Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə67/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

134 
 
şəhərlərindəndir. Onun əhalisi 20 mln nəfərdir (San Paulu aqlomerasiyası). Şəhər 
maşınqayırma,  kimya  metallurgiya,  toxuculuq,  sellüloz-kağız,  sement,  kimya, 
əczaçılıq, yeyinti sənayesi vardır. 
Şəhərin  əsasını  1554-cü  ildə  yəhudilər  qoymuşlar.  XI-XVIII  əsrlərdə  qəhvə 
plantasiyalarının  mərkəzi  idi.  1822-ci  ildə  San  Pauluda  Braziliyanın  müstəqilliyi 
elan  olunmuşdur.  XIX  əsrin  əvvəllərində  San-Pauluda  Braziliyada  ilk  kapitalist 
manufakturaları meydana gəldi və şəhərin əhalisi sürətlə artmağa başladı. XX əsrin 
əvvəllərindən  iri  sənaye  və  fəhlə  hərəkatı  mərkəzinə  çevrilmişdir.  Şəhərin 
mərkəzində  hündür  binalar,  göydələnlər,  mehmanxanalar  ticarət  mərkəzləri, 
hündür yaşayış evləri və mülklər yerləşir. 
İkinci  böyük  aqlomerasiya,  Rio-de-Janeyro  ştatının  mərkəzi  sayılan  Rio-de-
Janeyro aqlomerasiyasıdır. Portuqal dilində yanvar çayı deməkdir. Ölkənin mühüm 
ticarət-maliyyə, sənaye  və mədəniyyət  mərkəzidir.  Atlantik   okeanı    Quanabara 
buxtası sahilində port (Cənubi Amerikada ən böyük portlardan biri) və hərbi dəniz 
bazası. Dəmiryol və avtomobil yolları qovşağıdır. 
1502-ci     ilin     yanvarında     portuqaliyalı     dəniz səyyahları  Quanabara 
buxtasının  girəcəyini    böyük    bir  çayın  mənsəbi  hesab  edərək  bu  yeri  Rio-de-
Janeyro  adlandırdılar.      1567-ci      ildən      portuqaliyalılar      burada  qəti   
möhkəmləndilər.      1889-1960-ci      illərdə      Braziliya  Birləşmiş  Ştatları 
respublikasının paytaxtı olmuşdu. 
Şəhərdə  gəmiqayırma,  metallurgiya,  maşmqayırma,  kimya,  yüngül,  yeyinti, 
əsasən unüyütmə, dəri-ayaqqabı, ağacemalı fabrikləri var. Turizm inkişaf etmişdir. 
Şəhərdə metropoliten işləyir. Beynəlxalq aeroportu vardır. 
Rio-de-Janeyroda  6  universitet,  Braziliya  Ədəbiyyat    Akademiyası,      Atom  
enerjisi    üzrə      milli      komitə,  rəsədxana,  elmi-tədqiqat  institutları,  Milli  tarix 
muzeyi, müasir    incəsənət    muzeyi    və    s.    teatrlar fəaliyyət göstərir. 
Cənub      iqtisadi      rayon-aqrar      rayonudur.      Buraya  avropalıların  xüsusilə 
italyanların, 
almanların, 
slavyanların 
immiqrasiyası  olmuşdur.  Rayonun 
iqtisadiyyatında  kənd  təsərrüfatı  üstündür  (çəltik,  buğda,  soya  becərilir, 
tərəvəzçilik,  üzümçülük  şərab  istehsalı  və  s.).  Heyvandarlıqda,  xüsusilə 
donuzçuluq  inkişaf  edir.  Soyanın,  ətin,  dərinin  və  gönün,  yunun  və  şərabın  çox 
hissəsi ixrac olunur. Emaledici sənaye kənd təsərrüfatı məhsullarının emalı ilə sıx 
bağlıdır. 
imal-Şərq  -  köhnə  plantasiya  təsərrüfatı  rayonudur,  burada  kapitalizmdən 
qabaqkı istismar formaları mövcuddur.   Rayon əhailisinin 70%-dən çoxu Afrika 
qullarının    törəmələridir.    Burada  böyük  latifundiyalarla  yanaşı  kiçik  torpaq 
sahibləri  müvcuddur.  Ucuz  fəhlə  qüvvəsinin  əsas  axımı  buradan  ölkənin  başqa 
rayonlarına      yönəldilir.      Rütubətli      sahil      ovalıqlarda      şəkər  qamışı  becərilir 
(milli yığımın 2/5-si). Bauya ştatının cənubunda  - kakao-paxlası (ölkədə istehsalın 
85%-i). Braziliya  yaylasının   nisbətən  quraq  yamaclarında    - pambıq becərilir. 
Sənayenin əsas_sahələri dağ-mədən, toxuculuq, yeyinti sahələridir; XX əsrin 70-ci 
illərində  rayon  üçün  yeni  sənaye  müəssisələri  tikilib  istifadəyə  verilmişdir  (neft 
emalı,    metallurgiya,    kimya,    maşınqayırma   sənaye sahələr). Əsas mərkəzləri 
- Salvador, Reseri, Fartalzea, San-Luis şəhərləridir. 


135 
 
Salvador  -  Banya  ştatının  inzibati  mərkəzidir.  Atantik  okeanı  sahilində 
portdur. Dəmir yol stansiyası, beynəlxalq aeroportu vardır. Şimal-Şərq rayonunun 
mühürn  iqtisadi  mərkəzidir.  Kimya,  neft-kimya,  metallurgiya,  sement,  tütün, 
yeyinti, pambıq parça sənayesi və s. vardır. 
Mərkəzi-Qərb  -  müasir  fəal  mənimsəmə  rayonudur.  O,        yeni        paytaxtın    
tikilməsi    Braziliya    şəhəri   ilə stimullaşmışdır.     Həmçinin     Parana     çayının     
sağ  sahilindən,  San-Paulu  ştatından  qəhvə  plantasiyalarının  çayın  sol  sahilinə 
keçməsidir. Iqtisadiyyatın əsası ekstensiv  ətlik  heyvandarlıqdır.   Emal   sənayesi   
hələ  azdır.  Vacib  mərkəzlər  –  Braziliyanın  paytaxtı  -  Braziliya  şəhəridir  və  ona 
xidmət edən Qoyaniya şəhəridir. 
Braziliya  şəhəri  dəmir      yol      stansiyası,      avtomobil      yolları      qovşağıdır, 
beynəlxalq əhəmiyyətli aeroportu vardır. 
Braziliya  şəhəri  ətraf  ərazisi  ilə  birlikdə  müstəqil  federal  mahaldır.  Mahalın 
idarə edilməsi, vergi və maliyyə sistemi, mühüm vəzifələrə şəxslərin təyin edilmə 
qaydası konstitusiyaya görə Braziliya senatmın səlahiyyətinə aiddir. Prefektura bir 
neçə  katiblikdən  (departamentdən)  ibarətdir.  Bundan  başqa,  əhalinin  seçdiyi 
kollegial orqan - Bələdiyyə Şurası da var. 
Paytaxtın  inşasına  1957-ci  ildən  başlanmışdır.  Paytaxt  Braziliyaya  rəsmən 
1960-cı il aprelin 21-də köçürülmüşdür. 
Braziliya  şəhərinin  görünüşü  təyyarə  formasını  xatırladır;  “Füzelyaj” 
hissəsində  inzibati  və  ictimai  binalar,  “qanadlarında”  isə  yaşayış  məhəllələri 
yerləşir. Şəhərdə heç bir sənaye sahələri yoxdur. 
Şimal  (Amazoniya)  -  ərazisinə  görə  ən  böyükdür  və  az  mənimsənilmiş 
rayondur.  Rayonda  balıqçılıq  və  ovçuluq  inkişaf  edir.    Rayon  böyük  meşə, 
hidroenerji mineral    resurslarla   zəngindir.    Amazoniyanın    əsas mərkəzləri  - 
Belen, Manaus, Partu, Velyo şəhərləridir. 
Manaus  şəhəri  Amazon    ştatının  inzibati  mərkəzidir.  Rnu-Neqru  çayı 
sahilində  dəniz  gəmiləri  yan  ala  bilən  portdur.  aeroportu  vardır.  Mühüm  ticarət 
mərkəzdir. Ağac  emalı, sellüloz-kağız sənayesi, kauçuk emalı, rezin məmulatları, 
cut  fabriki,  neftemalı  zavodu,  kimya,  maşınqayırma,  yüngül  və  yeyinti  sənaye 
müəssisələri fəaliyyət göstərir. Botanika bağı, Amazon ovalığının tədqiqi institutu 
vardır.    
Braziliya   yaylasının şimal   qurtaracağı   -   hündür'olmayan      bir      neçə      
silsilələrdən            (300-400            m  hündürlüyündə)    dəniz    sahilində    yerləşərək  
rütubətli tropik meşələrlə örtülüdür. Bura Araqulyi-Tokantins və Şinqu çaylararası 
rayondur.   1967-ci ildə vertalyotun məcburi oturması nəticəsində təsadüfən zəngin 
dəmir-fılizi  -  hematit  yatağı  aşkar  edilmişdir.  Bir  neçə  il  daimi  tədqiqat  işləri 
nəticəsində  bu  rayonda  metal  filizlərinin  fantastik,  nəhəng  kompleks  yataqları 
aşkar  edilmişdir.  1985-ci      ildə      San-Lune      portuna      qədər      dəmir      yolu 
çəkilmişdir  (890  km)  və bu terminaldan dəmir fılizi ixrac etməyə başlanmışdır 
(kəşf olunmuş ehtiyatı 18 mlrd   ton   qiymətləndirilir,   filizin   tərkibində   dəmir  
66%-dən    87    qədərdir).    San-Luks    rayonunda  Yapon,  Amerikan      və      Alman   
kapitalının   iştirakı   ilə   qara metallurgiya kompleksi yaranır. 
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə