Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə141/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   137   138   139   140   141   142   143   144   ...   156

 

432 


Astara –  fars sözüdür,”aşağı yer, aşağıda duran” deməkdir. 

Ayə – ərəb sözüdür,”rəmz”,əlamət” deməkdir. 

 

 



-B- 

 

Balık –  türk sözüdür, ”şəhər” deməkdir. 



Baltalama –  türkcə “təxribat, sabotaj” deməkdir. 

Baza –  fransızca “base”, yunanca “busis” sözlərindən olub, ”əsas, özül, 

bünövrə” deməkdir. 

Behbud –  fars sözüdür, ”sağalma, yaxşılaşma, sağlam, vücudu möhkəm” 

deməkdir. 

Beynəlxalq –  ərəb sözüdür, ”millətlərarası, beynəlmiləl” deməkdir. 

Bədiə –  ərəb sözüdür, ”misli olmayan şey, nadir şey” deməkdir. 

Bəhmən –  fars sözüdür,”ağıllı, zəkalı, bilikli, tədbirli” deməkdir. 

Bələdiyyə –  ərəb sözüdür, ”şəhər idarəçiliyi, yerli özünüidarə” 

deməkdir. Şəhər, rayon bələdiyyəsi (seçkili orqan). 

Bəndər –  fars sözüdür, ”liman” deməkdir. 

Bərdə –  türk sözüdür, ”piyaləli, kuzəli” deməkdir. 

Bərid –  ərəbcə “poçt”; farsca “qasid, çapar” deməkdir. 

Binbaşı –  türkcə “mayor” hərbi  rütbəsinə deyilir. 

Bölgə –  türkcə, ”rayon, ərazi”  deməkdir. 

 

 



-C- 

 

Cahandan  –  türkcə “hakim” deməkdir. 



Cahangir –  ərəb sözüdür, ”dünyanı istila edən, cahanşümul, çox 

məşhur” deməkdir. 

Canişin –  ərəbcə “əmir”; farsca “sərdar” deməkdir. Orta əsrlərdə 

əyalət (vilayət) başçısı, bəylərbəyi, inzibati hakim idi. 

Cavad –  ərəb sözüdür, ”comərd, səxavətli” deməkdir. 

Cəbhə –  ərəb sözüdür,”döyüş meydanı“ deməkdir. 

Cəlil –  ərəb sözü olub,”böyük, yüksək, hörmət sahibi” deməkdir. 

Cəmiyyət –  ərəb sözüdür,”konkret tarixi maddi həyat şəraiti ümumiliyi, 

birləşmiş adamlar məcmusu, toplusu” deməkdir. 

Cinayət  –  ərəb sözü olub, ”mövcud hüquq, qanun-qaydanın pozulması, 

ictimai  baxımdan  təhlükəli  hərəkət,  yolverilməz,  pis  əməl”;  latınca 

“kriminal” deməkdir. 


 

433 


Cinayətkar –  “cinayət” ərəb sözüdür, “kar” isə fars. Mənası “pis əməl, 

pis iş tutan” deməkdir. 

Cümə  –    ərəbcə  “yaum  əl-cümə”  sözündəndir,  ”  bir  yerə  toplaşma 

günü”dür.  Müsəlmanlarda  həftənin  beşinci  –  bayram  (bazar,  istirahət) 

günüdür, lakin heç də iş günü olmaması demək deyildir. Cümə günü bütün 

müsəlmanlar  birlikdə  günorta  namazı  qılmaq  və  xüsusi  cümə  xütbəsini 

(vəziləri) dinləmək üçün məscidə toplaşmalıdırlar

Cümhuriyyət  –   ərəb  sözüdür,”  respublika, ictimai, ümumxalq hakimiy-

yəti” deməkdir. 

Cürüm –  türkcə “cinayət” deməkdir. 

 

 



-Ç- 

 

Çavuş –  türk sözüdür, ”aşağı hərbi rütbədir” (serjant). 



Çempion –  ingilis terminidir, ”birinciliyi qazanan” deməkdir. 

Çerik –  türk sözüdür, ”könüllü”, ”könüllü dəstə” deməkdir. 

Çete –  türk sözüdür, ”quldur”, ”quldurbaşı” deməkdir. 

 

 



-D- 

 

Daktiloskopiya  –    yunanca  “daktulos”  “batmaq”,”skepeo”  “baxıram” 

deməkdir.  Daktiloskopiya  Kriminalistika  elminin  şəxsin  identifikasiyasını 

(eyniləşdirilməsini),  cinayətin  qeydiyyatı  və  cinayətkarlığın  axtarışı  üçün 

əl dərisi naxışlarının strukturunu (quruluşunu) öyrənən elmdir. 

Damad –  fars sözüdür,”qızının əri, kürəkən” deməkdir. 

Darğa  –    farsca  “daruqə”  sözündəndir,”hakim”  deməkdir.Orta  əsrlərdə 

şəhər və kəndlərdə müəyyən inzibati idarələrin başçısı, əmin-amanlığı və 

nizam-intizamı  gözləyən  şəxs,  şəhər  polisi  rəisi  vəzifəsini  yerinə  yetirənə 

verilən addır. 

Darülfünun –  ərəbcə “universitet” deməkdir. 

Daşnaksütyun  –  erməni  sözüdür,  ittifaq”  deməkdir.  Daşnaksütyun 

erməni burjua-millətçi partiyası. 1890-cı ildə Tiflisdə yaranmışdı. 

Deklarasiya  –   latın  sözüdür,”  mühüm  bir  məsələ  haqqında  rəsmi  bəya-

nat, bəyannamə”dir. 

Dekret –  latınca “dekretum” sözündən olub,” fərman, qərar” deməkdir. 

Dekret  ümumi,  yaxud  xüsisi  xarakterli  normativ  hüquqi  aktın  adıdır. 


 

434 


Dekret ali hakimiyyət orqanının qanun qüvvəsinə malik qərarı, fərman və 

qanundur. 

Demarş – fransız sözüdür,”müqabil (qarşı) tərəfin güzəştə getməsinə nail 

olmaq üçün edilən təşəbbüs, çıxış ,hərəkət, tədbir” deməkdir. 

Demarkasiya –  fransız sözüdür,”sərhədd xətti çəkilməsi” deməkdir. De-

markasiya  mütarikə  (saziş)  və  ya  sülh  bağlayan  iki  ordunu  biri-birindən 

ayıran xətt, zonadır. 

Demokratiya –  yunanca sözü olub,”demos “xalq”, kratos“xalq hakimiy-

yəti” deməkdir. 

Dərbənd –  farsca “dar keçid, boğaz, dağ yolu, dağ keçidi, darvaza” de-

məkdir.  Türklər  Dərbəndə  “Dəmir  qapı”;  ərəblər”  bab  əl-əbvab”- 

“qapılar qapısı” deyirlər. 

Dəstə –  fars sözüdür, ”bir neçə adamın bir yerdə olması” deməkdir. 

Diə –  ərəb sözüdür,”qətl, şikəst etmək və ya yaralmaq üstündə alınan qan 

bahasıdır”. 

Difai –  ərəb sözüdür,”fədai” deməkdir. 

Diktat –  alman sözüdür. Güclü imperialist dövlətlərin özündən zəif döv-

lətlərə öz şərtlərini ,tələblərini zorla qəbuletdirmə siyasətidir. 

Diktator –  latın sözüdürdir. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa 

malik olan; hər hansı bir işdə özünü hakim-mütləq kimi aparan şəxsdir. 

Diktatura –  latınca  “dictatura” sözüdür olub, hakim sinfin gücünə isti-

nad edən qeyri-məhdud dövlət hakimiyyətidir. 

Direktiv –  fransızca “direktive”, latınca “diriqo” terminlərindən 

olub,”mənası “ yönəldirəm” deməkdir. 

Diplomat  –    yunanca  “diploma  ”-  “ikiqat  bükülmüş  sənəd”  deməkdir. 

Diplomat qədim Romada rəsmi şəxslərə Senat tərəfindən verilən zəmanət 

və  ya  etimadnamə,  diplomu  olan  şəxs;  Xarici  İşlər  Nazirliyinin  əmək-

daşıdır. 

Divanxana –  fars sözüdür ,”məhkəmə” deməkdir. 

Divan –  fars sözüdür,”böyük  məclis, rəsmi  məclis” deməkdir. 

Diyar –  ərəb sözüdür,”ölkə, məmləkət” deməkdir. 

Divizion – fransız sözüdür, ”topçu, bəzən zirehli tank və ya atlı qoşun his-

səsində bölmə”dir. 

Diviziya  –  latın  sözüdür.”Bir  neçə  alaydan  (polkdan)  və  ya  briqadadan 

ibarət qoşun hissəsi, qoşun birləşməsidir. Adətən, 3 alaydan (briqadadan) 

ibarət  hərbi  qurumdur. 

Doktrina  –  latın  sözüdür,  ”elmi,  fəlsəfi  və  ya  siyasi  nəzəriyyə,  baxışlar 

sistemi”dir. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə