60
Gəncə) olmuĢdur. O, ilk təhsilini Gəncədə almıĢdı.1885-ci ildə Ye-
lizavetqrad süvari hərbi məktəbini bitirmiĢ, çar ordusunda xidmətə
baĢlamıĢdı. 1912-ci ildə polkovnik rütbəsinə layiq görüləndə Qaf-
qaz ordusunda polis-keĢikçi dəstəsinin təftiĢ-iĢləri üzrə baĢ nəzarət-
çisi idi. Nümunəvi xidmətinə görə “Müqəddəs Anna” ordeninin 2-ci
və 3-cü, ”Müqəddəs Stanislav” və “Müqəddəs Vladimir” ordenləri-
nin 3-cü dərəcələri ilə təltif edilmiĢdi. 1917-ci ilin iyulunda Zaqaf-
qaziya Komissarlığı tərəfindən Gəncəyə ezam olunmuĢ, burada öz
vəzifəsini yerinə yetirməklə bərabər, Gəncə Müsəlman Milli Komi-
təsinin köməyi ilə Ģəhərdə hərbi kurslar açmıĢ və 150 nəfər azər-
baycanlı gənci həmin kurslara cəlb etmiĢdi. S. Əfəndiyev dərs de-
diyi kursantlar ilə birlikdə gecələr Gəncədə asayiĢi qorumuĢdu.
1918-ci ildə Müsəlman Korpusu təĢkil edilməyə baĢlayanda,
S. Əfəndiyev korpusun 2-ci niĢançı diviziyasının 5-ci niĢançı alayı-
nın komandiri təyin olunmuĢ, bir müddət sonra isə korpus koman-
diri Əli ağa ġıxlınskinin əmri ilə diviziya komandirinin vəzifələrini
icra etmiĢdi. S. Əfəndiyevin 5-ci alayı 1918-ci ilin yanvarında ġam-
xorda Qafqaz (türk) cəbhəsindən qatarlarla geri qayıdarkən özlərini
azğıncasına aparan rus əsgərlərinin tərksilah edilməsində fəal rol
oynamıĢdı. 1918-ci ilin iyununda Gəncədə Əlahiddə Azərbaycan
Korpusu formalaĢdırıldaıqda Süleyman bəy Qazaxda yerləĢən 1-ci
piyada alayının komandiri təsdiq edilmiĢdi. 1918-ci ilin noyabrında
S. Əfəndiyev 2-ci Qarabağ süvari alayının komandiri idi. 1919-cu
ilin dekabrında S. Əfəndiyev Hərbi Nazirlikdə tapĢırıq generalı və-
zifəsinə təyin olunmuĢdu. 1918-ci ilin dekabrın 29-da isə Hərbi Na-
zirliyin iclasında S. Mehmandarovun elan etdiyi təqdimat əsasında
S. Əfəndiyevə Azərbaycan Cümhuriyyəti Nazirlər ġurasının 3 yan-
var 1919-cu il tarixli qərarı və hərbi nazir, am artilleriya generalı
S. Mehmandarovun əmri ilə polkovnik Süleyman bəy Əfəndiyevə
general-mayor hərbi rütbəsi verilmiĢdi. Polkovnik S. Əfəndiyev
Azərbaycan Cümhuriyyəti Ordusunda bu rütbəyə layiq görülmüĢ ilk
milli hərbçi kadrımızdır. 1919-cu il yanvarın 1-dən Birinci piyada
Azərbaycan diviziyasının komandiri olan Süleyman bəy Əfəndiyev
həyatdan vaxtsız getmiĢ, ömrünün yetkin vaxtında, cəmi 55 yaĢında
tif (bəzi ədəbiyyatda yatalaq göstərilir) xəstəliyindən vəfat etmiĢdi.
Bu milli, ali peĢəkar hərbi kadrımızı Gəncə Ģəhərində yox, onun
61
artıq dul qalmıĢ həyat yoldaĢının arzusu ilə Qazax qəzasında dəfn
etmək qərara alınmıĢdı...
...Sovet hökuməti qurulduqda qocaman sərkərdə S. Mehman-
darov və onun müavini, ”rus artilleriyasının Allahı” sayılan, topçu
general-leytenantı Əli ağa ġıxlinskiyə (1919-cu il iyunun 28-də
Azərbaycan Respublikasının BaĢ naziri Nəsib bəy Yusifbəylinin 29
nömrəli sərəncamı ilə nizami Azərbaycan Ordusunun təĢkilində
göstərdiyi xidmətlərə görə Əli ağa ġıxlinskiyə tam artilleriya gene-
ralı hərbi rütbəsi verilmiĢdi. Ə. ġıxlinski S. Mehmandarov və Hü-
seyn xan Naxçıvanskidən (1863-1919) sonra tam general rütbəsinə
layiq görülmüĢ üçüncü azərbaycanlı hərbi döyüĢ sərkərdəsidir.
Qeyd: Hüseyn xan 28 iyul 1863-cü ildə əsilzadə ailədə - rus
ordusunun general-mayoru Kəlbalı xan (1883) Naxçıvanskinin
ailəsində anadan olmuşdu. General-mayor Hüseyn xan Naxçıvanski
məşhur, döyüşkənliyi ilə ad çıxarmış Kəngərli tayfasından çıxmışdı.
İlkin təhsilini Naxçıvan şəhərində almış, rus dilini mükkəmməl
mənimsədikdən sonra Peterburqdakı İmperator Paj Ordusu Mək-
təbinə daxil olmuşdu... Birinci Dünya müharibəsində Şimal-Qərb
Cəbhəsinə komandanlıq etmişdi. 1916-cı ildə Qafqaz Cəbhəsinin
Georgiyevski Duması üzvləri arasında idi. O, 1916-cı il yanvarın
23-də çar tərəfindən İ Dünya müharibəsində göstərdiyi misilsiz xid-
mətlərinə və sərkərdəlik məharətinə görə tam süvari qoşun generalı
rütbəsinə, həmçinin bir sıra orden və medallara, o cümlədən 1-ci
dərəcəli “Müqəddəs Anna”, 3-cü və 4-cü dərəcəli “Müqəddəs
Georgi” və “Ağ qartal” ordenlərinə, Avstriya, Bolqarıstan, İran və
Rumıniyanın ordenlərinə layiq görülmüşdü. Azərbaycan Ordusunun
milli atıcı diviziyasının komandiri, general Cəmşid Cəfərqulu xan
oğlu Naxçıvanski (9 avqust 1895, Naxçıvan - 26 avqust 1938, İran)
onun yaxın qohumu idi. C. Naxçıvanski 30-cu illərdə repressiyaya
məruz qalımış və İranda 1938-ci ildə Rza şah tərəfindən güllələn-
mişdi... (Rza şah Pəhləvi (1878-1944) 1944-cü ildə CAR-ın paytaxtı
İohannesburqda 66 yaşında vəfat etmişdir). H. Naxçıvanski 1919-cu
ilin yanvarında Petroqraddakı “iğtişaşlar” zamanı bolşeviklər tə-
rəfindən Böyük knyazlarla birlikdə girov götürülmüş və Petropav-
lovsk qalasında 56 yaşında güllələnmiş... və orada Aleksandr
Nevski qəbristanlığında dəfn edilmişdi. General Hüseyn xan
62
Naxçıvanskinin övladları və nəvələri indi ABŞ-da və Fransada
yaşayır, onun soyadını fəxrlə daşıyırlar...
PeĢəkar kadrlara ehtiacı olan Azərbaycan XKS N. Nərimano-
vun təĢəbbüsü ilə sovet ordusnun formalaĢmasında onlardan istifadə
etmiĢdi. Yüksək rütbəli və vəzifəli erməni bolĢeviklər S.Mehman-
darovu alçaltmaq üçün S. Mehmandarovdan Bakının küçələrini
süpürməyi tələb edirdilər... 1920-ci il avqustun 1-də N. Nərimanov
Moskvaya V.Ġ. Leninə (Ulyanov) müraciət edərək, S. Mehmandarov
və Ə.ġıxlinskini əvəzsiz hərbi mütəxəssislər kimi qiymətləndirb,
onların Moskvada Qərargahda iĢləmələrinə nail olmuĢ, sonra da
Azərbaycanda hərbi hissələrin formalaĢdırılmasıı üçün yenidən
Bakıya qayıtmalarına icazə ala bilmiĢdi... Lakin faktlar sübut edir
ki, V. Lenin baĢda olmaqla RSFSR hökuməti Azərbaycanın müs-
təqilliyini istəmir, burada daha artıq ruslaĢdırma siyasətinə üstünlük
verərək, N. Nərimanovun azərbaycanlı kadrları vəzifələrə təyin et-
mək və ya irəli çəkmək fəaliyyətinə mane olurdu. V. Lenin 1920-ci
il mayın 28-də Bakıya C.M.Kirova və Q.Orconikidzeyə göndərdiyi
teleqramda bildirmiĢdi: ”Nərimanova geniĢ səlahiyyət verməyin,
ona tamamilə etibar etmək olmaz. O, axıradək bizim deyil”.
S. Mehmandarov 1929-cu ilədək Bakıdaki Qırmızı Koman-
dirlər Məktəbində dərs demiĢdi... Sonuncu ildən 1000 manat təqaüd
kəsilməklə istefaya çıxmıĢdı . S. Mehmandarov istefaya çıxdıqdan
iki il sonra, 1931-ci il fevralın 12-də 75 yaĢında Bakıda vəfat et-
miĢdi... Səməd bəy hələ 1903-cü ildə Peterburqda olarkən jitomirli
Yelizaveta Nikolayevna Teslavla ailə qurmuĢdu. Onun Pir bəy
(Ġqor) adlı oğlu vardı. Lakin ailəsi S. Mehmandarovun keçmiĢinə
görə təqib olunurdu. Beləki, hələ 1930-cu ildə onlar Xalq Daxili ĠĢ-
lər Komissarlığı (XDĠK) tərəfindən əvvəlcə Sankt-Peterburqa,
1937-ci ildə isə Volqaboyuna (Volqa tarixdə Xəzər çayı, Ġdil çayı da
adlanırdı), Saratov Ģəhərinə sürgün edilmiĢdilər... Sürgün yerində
ana-bala çox əzablara düçar qalmıĢdılar... Ġqor Səməd bəyin yeganə
övladı idi. Yazıçı-jurnalist ġ. Nəzirli 1986-cı ildə sağ ikən Bakıda,
onunla söhbət etmiĢdi... Ġqor Mehmandarov 1989-cu ildə Bakıda
vəfat etmiĢdii. Səməd bəy vəfat edəndə Çəmbərəkənd qəbristan-
lığında (keçmiĢ Dağüstü park, indiki ġəhidlər Xiyabanı) dəfn olun-
muĢdu... 1939-cu ildə S.M. Kirova heykəl qoyulanda, qəbristanlıq