Kapitalizm Kapitalizmə Bənzəməz
Azərbaycan uzunömürlülər
diyarıdırmı?
Dünyanın ən yaşlı insanı olduğu iddia edilən ABŞ‐ın New
Sharon şəhərinin sakini Fred Hale 113 yaşında vəfat etdi.
Syracuse Post‐Standard qəzeti, Halenin dünyadakı ən yaşlı in‐
san və avtomobil sürücüsü olaraq 2 dəfə Guinness Rekordlar
Kitabına düşdüyünü yazdı.
199
Qəzetlər, bir il əvvəl də planetimizin ən yaşlı sakini ‐ 116
yaşlı yapon qadın Kamato Hongonun da vəfat etdiyini yaz‐
mışdı.
200
Yaponlar artıq uzun müddətdir ki, uzunömürlülər ki‐
mi dünyada liderlik edirlər. Lakin bu liderlik Kamato Hongo
kimi nadir insanların hesabına deyil, orta ömür uzunluğuna
(Doğulanda gözlənilən ömür uzunluğu – Life expectancy at
birth) görə hesablanır. Belə ki, Yapon qadınları üçün orta ömür
uzunluğu 85 il, kişilər üçün isə 78 il hesab olunur.
201
Bir vaxtlar dəb idi. Ara‐sıra Lerikdən yaşlı bir dədəni və ya
Qusardan yaşlı bir nənəni televiziyaya çıxararaq Azərbaycanın
uzunömürlülər diyarı olduğu düşüncəsi cəmiyyətə təlqin edi‐
lirdi. Sovet dövrünün nostalgiyasına sahib olanların şüur altın‐
da hələ də Azərbaycanın və o cümlədən Qafqazın uzun ömür‐
lülər diyarı olduğu qənaəti hakimdir. Bəziləri belə xəbərləri
eşitdikdə “şəhərdəki təhsilimi, işimi və s. buraxıb dağlaramı
çəkilsək?” deyə köks ötürürdü. Lakin belə bir sualı nədənsə
kimsə vermirdi: “Azərbaycan doğrudan da nə vaxtsa uzun‐
199
“Oldest man in world dies”, The Post‐Standard, 20 noyabr 2004,
www.syracuse.com/news/poststandard/ city/index.ssf?/base/news‐
18/1100949620216382.xml, (01/03/2006).
200
“Worldʹs oldest person dies”, NCTimes, 31 oktyabr 2003,
http://www.nctimes.com/articles/2003/11/01/backpage/10_31_0320_12_48.txt,
(01/03/2006).
201
“Life expectancy at birth”, The World Health Organization,
http://www.who.int/countries/jpn/en/, (01.03.2006).
‐ 183 ‐
İlkin Sabiroğlu
ömürlülər diyarı olubmu?” Axı bir ölkənin uzunömürlülüyü
bir neçə nəfərin yüz ildən artıq yaşaması ilə deyil, orta ömür
uzunluğu əsas alınaraq müəyyənləşdirilir. Dünya Səhiyyə Təş‐
kilatının göstəricilərinə görə isə, Azərbaycan kişilərdə 62, qa‐
dınlarda isə 68 il olan orta ömür müddəti ilə elə də fəxr ediləsi
mövqeyə sahib deyil.
202
Belə bir fikir də var ki, uzunömürlü olmaq, çox yaşamaqla
deyil, mənalı yaşamaqla, həyatlarından daha çox səmərə alma‐
ğı bacara bilməklə ölçülür. Bu ölçüyə görə, yüz yaşında belə
qısa ömürlü olmaq mümkündür. Amma kimin nə qədər məna‐
lı yaşadığını müəyyənləşdirmək çətin olduğundan, müqayisə‐
lərdə orta ömür uzunluğu kimi ölçülə bilən kriteriyalara üs‐
tünlük vermək daha doğrudur.
203
Yaponiyada yaşı 75‐i keçənlərin sayı ölkənin tarixində ilk
dəfə olaraq 14 milyon nəfərə çatmışdır ki, bu da Norveç kimi
məmləkətin əhalisindən üç dəfə çoxdur. 127 milyon yaponiya‐
lının 23,6 milyon nəfərini və ya 18,5 faizini yaşı 65‐i keçənlər
təşkil edir ki, bu da Yunanıstan əhalisinin sayından iki dəfə‐
dən də artıqdır.
