilk 
dəfə olaraq 14 milyon nəfərə çatmışdır ki, bu da Norveç kimi 
məmləkətin əhalisindən üç dəfə çoxdur. 127 milyon yaponiya‐
lının  23,6  milyon  nəfərini  və  ya  18,5  faizini  yaşı  65‐i  keçənlər 
təşkil  edir  ki,  bu  da  Yunanıstan  əhalisinin  sayından  iki  dəfə‐
dən də artıqdır. 
Əmək qabiliyyətli əhalinin azalması Yaponiya iqtisadiyyatı 
üçün  təhlükə  yaradır,  pensiyaçıların  sayının  artması  isə  pen‐
siya  sistemində  böhranla  nəticələnə  bilər.  Azərbaycanda  isə 
baş  alıb  gedən  işsizlik  səbəbindən  əmək  qabiliyyətli  əhalinin 
çoxluğu problem kimi qəbul edilir. 
Dünya  Səhiyyə  Təşkilatının  məlumatlarına  görə,  Azərbay‐
can  intihar  nisbətinin  ən  aşağı  olduğu  ölkələrdəndir.
204
  Lakin 
                                                 
202
 “Life expectancy at birth”, The World Health Organization
http://www.who.int/countries/aze/en/, (01.03.2006). 
203
 İlkin Sabiroğlu, “Azərbaycan uzunömürlülər diyarıdırmı?”, IqtisadNet, 14 
yanvar 2005, http://www.iqtisad.net/is020.htm, (01.03.2006). 
204
 “Suicide rates per 100 000 by country”, The World Health Organization
http://www.who.int/mental_health/prevention/suicide_rates/en/index.html, 
(01.03.2006). 
 
‐ 184 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
bunun  sevindirici,  yoxsa  kədərləndirici  hal  olduğunu  söylə‐
mək heç də asan deyil. Təcrübələr göstərir ki, adətən əgər bir 
ölkədə intihar nisbəti aşağıdırsa, o ölkədə uşaq ölümü nisbəti 
və  yoxsulluq  səviyyəsi  çox  yüksəkdir.  Məsələn,  Litvada  uşaq 
ölüm nisbəti ən aşağı həddə olduğu halda, intihar səviyyəsinə 
görə  keçmiş  ittifaq  respublikaları  arasında  liderlik  edir.  Azər‐
baycanda  isə,  uşaq  ölümü  nisbəti  və  yoxsulluq  səviyyəsi  çox 
yüksəkdir. 
Elm  adamları  intihar  səviyyəsi  ilə  fərdiləşmə  prosesi  ara‐
sında deterministik bir əlaqə olduğunu irəli sürürlər. Bir başqa 
ifadə  ilə  liberal  iqtisadi  inkişafa  paralel  olaraq  yoxsulluq  və 
uşaq ölümlərinin səviyyəsi aşağı düşsə də, intihar səviyyəsin‐
də artım müşahidə edilirmiş. 
Azərbaycanda  əhalinin  artım  nisbəti  ilə  bağlı  göstəricilər 
inkişaf etmiş ölkələrə yaxın səviyyədədir. Halbuki, uşaq ölüm 
nisbətinin  və  yoxsulluq  səviyyəsinin  yüksək  olduğu  toplum‐
larda əhalinin artım nisbəti də yüksək olur. 
Yuxarıda da qeyd etdiyimiz kimi, son əlli ildə, doğum nis‐
bətləri inkişaf etmiş ölkələrdə 2,8‐dən 1,9‐a və inkişaf etməkdə 
olan ölkələrdə isə 6,2‐dən 3,9‐a düşmüşdür. Bəzi inkişaf etmiş 
ölkələrdə isə bu nisbət əhalinin özünü yeniləmə nisbətinin də 
altındadır. Ölkəmizdə hər qadına düşən doğulmuş uşaq sayı 2 
nəfər təşkil edir.
205
 Qeyd edək ki, artım üçün məqbul olan mi‐
nimal rəqəm 2,17‐dir. 
Azərbaycanda sovet sistemindən miras qalan və bütün qü‐
surlarına  baxmayaraq  hazırkı  11  illik  məcburi  təhsil  sistemi, 
yoxsulluq  səviyyəsinin  yüksəkliyinə  baxmayaraq  doğum  nis‐
bətinin  artımını  tormozlayan  əsas  amillərdəndir.  Bir  ölkədə 
məcburi təhsil sisteminin olması və bu müddətin uzunluğu öl‐
kədəki ilk evlilik yaşının yüksəlməsinə, ailə başına düşən uşaq 
                                                 
205
 “Azərbaycanda qadınlar”, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
3 mart 2006, http://www.azstat.org/indexaz.php?id=308. 
 
‐ 185 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə