KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   59   60   61   62   63   64   65   66   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
tərəfindən müəyyənləşdirilir. Belə olan təqdirdə bizim qiymət‐
ləri tənzimləmək imkanlarımız məhduddur. Bundan əlavə, ya‐
nacaqdoldurma  məntəqələrinin  (YDM)  sayına  gəldikdə  isə 
“Azpetrol”  rəsmi  statistikaya  görə,  ölkəmizdə  fəaliyyət  göstə‐
rən  YDM‐lərin  cəmi  9  faizini  təşkil  edir.  Amma  paradoks  on‐
dan ibarətdir ki, bazarın cəmi 9 faizini əhatə edən şirkət ümu‐
mi  yanacaq  satışının  50  faizdən  çoxunu  həyata  keçirir.  Bu  da 
öz  növbəsində  “Azpetrol”un  şəffaflığı  və  müştərilərin  bizə 
olan  etibarının  əlamətidir.  Odur  ki,  hər  hansı  inhisarla  əlaqə‐
dar iddiaları mən ciddi qəbul etmirəm.” 
İnhisarçılıqda ittiham edilən şirkətlərdən biri də “Azercell”‐
dir. Bir şirkət rəsmisi onların təbii inhisar olduğunu bəyan et‐
mişdi.  Daha  sonra  isə,  rabitə  və  informasiya  texnologiyaları 
naziri keçirdiyi bir mətbuat konfransında ““Azercell” inhisar‐
çıdır, amma heç bir günahı yoxdur. “Telekommunikasiya haq‐
qında”  qanun  qüvvəyə  mindikdən  sonra  mobil  danışıq  sahə‐
sində  ədalətli  rəqabət  mühiti  yaranacaqdır.”
240
  şəklindəki 
açıqlamaları  mətbuatda  yer  aldı.  Qeyd  edək  ki,  iyun  ayında 
həmin  qanun  da  qəbul  edildi.  Lakin  problemimiz  qanundan 
çox, hadisəyə yanaşma tərzimizdədir. 
“Azpetrol”  nümunəsində  qiymətlər  dövlət  tərəfindən  mü‐
əyyənləşdirildiyi  üçün  şirkətin  inhisar  olub‐olmadığına  qərar 
vermək  məqsədilə  qiymət  təhlillərinin  aparılmasının  (Lerner 
indeksinin  tapılması,  marjinal  maliyyət  və  marjinal  hasilat 
analizləri kimi) heç bir anlamı qalmır. “Azercell” isə təbii inhi‐
sar olduğundan bu təhlillər böyük ehtimalla “Microsoft” hadi‐
səsində olduğu kimi nəticəsiz qalacaq. 
Azərbaycanda inhisarla bağlı yanaşmalardakı ən böyük qü‐
sur bu problemin əsasən bazar payı prizmasından ələ alınma‐
sında axtarılmalıdır. Sadəcə bazar payı ilə bağlı təhlillərin apa‐
                                                 
240
 “Əli Abbasov: Azercell inhisarçıdır, amma heç bir günahı yoxdur”, 
XeberNet, 9 iyul 2005, http://xeber.net/view.php?d=48671, (01.03.2006). 
 
