Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə108/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   104   105   106   107   108   109   110   111   ...   156

 

327 


zaman  həqiqi  istintaq  aparılmamıĢ”,  ”qondarma  Ģahidlər”in  və 

“iddiaçı”ların  sözlərinin  və  verdikləri  ifadələrində  yazdıqlarının  nə 

dərəcədə  düzgün  olduğu  yoxlanılmamıĢ,  bunlar  əsasındada  tələm-

tələsik saxta sənədlər tərtib edilmiĢdi. Bir də bu bəllidir ki, Xudadat 

bəyi  Azərbaycan  FK-nın  müstəntiqi  M.Safikyan  dindirib.  Özüdə 

necə?  Bütün  iĢgəncələrə  mərdliklə  dözən  Xudadat  bəy  ona  qarĢı 

irəli  sürülən  saxta  ittihamları  qətiyyətlə  rədd  edib.  Buna  baxmaya-

raq, o, qəddarcasına qətlə yetirilib... Özü də gizlicə... Konkret hansı 

Ģəraitdə? Bax, bu, hələ də qaranlıq qalan sualdır. Hərçənd, tədqiqat-

çı-alim,  elmlər  doktoru  Xaləddin  Ġbrahimli  yazır  ki,  Xudadat  bəyi 

tələm-tələsik  mühakimə  edərək,  məhkəmənin  hökmü  ilə  Bakıda 

1920-ci il mayın 20-də xəlvəti güllələmiĢlər... 

X.  Rəfibəylinin  nə  cür  əqidəli  və  amallı  bir  Ģəxsiyyət  oldu-

ğunu onun dostları da, düĢmənləri də yaxĢı bilirdi. Odur ki, dostları 

onun ölümünə çox heyifslənirdilər. ”MəĢhur vətənsevən Əli Əkbər 

Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın iĢğalı üzərindəki Gən-

cədə vali ikən həbs olunmuĢ, Gəncədə zühur edən üsyan əsnasında 

edam  edilmiĢdir.  Fədakar  bir  millət  adam  idi.  Məhəmməd  Rəsul-

zadə”.  Böyük  M.Ə.Rəsulzadə  özünün  yazdığı  “Azərbaycan  Cüm-

huriyyəti”  kitabında  Xudadat  bəy  Rəfibəylini  “Ġstiqlal  ġəhidi” 

adlandırmıĢdır”...“Hayıf,  Xudadat  bəy  kimi  məĢhur  cərrahı  xəbə-

rimiz olmadan öldürüblər. Bu iĢdə Həmid Sultanovun  bağıĢlanmaz  

səhvi  olub”  (H.  Sultanov  Azərbaycan  SSR-in  ilk  xalq  daxili  iĢlər 

komissarı idi). Bu sözləri də Xudadat bəyin öldürülməsindən sonra-

lar  xəbər  tutan  Azərbaycan    SSR  XKS-in  sədri  doktor  N.  Nərima-

nov  demiĢdi.  Görəsən,  bu,  adi  səhvin  nəticəsi  idi?  Xeyr!  Xudadat 

bəyin də, baĢqa onun kimi milli təəssübkeĢlərimizində hamısı əslin-

də,  əvvəlcədən  hazırlanmıĢ  siyahı  və  düĢünülmüĢ  tədbirlə  aradan 

götürülmüĢ və bilərəkdən məhv edilmiĢdilər... 

Son  tarixi  ədəbiyyatlarda  Xudadat  bəyin  də  1920-ci  il  mayın 

12-də Bakının yaxınlığındakı Nargin (əsl adı Böyük Zirədir) adası-

na  aparılaraq,  həmin  il  iyunun  6-da  bir  qrup  (79  nəfər)  görkəmli 

Azərbaycan  ictimai-siyasi  xadimi  və  yüksək  rütbəli  hərbçisi  ilə  bir 

sırada  güllələnməsi  öz  əksini  tapmıĢdır... 



Haşiyə: Bakının yaxınlığında, Bakı buxtasını dənizdən ayıran 

Nargin adası adlandırılan Böyük Zirə (“zirə” çökəklik deməkdir) 




 

328 


AbĢeron yarımadasının cənubunda, 15 kilometrlik məsafədə yer-

ləĢir.  18-ci  əsrdə  Rusiyanın  Xəzər  sahillərində  üzən  “Svyetoy 

Qavriil”  (“Müqəddəs  Cəbrayıl”  freqatı  bu  yerə  gəlib  çıxanda 

matroslar onu Baltik dənizindəki adaya bənzətmiĢ və çar Birinci 

Pyotrun Ģərəfinə “Nargin” adlandırmıĢdılar... BaĢqa bir ehtimala 

görə,  bu  haqda  məlumatı  bilən  çar  Birinci  Pyotr  (1682-1725) 

Kaspi dənizindəki Böyük Zirə adasını Fin körfəzindəki Nayyssar 

adasına  bənzətmiĢ  və  ona  “Nargin”  demiĢdi...1883-cü  ildə  Ba-

kıda  fəaliyyət  göstərən    isveçli  Nobel  qardaĢları  neft  daĢıtdırar-

kən gəmiləri qayaya dəyib qəzaya uğradığından bu qaranlıq ada-

da  mayak  inĢa  etdirmiĢdilər.  1905-ci  ildə  Ģahzadə  Ordenburqun 

təlimatı  üzrə  Nargində  yeni  əsir  düĢərgəsi  salınmıĢdı...Birinci 

Dünya  müharibəsində  (1914  -1918)  Qafqaz  (türk)  cəbhəsindəki 

döyüĢlərdə (məsələn,SarıqamıĢ döyüĢündə (dekabr 1914 - yanvar 

1915) və s.) məğlub olan əsir türk, avstiryalı, çex və alman əsgər-

lərini bu düĢərgəyə sürgün etmiĢdilər.  Türk və  alman  əsirlərinin 

Nargin  adsında  acından-susuzluqdan  qırıldıqları  barədə  faktlar 

vardır... 

...1917-ci  ilin  noyabrında  N.  Nərimanov  o  vaxt  “ölüm  cəzi-

rəsi”, ”kabus adası”, ”Xəzər qəbirstanlığı” adlandırılan Narginə get-

miĢdi. Nargində bu adanı “ilanlar yuvası” adlandırırdılar... Nargin-

dən səhərə  yaxın  evinə  qayıdan N.  Nərimanov orada  gördüyü dəh-

Ģətli  mənzərələrdən, əsirlərin dözülməz hallarından özünə gələ bil-

mir,  dinclik  tapmırdı.  Elə  hey  papirosu  bir-birinə  calayırdı  “Ölüm 

cəzirəsi”...Göz yaĢı tökdürən cəzirə.Burada 1200 insan... hazır ölüm 

növbəsində durmuĢdu... 6 min də bu növbəyə hazırlaĢırdı... Nargin-

dən  qayıtdığı  günün  ertəsi  N.Nərimanov  “Hümmət”  qəzetində  

“Göz  yaĢı  tökdürən  cəzirə”adlı  məqalə  dərc  etdirmiĢdi.O, 

məqaləsindəki  bir  parçada  yazırdı: 

“KaĢ, mən bu cəzirəyə getməyəydim. KaĢ, bir dəri, bir sümük 

bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. KaĢ, 

“Əfəndim,su!”, ”Əfəndim,yemək”, ”Əfəndim, paltar” sözlərini eĢit-

məyəydim.  KaĢ,  çılpaq,  dodaqları  soyuqdan  titrəyən,  üzləri  bozar-

mıĢ atasız-anasız  balaca balalarla söyləĢməyəydim. KaĢ xəstəxana-

da  baĢları  kərpic  üstə  can  verən  igidlərə  rast  gəlməyəydim!”. 

Beləliklə,  Nargindəki  dəhĢətli  əsir  düĢərgəsinin  mənzərəsi  aydın 




 

329 


olur.A.Bakıxanovun nəvəsi Zinyət xanım danıĢırmıĢ ki ,onun babası 

Məmməd bəy Məmmədbəyov çar polkovniki olmuĢdu. Azərbaycan 

Cümhuriyyəti tərəfinə keçdiyinə  görə sovet hakimiyyəti  qurulduq-

dan dərhal sonra onu həbs edib Nargin adasına aparmıĢ və güllələ-

miĢdilər...  Nargində  təsadüfən    sağ    qalmıĢ  tək-tük  əsirlərdən  biri, 

məĢhur neft milyonçusu ġəmsi Əsədullayevin ticarət müdüri olmuĢ 

Ağa Amiraqov sonralar söyləyirdiki, əsirləri bir-bir, adbad  çağırıb 

sadəcə  güllələyirdilər... Onu da güllələdikdən  sonra  elə bilmiĢdilər 

ki, ölüb və gətirib sahilə atmıĢdılar. Lakin A.Amiraqov ölməyibmiĢ, 

huĢunu itiribmiĢ. Balıqçılar onu tapıb xilas etmiĢdilər... Doxsanıncı 

illərin əvvəllərində  Nargin  adasının adı  dəyiĢdirilib  yenidən Böyük 

Zirə  adlanırılmıĢdı.Lakin  minlərlə  günahsız  məzlumun  ruhunun 

üzərində  dolaĢdığı  bu  mənhus  adada  turizm  Ģəhərciyi  salıb  gəir 

götürmək təklifləri ilə bulunanlarda  vardı... 

Yeri  gəlmiĢkən,  Azərbaycanda  sovet  hakimiyyəti  qurulduq-

dan  sonra  11-ci  ordunun  Siyasi  Ġdarəsinin  Xüsusi  ġöbəsinin  rəisi, 

əvvəli matros olmuĢ, ermənipərəst  Semyon Pankratov güllələnməsi 

üçün (özüdə  Nargində)  99 nəfər  görkəmli  ictimai-siyasi xadimi və 

yüksək  rütbəli hərbçimizi həbs etmiĢdi. Onların içərisində Xudadat 

bəy və baĢqalarıyla yanaĢı Azərbaycan Cümhuriyyətinin hərbi nazi-

ri,tam artilleria generalı S. Mehmandarov və onun müavini, general-

leytenant  Ə.ġıxlınski  də  vardı.  Bundan  xəbər  tutan  Azərbaycan 

hökumətinin  baĢçısı  N.Nərimanov  köməkçisi  Nurməmməd  bəy 

ġahsuvarova tapĢırmıĢdı ki,S.Pankratovu tapıb onun yanına gətirsin. 

S. Pankratovu qəbulunda bilərəkdən saatlarla gözlətdikdən sonra N. 

Nərimanov 99 nəfərin siyahısı ilə tanıĢ olduqdan sonra bu özbaĢına-

lığa görə bərk qəzəblənmiĢ və siyahının üstünə yazmıĢdı: ”Güllələn-

məsin!”. O,S.Pankratovu otağından qovmuĢ,N.ġahsuvarova əmr et-

miĢdi ki, dustaxxanaya gedib, general S. Mehmandarovu və Ə. ġıx-

lınskini azad edib, hamama aparsın, onlar  yuyunub paltarlarını də-

yiĢsinlər və sonra yanına gətirsin... 

...Xalqının  20-ci  əsrin  əvvəllərində  əldə  etdiyi  müstəqilliyini 

qoruyub  saxlamaq  yolunda  və  bu  gün  üçün  canını  fəda  edən  Xu-

dadat  bəyin  üstündə  düz  70  il  “xalq  düĢməni”  adı  gəzdi...Yalnız 

1990-cı il iyulun 2-də Azərbaycan  SSR  prokurorluğunda Xudadat 

bəy  Ələkbər  oğlu  Rəfibəyov  haqqında  vaxtıilə  qaldıılmıĢ  12  may 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə