KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   59   60   61   62   63   64   65   66   67

İlkin Sabiroğlu 
e‐readiness  rankings”  cədvəlində
250
  liderlik  edən  Finlandiya, 
Danimarka  kimi  ölkələr  “Transparency  International”ın  hesa‐
batında da korrupsiyanın azlığına görə liderlik edir. Daha çox 
elektronlaşma  daha  çox  şəffaflıq  və  daha  az  korrupsiya  de‐
məkdir.  Korrupsiyanın  azalmasını  istəyiriksə,  keçən  ilin  ok‐
tyabr ayında ölkə prezidenti tərəfindən təsdiq edilən “Elektron 
Azərbaycan” proqramına cəmiyyətin və medianın laqeyd mü‐
nasibəti aradan qalxmalıdır. 
“Transparency  International”  korrupsiya  üzrə  reytinq  cəd‐
vəlini  analitiklər  və  sahibkarlar  arasında  keçirilən  sorğunun 
nəticələrinə  əsasən  hazırlayır.  Korrupsiya  əslində  medalın  bir 
üzünün təsviridir. Medalın digər üzündə isə iqtisadi azadlıqlar 
dayanır.  Aydındır  ki,  iqtisadi  azadlıqların  yüksək  səviyyədə 
təmin edildiyi ölkələrdə sahibkarların rəyi əsasında hazırlanan 
korrupsiya səviyyəsi də aşağı olacaq. Ona görə də hər il Dün‐
ya  Bankı  tərəfindən  açıqlanan  “Doing  Business”  illik  hesa‐
batına baxaraq daha sonradan açıqlanacaq olan “Transparency 
International”ın  hesabatında  hər  ölkənin  mövqeyini  təqribən 
müəyyənləşdirə bilərsiniz. Həmin hesabatda da Azərbaycanla 
Gürcüstan “yaxın qonşu” ikən Ermənistan nisbətən daha yaxşı 
vəziyyətdə  idi.  Elə  isə  korrupsiya  ilə  mübarizənin  ikinci  isti‐
qaməti iqtisadi azadlıqların təmin edilməsinə fokuslanmalıdır. 
Korrupsiyaya qarşı mübarizədə ən əsas iş hər bir vətənda‐
şın bu məsələdə öz məsuliyyətini dərk etməsidir. İslama görə, 
Allah insanı torpaqdan yaradarkən “ol” dedi və insan yarandı. 
Biz sanki hər məsələdə öz məsuliyyətimizi unudub kimdənsə 
“ol”  əmri  gözləyirik.  Azərbaycanın  bütün  problemlərinin  sə‐
bəbkarı kimi də siyasi hakimiyyəti görürük. Siyasi hakimiyyət 
bircə “ol” əmrini versə, guya bütün problemlərimiz həll oluna‐
caqmış.  Belə  fikirləşmək  bizi  rahatladır,  çünki  mövcud  prob‐
                                                 
250
 “The 2005 e‐readiness rankings”, The Economist Intelligence Unit
http://graphics.eiu.com/files/ad_pdfs/2005Ereadiness_Ranking_WP.pdf, 
(01/03/2006). 
 
‐ 218 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
lemlərə görə vətəndaş və cəmiyyət olaraq sanki özümüz məsu‐
liyyət daşımırıq. 
Konkret olaraq korrupsiya məsələsində də bənzər situasiya 
ilə üz‐üzəyik. Halbuki hakimiyyət korrupsiyaya qarşı mübari‐
zə haqqında qanunu, korrupsiyaya qarşı mübarizə üzrə dövlət 
proqramını,  elektron  Azərbaycan  proqramını  və  s.  qəbul  et‐
məklə  artıq  “ol”  əmrini  verib,  indi  vətəndaş  və  cəmiyyət  ola‐
raq  bizim  də  “olsun”  deməyimiz  lazımdır  ki,  problemlərimiz 
çözülsün.  Əks  təqdirdə  korrupsiya  məsələsini  “milli  mentali‐
tet”lə  bağlı  problem  kimi  ələ  almaqla  labirintdən  çıxmamız 
mümkün deyil. 
Qloballaşma əleyhdarlarının məşhur suallarından biri vax‐
tilə  “Ümumi  Avropa  Bazarı”  başqanı  olduğu  dövrdə  Delors 
tərəfindən səsləndirilmişdi: “Bizim öz ənənələrimizi qorumağa 
haqqımız varmı?” Əslində bir sıra ölkələrdə də korrupsiya ar‐
tıq “ənənə” halını alıb və onlar belə bir tarixi “ənənə”ni aradan 
qaldırmaqda tərəddüd edirlər.
251
Qloballaşmanın  zəruri  və  alternativsiz  olduğunu  əsaslan‐
dırmağa çalışan Alvin Toffler, Peter Drucker kimi tanınmış fu‐
turoloqlar xeyli müddətdir ki, dünyanın çox ciddi inqilabi xa‐
rakterli  dəyişikliklərin  içərisindən  keçdiyini  bəyan  edirlər. 
Alvin Toffler özünün populyar olan “Üç Dalğa Nəzəriyyəsi”n‐
də  dünyanın  inkişafını  üç  mərhələ  şəklində  ələ  alır  və  hər 
mərhələni “dalğa” olaraq adlandırır. Birinci dalğanın əkinçilik 
inqilabı ilə yadda qaldığını göstərən müəllif, ikinci dalğanın da 
sənaye  inqilabı  ilə  məşhurlaşdığını  qeyd  edir.  Hər  dalğa  özü‐
nün  ümumi  bir  mədəniyyətini  də  formalaşdırmışdır.  Bu  gün 
adi hal kimi qarşıladığımız standartlaşma, ixtisaslaşma, bürok‐
ratiya da ikinci dalğanın məhsuludur. Keçən əsrin ikinci yarı‐
                                                 
