144
damarıdır. Yatağının mütəmadi olaraq dərinləşməsi nəticəsində gəmilər
Konsension limanına, dəniz gəmiləri isə Asunsiyonadək gələ bilir.
Paraqvayın mineral resursları hələ o qədər də yaxşı öyrənilməmiş, faydalı
qazıntı işləri fəal surətdə həyata keçirilməmişdir. Dəmir filizi, manqan, mis,
həmçinin kükürd, qranit, bazalt, çöl şpatı, əhəng və digər tikinti materiallarının
müəyyən qədər ehtiyatı vardır. Çakoda neft ehtiyatları aşkar edilmişdir. Ölkənin
əsas təbii ehtiyatı onun meşə resurslarıdır ki, ərazinin 56%-ni örtür. Parana Platosu
daha sıx meşəliyə malikdir, qərbə doğru irəlilədikcə onun seyrəlməsi müşahidə
edilir. Rütubətli şərqdə qırmızı-ferralit torpaqlarda həmişəyaşıl meşə və kolluqlar,
mərkəzdə bataqlıqlaşmış meşələr, hündürboylu otları olan savannalar və
bataqlıqlar növbələşir. Qərb hissədə tropik meşələr, qonur-qırmızı torpaqlar
qiymətli kebraço, alqarrobo, çanyar və digər qiymətli ağaclarla zəngindir.
Parana Platosundan qərbə doğru palma meşəliyi yayılmışdır. Palma ağacının
bir növü olan karnauba (mum, şam palması) geniş şöhrət qazanmışdır. Bu ağacın
hündürlüyü 10-12 m, yarpağının diametri 2 m-ə çatır. Mum qatı cavan yarpaqları
rütubət itirməkdən qoruyur. Cır portağal meşələri Paraqvayın sol qolları boyu,
həmçinin də Asunsiyon-Enkaraasyon dəmiryol xətti boyu uzanır. Onların
yarpağından alınan efir yağı ixrac olunur. Portağalın mədəni növlərinin
meyvəsi dadına görə yüksək qiymətləndirilir. Çakonun quraqlığa davamlı
meşələrində kebraço ağacı xüsusilə fərqlənir. Onun oduncağında 30%-dək tanin
vardır ki, ondan gön-dəri sənayesində işlədilən aşılayıcı istehsal edilir. Kebraço
meşə massivlərinin yaradılması və ondan istifadə təsərrüfat əhəmiyyəti kəsb edir.
Bu ağacın oduncağı bərk, ağır və gec bərpa olunandır, uzunömürlüdür. Buna
görə də kebraço meşələrinin səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.
Əhalisi, əmak ehtiyatları və məskunlaşma formaları
Müasir Paraqvayın əhalisi özünün yekcinsliyi ilə seçilir, hər 10 nəfərdən
9-u metisdir. Onların damarlarında ispan və hindu qanı axır. Çakoda, Şərqi
Paraqvayın qapalı ərazilərində təmiz qanlı hindular ölkə əhalisinin cəmi 4%-
ni təşkil edir. Zəncilər və mulatlar sayca az olduqlarından əhalinin
qarışmasında və formalaşmasında mühüm rol oynaya bilməmişlər.
Paraqvaylılar Latın Amerikasında yeganə ikidilli xalqdır. Rəsmi dövlət dili
ispan dilidir, bu dildə kitablar, qəzet və jurnallar çap edilir, əhalinin beşindən dördü
isə hindu quarani dilində danışır.
1930-cu ildə paraqvayın əhalisi 850 min nəfər, 1963-cü ildə 1,9 mln. nəfər,
2000-ci ildə 5,3mln.nəfər, 2005-ci ildə isə 6,3 mln. nəfər, əhalinin illik artımı 2,3-
2,5 % olmuşdur. Əhalinin cins tərkibində qadınların xüsusi çəkisi daha böyükdür,
bu ilk növbədə ölkənin tarixində baş vermiş müharibələr, kişilərin qonşu ölkələrə
emiqrasiyası ilə əlaqədardır.
Ölkədə aparılan tədqiqatlar göstərir ki, kənd yaşayış məntəqələrində
hər üç təsərrüfatdan birində kişi yoxdur. Son dövrlərdə əhalinin sayı ancaq təbii
artımın hesabınadır. Avropalıların bura gəlişi o qədər də kütləvi olmamışdır. 1870-
ci ildən yarım əsr ərzində köçüb gələnlərin sayı 12-15 min nəfərdən artıq
145
olmamışdır və əsasən italyan, fransız, ispan və ingilislərdən ibarət olmuşdur.
Onların da bir çoxu iri torpaq sahibkarları, sənayeçilər, maliyyəçilər və
biznesmenlər olmuş, ölkənin iqtisadi, siyasi və ictimai həyatında mühüm rol
oynamışlar.
2005-ci ildə iqtisadi fəal əhalinin 43%-i kənd təsərrüfatında, 16%-i
sənayedə, 11%-i rabitə və nəqliyyatda, 30%-i ticarət və digər sahələrdə
cəmləşmişdir. Ölkə əhalisinin 2/3 hissəsi kənd yaşayış məntəqələrində
yaşayır. Latifundizm və yarımnatural kiçik hissələrə bölünmüş xırda
təsərrüfatlar kənddə əsas torpaq mülkiyyətidir. 2,5 min latifunçunun əlində
ölkənin torpaq sahəsinin 3/4-ü cəmləşmişdir. 25 iri torpaq sahibkarı ailəsinə
ümumi torpaq fondunun təxminən yarısı mənsubdur. Ölkənin qərb
əraziləri üçün heyvandarlıq latifundiyaları ixtisaslaşmış sahələrə çevrilmişdir və iri
estansiya (heyvandarlıq təsərrüfatı) 30-40 min baş mal-qaraya sahibdir. Şərqdə iri
heyvandarlıq təsərrüfatları ilə yanaşı kiçik kəndli təsərrüfatları da vardır.
Lakin kəndli təsərrüfatlarının 2/3 hissəsi iri olmayan əraziləri ya icarə, ya
da hüququ əsası olmayan zəbt formasında (okupantes) becərmə
məcburiyyətində qalmışlar. Muzdlu fəhlələr kənd təsərrüfatından savayı meşə
təsərrüfatlarında da çoxdur. Onlar yarba-mate yarpaqlarının yığılıb, emal
olunmasında, ağac tədarükündə, kebraço şirəsi hazırlanmasında iştirak
edirlər.
Paraqvay Latın Amerikasında balaca ölkə olsa da onun ərazisində Belçika və
ya Hollandiya kimi onlarla ölkəni yerləşdirmək olar. Əhalinin orta sıxlığı hər
kvadrat kilometrdə 4-5 nəfərdir. Bu göstərici Boliviyadan sonra regionda ən
aşağıdır. Ərazidə əhali qeyri-bərabər məskunlaşmışdır. Ölkə ərazisinin 60%-
ni əhatə edən Çakoda ümumi əhalinin cəmi 5%-i cəmləşmişdir. Meşə ilə
örtülü yüksək sahələr də zəif məskunlaşmışdır. Paraqvay çayının sol sahilində hər
1m
2
-ə 30 nəfər düşür. Əhalinin nisbətən sıx məskunlaşdığı hissəsi Asunsiyonla
Enkaraason şəhəri arası təpəli düzənlikdir. Şəhər əhalisinin xüsusi çəkisinə
görə, Paraqvay Latın Amerikasında axırıncı yeri tutur. Ölkədə iri şəhərlər yoxdur
və əksəriyyətində əhali 30-40 min nəfərdir. Latın Amerikasının əksər ölkələrində
olduğu kimi burada da şəhərlər ispan planauyğunluğundadır.
Ümumi şəhər əhalisinin yarıdan çoxu Asunsiyonda yaşayır. Əsası 15
avqust 1537-ci ildə qoyulmuş Asunsiyonun əhalisi 1960-cı ildə 295 min, hal-
hazırda isə 900 min nəfərdən çoxdur. XVII əsrin əvvəlinədək Asunson La-Plata
hövzəsində ispan müstəmləkəçilərinin mərkəzi olmuşdur. Hal-hazırda
ölkənin ən mühüm sənaye, ticarət, mədəniyyət mərkəzi, vacib nəqliyyat
qovşağıdır. Liman və dəmiryolu ilə ixrac-idxal əməliyyatları həyata keçirilir.
Asunsiyondan sonra ikinci iri şəhər Enkarnasondur. Parana çayı üzərində ən
iri limandır. Çayın digər sahilində yerləşən Argentina şəhəri Pasa-dosla dəmir-
yol paromu ilə əlaqəsi mövcuddur ki, Asunson-Buenosayres dəmiryol xətti
buradan keçir. Asunsondan şimalda, təxminən 200 km-lik məsafədə
ölkənin üçüncü iri şəhəri olan Konsensyon limanı yerləşir. Bu iri maldarlıq
rayonunun mərkəzidir. Braziliya ilə ticarət buradan həyata keçirilir.
Dostları ilə paylaş: |