Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

22
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
orqanik  kənd  təsərrüfatı  “torpaq,  ekosistem  və  insanların  sağlamlığını 
qoruyan  istehsal  sistemidir.  Fəsadlar  yaradan  kənar  vasitələr  əvəzinə 
o,  ekoloji  proseslərə,  biomüxtəlifliyə  və  yerli  şəraitə  uyğunlaşdırılan 
sikllərə  arxalanır.  Ənənələri,  yenilikləri  və  elmi  birləşdirərək,  orqanik 
kənd  təsərrüfatı  şərik  çıxdığımız  ətraf  mühiti  təkmilləşdirir,  ədalətli 
münasibətləri sövq edir və bütün iştirakçılar üçün yaxşı həyat keyfiyyətini 
təmin edir” (
www.ifoam.bio
).
Yuxarıdakı  anlayışlardan  göründüyü  kimi,  orqanik  kənd  təsərrüfatı  üçün 
həllər həm ekosistem funksiyalarını, həm də sosial-iqtisadi şərtləri nəzərə 
alan,  yerli  şəraitə  uyğunlaşdırılmış  üsulların  tətbiqindən  ibarət  olmalıdır. 
Faydalar  təmiz  ətraf  mühit  və  təhlükəsiz  qida  ilə  məhdudlaşmır:  orqanik 
idarəetmə  həmçinin  təbii  ehtiyatları  indiki  və  gələcək  nəsillərin  xeyrinə 
idarə etməyə imkan verir.
Beləliklə,  orqanik    kənd  təsərrüfatı  anlayışlarında  əsas  diqqət  texniki 
yanaşmadan  daha  çox  ekosistem  idarəçiliyinə  əsaslanan  bütöv  bir 
sistemə  keçidə  yönələ  bilər.  Milli  və/ya  beynəlxalq  səviyyədə  qəbul 
olunmuş standartlarda və ümumi tərif və yanaşmalarda bu cür fərqlərə 
rəğmən,  orqanik  kənd  təsərrüfatının  ümumi  prinsipləri  dəyişməz 
qalaraq onun nəzəri və praktiki aspektləri üçün təməl təşkil edir. IFOAM 
bu prinsipləri orqanik kənd təsərrüfatının 4 sütunu adlandırır: sağlamlıq, 
ekologiya,  ədalət  və  qayğı  (
http://www.ifoam.bio/sites/default/files/
poa_english_web.pdf
).
İstənilən  ölkədə  orqanik  kənd  təsərrüfatının  inkişafı  yerli  ənənələrə, 
əxlaqa və sosial-iqtisadi şəraitə əsaslanmalı, yerli ehtiyatları və müxtəlif 
yerli  ekosistemləri  nəzərən  qurulmalıdır.  Beləliklə,  hər  bir  ölkə  qlobal 
prinsiplər  və  normalar  çərçivəsində  orqanik  kənd  təsərrüfatının  milli 
sistemini yaratmalıdır.
SAĞLIAMLIQ PRİNSİPİ
EKOLOGİYA PRİNSİPİ
Orqanik  kənd  təsərrüfatı  torpaq,  bitki, 
heyvan, insan və planet sağlamlığının bütöv və 
bölünməz vəhdətini qoruyub-saxlamalıdır.
Orqanik  kənd  təsərrüfatı  canlı  ekoloji  sistem 
və sikllərə əsaslanmalı, onlarla işləməli, onları 
təqlid  etməli  və  qoruyub  saxlamağa  kömək 
etməlidir.
ƏDALƏT PRİNSİPİ
QAYĞI PRİNSİPİ 
Orqanik  kənd  təsərrüfatı  hamımız  şərik 
olduğumuz ətraf mühitə və həyat imkanlarına 
qarşı ədaləti təmin edən münasibətlər əsasında 
qurulmalıdır. 
Orqanik  kənd  təsərrüfatı  indiki  və  gələcək 
nəsillərin, eləcə də ətraf mühitin sağlamlıq və 
güzəranını  qoruyan  ehtiyatlı  və  məsuliyyətli 
tərzdə idarə olunmalıdır.


23
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
3.2. Dünyada orqanik məhsul istehsalı
Qlobal  kontekstdə  Azərbaycanın  mövqeyini  müəyyən  etmək  üçün 
orqanik kənd təsərrüfatı haqqında bəzi ümumi məlumatlar və rəqəmlər 
bu kitaba daxil edilir. Hal-hazırda dünyanın 179 ölkəsində orqanik kənd 
təsərrüfatı fəaliyyəti mövcuddur. 2015 ilin məlumatına görə, dünyanın 
85  ölkəsində  orqanik  (orqanik,  üzvi)  kənd  təsərrüfatı  haqqında  milli 
qanunvericilik qəbul edilib (Viller H. və Lernu J və s., 2017). Bu sahədə 
qlobal statistikanı FIBL (İsveçrə) və IFOAM (Almaniya) təşkilatları birgə 
toplayırlar. Ən son yenilənmiş statistik məlumatlar hər il fevral ayında 
Biofach (dünyanın ən iri orqanik məhsulların yarmarkası) zamanı xüsusi 
hesabatlar  ilə  yanaşı  dərc  edilir.  Çap  formatından  başqa,  məlumatlar 
həmçinin müvafiq xəritə, cədvəl və qrafikləri göstərən xüsusi interaktiv 
internet  saytında  əks  olunaraq  tədqiqatçılar,  qərarverənlər  və  digər 
maraqlı tərəflərin istifadəsinə verilir.
Statistika  orqanik  məhsul  həcminin  və  orqanik  qaydalarla  idarə  olunan 
ərazilərin ildən-ilə artımını göstərir: 1999 ildə bu, 11 milyon hektara bərabər 
idirsə, 2015 ildə artıq 50.9 milyon hektara çatmışdır. Tək 2014-2015 illər 
arası orqanik sertifikatı olan ərazilər 6.5 milyon ha artmışdı ki, bu artımın 
2/3-i  Avstraliyanın  payına  düşür.  Orqanik  kənd  təsərrüfatı  sahələrinin 
qitələr  üzrə  bölgüsünə  nəzər  yetirsək,  birinci  yeri  Okeaniya  tutur  (22.8 
milyon  ha);  onun  ardından  azalan  xətlə  Avropa  (12.7  milyon  ha),  Latın 
Orqanik k/t sah si (mil ha), o cüml d n keçid dövründ  olan sah l r, qit l r üzr
0
5
10
15
20
25
30
35
Avropa
Okeaniya
Șimali
Amerika
Latin
Amerikasi
Asiya
Afrika
K nd T s rrüfatı
Meş
Akvakultura
Yabanı növl r
Təsvir 2. 
Toplam orqanik sahələr, qitələr və fəaliyyət növləri üzrə, milyon ha
Mənbə: Viller H. və Lernu J və s., 2017


24
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Amerikası (6.7 milyon ha), Asiya (4.0 milyon ha), Şimali Amerika (3.0 milyon 
ha) və Afrika (1.7 milyon ha) gəlir. 2014-də ildə orqanik təsərrüfat altında 
olan  sahələrin  artımı  Afrikada  5.5%,  Asiyada  4.7%,  Avropada  2.0%, 
Okeaniyada 1.2% və (Şimali və Cənubi) Amerikada 1.0% təşkil etmişdir. 
2.8
33.1
10.0
4.0
Təsvir 3.
 Sertifikasiyalı orqanik k/t torpaqlarının bölgüsü, milyon ha, 2015
Mənbə: Willer and Lernoud, 2017
3.9
2.5
1.2
0.4
0.4 0.35
1.3
1.0
0.7
0.4
0.3
0.3
0.3
1.0
 
Təsvir 4.
 Sertifikasiyalı orqanik əkin və çoxillik bitki sahələrinin bölgüsü, 2015 
Mənbə: Willer and Lernoud, 2017


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə