Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə107/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   103   104   105   106   107   108   109   110   ...   156

 

324 


rədə aktı imzaladı. Xudadat bəy aprelin 30-da Nuxa, AğdaĢ, Zəyəm, 

Gəncə qəza  rəislərinə teleqram yollayaraq hakimiyyəti bolĢeviklərə 

təhvil  verdiyini  bildirmiĢdi.Sonra  da  öz  müavini,polkovnik  

Hüseynqulu  xan  Xoyski  ilə  lazımi  sənədləri  imzalayaraq,  Gəncə 

Ġnqilab  Komitəsinin  30  aprel  1920-ci  il  tarixli  67  və  68  nömrəli 

əmrlərinə uyğun qubernatorluğu 1920-ci il may ayının 1-də Gəncə 

Ġnqilab  Komitəsinin  sədri  Ġbrahim  Əliyevə  (1890,  Petrovsk  (indiki 

Mahaç-Qala)-1938.  Otuzuncu  illər  qurbanlarından  biridir.  1938-ci 

ildə güllələnmiĢdir) və onun köməkçisi  (müavini)  Fərhad  Əliyevə  

təhvil  vermiĢdi. 

Aktı  imzaladıqdan  birqədər  sonra  Azərbaycan  Ġnqilab  Ko-

mitəsi adından X.Rəfibəyliyə zəng edilmiĢdi: ”Fəaliyyətinizə xitam 

verin! Siyasi dustaqları azad edin! Qubin”. 

Xudadat  bəy  vəzifəsini  tərk  etməzdən  əvvəl,  66  nömrəli  son 

əmrini  vermiĢ və onu  bəyan etmiĢdi. Əmrdə  deyilirdi:” 

“Azərbaycan   Respublikası  Xalq  Komissarları Soveti müavi-

ninin  və  Azərbaycan  Cümhuriyyəti  Parlamenti  sədrinin  təklifi  ilə 

mən  bu  gün  Gəncə  quberniyasının  idarəçiliyini  Gəncə  Ġnqilab  Ko-

mitəsinin  sədrinə  təhvi  verdim.Bir  ilə  yaxın  müddətdə  Gəncə 

qubernatoru  vəzifəsini  yerinə  yetirərək  mən  əmin  oldum  ki,  istər 

Gəncə  Quberniyasının  Ġdarə  Heyəti  və  qubernator  Dəftərxanasının 

qulluqçuları, istərsə də, mənə tabe olan polis məntəqələrinin iĢçiləri 

onlara tapĢırılan vəzifələri vicdanla yerinə yetirir,quberniyada əmin-

amanlığın, sülhün, sakitliyin bərqərar olması  yolunda mənə kömək 

etmək  üçün  bütün  qüvvələrini  səfərbər  etmiĢlər.Buna  görə  də 

qubernator  vəzifəsini  tərk  edərkən  mən  sadalanan  müəssisələrin 

qulluqçularına  çəkdikləri  zəhmətlərə,  sədaqətli  xidmətlərinə  görə 

səmimi  təĢəkkür  etməyi  özümə  mənəvi  borc  sayıram.  Əminəm  ki, 

onlar  bundan  sonrada  Azərbaycan  Respublikasının  çiçəklənməsi 

naminə  öz  vəzifələrini  vicdanla  və  səylə  yerinə  yetirəcəklər. 

Qubernator  Rəfibəyov”. 

Beləliklə,  X.  Rəfibəyli    hakimiyyəti    sivil  qaydada  kommu-

nistlərə təhvil vermiĢdi.  1920-ci il may ayının 1-də sovet qoĢunları  

Gəncəyə  daxil oldu və yeni hakimiyyət quruldu. Lakin bu hakimiy-

yət çox keçmədən xalqın ciddi müqavimətinə rast gəldi... 



 

325 


...Kommunistlər  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti 

və  Hökumətinin  görkəmli  xadimlərinə  toxunmayacaqları  haqqında 

verdikləri  vədlərə...xilaf  çıxmıĢdılar,  onlara  qarĢı  haqsız,  qanunsuz 

həbslərə  və  təqiblərə  yol  verdilər,  bir  çoxlarını  günahsız  yerə  sa-

dəcə,  amma  amansızcasına  güllələdilər...Onların  içərisində  Azər-

baycanın  milli  istiqlaliyyəti, müstəqilliyi uğrunda baĢları çox mü-

sibətlər  çəkmiĢ  Rəfibəylilər  nəsli  də  vardı.  Görkəmli  ədəbiyyat-

Ģünas,  yazıçı,  millət  vəkili,  professor  Rafael  Hüseynov  yazırki, 

Gəncə üsyanından (24 may - 4 iyun 1920) sonra Rəfibəylilər 1920-

1960-cı illərdə düz 9 dəfə kütləvi sürgünlərə məruz  qalmıĢlar... 

Azərbaycanda sovet dönəmində X. Rəfibəyli haqqında qəsdən 

“xalq  düĢməni”  damğsı  altında  fikir  formalaĢdırılmıĢdı.  Bir  çox 

baĢqa  milli  istiqlal  fədailərimiz  kimi  həmin  dönəmdə  X.  Rəfibəy-

linin  ailəsi,  uĢaqları  və  qohum-əqrabaları  Rəfibəyli  və  Rəfibəyov 

soyadının  təqiblərindən  canlarını  qurtarmaq,  nisbətən  gözdən  iraq 

olmaq üçün yeni soy adları götürmüĢdülər özlərinə. Həmin müddət 

ərzində  Xudadat  bəyin  nəslinin  mənsubları  :  qohum-qardaĢ  Türki-

yədən  tutmuĢ  uzaq  Amerika  və  Yaponiyayadək  dərbədər  olmuĢ-

dular.Bununla  əlaqədar  Rəfibəylilər  nəslinin  müasir  nüma-

yəndələrindən  biri,  uzun  illər  respublikanın  prokurorluq  və  ədliyyə 

orqanlarında,  məsul  vəzifələrdə,  o  cümlədən  Ədliyyə  Nazirliyinin 

müavini vəzifələrində çalıĢmıĢ, ermənilərin torpaqlarımıza təcavüzə 

baĢlandığı  andan  ön  sırada  Qarabağa  yola  düĢən  əməkdar  hüquq-

Ģünas,  ədliyyə  general-mayoru  Akif  BəĢir  oğlu  Rəfiyevlə  (Akif 

müəllim  hazırda  istefadadır  və  Azərbaycan  Respublikası  yanında 

Dövlət  Ġdarəçiliyi  Akademiyasında  çalıĢır)  və  hörmətli  yazıçımız, 

Azərbycan Yazıçılar Birlyinin sədri Anarla (Xudadat bəy onun ana 

babasıdır) söhbətləĢmək aydın təsəvvür üçün kifayət edər. 

...Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqda  iĢğalçı  11-ci 

ordu  bir  neçə  gündən  sonra  Gəncəyə  daxil  olmuĢdu.  QoĢunun  ən 

böyük  hissəsi  Ģəhərin  ermənilərin  sıx  yaĢayan  məhəllələrində  yer-

ləĢdirilmiĢdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə gizli fəaliy-

yət  göstərən  erməni  təĢkilatının  üzvləri  üzə  çıxmıĢdılar.Onlar 

“qızıl”ordu  komandanlığıyla “dil” tapıb Xudadat  bəyi  həbs etməyi  

tələb  etmiĢ və bu  iĢdə köməklərini əsirgəməmiĢdilər... 



 

326 


Bunun  nəticəsində  1920-ci  il  may  ayının  10-da  həbs  olunan 

Xudadat bəyi 3 nəfər 11-ci ordu əsgəri əllərində silah açınacaqlı gör-

kəmdə  qabaqlarına  qatıb  dəmiryol  stansiyasına-vağzala,  oradanda 

xüsusi  qatarla  Bakıya  aparmıĢdılar...  Xudadat  bəyin  harasa  gedib 

gizlənmək, o cümlədən Türkiyəyə keçmək imkanı da olmuĢdu. Lakin 

ləyaqətli  və  məğrur  Ģəxsiyyət,  böyük  insan  olan  Xudadat  bəy  bunu 

özünə sıxıĢdırmamıĢdı. Özü də Xudadat bəy sovet hakimiyyətinə heç 

bir müqavimət göstərməmiĢ, vəzifəsini dinc,sivil qaydada yeni höku-

mətə təhvil vermiĢdi. Bundan əlavə, onun ailəsi–uĢaqları da Gəncədə 

idi,  axı,  onları  atıb  hara  qaçasıydı.Xudadat  bəy  düĢünürdü  ki,  sovet 

hökumətinə  heç  bir  pisliyi  keçməyib,  yəqin  ona  dəyməzlər...  Lakin 

görünür, əbəs fikirləĢirmiĢ... Xudadat bəyi Gəncə  əhalisi (onlar Xu-

dadat bəyi məhəbbətlə “Xudu bəy” adlandırırdılar) stansiyaya gedən 

yolda-sıx  ağaclıqda  qaçırmaq  üçün  toplaĢmıĢdı.  Lakin  o,  qan  tökül-

məsinə yol verməmək üçün buna razılıq verməmiĢdi. 

Sovet hakimiyyəti isə onun haqqında baĢqa cür düĢünmüĢdü... 

Xudadat  bəyin  həbsi  haqqında  125  nömrəli  order  11-ci  ordunun 

Hərbi  Ġnqilab  ġurasının  Xüsusi  ġöbəsi  tərəfindən  1920-ci  il  mayın 

12-də  təsdiq  edilmiĢdi.  Azərbaycan  xalqının  azadlığı  uğrunda  öz 

əqidəsindən dönməyən bu görkəmli Ģəxsin məhz həmin il mayı 12-

də baĢ vermiĢ həbsindən və Bakıya gətirilərək necə güllələnməsi ba-

rədə (onun güllələnərək meyitinin Xəzər dənizinə atılması da istisna 

deyil...Necə Mikayıl MüĢfiq kimi (Alovlu istiqlal Ģairi  Ġsmayılzadə 

Mikayıl MüĢfiq Mirzə Əbdülqadir Vüsaqi oğlu. 1908-ci il yanvarın 

5-də  Bakıda anadan olmuĢdu. Otuzuncu illərdə repressiyaya məruz 

qalmıĢ,  3  iyun  1937-ci  ildə  həbs  edilmiĢ,  1938-ci  il  yanvarın  1-də 

güllələnmiĢ və ehtimala görə meyiti dənizə atılmıĢdır...). 

Dəqiq  bəlli  deyil...  Bəlli  olanı  budur  ki,  11-ci  ordunun  32-ci 

atıcı diviziyasının  Xüsisi  ġöbəsi  Xudadat  bəyi  Gəncənin erməni sa-

kinləri B.ġahnazarov, A.Sarkisov, O.Vartanov, A.Gevorkov, A. Ako-

pov  və  baĢqalarının,  özüdə  ancaq  erməni  millətindən  olanların 

qondarma ifadələri və Ģahidliklərinə əsasən ittiham edib. Güya X. Rə-

fibəyli  Gəncənin  general-qubernatoru  olarkən  onları  sıxıĢdırmıĢ, 

tərksilah etmiĢ və əmlaklarını əllərindən aldıtdırmıĢdı. Əslində, o 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə