KapitaliZMƏ



Yüklə 192,44 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix23.09.2017
ölçüsü192,44 Kb.
#1240
1   ...   59   60   61   62   63   64   65   66   67

Kapitalizm Kapitalizmə Bənzəməz 
Əslində, 10‐12 milyard dollarlıq Ümumi Daxili Məhsula sa‐
hib olan bir ölkədə yetkinləşmiş qiymətli kağızlar bazarının or‐
taya çıxması mümkün deyil. Digər tərəfdən, biz cəmiyyət ola‐
raq,  korporativ  idarəetmə  anlayışı  ilə  yeni‐yeni  tanış  oluruq. 
Bu da daxili bazardan gələn tələb şəklində yox, qrant layihələ‐
rinin icrası sayəsində baş verir. Avropa Yenidənqurma və İnki‐
şaf Bankının ölkəmizlə bağlı sərmayəyə kapital qoyuluşu stra‐
tegiyası da  belə  tanışlıq  baxımdan  əhəmiyyət  daşıyır.  Orta  və 
uzunmüddətli perspektivdə ölkədə ipoteka sistemini yerləşdi‐
rə bilsək, bu, qiymətli kağızlar bazarının inkişafına da öz töh‐
fəsini  verə  bilər.  Qiymətli  kağızlar  bazarının  düzgün  işləməsi 
və arzulanan miqyasa çatması şirkətlərimizin də mentalitet də‐
yişikliyini  bərabərində  gətirməlidir.  Yəni  sistemin  yüksək 
həcmlərə  çatması  üçün  şirkətlərin  xalqa  açıqlıq  nisbətlərinin 
yüksək  olması lazımdır.  Bu  isə  şirkət  idarəsində  professional‐
laşma  deməkdir.  Lakin  ailə‐dost  təəssüratları  psixologiyasın‐
dan  qurtula  bilməyən  firmalarımız  hələlik  buna  hazır  deyil‐
lər.
235
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
235
 “İlkin Sabiroğlu: “Önəmli olan vergi dərəcələrini aşağı salmaq deyil, 
optimal səviyyəyə gətirməkdir””, “Həftə içi” qəzeti, op. cit. 
 
‐ 207 ‐


İlkin Sabiroğlu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 208 ‐


Kapitalizm Kapitalizmə Bənzəməz 
İnhisar anlayışına 
yeni yanaşma 
 
İnvestisiya  mühitinə  təsir  göstərən  əsas  amillərdən  biri  də 
inhisar fəaliyyətini tənzimləyən qanunvericiliyin mövcudluğu 
və bu qanunların nə dərəcə tətbiq olunmasıdır. Ölkə iqtisadiy‐
yatındakı inhisarçılığın qarşısını almaq məqsədilə mövcud qa‐
nunvericilik  aktlarının  bazasında  vahid  Antiinhisar  Məcəlləsi 
hazırlanıb.  Həmin  sənəd  hələlik  parlament  tərəfindən  qəbul 
edilməyib.  Qeyd  edək  ki,  Azərbaycan  Respublikasında  anti‐
inhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiya‐
sından,  “Antiinhisar  fəaliyyəti  haqqında”,  “Təbii  inhisarlar 
haqqında”,  “Haqsız  rəqabət  haqqında”  Azərbaycan  Respubli‐
kasının  qanunlarından  və  digər  normativ‐hüquqi  aktlardan 
ibarətdir.
236
Azərbaycanda inhisar fəaliyyəti ilə bağlı qanunvericilik nə‐
zərdən  keçirildikdə  hansısa  ciddi  qüsurların  olduğunu  söylə‐
mək çətindir. Hətta ölkədə təbii inhisarlar haqqında qanun da 
mövcuddur. Amma ümumi müşahidələrimiz göstərir ki, ölkə‐
də  hələ  də  de‐fakto  olaraq inhisar  anlayışına dünyada  klassik 
sayıla  biləcək  yanaşma  hakimdir.  Maraqlı  cəhət  odur  ki,  istər 
inhisarçılıq fəaliyyətinə görə ittiham edilən şirkətlərin rəhbər‐
ləri, istərsə də ittiham edənlər məsləyə sadəcə bazar payı priz‐
masından yanaşırlar. 
Artıq yeni iqtisadiyyatla birlikdə inhisar anlayışı da dəyiş‐
məkdədir.  “Microsoft”un  məşhur  məhkəməsi  yeni  iqtisadiy‐
yatda inhisarların yerinin nə olduğu mövzusunda maraqlı mü‐
zakirələrin  də  ortaya  çıxmasına  səbəb  olmuşdu.  Hər  iki  tərəf‐
dən  dünyanın  nüfuzlu  iqtisadçılarının  məhkəmə  prosesində 
iştirakı isə bu müzakirələri daha zövqlü bir hala gətirmişdi. İn‐
                                                 
236
 “Antiinhisar Fəaliyyəti Haqqında” Azərbaycan Respublikası Qanunu, 
IqtisadNet, http://www.iqtisad.net/qanunlar/0022.htm, (01.03.20060. 
 
‐ 209 ‐


İlkin Sabiroğlu 
hisarlaşmanın  yeni  iqtisadiyyatda qaçılmaz  bir  proses  olduğu 
və  yeni  iqtisadın  özünə  xas  istehsal  şərtlərinin  inhisarlaşmanı 
qaçılmaz hala gətirdiyi bilinməkdədir. Bir yanaşmada, inhisar‐
laşmanın köhnə və yeni iqtisadla bağlı müzakirələrdən ayrı tu‐
tulmasının zəruriliyi, məşru (legitim) olmayan inhisarçı meyl‐
lərə  dövlətin  müdaxilə  etməsinin  lazım  gəldiyi  irəli  sürülür. 
Digər bir yanaşmada isə, qanuni və iqtisadi platformalarda le‐
gitimlik  məfhumunun  özü  də  mübahisələrə  açıq  hala  gətiri‐
lir.
237
Klassik  yanaşma  ilə  problemin  içindən  çıxmaq  mümkün 
deyil. Məsələn, “Microsoft”un bir inhisar kimi marjinal maliy‐
yət və marjinal hasilatın kəsişdiyi nöqtəyə uyğun gələn inhisar 
qiymətini tətbiq etmək əvəzinə, bunun altında bir “limit” qiy‐
mət  tətbiq  etdiyi  qeyd  olunurdu.  Amma  bu  “limit”  qiymət, 
marjinal  maliyyət  qiymətləndirməsinin  də  çox  üzərində  idi. 
Elə isə “Microsoft” inhisar sayılmalı idi, yoxsa yox? Hadisəyə 
artıq yeni yanaşma tələb olunurdu. “Sherman Anti‐Trust Act”‐
in vətəni ABŞ‐da artıq hər kəs anlamağa başlamışdı ki, inhisar 
hadisəsinə qiymət və bazar payı prizmasından yanaşma prob‐
lemin həllində yetərli deyil.
238
Azərbaycanda inhisarçılıqda ittiham edilən şirkətlərdən bi‐
ri  “Azpetrol”dur.  Bir  neçə  ay  əvvəl  “Azpetrol”un  prezidenti‐
nin “APA”ya müsahibəsi diqqətimizi cəlb etmişdi. Şirkət pre‐
zidentinin inhisar məsələsinə yanaşması maraqlı idi:
239
“Ümumiyyətlə,  inhisarçılıq  bir  termin  olaraq  mövcud  ba‐
zarda  hökmran  mövqeyi  tutan,  istehlakçıya  və  ya  bazara  qiy‐
mət diktə edən subyektlərə aiddir. Ölkəmizdə yanacaq sürtgü 
materiallarının topdan və ya pərakəndə satış qiymətləri dövlət 
                                                 
237
 İlkin Sabiroğlu, “İnhisar anlayışına yeni yanaşma zərurəti”, “Gündəlik 
Azərbaycan” qəzeti, 13 oktyabr 2005. 
238
 Ibid. 
239
 “Azpetrol” Şirkətlər Qrupu Prezidentinin “APA” İnformasiya Agentliyinə 
müsahibəsi, 9 iyul 2005, http://www.azpetrol.com/news.php, (01/03/2006). 
 
‐ 210 ‐


Yüklə 192,44 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə