63
dağıdılmıĢdı. Həmin vaxt S. Mehmandarovun arvadı və oğlu Ġqor
sürgündə idilər. Odur ki, onun qəbrini baĢqa yerə köçürən olma-
mıĢdı və Səməd bəyin qəbri yerlə-yeksan edilərək, itib-batmıĢdır.
Bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-
Elmi Mərkəzinin sabiq baĢ elmi iĢçisi, polkovnik-leytenant ġ. Nə-
zirli 1997-ci ildə Bakıda “Hərbi” nəĢriyyatda buraxdırdığı “Tam
artilleriya generalı Səməd bəy Mehmandarov” adlı monoqrafiya-
sında yazmıĢdır (səh.69). Yeri gəlmiĢkən, S. Mehmandarov 1918-
1931-ci illərdə Bakıda “Kommunist” (indiki “Ġstiqlaliyyət”) küçə-
sində, hazırkı Əlyazmalar Ġnstitutu ilə üzbəüz, keçmiĢdə üstündə
aptek olan binada yaĢayıb. 1994-cü il noyabrın 5-də Müdafiə
Nazirliyinin yardımı ilə onun yaĢadığı ünvanda xatirə lövhəsinin
açılıĢı olmuĢ və barelyefi vurulmuĢdur...
...1918-ci ilin noyabr-dekabr aylarında B. CavanĢir faktiki
olaraq ancaq sənaye və ticarət naziri vəzifəsini yerinə yetirdiyi üçün
vitse-nazir, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə
(Ağabəyov) daxili iĢlər naziri vəzifəsini daĢımıĢdı... B. CavanĢir
faktiki 1918-ci il dekabrın 21-dək daxili iĢlər naziri vəzifəsində qalır
və DIN-lə əlaqədar həyata keçirilən tədbirlərdə daxili iĢlər naziri
hüququnda iĢtirak edirdi. 1918-ci ilin payızında Birinci Dünya mü-
haribəsində məğlub olmuĢ Türkiyə müttəfiqi Almaniya ilə birlikdə
həmin il oktyabrın 30-da Mudrosda bağlanmıĢ saziĢin ağır Ģərtlərini
qəbul etmiĢ və Bakını tərk etməli idi. Mudros saziĢinə uyğun olaraq
1918-ci il noyabrın 17-də səhər saat 10-da hindli əsgərlərdən ibarət
ingilis qoĢunları Bakıya daxil olarkən Azərbaycan hökuməti tərəfin-
dən Bakı limanında general Vilyam Tomsonun Ģərəfinə rəsmi qarĢı-
lanma və qəbul təĢkil olunmuĢdu.Rəsmi qəbul mərasimində daxili
iĢlər naziri kimi B. CavanĢir iĢtirak edirdi.
General-mayor V.Tomsonun komandanlığı ilə Bakıya daxil
olan ingilis qoĢun kontingentinin sayı 2 min nəfər idiki, onun tərki-
bində hərbi polis hissələri də vardı . Bakıya daxil olan V. Tomson
özünü müttəfiq dövlətlərin (ANTANTA) qoĢunlarının komandanı,
onların təmsilçisi və özünü Bakının general-qubernatoru elan etmiĢ-
di. O, Bakıya daxil olduğu gün, 17 noyabr 1918-ci il tarixdən, gün-
düz saat 12-dən etibarən Bakıda hərbi vəziyyət elan etmiĢdi. Ge-
neral V.Tomson hələ 1911-ci ildə Ġranda Böyük Britaniya hökuməti
64
tərəfindən yaradılmıĢ Xüsusi Müstəmləkə Poisinin Ģefi idi. 1918-ci
il sentyabrın 15-də daĢnaklardan A.Arakelyan və S. Melik-Yolçi-
yan, eserlərdən A.Velunts və A.Umanski, menĢeviklərdən Q.Ayollo
və M. Sadovski, TyuĢkinin baĢçılıq etdiyi, əsasən ingilislərə arxa-
lanmaqla cəmi 44 gün yaĢayan “Sentrokaspi” Diktaturası hökuməti
iflasa uğrayan kimi ermənilər “hərbi” nazirləri, general Yakov Baq-
ratuni baĢda olmaqla Ənzəliyə qaçmıĢdılar. Ermənilər vaxtıilə -
1918-ci il avqustun 17-də general L.Ç. Denstervil (1865-1946)
baĢda olmaqla 1000 nəfərlik Britaniya qoĢunları Bakıya daxil olan
zaman türklərin Gəncədən Bakıya doğru irəlilədiyini bildiklərindən
ingilislərin gəliĢinə nə qədər sevinmiĢdilərsə, indi bir oqədər də
məyus olmuĢdular. Beləki, L.Ç. Denstervil ordusunun (“Denster-
fors”) Ənzəliyə çatmasından 3 gün sonra rəsmi Ģəkildə buraxılmıĢ,
yeni yaradılmıĢ ġimali Ġran ordusuna V.Tomson komandan təyin
edilmiĢdi. Dərhal Bakını tərk edən general L.Ç. Denstervil oraya
çatandan üç gün sonra vəzifədən kənarlaĢdırılmıĢ V.Tomson həm-
karının əvəzinə Ġranda müttəfiq dövlətlərin yeni yaradılmıĢ qoĢun-
larının komandanı təyin edilərək,Bakıya göndərilmiĢdi. V.Tomson
Bakıya gəlməmiĢdən qabaq,hələ Ənzəlidə olarkən bəyan etmiĢdi ki,
o, Bakının general-qubernatoru olacaq və ingilislər Ģəhərin polisinə
rəhbərlik edəcəklər...
General V.Tomson elə gəldiyi gün - 1918-ci il noyabrın 17-də
polkovnik F.P. Kökkereli (o, V. Tomsondan sonra Ġranda Böyük
Britaniya Xüsusi Müstəmləkə Polisinin Ģefi vəzifəsində çalıĢırdı)
Bakıda yaradıldığı elan edilən müttəfiq dövlətlərin Xüsusi Polis Ko-
missarlığının baĢçısı təyin etmiĢdi. Bu haqda əmr iki gün sonra no-
yabrın 19-da dərc olunmuĢdu. Düz 10 gün sonra, 1918-ci il noya-
brın 29-da Bakıda müttəfiq dövlərlərin Müvəqqəti Polis Komissar-
lığı təĢkil edilmiĢdi. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin
sərəncamında cəmi 1500 nəfərlik nizami ordu və 500 nəfər polis
vardı. Ġngilislərin Bakıya daxil olmasından sonra daxili iĢlər naziri
B. CavanĢir və vitse-nazir M.S. Ağabəyzadə bütün DĠN sistemini nə
qədər mərkəzləĢdirməyə çalıĢsalar da, ingilis faktoru ilə hesablaĢ-
maq lazım gəlirdi. Odur ki, 1918-ci il noyabrın 17-dən 1919-cu ililn
martın 30-dək olan dövr Azərbaycan polisinin idarəçiliyində ikili
tabeçilik kimi səciyyələnir. Qeyd etmək lazımdır ki, 1918-ci ilin
65
noyabrından, yəni ingilislərin Bakıya daxil olmasından 1919-cu ilin
avqustun 24-dək, yəni ingilislərin Bakını tərk etməsinədək (ingilis-
lər Bakıdan gedərkən Azərbaycan hökumətinə 26 milyon pul borclu
qalmıĢdılar...) olan dövrdə onların hərəkətləri heçdə iĢğalçı xarakter
daĢımamıĢdı. Əvvəla, ingilislərin region xalqları arasında milli qır-
ğınları aradan qaldırmaq siyasətinin özü təqdirəlayiq fakt idi. Ġkin-
cisi, ingilislərin verdikləri gəmilər əsasında Azərbaycan Cümhuriy-
yəti Xəzər Donanması yarartmıĢdı. Bu çətin keçid dövründə ingilis-
lər Azərbaycan hökumətinə müəyyən məsələlərdə məsləhətçi
olmuĢ-
dular
. Bu kimi müsbət cəhətlər Azərbaycan Nazirlər ġurasının sədri
Nəsib bəy Yusifbəylinin 1919-cu ilin avqustunda “Metropol” meh-
manxanasında ingilislərin Bakıdan getməsi münasibətilə general
Q.N. Kori və digər yüksək rütbəli Ģəxslərin Ģərəfinə verilən ziyafət-
dəki çıxıĢında səslənmiĢdi (1919-cu il aprelin 24-də general V.Tom-
son öz səlahiyyətlərini Bakdakı müttəfiq qoĢunların yeni komanda-
nı general Q.N. Koriyə, Kori isə sonra, həmin il iyunun 11-də Cənu-
bi Qafqazda müttəfiq qoĢunların yeni komandanı D. ġatelvorta tərk
etmiĢdi)...
Ġngilislər Bakıya daxil olandan sonra ermənilər hay-küy qaldı-
raraq güya onların hüquqlarının pozulduğu barədə general V.Tom-
sona Ģikayət etmiĢ və Azərbaycan hökumətinin milliyyətindən asılı
olmayaraq, bütün vətəndaĢları qoruyacağı barədəki bəyanatını “diplo-
matik bir piryom” adlandırmıĢdılar. 1918-ci il noyabrın 23-də general
V.Tomson Erməni Milli ġurasının nümayəndə heyətini qəbul edərkən
Bakı erməniləri ona 11 səhifəlik “məlumat” təqdim etmiĢdilər. Bu
məlumatda yepiskop Baqrat adlı birisi saxtakarcasına bildirirdi ki,
güya həmin il sentyabrın 15-17-də Bakıya daxil olanda türk və
Azərbaycan ordusu 20 min ermənini qətlə yetirmiĢdir... Lakin cənab
Baqrat “Bakıdakı azərbaycanlılara qarĢı 1918-ci ilin məĢhur mart
soyqrımı barədə məlumat veməyi” nədənsə “unutmuĢdu”. Baqrat
Bakıda və Azərbaycanda ermənilərin əvvəlki imtiyazlarını bərpa
etmək üçün general Tomsona aĢağıdakı 4 təklifi irəli sürmüĢdü:
1. Üç min erməni məhbusunu azad etmək;
2. Soyuqlar düĢənə qədər Ġrana və Krasnovodskiyə (indiki
TürkmənbaĢı) getmiĢ erməniləri Bakıya qaytarmaq;
Dostları ilə paylaş: |