66
3. Azərbaycan hökuməti və türk komandanlığı tərəfindən
müsadirə edilmiĢ əmlakı ermənilərə qaytarmaq;
4. Bakıdan kənarda yaĢayan ermənilərin “təhlükəsizliyini”
təmin etmək.
Bundan əlavə, Bakıdakı Erməni Milli ġurası Yelizavetpol qu-
berniyasının dağlıq hissəsi olan Qarabağa ermənilərin iddiasını da
general Tomsona təqdim etmiĢdi. Lakin Tomson bu məsələlərdə er-
məniləri müdafiə etməmiĢ... və bununla da onları baĢa salmıĢdı ki,
Azərbaycan hökuməti Azərbaycan ərazisində yeganə qanuni ali
hakimiyyətdir. Daxili iĢər naziri B. CavanĢir isə bəyan emiĢdi ki,
tutulan erməni məhbuslarının sayı 3 min deyil, əslində, bir min nə-
fərdir, onlar mart soyqırımını törətdiklərinə görə hələ əvvəldən həbs
edilmiĢlər və əgər istintaq günahsız olduqlarını sübuta yetirsə, bura-
xılacaqlar.
Partiya mənsubiyyəti üzrə əvvəl “Müsavat” partiyasında ol-
muĢ Behbud xan sonra siyasi səbəblərə görə onun tərkibindən çıx-
mıĢ və bitərəf qalaraq 1918-ci il dekabrın 7-də açılan Azərbaycan
Parlamentinə üzv seçilmiĢ, orada müstəqil millət vəkili kimi fəaliy-
yət göstərmiĢdi. Həmin vaxt F. Xoyski hökuməti istefaya getdiyi
üçün B. CavanĢir də tutduğu vəzifədən çıxmıĢdı. Lakin o, Parla-
mentdəki fəaliyyətini davam etdirirdi. Behbud xan xarici ölkələrlə
ticarət əlaqələri yaratmaq üçün səylər göstərirdi. Bu məqsədlə məhz
onun yaxından köməyi ilə 1919-cu il iyulun 18-də Bakıda “Dəya-
nət” adlı kommersiya Ģirkəti yaradılmıĢdı...
1919-1920-ci illərdə Bakıda keçirilən “Azərbaycan gecələri”
adlı xeyriyyə konsertlərinin, habelə digər xeyriyyə iĢlərinin təĢkili
də B. CavanĢirin nüfuzlu və nəcib, xeyirxah niyyətli bir Ģəxsiyyət
olduğundan xəbər verirdi. Böyük Aksionerlər Cəmiyyətinə malik
olan Behbud xan öz varidatını müstəqil milli burjua-demokratik
dövlətimizin yaĢaması, möhkəmlənməsi və inkiĢaf etdirilməsi yo-
lunda əsirgəməmiĢdi...
27 aprel 1920-ci il. Gündüz saat 12-də Ağa Hüseyn Kazımo-
vun (1892, Bakı - 1937; otuzuncu illərdə repressiya edilib güllələn-
miĢdir) və Həmid Sultanovun (26 may 1889, Gəncə quberniyası,
Qazax qəzası, ġınıx-Ayrum kəndi-1938; otuzuncu illərdə repressiya
edilərək Bakıda həbs olunub, 1938-ci il yanvarın 20-dən 21-nə ke-
67
çən gecə güllələnmiĢdir) baĢçılığı ilə bolĢeviklərin nümayəndə he-
yəti hakimiyyətin onlara verilməsi haqqında ultimatumu Azərbay-
can Parlamentinə və Hökumətinə təqdim etmiĢdi. Ultimatumun
cavabını və hakimiyyətin veriləcəyi xəbərini azərbaycanlı bolĢevik-
lər Behbud xanın mənzilində oturub səbirsizliklə, intizarla tez-tez
pəncərədən bayıra boylanmaqla gözləyirdilər...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra peĢəkar
mühəndis-mütəxəssis kimi tanınan və yaxĢı xarici əlaqələri olan
Behbud xana toxunmamıĢdılar. O, əvvəlcə bir müddıət baĢında
A.P. Serebrovskinin (1884-1938) durduğu “Aznef”də çalıĢmıĢdı
(A.P. Serebrovski 1920-1926-cı illərdə “Azneft” Ġdarəsinin sədri
(rəisi) olmuĢdu. N. Nərimanov onu ürək ağrısı və istehza ilə “yeni
çar” adlandırırdı. A. Serebrovski otuzuncu illərdə repressiya olun-
muĢ və 1938-ci ildə güllələnmiĢdi...). Sonra Bakıda neft sənayesi
sahəsində iĢləmiĢ B. CavanĢir Zaqafqaziya Xarici Ticarətinin mü-
vəkkili vəzifəsinə təyin edilmiĢdi. Azərbaycan Xalq Komissarları
Sovetinin sədri Nəriman Nərimanovun (2(14) aprel 1870, Tiflis - 23
mart 1925, Moskva) Behbud xan CavanĢirə böyük etimadı vardı.
Mövcud ehtimal belədir ki, N. Nərimanov zəhərlənərək aradan gö-
türülmüĢdü. Vaxtı ilə V. Lenin “öz yaxın adamlarına” demiĢdi ki,
Nərimanova inanmaq olmaz, ona geniĢ əl-qol açmasına imkan ver-
məyin. A. Mikoyan və digər yüksək vəzifə tutan erməni (daĢnak)
bolĢeviklər N Nərimanovun Bakıdan uzaqlaĢdırılıb Moskvaya apa-
rılmasına və beləliklə, onun təcrid edilməsinə nail olmuĢdular...
Moskvada SSRĠ MĠK-in sədri olan N. Nərimanov 1925-ci il martın
23-də vəfat etmiĢ və “Qızıl Meydan”da, Kremlin divarları yanında
dəfn olunmuĢdur). Nərimanov Behbud xanı əvvəllərdən tanıyırdı və
ondan bir professional mütəxəssis kimi və möhkəm xarici əlaqələ-
rindən istifadə etmək qərarına gəlmiĢdi. 1920-ci ilin axırında gənc
Azərbaycan Sovet Sosialist Respublikası üçün zəruri müasir neft-
mədən avadanlığı almaq üçün Almaniyaya Behbud xanı da məhz
N. Nərimanov göndərmiĢdi.
Almaniyaya gedərkən Ġstanbulda görkəmli ədib Y.V. Çəmən-
zəminli (17 sentyabr 1887, ġuĢa, 3 yanvar 1943, Nijni-Novqorod)
ilə görüĢən Behbud xan ona Vətənə qayıtmaqda kömək edəcəyinə
68
söz vermiĢdi. Lakin Yusif Vəzirə kömək etmək B. CavanĢirə nəsib
olmamıĢdı...
Vəzirov Yusif Mir Baba oğlu. Otuz iki yaĢlı Y.V. Çəmənzə-
minli 1919-cu ildə N.Yusifbəylinin təklifi ilə Ġstanbula Azərbaycan
Cümhuriyyətinin səfiri göndərilmiĢdi. Onun köməkçisi Birinci Dün-
ya müharibəsində ilk azərbaycanlı hərbi təyyarəçimiz olan Fərrux
ağa Qayıbovun (1891-1916) qohumu Cahangir bəy Qayıbov (1882-
1938) idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar
tutulacaqlarından ehtiyatlanaraq Ġstanbuldan Vətənə gələ bilmir-
dilər...
...Çünki, Azərbaycan SSR XKS-in sədri N. Nərimanovun tap-
Ģırığı ilə Cənubi Qafqaz Xarici Ticarət ġurasının nümayəndəsi sifə-
tilə Almaniyaya yola düĢən Behbud xanın özünün aqibəti faciə ilə
qurtarmıĢdı... O da Fətəli xan Xoyski, Həsən bəy Ağayev kimi er-
məni terrorunun qurbanı olmuĢdu... Bu hadisə tarixi ədəbiyyatda və
dövrü mətbuatda öz əksini aĢağıdakı kimi tapmıĢdır:
–
1921-ci ilin iyulunda Behbud xan həyat yoldaĢı, milliyyətcə
rus olan Tamara xanım, qardaĢları Surxay ağa və CəmĢid ağa (tarixi
ədəbiyyatda CümĢid ağa da yazılır) ilə birlikdə Ġstanbula yola düĢə-
rək, o vaxt Malta adasında sürgündə olan, əslən qarabağlı görkəmli
ictimai-siyasi xadim, professor Əhməd bəy Ağaoğlunun (1863-1939)
evində qonaq qalmıĢdı. Bu haqda Ə. Ağaoğlunun qızı Sürəyya Ağa-
oğlü “Ailəm və təhsil illərim” addlı xatirələr kitabında yazmıĢdır...
–
Əhməd bəy Sitarə xanım Əbdürrəhman bəy qızı Vəzirova
ilə yaĢam qurmuĢdu. Onun 7 övladı - Vəzir bəy, BəĢir bəy, Əbdür-
rəhman bəy və Səməd bəy adlı oğulları, Sürəyya xanım, Tezə xanım
(Tezer) xanım və Gültəkin xanım adlı qızları vardı. O vaxtlar Ġstan-
bul Universitetinin hüquq fakultəsinin hələ tələbəsi olan Sürəyya
Ağaoğlu 1903-cü ildə ġuĢa Ģəhərində anadan olmuĢdu... Sürəyya
xanım Türkiyənin ilk vəkili olmuĢ və orada böyük nüfuz qazan-
mıĢdı... MəĢhur istiqlal mübarizi, atası Ə. Ağaoğlunun soyadını
layiqincə doğrultmuĢ Sürəyya xanım 1989-cu il dekabrın 29-da
Ġstanbulda 86 yaĢında vəfat etmiĢdir .
–
Sürəyya xanım yuxarəda adını çəkdiyimiz “Ailəm və təhsil
illərim” adlı xatirələr kitabında yazırdı: ”Atam Maltadan qayıtdıq-
dan sonra erməni dostlarından bir nəfər professor bizə gələrək onun
Dostları ilə paylaş: |