Əmək qabiliyyətli əhalinin azalması Yaponiya iqtisadiyyatı
üçün təhlükə yaradır, pensiyaçıların sayının artması isə pen‐
siya sistemində böhranla nəticələnə bilər. Azərbaycanda isə
baş alıb gedən işsizlik səbəbindən əmək qabiliyyətli əhalinin
çoxluğu problem kimi qəbul edilir.
Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Azərbay‐
can intihar nisbətinin ən aşağı olduğu ölkələrdəndir.
204
Lakin
202
“Life expectancy at birth”, The World Health Organization,
http://www.who.int/countries/aze/en/, (01.03.2006).
203
İlkin Sabiroğlu, “Azərbaycan uzunömürlülər diyarıdırmı?”, IqtisadNet, 14
yanvar 2005, http://www.iqtisad.net/is020.htm, (01.03.2006).
204
“Suicide rates per 100 000 by country”, The World Health Organization,
http://www.who.int/mental_health/prevention/suicide_rates/en/index.html,
(01.03.2006).
‐ 184 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
bunun sevindirici, yoxsa kədərləndirici hal olduğunu söylə‐
mək heç də asan deyil. Təcrübələr göstərir ki, adətən əgər bir
ölkədə intihar nisbəti aşağıdırsa, o ölkədə uşaq ölümü nisbəti
və yoxsulluq səviyyəsi çox yüksəkdir. Məsələn, Litvada uşaq
ölüm nisbəti ən aşağı həddə olduğu halda, intihar səviyyəsinə
görə keçmiş ittifaq respublikaları arasında liderlik edir. Azər‐
baycanda isə, uşaq ölümü nisbəti və yoxsulluq səviyyəsi çox
yüksəkdir.
Elm adamları intihar səviyyəsi ilə fərdiləşmə prosesi ara‐
sında deterministik bir əlaqə olduğunu irəli sürürlər. Bir başqa
ifadə ilə liberal iqtisadi inkişafa paralel olaraq yoxsulluq və
uşaq ölümlərinin səviyyəsi aşağı düşsə də, intihar səviyyəsin‐
də artım müşahidə edilirmiş.
Azərbaycanda əhalinin artım nisbəti ilə bağlı göstəricilər
inkişaf etmiş ölkələrə yaxın səviyyədədir. Halbuki, uşaq ölüm
nisbətinin və yoxsulluq səviyyəsinin yüksək olduğu toplum‐
larda əhalinin artım nisbəti də yüksək olur.
Yuxarıda da qeyd etdiyimiz kimi, son əlli ildə, doğum nis‐
bətləri inkişaf etmiş ölkələrdə 2,8‐dən 1,9‐a və inkişaf etməkdə
olan ölkələrdə isə 6,2‐dən 3,9‐a düşmüşdür. Bəzi inkişaf etmiş
ölkələrdə isə bu nisbət əhalinin özünü yeniləmə nisbətinin də
altındadır. Ölkəmizdə hər qadına düşən doğulmuş uşaq sayı 2
nəfər təşkil edir.
205
Qeyd edək ki, artım üçün məqbul olan mi‐
nimal rəqəm 2,17‐dir.
Azərbaycanda sovet sistemindən miras qalan və bütün qü‐
surlarına baxmayaraq hazırkı 11 illik məcburi təhsil sistemi,
yoxsulluq səviyyəsinin yüksəkliyinə baxmayaraq doğum nis‐
bətinin artımını tormozlayan əsas amillərdəndir. Bir ölkədə
məcburi təhsil sisteminin olması və bu müddətin uzunluğu öl‐
kədəki ilk evlilik yaşının yüksəlməsinə, ailə başına düşən uşaq
205
“Azərbaycanda qadınlar”, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,
3 mart 2006, http://www.azstat.org/indexaz.php?id=308.
‐ 185 ‐
Dostları ilə paylaş: |