251
 Ilkin Sabiroglu, “The problem of globalization and corruption”, Azerbaijan 
Bulletin No:31 (285), 2 avqust 2001, ANDF, 
http://www.eurasianet.org/resource/azerbaijan/hypermail/200108/0010.html, 
(01.03.2006). 
 
‐ 219 ‐


İlkin Sabiroğlu 
sından  etibarən  isə  dünyada  Amerikanın  liderliyində  üçüncü 
dalğanın  ‐  informasiya  çağının  təməli  qoyulmuşdur.  Üçüncü 
dalğa  da  siyasətdə,  iqtisadiyyatda,  ailə  münasibətlərində  və 
hətta  günlük  həyat  tərzində  özünə  xas  olan  köklü  dəyişiklik‐
lərə səbəb olmaqdadır. Bu gün ABŞ‐da işləyənlərin böyük ək‐
səriyyətini  “informasiya  işçiləri”  təşkil  edir.  İnternet,  kompü‐
ter texnologiyası sayəsində bu gün milyonlarca amerikalı artıq 
işə  getmədən  evdə  çalışır.  Qeyd  edək  ki,  azərbaycanlıların  da 
xeyli  hissəsinin  işə  getmədən  evdə  oturmasına  baxmayaraq 
amerikalılardan  fərqli  olaraq  onlar  çalışmağa  iş  yeri  tapa  bil‐
mirlər.
252
Ümumiyyətlə Azərbaycan bu dalğaların harasında yer alır? 
Bu  gün  kənd  təsərrüfatının,  aqrar  sektorun  inkişafı  ilə  bağlı 
mövcud problemlər Azərbaycanın birinci dalğanın nemətlərin‐
dən  tam  yararlana  bilməsinə  imkan  verməsə  də,  ölkə  ikinci 
dalğanın ortaya çıxardığı bürokratiyanın korrupsiya kimi “ne‐
mət”lərindən ifrat dərəcədə yararlanır. Üçüncü dalğa isə Azər‐
baycan  üçün  hələ  çox‐çox  uzaqdadır.  Məsələn,  Azərbaycanın 
öndə  gedən  universitetləri  binalarını  təmir  elətdirir,  pəncərə‐
qapılarını  dəyişdirirlərsə,  üçüncü  dalğanı  yaşayan  ölkələrdə 
artıq ənənəvi universitet binalarına olan tələbat azalmaqdadır. 
Çünki bu ölkələrdə adi və orta təhsilin internet üzəridən tədri‐
si sürətlə yayılmaqdadır.
253
Yuxarıda adını çəkdiyim futuroloqlar gələcəkdə bürokrati‐
yanın öz yerini “adhokratiya”ya verəcəyini söyləyirlər. Bunla‐
ra görə “adhokratiya”da bürokratik əngəllər, yubadılmalar, sə‐
nəd‐kağız  işləri  minimuma  endiriləcək  və  bir  işin  görülməsi 
üçün lazım olan müddət dəfələrlə azaldılacaq. “Adhokratiya”‐
ya gedən yol isə “Elektron‐dövlət”dən keçir. 
 
                                                 
252
 Ibid. 
253
 Ibid. 
 
‐ 220 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə