İlkin Sabiroğlu
rindən maxinasiya vasitəsi kimi istifadə edilməsi, qaçaq yana‐
caq ixracı, büdcə həcminin artırılması kimi aspektlərdən əsas‐
landırır. Sadalananların ilk ikisi qeyri‐iqtisadi amillər olduğu
üçün hökumət də bunu qeyri‐iqtisadi rıçaqlarla tənzimləməli
idi. Hökumət yanacaq qiymətlərini artıraraq, büdcə daxilolma‐
larını yüksəldə biləcəyi kimi, ucuz enerji siyasəti ilə iqtisadiy‐
yatın canlılığını qoruması nəticəsində vergilərlə də büdcə gə‐
lirlərini artıra bilər. Makroiqtisadi effektləri baxımından indiki
məqamda ikinci yol daha məqbul olsa da görünən odur ki, hö‐
kumət büdcə daxilolmalarını artırmağın daha sadə variantına
üstünlük verir. Qeyd edək ki, Azərbaycan hökuməti yaxın
vaxtlarda ölkə iqtisadiyyatında ünvanlı dövlət subsidiyaları
mexanizminin tətbiqini planlaşdırır. Bu zaman enerji istehlakı‐
nın da nəzərə alınması mütləq surətdə vacibdir.
Doğrudur, Beynəlxalq Valyuta Fondu Azərbaycan höku‐
mətini orta müddətli strategiya hazırlamağa və enerji daşı‐
yıcılarının qiymətlərini bu strategiya çərçivəsində dünya baza‐
rındakı qiymətlər səviyyəsinə qaldırmağa çağırır. Lakin fond
hökumətə tövsiyə edir ki, enerji daşıyıcılarının qiymətləri qal‐
dırılmazdan əvvəl ölkənin enerji sektorunda fəaliyyət göstərən
dövlət müəssisələrində idarəçiliyin təkmilləşdirilməsi tədbir‐
lərini həyata keçirməlidir. BVF həmçinin qiymətlərin qaldırıl‐
masını effektiv ünvanlı sosial yardım sisteminin tətbiqi ilə əla‐
qələndirməyi zəruri hesab edir.
193
Artıq Azərbaycanda inflyasiyanın bütün növləri müşahidə
edilir. Yüksək iqtisadi artım və büdcə xərclərinin artması tələb
inflyasiyasına yol açarkən, yanacaq qiymətlərindəki yüksəlmə
xərc inflyasiyasına, ticarət tərəf müqabili ölkələrdəki inflyasiya
isə idxal inflyasiyasına yol açır. Denominasiyanın texniki in‐
flyasiyası əsasən önümüzdəki aylarda hiss olunacaq. Ümu‐
193
“BVF nəyi tövsiyə edir?”, IqtisadNet, 22 yanvar 2006,
http://www.iqtisad.net/xeberler/00165.htm, (01.03.2006).
‐ 176 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
miləşdirsək, hazırkı inflyasiyada yanacaq qiymətlərinin, in‐
flyasiya gözləmələrinin və bazara mal və xidmət təklifinin art‐
ması, mövsümi amillər kimi qeyri‐monetar amillərlə yanaşı,
pul kütləsinin – M2‐nin artması kimi monetar amillərin payı
var.
194
Bu il iqtisadi artımın 30 faizdən yüksək olacağı proqnozlaş‐
dırılır. Bunu məcazi formada belə ifadə eləmək olar. Yetkinləş‐
miş bir insanın yaşı bir yaş artsa da o yenə bir il əvvəlki geyim‐
lərini geyinə bilər. Amma 3 yaşındakı bir uşağın 1 yaş böyü‐
məsi, onun 30 faizdən artıq böyüməsi demək olduğundan bü‐
tün tələbatları dəyişir, artıq bir öncəki ilin ayaqqabısını, pal‐
tarlarını geyinə bilmir. Yəni uşaq əvvəlki qəlibinə sığmaz. Qı‐
sacası bu il çox ciddi inflyasiya təzyiqləri ilə üzləşəcəyik. Həm‐
çinin, fiskal ekspansiya fonunda hökumətin nəzərdə tutduğu
təkrəqəmli inflyasiya proqnozuna Milli Bankın keçən ilki kimi
riskə gedərək manatı bahalaşdırma siyasəti ilə nail olmaq çox
çətindir.
194
“Bəhruz Məmmədli: “Bu il çox ciddi inflyasiya təzyiqləri ilə üzləşəcəyik””,
“Həftə içi” qəzeti, 24 fevral 2006.
‐ 177 ‐
İlkin Sabiroğlu
‐ 178 ‐
Kapitalizm Kapitalizmə Bənzəməz
Əhalinin artımı tənzimlənməli,
amma necə?
Çində hər ailənin yalnız bir uşağa sahib ola biləcəyini nə‐
zərdə tutan qanunu pozaraq 3 uşaq dünyaya gətirən bir ailəyə
780 min yuan (təqribən 95 min ABŞ dolları) pul cəriməsi veril‐
di. Ailənin Şenzen şəhərindəki evinin qapısı da möhürləndi.
Bu ailə 780 min yuanlıq cəzanı ödəməyincə evinə buraxılma‐
yacaq.
195
Ümumiyyətlə Çin, son otuz ildə daha sonradan keşiş
olan iqtisadçı Robert Thomas Malthusun ruhunu şad eləməklə
məşğuldur.
Robert Thomas Malthus 1798‐ci ildə nəşr edilən “Əhali
Haqqında Esse” (Essay on Population) əsəri ilə iqtisadiyyat və
siyasətin ümumi mənzərəsini dəyişdirərək çox qısa bir zaman‐
da Adam Smith, Marquis de Condorcet və digər rasionalizm
tərəfdarlarının nikbin baxışlarının önündə səddə çevrildi. Önə
sürdüyü tez, dünyadakı ehtiyatların mütəmadi olaraq artan
dünya əhalisinin tələbatlarını ödəyə bilməyəcəyi ilə bağlı idi.
Fikirləri qısa zamanda o qədər geniş rezonans doğurdu ki,
bundan təsirlənən İngiltərə 1801‐ci ildə ilk dəfə olaraq əhalinin
siyahıya alınmasına qərar verdi. Ona görə də Malthus eyni za‐
manda demoqrafiyanın banisi sayılır.
196
Bu əsər, Charles Dawinin məşhur “təkamül nəzəriyyəsi”‐
nin də ilham mənbəyi oldu. Darwin əsər haqqında deyirdi:
“Bəlkə də oxuduğum ən əhəmiyyətli kitab Malthusun “Əhali
Haqqında Esse”siydi... Fəlsəfi biologiyanın problemlərini ələ
alan o günə qədər oxuduğum ilk kitab idi və onun əsas prin‐
sipləri daima ağlımda qaldı. İyirmi il sonra bu prinsiplər mənə
195
“3 çocuğa büyük ceza”, “Milliyet” qəzeti, 21 sentyabr 2004,
http://www.milliyet.com.tr/2004/09/21/yasam/yas11.html, (01.03.2006).
196
İlkin Sabiroğlu, “Əhalinin artımı tənzimlənməli, amma necə?”, IqtisadNet,
22 sentyabr 2004, http://www.iqtisad.net/is019.htm, (01.03.2006).
‐ 179 ‐
Dostları ilə paylaş: |