‐ 211 ‐


İlkin Sabiroğlu 
rılması (N firma təmərküzləşmə indeksinin və ya Herfindahl‐
Hirschman indeksinin hesablanması kimi) artıq kifayət eləmir. 
Əgər doğrudan da bir şirkət biznes fəaliyyətini daha mükəm‐
məl  quraraq  bazarda  üstünlüyü  ələ  keçirirsə,  onu  nədəsə  gü‐
nahlandırmaq iqtisadi məntiqə sığmaz. “Microsoft”un məhkə‐
məsi  bizə  bir  şeyi  aydınlaşdırdı  ki,  bir  şirkət  bazar  payının 
yüksək olmasına görə deyil, bu üstünlüyünü bazardakı sağlam 
rəqabəti  əngəlləyib  əngəlləmədiyinə  görə  inhisarçılıqda  itti‐
ham edilə bilər. Məsələn, xatırlayırsınızsa bir vaxtlar “Bakcell” 
danışıq qiymətlərini “Azercell”ə müqayisədə çox aşağı salmış‐
dı.  “Azercell”  qiymət  rəqabətinə  girməmək  üçün  (qeyd  edək 
ki, şirkətlər üçün ən ağır rəqabət şəkli qiymət rəqabəti sayılır) 
“Bakcell”ə  təzyiqləri  artırdı,  həmin  şəbəkədən  öz  şəbəkəsinə 
daxil  olan  zəngləri  əngəllədi.  Bu  təzyiqlər  “Azercell”  üçün 
müsbət nəticə verdi və rəqabəti qiymət müstəvisindən xidmət 
müstəvisinə  keçirməyi  bacardı.  Yeni  antiinhisar  anlayışı  da 
məhz bu cür davranışlara qarşıdır.
241
Bir  müddət  əvvəl  isə,  mətbuat  vasitəsilə  “Azərcell”in  təsis 
etdiyi  “Azeronline”  provayderi  ilə  başqa  internet  provayder‐
ləri  arasındakı  mübahisələrə  şahidlik  etdik.  14  provayder 
“Azeronline”a qarşı texniki blokada tətbiq etmə qərarı almışdı. 
Blokadaya səbəb kimi isə, “Azeronline” provayderinin “Azer‐
cell”in imkanlarından istifadə etməsi göstərilirdi.
242
Əslində “Azeronline” provayderinin “Azercell”in imkanla‐
rından  istifadə  etməklə  haqsız  rəqabət  üstünlüyü  əldə  etməsi 
istər  antiinhisar  qanunvericiliyinə,  istərsə  də  inhisar  anlayışı 
ilə  bağlı  dünyadakı  yeni  yanaşmalara  zidd  idi.  Bununla  bağlı 
kifayət  qədər  nümunə  saymaq  mümkündür.  Məsələn,  elə  bu 
yaxınlarda  Cənubi  Koreyanın  rəqabət  qurumu,  “Microsoft”u 
rəqabət şərtlərini pozduğuna görə 32 milyon dollar cərimə elə‐
                                                 
241
 İlkin Sabiroğlu, “İnhisar anlayışına yeni yanaşma zərurəti”, op. cit. 
242
 “Ölkənin İnternet məkanı absurda səhnə olub”, “Ekspress” qəzeti, 9 dekabr 
2005, http://www.express.com.az/second.asp?id=58724, (01.03.2006). 
 
‐ 212 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
di. Səbəb olaraq da, bazardakı hakim mövqeyindən haqsız rə‐
qabət  üstünlüyü  əldə  etmək  üçün  yaralanması  göstərildi.  Rə‐
qabət  qurumunun  tələbinə  görə,  “Microsoft”  bundan  belə 
“Windows XP” əməliyyat sistemindən “MSN Messenger” söh‐
bət  proqramını  çıxarmalıdır.  Bunun  üçün  “Microsoft”a  180 
gün vaxt verilib. Şirkət, 6 aydan sonra “Messenger” və “Media 
Player”  proqramlarını  ehtiva  edən  və  etməyən  iki  ayrı 
“Windows” əməliyyat sistemlərini müştərilərinə ayrı‐ayrılıqda 
təqdim etməlidir.
243
“Azeronline”  kartı  alanlara  “Sim‐Sim”  kartının  verilməsi 
düzgün  yanaşma  deyildi.  “Azeronline”  internet  xidmətlərini 
istədiyi  qədər  ucuzlaşdıra  bilər,  müstəqil  qiymət  siyasəti  yü‐
rütmə haqqına sahibdir. Lakin bu provayder “Azercell”in mo‐
bil  rabitə  bazarındakı  imkanlarından  istifadə  edərək  internet 
xidmətləri  bazarında  haqsız  rəqabətə  rəvac  verməməlidir.  Di‐
gər 14 provayderin səhvi isə, bir yanlışlığa başqa bir yanlışlıqla 
cavab  vermələridir.  Onlar  çözümü  blokadada  deyil,  hüquq 
müstəvisində axtarmalı idilər. 
Qısası,  Antiinhisar  Siyasəti  Departamentinə  çox  iş  düşür. 
İki gündən bir şirkətlərin bazardakı paylarını göstərən siyahı‐
lar  hazırlayıb  cəmiyyətə  təqdim  etməklə  məsələ  yekunlaşmır. 
Departament inhisar kimi təqdim olunan şirkətlərin bazardakı 
üstün  mövqelərini  sağlam  rəqabət  şərtlərində  qazanıb‐qazan‐
madıqlarını,  bu  üstün  mövqelərindən  istifadə  edərək  sağlam 
rəqabəti  əngəlləyib‐əngəlləmədiklərini  araşdırıb  ortaya  qoy‐
malı  və  əgər  belə  hallar  varsa  zəruri  tədbirləri  görmək  üçün 
fəaliyyətə keçməlidir. 
 
 
 
                                                 
243
 “G.Kore’den Microsoft’a rekabet cezası”, NTVMSNBC, 20 dekabr 2005, 
http://www.ntvmsnbc.com/news/352867.asp, (01.03.2006). 
 
‐ 213 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə