6
TanınmıĢ tarixçi alim Ġltifat Əliyarlının və polis polkovniki,
əməkdar müəllim Tahir Behbudovun “Ġstiqlal fədailəri - Azərbay-
can Xalq Cümhuriyyətinin “Daxili ĠĢlər Nazirləri və silahdaĢları”
ensiklopedik məlumat kitabını mən son illərin unikal nəĢrlərindən
biri adlandırardım.
Hər bir vətən övladının stolüstü kitabı olmağa layiq bu möh-
təĢəm kitab həm də yaddaĢ məhkəməsi, yaddaĢ ağrısı, harayıdır.
Böyük zəhmətin, axtarıĢların, yuxusuz gecələrin məhsulu olan
bu kitabın hər birimizə xitabən bir “Özünə qayıt! Sən özünə qayı-
danda güclü, qüdrətli, yenilməz olursan!” harayı var.
Bu haray həm də dünənin
Başım cəllad əlində,
Dilim səni haraylar
nidası,harayıdır...
Haraya qoşul!
Zülfüqar Şahsevənli
7
ÖN SÖZ
Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
olduğu kimi qiymətləndirmək lazımdır... XX əsr bizim
xalqımız üçün faciəli olubdur. Bunu dürüst qeydə almaq,
bütün baş verənləri necə olubsa, o cür yazmaq lazımdır.
Bütün bunlar bizim xalqın özünü dərk etməsi, həm də
müasir siyasətimiz üçün vacibdir.
HEYDƏR ƏLİYEV
Belə bir deyim var: ”Əgər xalq öz keçmiĢini xatırlamırsa, hə-
min xalqın istiqbalı da olmayacaq”. Bu, döğrudan da belədir. Azad
istiqlala, müstəqil dövlətə, dövlətçiliyə can atmayan millət və xalq
yəqinki, yoxdur. Müstəqil dövləti, sərbəst dili olmayan millət və
xalq ölüdür.
Müstəqil dövlət xalqın milli sərvətidir. Bu mənada müstəqil
dövlətimizi göz bəbəyi kimi qorumalı, onun tərəqqi etməsi, zəngin-
ləĢməsi və qüdrətlənməsi üçün töhfəmizi verməliyik. Eyni zamanda
öz milli dövlətçiliyimiz tarixini də yaxĢı bilməli, tədqiq edib öyrən-
məli, yazılmayan, öyrənilməyən səhifələrini obyektiv Ģəkildə qələ-
mə almalı, təbliğ etməli və gələcək nəsillərə ötürməliyik. Bu mə-
nada XX əsrin baĢlanğıcında öz əzmli mübarizəsilə “xalqlar həbs-
xanası” sayılan çar Rusiyasının əsarət boyunduruğundan qurtularaq,
müstəqil dövlətini – ġərqdə ilk parlamentli demokratik respublika-
Azərbaycan Xalq Cümhuriyyətini yaradan xalqımızın görkəmli ic-
timai-siyasi xadimləri M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli,
Ə.M.TopçubaĢov, H.Ağayev, M.Y.Cəfərov, B.CavanĢir, M.H.Ha-
cınski, X.Xasməmmədov, M.Vəkilov, M.S.Ağabəyzadə, ġ.Rüstəm-
bəyli, A.AĢurov, A.Səfikürdski və baĢqaları əsl istiqlal fədailəri,
müstəqil dövlətimizin qurucuları və qoruyucuları olmuĢlar.
Xalqımızın müstəqil dövlətçiliyi tarixində Birinci Respublika
kimi səciyyələndirilən Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan
8
Demokratik Respublikası (28 may 1918-27 aprel 1920-ci il), (Ġkinci
Respublika - Azərbaycan SSR (28 aprel 1920-ci il-17 oktyabr 1991-
ci il; Üçüncü Respublika - Müasir Azərbaycan Respublikası (18
oktyabr 1991-ci il. Azərbaycan Respublikası əbədidir...) iki ilə
yaxın, 23 ay, cəmi 721 gün mövcud olmuĢdur. Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıcılarından biri, görkəmli ictimai-siyasi xa-
dim Məhəmməd Əmin Rəsulzadə Birinci Respublika – Azərbaycan
Xalq Cümhuriyyətinə həsr etdiyi “Əsrimizin SəyavuĢu” əsərində
yazırdı: ”Hər Ģeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas
idarəsi bütün vətəndaĢlarının bərabər hüquqla yaĢaması üzərində
qurulmuĢdur. Burada hər insanın möhtərəm Ģəxs, Azərbaycan
vətəndaĢı olduğu üçün hüququ qorunurdu... Burada heç bir sinif
digər sinifə hakim deyildi... Burada hələ Avropada tətbiq
olunmayan həqiqi bir xalq Cümhuriyyəti qurulmuĢdu”.
Adlarını sadaladığımız görkəmli ictimai-siyasi xadimlər, ha-
belı onların silahdaĢlarıı olan digər Ģəxsiyyətlər arasında o zamankı
mürəkkəb Ģəraitdə hər cür çətin məhrumiyyətlərə sinə gərərək, hətta
bəzən öz həyatlarını labüd təhlükə qarĢısında qoyub, milli müstəqil
dövlətimizin təĢəkkülü, möhkəmlənməsi və uzunömürlü olması na-
minə var qüvvələrini sərf etmiĢlər. Onlardan bəziləri daxili iĢlər na-
ziri, bəziləri daxili iĢlər nazirinin müavini, general-qubernator, qu-
bernator, qəza rəisi, polis rəisi, polis pristavı və s. məsul vəzifələrdə
xidmət göstrərmiĢ, bir çoxları bu müqəddəs amal yğrunda özlərini
fəda etmiĢlər...
Fəqət, görkəmli ictimai-siyasi xadimlərimiz kimi tanıdığımız
bir sıra Ģəxslərin daxili iĢlər naziri, nazir müavini, general-quberna-
tor, qubernator,qəza rəisi və s. vəzifələrində xidməti, fəaliyyəti və
gördükləri iĢlər barədə fikrimizcə, geniĢ oxucu kütlələrinin xəbəri
azdır. Beləki, Birinci Respublika – Azərbaycan Xalq Cümhuriyyəti
dövründə 7 nəfər daxili iĢlər naziri, 4 nəfər isə nazir müavini vəzifə-
sində fəaliyyət göstərmiĢdir. Nazirlərdən altısı mülki,1 nəfəri isə
hərbi rütbəli (general), nazir müavinlərindən biri hərbi rütbəli (gene-
ral), üçü isə mülki olmuĢdur. Daxili iĢlər nazirlərinin, həmçinin on-
ların müavinləri M.Hacınskinin, Ə.HaĢımbəyovun, Ġ.Heydərovun,
ġ.Rüstəmbəylinin keĢməkeĢli həyatı və fəaliyyəti, hətta acı aqibətlə-
ri belə gənc nəslimiz, bütövlükdə xalqımız üçün daimi örnəkdir.