Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

124 
 
Braziliya   Pederativ  Respublikası  Latın   Amerikasında ən böyük dövlətdir. 
Cənubi Amerika materikinin 1/2   hissəsini   tutur,   mərkəzi   və   şərq   hissəsində, 
Atlantik  okeanı  sahilində  yerləşir.    Ərazinin  böyüklüyünə        görə  Braziliya   
dünyada    5-ci   yerdədir    (RF, Kanada, ÇXR, ABŞ-dan sonra), əhalinin sayına 
görə də dünyada     5-ci    yerdədir     (Çin,     Hindistan,     ABŞ, İndoneziyadan   
sonra).   Sahil   sularında   və   Atlantik okeanında olan adalar (San-Paulu, Roxas, 
Fernandudi-Naroraya  və  b.)  Braziliyaya aiddir.   Quru  sərhədlərinin    uzunluğu   
16   min   km-ə   yaxındır.   Braziliya şimalda — Venesuela,  Surinam,  Qayana və 
Fransız Qvianası   ilə,   qərbdə   Kolumbiya,   Peru,   Boliviya   ilə, cənubda isə 
Argentina, Paraqvay və Uruqvay ilə həmsərhəddir.  7,4 min km məsafədə Atlantik 
okeanının  suları      onun      sahillərini      yuyur.      Ucuz      su      nəqliyyatı  vasitəsilə   
Braziliya  dünyanın  çox  ölkələri   ilə  əlaqə saxlaya bilir. Quru sərhədlərdən də 
yaxşı istifadə edir. Qonşu ölkələrin hamısı ilə əlaqəsi vardır. Çox əlverişli iqtisadi   
coğrafi   mövqeyə   malikdir.   Həmsərhəd   olan ölkələr zəngin yeraltı sərvətlərə 
malik olmaqla, elə bil ki, Braziliyanı üzük qaşı kimi əhatə etmişlər. 
Braziliyanın  təbii  şəraiti  olduqca  müxtəlifdir.  Onun  şimal  hissəsi 
platoyabənzər  sıldırım  tirələr  və  ayrı-ayrı  dağlardan  (ən  yüksək  nöqtəsi  Rarayma 
dağı, 2772 m) ibarət   Qviana   yaylasının   cənub   ətəkləridir.   Əsasən arxeozoy   
yaşlı   metamorfik   süxurlarından    ibarətdir (qneys, şist, mərmər, kvarsit və b). 
Yayla cənubda -  Amazon      ovalığına      keçir.      Rütubətli      həmişəmeşələrlə 
örtülmüş  Amazon  ovalığı  Amazon  çayı  hövzəsində  allüvial  çöküntülərdən 
ibarətdir.  Yer kürəsində ən   böyük   ovalıqdır.   Onun   sahəsi   5   mln   km
2
-dən 
artıqdır.   Braziliya  ərazisinin  47%-ni  Amazon   ovalığı tutur. 
Cənub-şərqdən,          cənubdan          və          cənub-qərbdən  Amazoniyaya  And 
dağları və Braziliya dağlıq yaylası qovuşur.   Yaylanın  orta hündürlüyü  400-800  
m-dir.  Braziliya  ərazisi  əsasən,  bünövrəsi  Kembridən  əvvəlki  metamorfik    
süxurlardan    ibarət    Cənubi     Amerika platformasındadır. 
Braziliya faydalı qazıntılarla çox zəngindir. Ölkədə neft ehtiyatı 300 mln. t., 
daş kömürün ehtiyatı 24 mln.tondur. 
Ölkə fılizlərlə çox zəngindir. Dəmir fılizinin ehtiyatı 80 mlrd. tondur. Manqan 
filizi ehtiyatı da zəngindir -310 mln. t. ehtiyatı vardır.    Molibden ehtiyatları  120 
min  t.-dur.  Latın  Amerikada  olan  (17  mlrd.  Ton)  boksit  ehtiyatlarının  35%-dən 
çoxu  (5  mlrd.  ton)  Braziliyada  cəmlənmişdir  (Trambetas,  Paraqominas  və  b. 
hövzələr). Mis ehtiyyatı Braziliyada 15 mln. t-dur.  Ölkədə sink-qurğuşun yataqları 
da  vardır.  Regionun  qalay  ehtiyatının  44%-i  Braziliyanın  payına  düşür.  Ölkədə 
qızıl ehtiyatı 800 ton hesablanmışdır (Morru-Velyu, Kanavieyras və b. yataqları). 
Niobium fılizinin ehtiyatına görə (12 mln. t. Araqil, Tapira, Katalan yataqları) və 
Berillium fılizinin ehtiyatına görə Braziliya dünyada 1-ci yeri tutur. 
Braziliyanın təbii potensialında yerüstü sərvətlərin böyük əhəmiyyəti vardır. 
Braziliya        ekvatorial,        subekvatorial,          tropik        və  subtropik      iqlim   
vilayətlərində    yerləşir.      Belə      iqlimin  tərəddüdü  ölkənin  şimaldan  cənuba 
meridian  istiqamətdə  -  4320  km  məsafədə  uzanmasının  hesabınadır.    Qərbi 
Amazoniyada  iqlim    ekvatorialdır,    daimi  isti  və  rütubətlidir.  İllik  yağıntı  3000 
mm-dir.  Amazonun  şərqində  və  Braziliya  yaylasının  mərkəzində  subekvatorial 


125 
 
iqlimdir, yayı rütubətli, (1400-2000 mm  - yağıntı düşür), qışı isə qurudur. Şimal-
Şərq hissə - ən quraq yerdir. Burada ən az yağıntı (500 mm) düşür. Lakin hərdən 
leysan yağışlar düşür və çaylarda daşqınlar olur. 
Orta  temperatur  yanvarda  23-29°C,  iyulda  16-24°C-dir.  Termik  rejim 
əkinçilik  üçün  geniş  imkanlar  açır.  Bitkilərin  inkişaf  fazasında  müsbət  10°C-dən 
yuxarı  8000-9000°C-yə  qədər  fəal  temperatur  cəmi  toplaşır  ki,  bu  da  kənd 
təsərrüfatı bitkilərinin bütün il boyu vegetasiyasına səbəb olur. 
Braziliyanın    şimalından    dünyada   ən    sıx    çay sistemi   olan   Amazon   
çayı   və   onun   qolları   axır. Hövzənin    sahəsinə    və    suyunun    çoxluğuna    
görə dünyada   1-ci,   uzunluğuna   görə   2-ci   (Nil   çayından sonra) yeri tutur. 
Uzunluğu  (Maranyon  çayı  ilə  birlikdə)  6,4  min  km,  hövzəsinin  sahəsi  7180  min 
km
2
,    Peruda  And  dağlarından    (Plaura  d.4840    m)    başlanır  və  bu  hissədə 
Maranyon, Ukayali çayı ilə birləşdikdən sonra Amazonka    adlanır.     Rütubətli    
ekvatorial        meşələrlə  örtülü  və  çox  yeri  bataqlıq  olan  geniş  ovalıqdan  axıb, 
Atlantik        okeanına        tökülür.          Şimaldakı        qollarında  apreldən      oktyabra   
qədər,   cənubdakı   qollarında   isə oktyabrdan marta qədər daşqın olur. 
Amazon çayı Braziliyada 3615 km məsafədə axır. Onun 3100 km-i gəmiçiliyə 
yararlıdır. Okean gəmiləri Manaus (mənsəbdən 1690 km), dəniz gəmiləri isə 3100 
km məsafəni üzüb keçə bilirlər. Amazon çayının qolları  və ölkənin başqa çayları 
da gəmiçiliyə yararlıdırlar.  
Su  axımlarının  tərəddüdünə    baxmayaraq      Brazilayanın      nəhəng    çay  
şəbəkəsi      astanalar      və      şəlalələrlə  zəngindir  və  böyük  hidroenerji  potensiala 
malikdir. Su resurslarına   görə   Braziliya   dünyada   qabaqcıl yer tutur, lakin hələ 
onlardan zəif istifadə olunur. 
Amazon      çayında      2000-ə    qədər      balıq      növü  (Yer  kürəsindəki  şirin  su 
balıqlarının 1/3-i), şirin su delfini, lamantin,    su   donuzu,    timsah,   anakonda   
(9-10m uzunluğunda ən böyük ilan), piranya və b. vardır. 
Ölkədə    olan    çayların    hidroenerji    ehtiyatları  225  mln        kVt   
qiymətləndirilir.    Hidroqurğuların    tikintisi üçün  ən  intensiv Parana  hövzəsinin  
çayları  istifadə olunur.   
Braziliyanın  çox  hissəsinin    torpaqları  qırmızımtıl-laterit    və    qara,      şimal-
şərqdə  qəhvəyi-qara,   cənubda qırmızı  və qırmızımtıl qaradır. Tərkibində çoxlu 
dəmir  birləşmələri  vardır.  Torpaqlar  yaxşı  məhsul  verir,  lakin  tez  zəifləyir, 
münbitlikdən düşür, həm də külək və su eroziyasına məruz qalırlar. 
Bitki  örtüyü  çox  zəngindir.  Ölkə  ərazisinin  yarıdan  çoxu      meşə      ilə   
örtülüdür.    Xüsusilə   qiymətli   ağac növlərinin   ehtiyatına  görə  dünyada   1-ci  
yeri   tutur. Buranın florası o dərəcədə zəngindir ki, bitkilərin   40 min   növündən   
12      min      növü      endemik      bitkiləridir.  Braziliyanın  cənub  hissəsi  subtropik 
çöllərlə örtülüdür  və   burada   qarayabənzər  münbit   torpaqlar  vardır  - laplata 
pampasının şimal qurtaracağıdır. 
Meşələrdən kauçuk, karnaub mumu, Braziliya noxudu  və s.  yığılır,  oduncaq 
tədarük edilir. 
Heyvanat aləmi müxtəlifdir. Bunların içərisində endemik növlər (məməlilərin 
80%-i,  quşların  79%-i,  amfiibilərin      44%-i)      çoxdur.      Enliburun      meymunlar, 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə