358
R.Mirzəyev bu vəzifəyə Bakı Ģəhərinin qradonaçalniki vəzifə-
sinə irəli çəkilmiĢ Q. Qudiyevin yerinə təyin edilmiĢdi. O, Birja kü-
çəsi (indiki Üzeyir Hacıbəyov)-21 nömrəli ünvanda otururdu.
R.Mirzəyevin polkovnik rütbəsi vardı... Bakıda ictimai asayiĢin qo-
runmasında və cinayətkarlıqla mübarizədə R. Mirzəyevin (tarixi
ədəbiyyatda Mirzəzadə kimi də yazılır) xeyli zəhməti vardı... O
zaman polis orqanları müstəqil dövlətimizin mövcudluğu üçün
önəmli əhəmiyyət kəsb edən neft mədənlərinin mühafizəsində və
orada oğurluq, təxribat, ziyançılıq törətmək cəhdlərinə qarĢı qətiy-
yətlə mübarizə aparırdı. Bu iĢdə DĠN-in müvafiq əmri ilə demokra-
tik prinsiplərə, o cümlədən neft mədənlərində çalıĢan fəhlələr ara-
sında təbliğat, izah və profilaktikayada üstünlük verilirdi. 1920-ci il
yanvarın 14-də Bakı polismeysteri Rüstəm bəy Mirzəyev neft mə-
dən-zavod fəhlələrini xüsusi müĢavirəyə dəvət etmiĢdi. O, bunun
Bakı Polismeysterliyi İdarəsinin fasadı – Birja küçəsi
(indiki Ü.Hacıbəyov küç., Azərbaycan Dövlət Pedaqoji
Universiteti ilə üzbəüz bina).
359
səbəbini açıqlayaraq demiĢdi:
”Mən bu gün sizləri ona görə toplamıĢam ki, sizinlə birlikdə
(müĢavirəyə 65 nəfər fəhlə gəlmiĢdi) fikir mübadiləsi edim. Çünki
indiki vaxtda sənaye rayonlarında oğurluqlar baĢ verir. Mən sizdən
xahiĢ edirəm ki, bu bəla ilə mübarizə iĢində bizə kömək edəsiniz.
Sizin üzünüzə mənim qapım həmiĢə açıqdır”.
Bakı MöhkəmləndirilmiĢ Hərbi Rayonun general-quberna-
toru, general-mayor Murad Gəray bəy Tlexasın 7 aprel 1920-ci il
tarixli 6966 nömrəli əmri ilə R. Mirzəyev Bakı polismeysteri vəzi-
fəsindən azad edilərək Balaxanı-Sabunçu polismeysteri təyin edil-
miĢdi...Daxili iĢlər naziri M.Vəkilovun 10 aprel tarixli əmri ilə onun
yerinə Mustafa bəy Qabulov təyin olunmuĢdu...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm
bəy Mirzəyev bir qrup keçmiĢ Azərbaycan Cümhuriyyəti DĠN-in
məmuru sırasında “Müsavat hökumətinə” xidmət etdiyi üçün həbs
olunub, bolĢevik Əli Bayramovun “iĢi” üzrə mühakimə olunaraq
Azərbaycan SSR Ali Ġnqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın
29-da gecə saat 2-də güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə özünün
“Azərbaycan Cümhuriyyəti” kitabında Bakı Ģəhərinin polismeysteri
Rüstəm bəy Mirzəyevi “Ġstiqlal ġəhidi” adlandırmıĢdır...
MUSTAFA bəy QABULOV
Mustafa bəy Qabul oğlu Qabulov (tarixi ədəbiyyatda Kabu-
lov da yazılır) Qaxda məĢhur Qabulovlar ailəsində anadan olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə CavanĢir
qəzasının rəisi təyin edilmiĢ və bu vəzifədə 1920-ci ilin yanvarına-
dək fəaliyyət göstərmiĢdi. Daxili iĢlər naziri M.Vəkilovun 24 yan-
var 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov tut-
duğu vəzifəsindən azad olunaraq xidmətdə irəli çəkilmiĢ və Bala-
xanı-Sabunçu polismeysteri təyin olunmuĢdu. O, 1-ci dərəcə üzrə
ayda 3.600 manat məvaciblə bu vəzifədə 1920-ci il aprelin 10-dək
iĢləmiĢdi. Sonuncu tarixdən isə daxili iĢlər naziri M.Vəkilovun əmri
ilə daha məsul vəzifəyə - Bakı Ģəhərinin polismeysteri vəzifəsinə
360
təyin edilmiĢ, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyətrinin
süqutunadək (27 aprel 1920-ci il) xidmət göstərmiĢdi...
Mustafa bəy sonralar bu haqda belə bəhs etmiĢdi: ”1920-ci il
aprelin 10-da Bakı Dəmir Yolunun Tiflis vağzalında Ģəxsi vaqonun-
da onu qəbul edən Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri
Mustafa bəy Vəkilov mənim yeni vəzifəyə - Bakı Ģəhərinin polis-
meysteri vəzifəsinə təyin olunduğumu bildirərək, tapĢırdı ki, özbaĢı-
nalığına görə polismeyster Rüstəm bəy Mirzəyevi həbs edim. O və
yaxın adamları bolĢevik Əli Bayramovun oğurlanıb vəhĢicəsinə
qətlə yetirilməsində müqəssir bilinirdilər. Mən R. Mirzəyevi və
daha 3 nəfər qorodovoyu həbs edib, silahlı konvoyun müĢayiəti ilə
Bayıl Dustaxxanasına saldırdım. R. Mirzəyevin yaxın qohumu, 4-cü
sahə polisinin pristavı Nurəddin Seyidovun (o, polismeyster Rüstəm
bəy Mirzəyevin baçısı oğluydu) və onun müavini Süleyman bəy
Sübhanverdixanovun yerlərini dəyiĢib Balaxanıya göndərdim...”.
Bakı Ģəhərinin polismeysteri Mustafa bəy Qabulovun da
aqibəti Azərbaycan Xalq Cümhuriyyəti dönəmində xidmət göstər-
miĢ bir sıra dövlət məmurları kimi faciə ilə qurtarmıĢ və o, otuzuncu
illər repressiyasının qurbanlarından biri olmuĢdur. Belə ki, Azər-
baycanda sovet hakimiyyəti dövründə keçmiĢinə görə repressiyaya
məruz qalıb həbs olunan Mustafa bəy Qabulov da 1937-ci ildə
güllələnmiĢdir...