Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə32/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   28   29   30   31   32   33   34   35   ...   276

66

Siyasət.Hərbi iş

95 

illiyi

Tofiq Ağahüseynov 

1923

 

 

 

FEVRAL

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-

cü il fevral ayının 1-də Nuxa şəhərində 

(indiki Şəki) anadan olmuşdur. 

Yeddi yaşında olanda ailəliklə Bakıya 

köçmüş,  orta  məktəbi  Bakıda  bitirmiş-

dir. 1941-ci ilin sentyabrında Bakı Zenit 

Artilleriya Məktəbinə daxil olmuş, bir il 

yarımdan sonra leytenant rütbəsi almış 

və Bakıdan ayrılmalı olmuşdur. 

1-ci  Belarusiya  cəbhəsində  vzvod-

komandiri,  əlahiddə  zenit  artille-

riyası  divizionu  qərargah  rəisinin 

köməkçisi  olmuş,  Visla-Oder  və  Ber-

lin  əməliyyatlarında  iştirak  etmişdir. 

Müharibə bitdikdən sonra Tofiq Ağahü-

seynovun qulluq etdiyi diviziya 1946-cı 

ilin  oktyabrına  qədər Almaniyada  qal-

mışdır. 

Onun fiziki hazırlığı, ətrafındakılara 

münasibəti, 

cəsarəti, 

dönməzliyi, 

xüsusilə  də  daim  biliyini  artırma-

sı  gələcəkdə  böyük  hərbçi  olacağına 

yol açan faktorlardan idi. 1949-cu ildə 

F.E.Dzerjinski adına Hərbi Akademiya-

ya, onun ardınca Hərbi Artilleriya Aka-

demiyasına daxil olmuşdur. 

Tofiq  Ağahüseynov  1960-1964-cü 

illərdə Hövsanda yerləşən Hava Hücu-

mundan  Müdafiə  polkuna  komandirlik 

etmiş,  1964-cü  ilin  sonlarında Volqoq-

rada göndərilmiş və diviziya komandi-

ri  kimi  orada  çalışmışdır.  1968-ci  ildə 

general-mayor rütbəsi almışdır. 1969-cu 

ildən Rostovda korpus komandiri təyin 

edilmişdir. 

1972-ci ildə general-leytenant rütbəsi 

almış və 1975-ci ildə Bakı Dairəsi Hava 

Hücumundan  Müdafiə  Komandanının 

birinci müavini təyin edilmişdir. 1980-

ci  ildə  general-polkovnik  rütbəsini 

alan Tofiq Ağahüseynova həm də Bakı 

Dairəsi  Hava  Hücumundan  Müdafiə 

Komandanı vəzifəsi həvalə edilmişdir. 

O,  SSRİ  Silahlı  Qüvvələrində 

general-polkovnik  rütbəsi  alan  ilk 

azərbaycanlıdır.  Tofiq  Ağahüseyno-

va  1982-ci  ildə  daha  böyük  bir  vəzifə 

həvalə  edilmiş,  o,  Varşava  Müqaviləsi 

dövlətlərinin birləşmiş silahlı qüvvələri 

baş komandanlığının Çexoslovakiyada-

kı nümayəndəsi təyin olunmuşdur. Ulu 

öndər  Heydər  Əliyevin  1997-ci  il  17 

aprel  tarixli  Sərəncamı  ilə  Tofiq  Ağa-

hüseynov  Prezidentin  Hərbi  Məsələlər 

üzrə köməkçisi təyin olunmuşdur. Eyni 

zamanda, general-polkovnik rütbəsində 

Azərbaycan  Milli  Ordusu  sıralarına 

bərpa  edilmişdir.  Bu  zaman  onun  74 

yaşı var idi. 

“Qırmızı  Bayraq”,  “Oktyabr  İn-

qilabı”,  “Birinci  Dərəcəli  Vətən 

Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri 

ilə təltif edilmişdir. 

Üç çağırış Azərbaycan SSR Ali So-

vetinin  deputatı  seçilmişdir.  Prezident 

İlham  Əliyevin  1  fevral  2008-ci  il  ta-

rixli  Sərəncamı  ilə  Tofiq  Ağahüsey-

nov  Azərbaycanda  hərbi  qulluqçuluq 

sahəsindəki xidmətlərinə görə “Şöhrət” 

ordeni ilə təltif olunmuşdur.

Ə d ə b i y y a t

T.Y.Ağahüseynovun 

«Azərbaycan Bayrağı» 

ordeni ilə təltif edilməsi 

haqqında: Azərbaycan 

Respublikası Prezidentinin 

Sərəncamı, 17 yanvar 

2013-ci il  //Azərbaycan 

.-2013.- 18 yanvar.- S.1.

Azərbaycan general-

ları: kataloq /elmi 

red. N.Vəlixanlı; tərt.: 

Z.Dulayeva və b.; AMEA 

Azərbaycan Tarix Muze-

yi.- Bakı: Elm, 2005.

İ n t e r n e t d ə

www.e-qanun.az

www.az.wikipedia.org

www.sheki.net

1

General-leytenant



67

Siyasət.Hərbi iş

95 

illiyi

Mustafa Nuriyev 

1923-1982 

FEVRAL

Mustafa  Qurban  oğlu  Nuriyev 

1923-cü  il  fevral  ayının  12-də Astra-

xanbazar  (indiki Cəlilabad) şəhərində 

anadan olmuşdur.

1941-ci  ildən  Sovet  Ordusunda 

xidmət  etmişdir.  1942-ci  ildə  Bakı 

Hərbi  məktəbini  bitirmiş,  402-ci 

Azərbaycan diviziyasında batalyon ko-

mandiri təyin olunmuş, Böyük Vətən 

müharibəsində Qafqaz uğrunda vuruş-

malarda iştirak etmişdir. Müharibədən 

sonrakı  illərdə  polk  məktəbinin  rəisi, 

qərargah rəisi, polk komandiri olmuş-

dur.  1956-cı  ildə  M.B.Frunze  adına 

Hərbi Akademiyanı  bitirdikdən  sonra 

SSRİ Silahlı Qüvvələrində xidmət et-

mişdir.


1962-1964-cü  illərdə  onun  rəhbər-

liyi  ilə  İstehkamçılar  alayının  şəxsi 

heyəti  Kiyev,  Kirovoqrad,  Çerniqov, 

Voroşilovqrad və s. vilayətlərdə alman-

faşist işğalçılarından qalmış 60 mindən 

çox mərmi, mina, bomba və s. partla-

yıcılar çıxarıb zərərsizləşdirmişdir.

1969-cu ildə general-mayor rütbəsi 

almışdır.

1965-1981-ci  illərdə  Azərbaycan 

SSR  Müdafiə  Qərargahının  rəisi  ol-

muşdur.


1981-1982-ci  illərdə  Azərbaycan 

KP  MK-da  işləmişdir.  Respubli-

ka  əhalisi  arasında  mülki-müdafiə 

biliklərinin təbliği sahəsində böyük iş 

aparmışdır. 

Xidmətlərinə görə iki “Qırmızı Ul-

duz”, “Şərəf nişanı” ordenləri və me-

dallarla təltif olunmuşdur.

Nuriyev  Mustafa  Qurban  oğlu 

1982-ci il dekabr ayının 19-da Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycan SSR-də mülki müdafiə /M.Nuriyev; [red. A.Cəfərov]; AzSSR “Bilik” cəmiyyəti.- Bakı: [“Bilik” cəmiyyəti], 1979.- 

49 s.

Mülki müdafiə 5-ci sinif şagirdləri üçün dərs vəsaiti /M.Nuriyev, Q.L.Truman; [tərc. ed. Ş. Tağıyev; ixtisas red. H. İsgəndərov].- 

Bakı: Maarif, 1970.- 83 s.

Mülki müdafiə dəstələrinin taktiki hazırlanması /M.Nuriyev, V.İ.Pleşakov; [tərc. B.Bəkirov; red. S.Həşimzadə].- Bakı: Maarif, 

1972.- 78 s.

Nuriyev Mustafa Qurban oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.-Bakı: ASE, 1983.- C.7.-S.304.

İ n t e r n e t d ə

www..anl.az

www.google.az 

12

Hərbi xadim



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə